Köçəryan azad edilir, Ermənistan dəmir yollarını geri alır .....                     Azərbaycan qlobal güclər və regional oyunçular üçün niyə bu qədər əhəmiyyətlidir? .....                     "NEHRƏM" MTK-nın dövlətə borclandı .....                     ABŞ yeni taktika çərçivəsində İranın iki tankerinə hücum edib .....                     Putindən Qarabağla bağlı yeni açıqlamalar.... .....                     Sentyabrda bu ərzaqlar bahalaşa bilər .....                     İran-ABŞ gərginliyində YENİ ŞTRİX... .....                     Əmrullayevin təhsil sistemindəki AYAQYOLU İSLAHATI .....                     "Bizim hökumət 15 gün öncəni belə düşünmək istəmir..." .....                     Buranın adından da DƏLƏDUZLUQ fışqırır .....                     Ölkədə M10 ÖZBAŞINALIĞI davam edir .....                     SOCAR borc içində batan ABŞ şirkətinə MİLYARDLAR YATIRIR .....                     9-cu aydır ki, maaşlarını ala bilmirlər... .....                     İkibaşlı səhiyyə sistemi NECƏ İFLİC OLDU... .....                     Ərzaq təhlükəsizliyimiz cənab Təhməzliyə əmanətdirsə... .....                     Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... .....                     Ermənilərin 2 sentyabr .....                     Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur .....                     Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? .....                     Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb .....                     İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI .....                     “VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı .....                     Yevlaxda 657 minlik tender ləğv edilib .....                     “Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır .....                     Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi .....                     Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı .....                     SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb .....                     Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər .....                     Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi .....                     "Xadimə və satıcı eyni adamdır" .....                     Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR .....                     Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib .....                     Revanşistlərin “separatçı sevgisi” .....                     Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? .....                     Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı .....                     Putinlə görüşdə bunları müzakirə edəcəyik .....                     Qarşıdurmadan dialoqa: .....                     “Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb .....                 

Aktrisa Xatirə Süleymanova: "Sevirəm, özü də iki nəfəri..."
Tarix: 11-02-2015, 09:29 | Çap et
Aktrisa Xatirə Süleymanova: "Sevirəm, özü də iki nəfəri..."
diaaz.space aktrisa Xatirə Süleymanovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Xatirə xanım, siz Azərbaycanda serial və filmlərə ən çox çəkilən aktrisalardan birisiniz. İndiyə qədər neçə serialda rol almısınız?

- “Qaynana”, “Aramızda qalsın”, “Çaqqal nəfəsi”, “Son hədd”, “Göyçək Fatimə”, “Bir ailəm var”, “Həyat varsa”, “Həyat, sən nə qəribəsən” kimi seriallarda rol almışam. Bundan başqa, “Bakı, mən səni sevirəm” adlı bədii filmdə və “Sərkərdə ləyaqəti” sənədli filmində çəkilmişəm.

- Sadaladığınız seriallardan sizə ən düşərlisi hansı oldu? Daha dəqiq desək, tamaşaçı sizi hansı serial vasitəsilə tanımağa başladı?

- Yaradıcılığımda və tanınmağımda hər birinin öz rolu oldu. Amma “Həyat varsa” və “Bir ailəm var” serialı böyük tamaşaçı rəğbəti qazandırdı mənə. Rejissor Rüfət Şahbazov gənc olmağına baxmayaraq, çox mədəni və səviyyəli bir iş çıxartdı ortalığa. Bir də Adil Azayın “Son hədd” serialı çox xoş oldu mənim üçün.

- Uzun illərdir ki, Sumqayıt Dram Teatrında fəaliyyət göstərirsiniz. Bakıdakı teatrlarda müqavilə ilə işləmək fikriniz olub?

- Fikrim deyəndə ki, indiyə qədər işləməmişəm.

- Dəvət almamısınız, yoxsa?

- Xeyr, dəvət olmayıb.

- Olsa, işləyərsiniz?

- Qismətdən artıq yeməzlər. Bu, mənim həyatımda ən çox işlətdiyim kəlmədir. Allahın qismətindən qaçmaq olmur. İnşallah...

- Qismətinizin hansısa bir hissəsindən gileylənirsiniz, yoxsa həmişə şükür etməyi bacaranlardansınız?

- Əlbəttə, bacarıram. Şükür Allahın böyüklüyünə. Versə, nemətdir, verməsə, hikmət. Şükür bu günümə. Ən azından, hansısa bir el şənliyində, toyda, bayramda tamaşaçı sevgisini görüb-hiss edirəmsə, deməli, Allahın sevimli bəndəsiyəm. Mən bunu belə təhlil edirəm.

- Bildiyimə görə, həyat yoldaşınız 16 il bundan öncə dünyadan köçüb. Allah rəhmət eləsin. Hansısa bir xəstəliyi var idi?

- Bəli, həyat yoldaşımın ürəyi xəstə idi. Üç il ailəli oldum. O rəhmətə gedəndə oğlanlarımın birinin bir, o birinin isə iki yaşı var idi. İndi, maşallah, biri universitetdə təhsil alır, digəri də orta məktəbin son siniflərində oxuyur. O da ali məktəbə hazırlaşır. Uşaqlarım Allahın mənə verdiyi ən böyük mükafatdır, düşünürəm. Onlar mənim həyat simfoniyalarımdır. Allah eləməsin, onların pis sədaları gəlsə, onda pis bəstəkar olmuş olaram.

- Ailəli olarkən aktrisa kimi fəaliyyət göstərirdiniz?

- Xeyr, yoldaşım iş adamı idi. Mənim heç nəyə ehtiyacım yox idi. Teatrda işləmirdim. Uzun illər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində incsənət söbəsinin müdiri vəzifəsində çalışmışam. Həm də həyat yoldaşım qısqanc adam idi. Heç eyvana da çıxmağa icazəm yox idi. Onsuz küçəyə çıxdı söhbəti yox idi. Amma həyat... Üç ilin gəlini, iki körpə ilə “canavar həyat”la üz-üzə qaldım. Şükür Allaha, mənim sahibim oldu. Şükür oğullarıma, şükür bu günümə. Özüm özümə dayaq olmağım üçün Allah mənə qüvvət verdi.

- Siz təcrübəli bir aktrisa kimi seriallarda olan vəziyyətlə bağlı nə deyə bilərsiniz? Niyə bizim seriallara az baxılır?

- Məncə, az baxılmır. Sadəcə olaraq, hərənin öz zövqü var və müzakirə olunmur. Amma yaxşı olar ki, seriallarımızın səs-səda salması üçün çəkilişlər zamanı peşəkar aktyor və aktrisalara müraciət olunsun. Çünki onların hər biri məktəb keçən insanlardır. Hər bir sənətin sənətkarı daha gözəldir.

- Qeyri-peşəkarlara çoxmu müraciət olunur?

- Sənətdə qeyri-peşəkarlar doludur. Utancverici bir şeydir. Aktyorların dəyərlərini vermək istəməyənlər, sənətdən bixəbər olanlar pul qazanmaq üçün hər yoldan ötəni seriala çəkirlər ki, ona pul ödəməsinlər. Yalnız özünə və sənətinə dəyər verən rejissorlar peşəkarlarla işləməyə üstünlük verirlər.

- Bəs sizin üçün o qeyri-peşəkarlarla bir serialda çəkilmək, tərəf-müqabili olmaq çətin olmur?

- Bu, tək mənim problemim deyil. Belələri rejissorları da çox incidirlər. Peşəkarlarla bir səhnəni bir dubla çəkiriksə, başqaları ilə bu dubllar uzanır. Həmin səhnə də qeyri-səmimi alınır. Aktyorlar da yorulurlar. Çox çətin və arzuolunmaz olur. Amma deyim ki, onlar özlərindən o qədər razı olurlar ki, biz mat qalırıq. Sənətdənkənarlar “meydan sulayanda” sənətkarlar mat qalırlar. Lakin bu, davam edə bilməz. Təbiilik və səmimilik peşəkar aktyorda daha qabarıq görünür. Səhnələrin sevilməsi lazımdır. Yoxsa belə olmur...

- Artıq dörd ilə yaxındır ki, Sumqayıt Dram Teatrında “Qatil” tamaşasında baş rolu canlandırırsınız. Eyniadlı tamaşa Akademik Milli Dram Teatrında da səhnəyə qoyuldu. Fərqi nədə gördünüz?

- Bu barədə danışmaq istəmirəm. Bircə bunu deyə bilərəm ki, biz əsərin mənasını və fikrini pozmadan ifa etdik. Mən utancaq, həyatı boyu əli kişi əlinə dəyməyən fağır müəllimi oynadım.

- Deməli, Akademik Milli Dram Teatrında səhnələşdirilən “Qatil”in motivi və məğzi dəyişdirilmişdi? Belə qənaətə gəlmək olar?

- Siz özünüz əsəri diqqətlə oxusanız, fərqi görəcəksiniz. Mən heç vaxt aktyorların əziyyətinə ləkə gətirəcək fikir demərəm. Çünki o rolu təhvil verənə qədər aktyor dəridən-qabıqdan çıxır. Hər rejissorun əsərə öz yanaşma tərzi var. Kim nəyi necə görür, necə fikirləşir, onu da səhnələşdirir.

- Siz də vaxtilə bir tamaşada öpüşmüsünüz, səhv etmirəmsə...

- Sevgi o qədər ülvi hissdir ki, onu öpüşmə və başqa bir şey olmadan, baxışlarla da həll etmək olar. Öpüşmək hələ lap yaxşı aktyor olmaqdan xəbər vermir. Mənim sevgi səhnələri oynadığım tamaşalar çoxdur. Amma rejissorlar o səhnələri elə incəliklə verdilər ki, nifrət doğuracaq heç nə yaranmadı. Biz unutmamalıyıq ki, bura Azərbaycandır. Əgər müasirlik deyiriksə, bu, çılpaq və açıq-saçıq səhnələrin bolluğu demək deyil.

- Sevginin ülvi hiss olduğunu vurğuladınız. Həyat yoldaşınızdan sonra kimisə sevdinizmi, yaxud indi sevirsinizmi?

- Sevirəm, özü də iki nəfəri...

- Bilirəm, övladlarınızı nəzərdə tutursunuz. Allah saxlasın. Amma mən əks cinsin nümayəndələrini nəzərdə tuturdum...

- Onlar da əks cinsin nümayəndələridir də (gülür). Mən ürəyimin açarını hər ələ təqdim eləmərəm (gülür). Hər şey gizli olanda abırlı və gözəl olur.

- Hal-hazırda hansı işin üzərində çalışırsınız?

- Hələ ki, ciddi bir iş yoxdur. Amma başlayanda birdən başlayır, adam çaş-baş qalır. Allah camaatımızın canını sağ eləsin, təki həmişə xeyir işlər olsun, mən də həmin məclislərdə aparıcılıq edim (gülür). Yenə də deyirəm, şükür bu günümə...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryan azad edilir, Ermənistan dəmir yollarını geri alır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Azərbaycan qlobal güclər və regional oyunçular üçün niyə bu qədər əhəmiyyətlidir? - ARAŞDIRMA
Bu gün, 08:10
"NEHRƏM" MTK-nın dövlətə borclandı - FOTO
Bu gün, 08:06
ABŞ yeni taktika çərçivəsində İranın iki tankerinə hücum edib - "Axios"
Bu gün, 08:04
Putindən Qarabağla bağlı yeni açıqlamalar.... - AKTUAL
Bu gün, 08:03
Sentyabrda bu ərzaqlar bahalaşa bilər - SİYAHI
Bu gün, 07:59
İran-ABŞ gərginliyində YENİ ŞTRİX... - GƏLİŞMƏ
Bu gün, 07:48
Əmrullayevin təhsil sistemindəki AYAQYOLU İSLAHATI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:36
"Bizim hökumət 15 gün öncəni belə düşünmək istəmir..." - REPLİKA
Bu gün, 07:27
Buranın adından da DƏLƏDUZLUQ fışqırır - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:10
Ölkədə M10 ÖZBAŞINALIĞI davam edir - DAHA BİR ETİRAZ...
Bu gün, 07:04
SOCAR borc içində batan ABŞ şirkətinə MİLYARDLAR YATIRIR - BU NƏDİ BELƏ?
Bu gün, 06:58
9-cu aydır ki, maaşlarını ala bilmirlər... - MÜRACİƏT
Bu gün, 06:53
İkibaşlı səhiyyə sistemi NECƏ İFLİC OLDU... - BU FAKTDIR!
Bu gün, 06:42
Ərzaq təhlükəsizliyimiz cənab Təhməzliyə əmanətdirsə... - AKTUAL
Bu gün, 06:38
Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... - FOTOFAKT
Bu gün, 06:33
Ermənilərin 2 sentyabr TƏDARÜKÜ...
Dünən, 17:54
Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur - Saakaşvili
Dünən, 17:52
Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? – ƏCAİB QİYMƏTLƏR
Dünən, 17:37
Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
Dünən, 17:25
İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
Dünən, 17:13
“VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı
Dünən, 17:05
Yevlaxda 657 minlik tender ləğv edilib - DETALLAR
Dünən, 17:04
“Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Dünən, 16:57
Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi - AÇIQLAMA
Dünən, 16:52
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı – Son qiymətlər
Dünən, 16:50
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Dünən, 16:44
Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər - "İnterfaks"
Dünən, 16:41
Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 16:33
"Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Dünən, 16:24
Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: - Ziddiyyətlər aradan qaldırılmalıldır
Dünən, 16:15
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Dünən, 16:08
Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR - “Buna görə məndən etibarnamə tələb edirlər”
Dünən, 16:04
Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Dünən, 16:00
Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Dünən, 15:58
Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Dünən, 15:54
Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Dünən, 15:52
Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Dünən, 15:50
“Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:48
İRİA-nın şöbə müdiri işdən çıxdı - ƏMR
Dünən, 15:46
Bu qurumda yeni təyinatlar oldu - ADLAR
Dünən, 15:44
"Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Dünən, 15:42
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Dünən, 15:37
AZPROMO sığortaçı seçib
Dünən, 15:20
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Dünən, 15:18
Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Dünən, 15:14
Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Dünən, 15:09
Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Dünən, 15:07
“Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru