Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... .....                     “Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! .....                     Vətəndaş “Expargo”dan şikayət etdi: .....                     Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi .....                     Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik .....                     Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... .....                     Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil .....                     Azərbaycanda 5 şirkət ləğv olunur .....                     Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb .....                     Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı .....                     ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə .....                     Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. .....                     Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib .....                     Naxçıvanda SU KORRUPSİYASI .....                     Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi .....                     Bakıda yayın son konserti keçirilib .....                     Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür .....                     Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları .....                     Kreml Qafqaz uğrunda savaşı uduzdu? .....                     Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR .....                     Rusiya onların "ovuna" çıxa bilər .....                     Gecə saatlarında Bakıda biabırçı mənzərə: .....                     Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... .....                     "Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" .....                     Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... .....                     Sifarişi ləğv edib, qiyməti qaldırdılar... .....                     "Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." .....                     Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... .....                     ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək .....                     “Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ .....                     İki Azərbaycan vətəndaşından Almaniyada ŞOK CİNAYƏT .....                     “Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? .....                     Vergi idarəsinin rəisi QOÇULUQ EDİR .....                     Xəstəxana qarşısında parklanma tələsi .....                     Ələkbər Yasamallının ailəsində xeyir iş... .....                     Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? .....                     Qarabağla bağlı sensasion sənəd üzə çıxdı .....                     NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir .....                 

"Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" - ŞƏRH
Tarix: 21-05-2025, 09:06 | Çap et

AZƏRTAC Azərbaycan telekanallarının etibarlı mənbə kimi liderliyini qoruyub saxlaması ilə bağlı geniş yazı dərc edib. Yazıda xatırlanır ki, respublikamızda televiziya reytinqlərinin ölçülməsi 2005-ci ildən etibarən aparılır. Etiraf etmək lazımdır ki, bu sistemin keyfiyyəti yüksək olmasa da, telekanallar piplmetrlə təchiz edilmiş 150 ailənin tələbinə cavab vermək məcburiyyətində qalmışdı.

Beynəlxalq standartlara görə, Azərbaycan qədər əhalisi olan ölkələrdə keyfiyyətli teleölçmələr aparmaq üçün 800-1000 ailəni əhatə edən ölçmə paneli tələb olunur. 2022-ci ildən tanınmış “Kantar Media” şirkətinin texnoloji dəstəyi ilə ərsəyə gələn reytinq müəyyən etmə sistemi yerli operator “MARSA” tərəfindən həyata keçirilir. Hazırda 1000 ailədə ölçmə panelləri quraşdırılıb, ən müasir və keyfiyyətli texniki avadanlıqlarla daha şəffaf və dəqiq reytinq rəqəmləri əldə etmək mümkündür.

“MARSA”nın yanvar-aprel üzrə hesabatına görə, gün ərzində, ümumilikdə, televiziyaya baxan insanların orta sayı 5 milyon 789 mindir. Bu isə o deməkdir ki, ölkə əhalisinin 60,16 faizi hər gün televiziya kanallarına baxır.

Məzmuna gəlincə, tamaşaçılar daha çox informasiya və siyasi verilişlərə maraq göstərir ki, bu da bir tərəfdən cəmiyyətin dünyada baş verən siyasi proseslərə marağını nümayiş etdirir, digər tərəfdən isə məhz televiziyanın bu kimi mühüm bir sahədə etibarlı mənbə kimi çıxış etdiyini göstərir.

Qeyd edək ki, son dövrlərdə sosial mediada və ictimai müzakirələrdə tez-tez “Azərbaycan telekanallarına kim baxır ki?”, “Azərbaycan telekanallarını silmişəm” və ya “televiziya ölüb” kimi yanaşmalara rast gəlinir. Lakin belə görünür ki, bu kimi iddialar statistik reallıqlarla üst-üst düşmür. Aparılan araşdırma həm də televiziya kanallarının hələ də informasiya məkanında ciddi faktor olduğunu, xüsusilə də ictimai rəyə təsir imkanlarının davam etdiyini göstərir.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib ki, şəxsən özü heç bir əyləncəli proqrama baxmır: “Baxanda da yalnız xəbərlərə baxıram - ya İTV-yə, ya da AzTV-yə. Yəni eyni vaxtda yayımlandıqları üçün bir-birilərinə mane olurlar, yoxsa ayrı-ayrılıqda hər birinə baxardım. Lakin mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil. Mən belə düşünürəm. Ola bilər, 30, bəlkə də 40 faiz olsun. Ümumiyyətlə, dünyanın hər yerində ciddi verilişlərə, proqramlara əhalinin çox az hissəsi baxır. Mütləq əksəriyyət əylənmək istəyir. Əslində biz əylənməkdən əlavə, maarifləndirici verilişlərə də, məsələn, təbiət, yaxud elmi-kütləvi proqramlar haqqında proqramlara baxa bilərdik.

Aydın məsələdir ki, klassik tələblər var. Klassik tələblər də budur: maarifləndirsin, xəbər versin və nəyisə öyrətsin. İndi isə təbliğat-təşviqat istəsək də, istəməsək də müəyyən mənada faciə nəticəsində göstərilir və verilir. Amma hər halda, boş-boş, bayağı verilişlər olmamalıdır.

Bizdə bir şey olanda, kimdənsə xoşu gəlməyəndə, qəzetlər fəal işləyəndə deyirdilər ki, bu, “sarı mətbuatdır”. Amma məsələ ondadır ki, xaricdə “sarı mətbuat”ın özü də peşəkardır. İstənilən halda, əyləncəli proqramlardırsa, hansısa verilişlərdirsə, burada da peşəkarlıq lazımdır. Amma bizdə peşəkarlıq yoxdur. Bizdə gurultu, qışqırıq, səs-küy var.

Məsələn, Türkiyədə də bu səpkidə proqramlar var və mən onlara da baxmıram. Üç-dörd saat badımcan bişirirlər, beş saat soğan doğrayırlar, sonra ailədaxili problemləri və ya digər məişət məsələlərini ortaya çıxarırlar. İstənilən problem əgər ictimai dəyər daşıyırsa, onu, təbii ki, kütləvi informasiya vasitələri müzakirəyə çıxarmalıdır. Lakin bir də var ki, gəlinlə qayınana yola getmir, efirə çıxıb bir-birilərinə qışqırırlar, təhqir edirlər. Bu, mənim üçün maraqlı deyil və inanmıram ki, hansısa bir insana, xüsusən də bizim sosial təbəqəyə nəsə ağıllı, maarifləndirici və arxasınca gediləsi bir şey verir. Belə bir şey yoxdur. Maarifləndirmə - xəbər paylaşmaqdır. Doğru, dürüst və balanslı... Təəssüf ki, bu xəbərlərdə də kriminal informasiyalar üstünlük təşkil edir. Biz insanlara nəsə öyrətməliyik. Elmi-kütləvi proqramlar olmalıdır. Amma demək olar ki, bizdə belə proqramlar yoxdur. Yəni müxtəlif nələrsə etmək olar, amma qeyd etdiyim amillər kanallara reytinq gətirmir. Reytinq səs-küy, qışqırıq, gurultu və sairə ilə əldə olunur".

Əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli isə bildirir ki, hazırda həm televiziya verilişlərinin səviyyəsi ilə bağlı ciddi narazılıq var, eyni zamanda televiziyaya baxanlar da az deyil: “Baxılan verilişlər sırasında daha çox xəbərlər, ictimai-siyasi proqramlar, ictimai müzakirə proqramları, tok-şoular yer alır. Bunlara müəyyən qədər maraq mövcuddur.

O ki qaldı MARSA-nın yanvar-aprel aylarında apardığı monitorinqlərə - bu araşdırmalar göstərdi ki, əhalinin 60 faizi televiziyalara baxır. Bu, mənim üçün çox maraqlı rəqəmdir. Bəzən bizdə elə təsəvvür yaranır: sosial şəbəkələr var, ona görə də televiziyalara az baxılır. Amma indi məlum olur ki, sosial şəbəkələrin əsas müzakirə mövzularından biri də televiziya verilişləridir. Bu da istər-istəməz, dolayısı ilə televiziya verilişlərinin bir növ təbliğatı, təqdimatıdır, yaxşı və ya pis mənada piarıdır və televiziya proqramlarına marağın oyadılmasıdır.

Burada gerçək olan odur ki, İkinci Qarabağ savaşından sonra televiziyaların mötəbərliyi baxımından informasiyanın kontenti ön plana keçib və bu, televiziyalar üçün əsas şərtlərdən biridir. İnsanlar müxtəlif mənbələrdən məlumat alırlar, amma televiziyaları bu məsələdə mötəbər hesab edirlər. Xüsusən də rəsmi informasiyanın televiziya xəbərləri vasitəsilə əldə olunması bir reallıqdır.

Ola bilər ki, operativlik baxımından müəyyən çatışmazlıqlar var, hansısa baş verən hadisəyə dair reaksiyalar gecikmiş ola bilər, lakin internet bu gün elə bir imkan yaradır ki, mənbədən dərhal məlumatı almaq və yaymaq mümkündür. Buna baxmayaraq, əgər biz bu tədqiqata və araşdırmaya inanırıqsa, bizim televiziyamız, televiziya kanallarımız müəyyən bir dirçəliş havası hiss etdirir. Əgər auditoriya bu qədər toplanırsa, deməli, kontingentə diqqət yetirmək, ictimai müzakirələri artırmaq lazımdır. Tamaşaçıları düşündürən, cəmiyyət üçün maraqlı olan mövzuları ön plana çıxarmaq vacibdir. Belə fürsətlər hər zaman ələ düşmür.

Bu gün belə qənaətə gəlmək olmaz ki, televiziyalar tam öndədir, çünki əhalinin 60 faizi ona baxır. Hesab edirəm ki, bu rəqəm bir müvəqqəti göstərici də ola bilər. Çünki televiziyaya baxmayanların, məlumatı sosial şəbəkələrdən alanların da sayı kifayət qədər çoxdur. Amma bu araşdırma ilə bağlı inanmamağımız üçün ciddi əsaslarımız da yoxdur. Sadəcə, əsas yanaşma ondan ibarətdir ki, əgər televiziya kanalları tamaşaçıda bu etimadı yaradıbsa, onu inkişaf etdirmək, dərinləşdirmək, məzmuna hopdurmaq, daha maraqlı, rəngarəng verilişlərlə auditoriyanı təmin etmək şansı əldən verilməməlidir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 11:25
Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik - ÇƏRƏNÇİLİK DAVAM EDİR...
Bu gün, 11:24
Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... - "Mən nə edim? Çox pisəm..."
Bu gün, 11:19
Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Azərbaycanda 5 şirkət ləğv olunur
Bu gün, 11:06
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Bu gün, 11:04
Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - SİYAHI
Bu gün, 11:03
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
Bu gün, 11:02
ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə 130 milyon xərc planlaşdırıb
Bu gün, 11:00
Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib - DETALLAR
Bu gün, 10:53
Naxçıvanda SU KORRUPSİYASI - NARAZILIQ VAR...
Bu gün, 10:47
Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 10:41
Bakıda yayın son konserti keçirilib - FOTO
Bu gün, 10:37
Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür - GƏLİŞMƏ
Bu gün, 10:29
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13
Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18
Rusiya onların "ovuna" çıxa bilər - Xəbərdarlıq
Bu gün, 08:14
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Bu gün, 08:13
Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... - AKTUAL
Bu gün, 08:04
"Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:58
Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53
Sifarişi ləğv edib, qiyməti qaldırdılar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:41
"Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 07:33
Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... - AXI NECƏ...
Bu gün, 07:27
ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək - “Reuters”
Bu gün, 07:15
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
Bu gün, 07:07
İki Azərbaycan vətəndaşından Almaniyada ŞOK CİNAYƏT - Görün, nə ediblər...
Bu gün, 07:02
“Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Vergi idarəsinin rəisi QOÇULUQ EDİR - TƏFƏRRÜAT
Bu gün, 06:37
Xəstəxana qarşısında parklanma tələsi - AYNA -nın "nişan oyunu"
Bu gün, 06:32
Ələkbər Yasamallının ailəsində xeyir iş... - TOY olacaq
Bu gün, 06:27
Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:24
Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
Bu gün, 06:20
NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir - Lavrov belə deyir...
Bu gün, 06:17
Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ
Bu gün, 06:14
ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib - CENTCOM
Bu gün, 06:12
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru