Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                     Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! .....                     ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? .....                     “3+3” formatı yenidən gündəmdə .....                     Öncə arvadını, sonra özünü bıçaqladı .....                     Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək .....                     Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb .....                     SKSP-nın rezidentinə yeni direktor gəlib .....                     İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... .....                     “TuranBank”da yeni təyinat .....                     Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb .....                     Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR .....                     Ruslar erməni güllərini TANIDILAR... .....                     Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı .....                     Quzu əti bahalaşıb: .....                     Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır .....                     Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi .....                     Evdən dişədək kredit: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                     Bu film Azərbaycana .....                     Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar .....                     Müştəridən “Kontakt Home”a ETİRAZ .....                     Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi .....                     Nəriman Həsənzadənin vəziyyəti ağırdır .....                     Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? .....                     Zakir Quliyevdən şübhəli anlaşma .....                     ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var .....                     Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? .....                     "Toylara o dəbi ilk dəfə mən gətirdim" .....                     Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi .....                     Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı .....                     İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? .....                     "Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” .....                 

"Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir"
Tarix: 20-12-2024, 08:43 | Çap et
"Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir"
Ən çox müzakirə olunan və üzlərdə gülüş yaradan aparıcılardandır Elgiz Əkbər. Son aylarda isə müəllifi olduğu proqramdan kəsilmiş videolarla sosial şəbəkələrdə fenomenə çevrilib. Həmin epizodları dost-tanışlar mesaj olaraq bir-birinə göndərir, hərə özünü bir videoda tapır, insan az qala, ən əhvalsız anında belə o videolarla gülə bilir.

“Elgiz yenə düşündüyünü dilə gətirdi” kimi xatırlanan videoların qəhrəmanı ilə görüşdük. İllərlə “Bağlama”‚ “Elgizin Cümə Axşamları”‚ “Elgizli Axşamlar”‚ “Toy Olsun”, “Adam içində”, “Günəbaxan”, “Elgizlə İzlə” kimi proqramlarla efirə çıxan Elgiz Əkbər “Qafqazinfo”ya müsahibəsində həmin görüntüləri necə qarşılamasından, sosial şəbəkələr haqda fikirlərindən, sosial veriliş aparmağın məsuliyyətindən və digər məsələlərdən danışıb:

- Sosial şəbəkələrdən aktiv istifadə edirsiniz? Aparıcısı olduğunuz verilişdən hissələr kəsərək sosial şəbəkədə paylaşırlar, qarşınıza çıxırmı? Həmin videolarda efirdəki qonaqlarla söhbətləriniz viral olur. Bu sizin üslubunuzun bir hissəsidirmi, yoxsa vəziyyətə uyğun spontan baş verir?

- Elə bir zamana gəlib çıxmışıq ki, sosial şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. Mən də sosial şəbəkələrdə varam, gündəmi izləyirəm, insanları tanımağa, onların dünyagörünüşünü, həyata baxışını öyrənməyə çalışıram. Hətta kriteriyalarıma uyğun olanları efirə də çağırıram.

Verilişimdən çıxarılan hissələr də çox çıxır qabağıma. Çoxu da konteksdən çıxarılmış şəkildə... Artıq mən öyrəncəliyəm. Necə deyərlər, taleyimlə barışmışam. Başa düşürəm ki, videolar da paylaşacaqlar, şərhlər də yazacaqlar. Təbii ki, əndazədən çıxanlarla iki vəkilim var, onlar məşğul olur. Çox vaxt əsəbiləşirəm ki, axı mən belə deməmişəm. Yaxud da, demişəm, amma nə üçün demişəm? Tutaq ki, efirə artıq çəkili bir xanım gəlib ki, əməliyyat olunsun. 18 yaşı, 200 kiloqram çəkisi var. Və bizə bu cür problemlə müraciət edən çox insanlar olur. Arasından daha çox ehtiyacı olan, aztəminatlı adamı seçməliyik ki, Allaha da xoş getsin. Bu xanım da deyir ki, yaşı azdır və ağlayır. Bu qədər kök olmasının səbəbi kimi də çox yemək yeməsini göstərir. Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir. Mən də düşünürəm ki, axı bunun hələ günorta, axşam yeməyi də var və xeyli pul edir. Atasının harada işlədiyini soruşanda deyir ki, “Atam vəfat edib, anam da süpürgəçi işləyir”. Mən də deyirəm ki, “Uy, anan ölsün”. İndi bu söhbətin əvvəli qalıb kənarda, hamı təkcə o hissəni kəsib paylaşır və yazırlar ki, “efirə arıqlamaq üçün gələn xanıma Elgiz anan ölsün dedi”. Axı belə deyil. Hərdən əsəbiləşib istəyirəm girib nəsə şərh yazım. Amma görürəm ki, verilişə tam baxan izləyicilər artıq lazım olanı yazıblar. Kəsib verilişi paylaşırsınız, izləyici toplayırsınız, yaxşı edirsiniz, halal xoşunuz olsun. Amma məni də pis vəziyyətdə qoymayın da. Axı mən insanların gözündə dəli kimi görünmək istəmirəm. Hamı mənə dəli kimi baxır.

Hər aparıcının öz üslubu olur. Məndə də söz gəldisə, onu deməliyəm. Deməsəm xəstələnirəm, özümü pis hiss edirəm. O sözü deməyib xəstələnib əziyyət çəkənə qədər, qoy deyim. Bu, mənim xarakterimdir.

- Belə məqamlar qonaqlar tərəfindən necə qarşılanır? Bununla bağlı hansı xatirəniz var?

- Açıqsözlü olmağım ola bilər, kiminsə xoşuna gəlməsin. Amma ən gözəli də odur ki, insanlar məni sevirlər, anlayırlar. Bilirlər ki, pis mənada demirəm. Əgər belə olsaydı, hər hansı biri mənə deyərdi ki, “siz niyə mənə belə deyirsiniz?” Belə hal yaşanmayıb. Canlı verilişdir, mən söz deyirəm, kiminsə də ağzını tuta bilmərəm, xoşları gəlməsə, mənim düz dediyimi anlamasalar, onlar da sözlərini deyə bilərlər. Cəmi bir dəfə inciklik olub. Onda da mən çox peşman oldum. Məndən asılı olmadan baş verdi.

- Verlişinizdə elə müğənnilər qonaq olur ki, heç tanınmır, oxuya da bilmir. Üz mimikalarınıza baxdıqda da görə bilərik ki, bu, heç sizin özünüzə də xoş deyil. Bəs onlar verilişə niyə çıxarılır?

- Biz özəl kanalda işləyirik. Burada kommersiya deyilən bir qurum var. İndi sənət sözü gündəmdən düşüb. Hər şey kommersiyaya bağlıdır. Oxumaq da, klip çəkdirmək də pul qazanmaq üçündür. O müğənnilər gəlib reklam olunmaq istəyir. Reklamın da yolu kassadan keçir. Amma yenə də tamaşaçılar şahiddir ki, mən öz sözümü demişəm.

Bəyənmədiyim halda ən azı susaram, heç nə demərəm. O da baxa-baxa qalar. Amma mahnı səslənər, klip yayımlanar, mən də susaram. Xoşum gələndə isə gözəl-gözəl sözlərimi deyərəm.

- Sosial verilişlər də çox tənqid edilir. Sizcə, bu tənqidlər nə qədər əsaslıdır?

- Televiziyaya məbəd kimi baxılmamalıdır. Biz sovet köynəyindən çıxmışıq, əynimizə başqa köynək geyinmişik. Amma sovet psixologiyası, sovet düşüncəsi hələ canımızda, qanımızdadır. O vaxt bir televiziya var idi. Orada da göstərirdilər ki, “sovxoz” işçiləri gəlir və kimisi yığdığı pambıqdan, kimisi də üzümdən danışırdı. Həftədə bir dəfə də qlobus fırlanırdı və dünya xəbərləri yayımlanırdı. Bu xəbərlərdə də ancaq sunamini, hər yerin dağıldığını göstərirdilər. Əyləncəli verilişlərdə də ancaq bir qrup insanlar idi ki, onlar göstərilirdilər. Təbii ki, istedadlı insanlar idilər. Amma televiziyada müstəqil heç nə yox idi. Həyatın ancaq bir üzü göstərilirdi. Lakin televiziyada həyatın hər üzü göstərilməlidir. Mən hazırda sosial veriliş aparıcısı deyiləm. Lakin düşünürəm ki, sosial verilişlərin yayımlanmasını aradan qaldırmaq olmaz. Çünki çoxlu sayda insan bu verilişlərə baxır. Bu gün biz bu verilişləri ləğv etsək, həmin tamaşaçılar oturub türk kanallarına baxacaq. Türkiyədə demək olar, hər kanalda bu kimi verilişlər var. Biz böyük bir tamaşaçı kütləsi itirəcəyik. Bu da maddi baxımdan televiziyalara ziyan vuracaq. Bu gün şirkətlər, ayrı-ayrı biznes strukturları öz reklamlarını bu verilişlərin içinə yerləşdirirlər. Bu telekanallarda 2-3 min insan çalışır və onlara hər ay maaş verilməlidir. Kanallara da pul qazandıran belə verilişlərdir. Lakin həmin proqramlarda zorakılığın, şiddətin gündəmə gətirilməsi, uşaqlara, heyvanlara qarşı təcavüz, hələ üstü açılmamış cinayət hadisələrinin detallarını açıb müzakirə etmək olmaz. Bu, istintaqın gedişatına zərbə olar. Mən qadın xəyanətlərinin ifrat dərəcədə yayımlanmasının da tərəfdarı deyiləm. Bu qaydalara riayət olunsa, yaxşı olar. Çünki bu gün baxılan verilişlər bunlardır.

Türkiyədə Adnan Oktar çıxırdı efirə, kedicikləri də yığırdı. Bizdə elə veriliş olar? Heç lazım da deyil. Amma mümkün də olmaz. Yəni dediyim odur ki, Avropada da, Rusiyada da, Türkiyədə də belədir. İnsanlar da belə şeylərə maraq göstərir. İnsan həyatı həmişə tamaşaçılara maraqlı olur. Tanısa da, tanımasa da...

- Bəzi aparıcılar deyir ki, “özüm aparıcısı olsam da, sosial verilişlərə baxmıram”. Bəs siz necə, baxırsız öz verilişinizə?

- Sevmədiyi mövzu ilə bağlı veriliş aparan insanlar bədbəxt insanlardır. Yaradıcı insanlar həssasdırlar. Əgər verilişində olan mövzulara həssas yanaşa bilməyəcəksənsə, ora gələn insanların taleyinə biganə qalacaqsansa, alınmayacaq. Deməli, bir nəfərdən soruşdular “Niyə sosial verilişi bir müddət aparıb, sonra bağladın?” Deyir “Eee efirə müraciət edən qadınlardan iy gəlir, ölürdüm iydən. Nəyimə lazımdır gəlir səviyyəsiz insanlar”. Ay balam, bir insan səni həmdəm bilir, gəlir verilişinə, nə olacaq ki?! O qədər olub ki, kimsəsiz insanlar gəlib, dərdini danışıb və onlara ailə olacaq insanlar zəng edib “gəlib, anam olsun”, “gəlib, bibim olsun” deyiblər. Onlar həyatın dibində olan insanlardır. Elə bilirlər efirə çıxan kimi problemləri həll olacaq. Arzulayıram ki, heç kimin yolu o sosial verilişlərdən keçməsin.

- Amma bu tənqidlər sanki sizə qarşı azdır. Mövzu siz olduğunuz zaman insanların üzündə bir gülüş yaranır. Güldürməyi bacarırırsınız. Çoxu deyir ki, “Kefim olmayanda Elgiz bəyin proqramına baxıram”. Aktyor kimi özünüzü sınamaq istəmisiniz?

- Allah həmişə üzlərini güldürsün. Aktyor kimi baş rola da çəkilmişəm. Deyilənə görə, Türkiyədə bu film ən çox baxılan Azərbaycan filmi olub. Mənim ilk işim idi. Daha öncə də bir- iki filmdə olmuşdum, amma çox kiçik şeylər. İndi də təkliflər olur, amma işim çox olduğu üçün vaxt ayıra bilmirəm. Təqaüdə çıxandan sonra bəlkə bu təklifləri dəyərləndirərəm.

- Aparıcılardan kimi rəqib kimi görürsünüz? Ümumiyyətlə, sizinlə eyni reytinqdə olan veriliş aparıcıları ilə münasibətiniz necədir?

- Mən tıxsız balığam. Heç kimlə işim yoxdur. O qədər olub ki, efirimə çıxacaq qonaqlara zəng edərək pul təklif ediblər ki, “Elgizin verilişinə çıxmayın, bizə gəlin”. Bir qulağımdan alıb, o birindən buraxmışam. Nə o insana zəng etmişəm, nə iradımı bildirmişəm. Çünki başa düşmüşəm ki, adam daha çox qabağa getmək istəyir. Ona zəng edib nə deyəcəyəm? Durum onunla dava edim? Məni rəqib görür? Qoy, görsün. Mən kimi rəqib görürəm? Daha bu vaxtdan sonra kimi rəqib görəcəyəm ki?! Bu gün aparıcı olmaq üçün efirimə gənclər gəlir. Onlar bundan sonra yeni Elgizlər, Zaurlar, Xoşqədəmlər olacaqlar. Biz həmişə verilişlərdən tutub qalmayacağıq. Hərdən səhərlər duranda hər yerim ağrıyır. Deyirəm, daha bu il sonuncu iş ilimdir. Amma elə ki, sentyabr ayı gəlir, elə bil qaynayıram. Çünki mənim üçün həyat televiziyadır. Öz peşəmi çox sevirəm. Yeni simalar, yeni üzlər, daha gənc və dinamik gənclər lazımdır. Onlara yol vermək lazımdır.

- Gənc xanımlara verdiyiniz suallardan biri də evli olub-olmamaları haqdadır. Evliliyə münasibətiniz necədir?

- Uşaq anadan olandan deyirik ki, “Ayalla, o gün olsun toyunu görək”. Biz ailəyə bağlı xalqıq. Mən belə hesab edirəm ki, insanlar vaxtında evlənməlidir. İstər qız olsun, istərsə də oğlan. Bunu təbliğ etmək lazımdır. Çoxumuz bunu bilmirik. Mən özüm də gec evlənmişəm və çox böyük səhv etmişəm. Həyatımın ən böyük səhvini etmişəm. Bu gün mağazaya gedirəm insanlar yaxınlaşıb soruşurlar ki, “Nəvənizdir?” mən də qalıram nə deyim, deyirəm ki, “Hə”. Xanımlar üçün ideal evlilik yaşı ən geci 27-28-dir. O yaşdan sonra qadınlar evlənmək istəmirlər. Kişilər üçün isə ən geci 32-dir. Ömür də vəfa etmir. Ona görə də hər məsələnin öz vaxtı var.

- Bir müddət əvvəl qızınızın şəklini paylaşmışdınız. Amma ailə ilə fotolarınızı çox da yerləşdirmirsiniz.

- Mən buna çox da meyilli deyiləm. Şəkillərimiz var sosialda da. Qızım Lalənin şəkillərini hərdən paylaşıram. İnsanlar var ki, istəyirlər onun xoşbəxt ailəsinin olduğunu hamı bilsin. Ailəsi, uşaqları ilə arasındakı səmimiyyətin nə qədər gözəl olduğunu hər kəs görsün. Elə bir zamana gəlib çatmışıq ki, kiməsə bunu səhv tutsan, deyəcək “sən kimsən ki?!” Hərə öz ailəsinə, öz yaşam tərzinə cavabdehdir. Mənim heç qızım da çox meyilli deyil. Bir dəfə qızım mənim ad günümdə gəldi şeir dedi, dedim ki, “sabah efirə də gəl, atanı orada da təbrik et”. Baxdı, amma heç nə demədi. Sonra anasına deyib ki, “atama heç nə demədim, amma mən getmək istəmirəm”. Onunla da bitdi. Uşaq özü istəmir, mən onu necə məcbur edə bilərəm?! Elə etsəm, o gələcək studiyaya və xalqın gözü tərəzidir, hamı baxıb görəcək ki, mən uşağı məcbur çıxarmışam. Qızım kardioloq olmaq istəyir.

- İşləriniz çox, qrafikiniz dolu olur. Özünüzə necə vaxt ayırırsınız? Boş vaxtlarda adətən nə edirsiniz?

- 6 gün işləyirəm. Bazar günü də axtarışdayam. Proqramda qonaq olacaq şəxslərlə görüşlərim olur. Belə baxanda boş günüm yoxdur. Amma buna da şükür edirəm. Çünki insanın başına nə gəlirsə, elə bekarçılıqdan gəlir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Bu gün, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Bu gün, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Bu gün, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Bu gün, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Bu gün, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Bu gün, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Bu gün, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Bu gün, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Bu gün, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Bu gün, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Bu gün, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Bu gün, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Bu gün, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Bu gün, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Bu gün, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Bu gün, 14:41
Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Bu gün, 14:36
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Bu gün, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Bu gün, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:02
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Bu gün, 12:48
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Bu gün, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Bu gün, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Bu gün, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Bu gün, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Bu gün, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Bu gün, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Bu gün, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Bu gün, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Bu gün, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Bu gün, 10:57
Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Bu gün, 10:51
İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Bu gün, 10:45
"Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Bu gün, 10:36
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Bu gün, 10:35
Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Bu gün, 10:18
“Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Bu gün, 10:16
Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Bu gün, 10:12
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Bu gün, 10:03
Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Bu gün, 09:58
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Bu gün, 09:53
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Bu gün, 09:43
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24
Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru