Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                 

“Atamla anamı paxıllıqdan ayırdılar, adlarına şayiə yaydılar, əslində isə onlar...”
Tarix: 22-01-2024, 08:59 | Çap et
“Atamla anamı paxıllıqdan ayırdılar, adlarına şayiə yaydılar, əslində isə onlar...”
Xalq artisti Siyavuş Aslanın oğlu Eldar Aslan Moderator.az-ın suallarını cavablandırıb.

-Eldar bəy, siz bizim böyük sənətkarımız Siyavuş Aslanın kiçik övladısınız. O komediya janrının ölkəmizdə ən layiqli nümayəndəsi idi. O dövrdə Siyavuş Aslanın tamaşalarını, filmlərini izləyib gülənlər, bu gün nəyə gülürlər?

-Söhbət təkcə komediyadan getmir. Ümumi incəsənət sahəsində bayağılaşma baş alıb gedir. Bu da sənətdə son 15-20 ildə baş verən boşluqların nəticəsidir. Tamaşaçılar sənətdən uzaqlaşdırılıblar. İnsanlar bilmir ki, nəyə gülsünlər. Yaxşı ssenarilər, əsərlər olmalıdır, yazılmalıdır ki, bu sənət inkişaf etsin. Yeni əsərlərə izdiham yoxdur. Bəlkə də o izdihamı mən görmürəm. Baxılası bir şey yoxdur. Gündəmə gətirilən mövzular yalnız şit komediyalardır. Onlara əsər də demək olmaz. İnsanları şit danışıqlarla məcburi güldürürlər. Son 100 ildə görün Azərbaycana nə qədər görkəmli şəxsiyyətlər gəldi. Mənim valideynlərim də onlardan biri olub. Onlar Azərbaycan mədəniyyətinin formalaşmasında böyük zəhmət çəkiblər. Onlar hamısı bir dalğa kimi 100 ildə gəlib, böyük işlər gördülər. Əfsuslar olsun ki, onlar əvəzolunmayan insanlardır. Əvəzolunanlar olsaydı biz bu gün onları görərdik. Rəhmətlik atam deyirdi ki, “mən Lütfəli Abdullayevdən böyük sənət dərsi almışam”. Tək atam yox, o nəsil sənətkarların hər biri özlərindən öncəki sənətkarlardan ibrət götürüblər. Əfsuslar olsun ki, biz artıq o məktəbi görmürük. Nə aktyorluq, nə də ki, ifaçılıq sənətində. Müğənnilərin əksəriyyətinin başı toylara qarışıb. Ona görə də qıtlığ var. 2-3 adam var ki, nəsə edir. Filmlər çəkilmir, dublyaj sektoru məhv olub gedib, kanallarımız ancaq qeybət edir. Ya kimisə evləndirib, ya da kimisə boşatdırırlar. Bu da insanların pxisologiyasına mənfi təsir edir.

-Sizcə Siyavuş Aslanı sevənlər çox idi yoxsa sevməyənlər?

-Atamı sevənlər də, sevməyənlər də çox olub. Paxıllıq edənlər də kifayət qədər var idi. Paxıllıqdan irəli gəlirdi ki, ailəmiz haqda mediada, qəzetlərdə həqiqətə uyğun olmayan, dedi-qodu söhbətləri yer alırdı. Bütün bunlara biz alışmışdıq. Atamla anamın xoşbəxtliyini gözləri götürməyənlər də var idi. Dedi-qodular atamla anamı bir-birindən uzaqlaşdırdı, aralarında qısqanclıq yaratdı. Yalandan deyirdilər ki, guya Ofeliya xanımın kiminləsə əlaqəsi var, Siyavuş müəllim kiminləsə görüşür, ailə həyatı quracaq. Ortada heç nə yox idi. Ayrılmaqlarına səbəb də qısqanclıq idi. Bu dedi-qoduları yayan bəzi insanları tanıyırdım. Əlbəttə ki, onlarla ünsiyyəti sıfıra endirmişdim.

-Sizcə Siyavuş Aslan rol xiffəti çəkdi? Onu nədənsə filmlərə çox çəkmədilər..

-Atamın sənət həyatı dolu olub, qaynayıb-daşıb. Düşünürəm ki, elə obraz olmayıb ki, atam onu oynamasın. Bir müddət komediyadan uzaqlaşıb, Akademik Milli Dram teatrına getdi, ciddi rollar oynadı. Bir ona görə heyfslənirəm ki, atamın çox filmləri ola bilərdi, amma ondan kino sahəsində istifadə etmədilər. Kino arxivi bu gün azdır. Ən azından 100-ə yaxın filmə çəkilə bilərdi. Bu tərəfində bir az boşluq görürəm. Atam kinoya özü də can atmırdı, hətta bir çoxlarından imtina edirdi.

-Bir müddət əvvəl qardaşınız Çingizin ölüm xəbəri ilə sarsıldınız. Doğma qardaş olsanız da fərqli xarakterlərə, xasiyyətlərə malik insanlar olmusunuz. Onu heçmi qoruya bilmədiniz?

-Qardaşım 14 yaşından bəri bu yolu özü seçmişdi. Anamla atam son günlərinə qədər onun əziyyətini çəkdilər, onu qorudular. Özüm də bir qardaş kimi əlimdən gələni ondan əsirgəmirdim. 14 yaşından bəri başladı evə gəlməməyə, atamı-anamı incitməyə. Səsi ya hansısa klubdan, ya restorandan, ya da polisdən gəlirdi. Çingiz 22 il həbsxanada yatdı. Bu da hamısı dələduzluq və digər məsələlərə görə idi. Öz həyatını məhv etdi. Sonradan düzəlmək də istəmədi. Atamı itirəndən sonra istədim ki, onu düzəldim, amma alınmadı. 1 il “Semaşka” xəstəxanasında onu pulsuz-parasız yatızdırdıq, dərmanlarını bizə təmənnasız verdilər. Qaraciyərində 4-cü dərəcəli xərçəng var idi. Ona qətiyyən içki içmək, narkotik istifadə etmək olmazdı. Amma o öz işində idi. Bütün bu müalicələr boşuna gedirdi. Sonda xəstəlikdən dünyasını dəyişdi. Bizim qardaşlığımız o qədər də sıx olmayıb. Mən onu illərlə görməmişəm. Həyat tərzimiz bir deyildi. Atamla anam qardaşımla yaxınlıq etməyimi istəmirdilər. Valideynlərimiz dünyasını dəyişəndən sonra biz birləşməkdənsə ayrıldıq. Nə qədər çalışdıqsa birləşə bilmədik. 2019-cu ildən bəri ona-buna yalvararaq onun müalicəsini aparırdım. Çingiz ata evini götürüb bərbad vəziyyətə saldı, sonra da satdı.

-Heç atanızın yolunu davam etdirmək istəmisiniz?

-Sözün düzü o vaxt belə bir fikrim var idi. Uşaqlıqdan bir çox filmlərdə epizod rollarda çəkilirdim. Özbəkistanda bir dəfə iki seriyalı filmdə çəkildim. “Yol əhvalatı” filmində də çəkilmişdim, sadəcə olaraq material çox olduğu üçün montaj etmişdilər. Sonradan başa düşdüm ki, mən Siyavuş Aslanın yolunu davam etdirə bilməyəcəm. Bilirdim ki, mənim etdiklərim atamın etdiklərinin kölgəsində qalacaq. İndi heç peşman da deyiləm. Görürəm də aktyorlarını vəziyyətini. Mən də onlardan biri olacaqdım, batıb gedəcəkdim. Bir oğlumda, bir də qızımda o istedadı görürəm. Təvəkkül Allahdan. Gələcək göstərər.

-Hazırda hansı sənətin sahibisiniz?

-Mən Ali Menecment üzrə, idaarəetmə sahəsində mütəxəsisəm. Son 20-25 ildə bu yolu seçib işləmişəm. Təəssüf ki, hazırda çalışmıram. Həm də səs aktyoruyam. Bu mənim xobbimdir. Hal-hazırda səslə bağlı, dublyajla bağlı öz ölkəmizdən dəvətlər almıram. Daha çox rus dilində Rusiya kontingenti üçün səsləndirmələr edirəm.

-İş üçün aidiyyatı qurumlara müraciət etmisiniz?

-Hanısa şirkətdə təcrübəmi göstərə bilərəm. Ölkəmizdə bir iş tapa bilmədim. Nə qədər səy göstərdim, amma alınmadı. Hətta müəyyən qapıları da döydüm, insanlarla görüşdüm, amma alınmadı ki, alınmadı. Nazirliklərə, qurumlara yazıb, müraciət etmişəm. İncikliyim təkcə budur. Son 10 ildə vətənimdən kənarda qalıb, idarəetmədə işləmişəm. Ziyalı ailəyə bu cür münasibəti başa düşə bilmirəm. 55 yaşım tamamdır. Amma işləyə bilərəm. Belə gedişatla ölkədən kənara çıxıb, işləyəcəm.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru