Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                 

"Bizlər həmin sənətkarların övladları ilə birgə böyümüşük..."
Tarix: 21-01-2024, 12:23 | Çap et
"Bizlər həmin sənətkarların övladları ilə birgə böyümüşük..."
“Ulu öndər Heydər Əliyev Azərbaycan teatrının 100 illiyi münasibəti ilə şəhərin mərkəzi küçəsində yerləşən binanın bir blokunu sənət adamlarına, aktyorlara, rejissorlara hədiyyə etmişdi. Bizim blokda xalq artistləri Amaliya Pənahova, Bürcəli Əsgərov, Ramiz Məlik və teatrın digər işçiləri yaşayırdılar. Biz 5-ci mərtəbədə, Bürcəli Əsgərov isə 6-cı mərtəbədə qalırdı. Onun ailəsi ilə doğmalaşmışdıq, ailəvi dost olmuşduq. Tez-tez bir-birimizin evində olurduq. Kimin evində yığışırdıqsa, o evdə mütləq Yaşar Nuri, Telman Adıgözəlov, Kamal Xudaverdiyev, Mikayıl Mirzə və s. sənətkarlar da olurdu. Ya ailələri ilə, ya da ki, tək özləri. Bizlər həmin sənətkarların övladları ilə birgə böyümüşük. O vaxt çox sıx əlaqələrimiz var idi. 19 yanvardan 20-nə keçən gecə Bürcəli müəllimlə atam bizim evdə nərd oynayırdılar. Biz Azadlıq prospektində yaşayırdıq. Meydandan atışma səsləri gəldi. Atamla Bürcəli müəllim eyvana çıxanda gördülər ki, yaxınlıqdakı hərbi hissədə atışmadır. Bir uşağı da gözlərinin qabağında vurmuşdular. Uşaq qaçaraq qışqırırdı ki, “ay millət, camaatı qırırlar, oyanın”. Atam dedi ki, “Bürcəli, burada nəsə baş verir”. Amma heç birimiz nəsə anlamırdıq”

Bunu Moderator.az-a açıqlamasında böyük və qüdrətli sənətkar Hamlet Xanızadənin qızı Aygün Xanızadə deyib.

O daha sonra həmin illəri yenidən xatırlayıb.
“Mənim 15, bacım Xumarın 11 yaşı var idi. Təbii ki, biz uşaq idik, baş verənləri o qədər də dərindən başa düşmürdük. Atamgil aşağı düşdülər, səhərə qədər evə gəlmədilər. Anam bizi yatızdırırdı, amma atışma səslərini eşidirdik. Qorxu içində idik. Anam bizi sakitləşdirə bilmirdi. Ürək-dirək verirdi. Həmin gecə yatmadıq, atamın yolunu gözlədik. Bacımla eyvandan gördük ki, bir tank həyətimizə daxil oldu. Tank öz hədəfini yuxarı mərtəbələrə tuşladı. Tankın üzərində də rus əsgərləri var idi. Dedilər ki, “bu mərtəbələrdə heç kim yoxdur, atəş açmayın”. Biz də eyvandan baxırdıq, tankı görəndə gizləndik. Tankı sürüb getdilər. Biz 3-cü blokda idik, bizimlə üzbəüz mərtəbədə yaşayan qızı vurmuşdular. O aqibət bəlkə bizi də gözləyirdi, şükürlər olsun ki, biz daha çevik davrandıq. Anlamırdıq, ağlımıza da gətirə bilməzdik ki, belə bir şey ola bilər. Səhərə yaxın 8-9 radələrində atam gəldi. Dedi ki, “milləti qırıblar, itkin düşənlər var, maşınların üstündən tanklar keçib, morda meyit çoxdur”. Atam şok vəziyyətində idi. Atam millətini, xalqını çox istəyirdi. Bu faciəni qəbul edə bilmirdi. Deyirdi ki, “necə belə bir şey mənim millətimin başına gələ bilər axı?”. O qədər fikir edirdi ki. Fevral ayının 2-nə qədər atam dost-tanışları ilə faciə qurbanlarını anırdı, qəbirstanlıqları gəzirdi, cənazələrin dəfn mərasimlərində iştirak edirdi. Bir aktyor, şəxsiyyət, sənətkar kimi yox, sadə xalqın nümayəndəsi kimi. Atam şöhrətpərəst insan deyildi. Bizdə evdə matəm idi, gülüb-danışmaq, televizora baxmaq qadağan olunmuşdu. Bəlkə də çox anlamırdıq, başa düşmürdük, amma bir onu bilirdik ki, evimizdə ciddi rejim hökm sürürdü. Atamın qanıqara idi. Üzünün dərisinin rəngi də qara idi. Sanki boğulmuşdu. Bir onu başa düşürdüm ki, atam bu hadisələri ürəyinə salırdı. O bütün ölənləri öz doğması-bacısı, qardaşı, övladı kimi qarşılayırdı. Teatra da getmirdi. Bu ərəfələrdə “Qətl günü” filminin çəkilişi gedirdi. Ondan 1 il qabaq qəzaya düşmüşdü, çənə hissəsi iki yerdən sınmışdı. Çox böyük, çətin əməliyyat keçirmişdi. Həkimlər ağır tamaşalarda, çəkilişlərdə iştirak etməsinə icazə vermirdilər. Amma buna baxmayaraq atam filmdə də çəkildi. Söhbət “Qətl günü” filmindən gedir. Amma onu filmdə Fuad Poladov səsləndirdi. Fevral ayının 2-də atamın səhhəti pisləşdi. Dəqiq bilmirəm onu udar vurmuşdu, yoxsa başqa bir şey baş vermişdi?! Özü də kiminsə dəfnində olub. Fuad Poladov və Hafiz Fətullayev atamı evə gətirdilər. Artıq pis vəziyyətdə idi. Anam qapını açanda atam artıq ölümcül idi. Gətirib evdə uzandırdıq. Demək olar ki, heç nə danışa bilmədi. Həkimlər gəlib-getdi. Bürcəli Əsgərovun oğlu Hikmət kardioloq idi. Gəlib baxdı, dedi ki, təcili xəstəxanaya yerləşdirməliyik. O vaxtı bütün xəstəxanalar yaralılarla, meyitlərlə dolu idi. Təcili Tibbi Yardım gələnə qədər atama yaxınlaşıb dedim ki, “ata, sən məni eşidirsən?”. Heç nə cavab vermədi. Yenə də dedim ki, “əgər məni eşidirsənsə işarə et, gözünü aç-bağla”. Bir onu hiss etdim ki, əlimi bərk sıxdı. Bu onun sonuncu işarəti oldu. Təcili Yardım komandası atamı ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirdilər. Anam gecə yanında qalmışdı. Səhər evə gəlib dedi ki, “atamız keçindi”. Hər şey elə tez, qəfil oldu ki... Mənim anam 4-cü ildir ki, dünyasını dəyişib. Həyatda bəlkə də ən böyük sarsıntını onu itirəndə keçirmişəm. Atamı itirəndə uşaq idim, dərk edə bilmirdim. “Ata” sözünə uşaqlıqda o qədər ehtiyacım var idi ki. O qədər həsrət çəkmişəm, gözlərim dolub ki... O boşluğumu heç kim doldurmayıb.. Atam 20 yanvar hadisələrindən sonra dünyasını dəyişdiyinə görə anama dedilər ki, “yaz, ona şəhid statusu al”. O addan nəsə bir maddiyat gələcəkdi deyə yox. Şükür bizim ailəmiz hər zaman yaxşı dolanıb, heç bir yardıma ehtiyacımız olmayıb. Sadəcə anam fikirləşirdi ki, atam 20 yanvar yolunda şəhid oldu. Özünü bu yolda həlak edib, xəstəliyə düçar olub. Təkcə təskinlik üçün bu adı istəyirdi. Anam istəyirdi ki, bir status alsın, binaya lövhə vurdursun. Dəqiq bilmirəm, harasa yazmışdılar, bir cavab gəlmişdi ki, “Hamlet Xanızadə güllə altına düşməyib ki, ona şəhid statusu verək”. Ondan sonra anam yazmadı, müraciət də etmədi. Çox qürurlu qadın idi. Sonra biz, dostları tərəfindən təklif etdik ki, siz icazə verin, xərcini biz çəkək. Binanın qarşısında barelyefi olsun. Həmin sözü dedilər və əlavə də etdilər ki, “axı xalq artisti deyil”.. Əfsuslar olsun ki, dəyər vermədilər. Atam rəhmətə gedəndə Mədəniyyət Nazirliyindən təklif etdilər ki, onu Şəhidlər Xiyabanında dəfn etsinlər. Bir il ondan öncə atam vəsiyyət etmişdi ki, mənə nəsə olsa Şağanda, ata-anamın yanında dəfn edərsiniz. Atamı vəsiyyətinə uyğun orada dəfn etdik. Atamın yas mərasiminə o qədər insanlar gəlmişdi ki.. Sadə xalq.. Özü kimi.. Bəlkə də Azərbaycanın hər bölgəsindən yasa gələnlər var idi” deyə sənətkarın qızı Aygün Xanızadə bildirib.

Böyük sənətkarın qızı deyib ki, atası sənət yoldaşlarının da, sadə xalqın da qəlbində dərin iz qoyub.
“Artıq 50 yaşım var. Hara gedirəmsə soyadımı eşidənlər çox böyük hörmətlə məni qarşılayırlar. Ayağa qalxıb, çox böyük diqqət göstərirlər. Çox böyük fəxrlə deyirəm ki, mən Hamlet Xanızadənin qızıyam. Övladları olaraq onun adını mən də, bacım Xumar da layiqincə daşıyırıq. Hal-hazırda Akademik Milli Dram teatrında menecer vəzifəsində çalışıram. Orada da atamla bağlı gözəl xatirələr danışırlar, mənimlə isti münasibət qururlar. İndi yaşa dolmuş, amma vaxtilə gənc olan aktrisalardan biri deyir ki, “teatra gələndə hər aktyor mənə bir gözlə baxırdı, amma yeganə aktyor Hamlet Xanızadə idi ki, məni qoruyurdu. Deyirdi ki, “qızım, nə qədər ki, burdayam, sənin arxandayam. İşlə, oxu, yarat”. Həmin aktrisa dedi ki, “mən onu teatra özümə arxa bilirdim”. 15 ilə yaxındır ki, atamın adına facebookda rəsmi səhifə açmışıq. Hər doğum günündə, həm də anım günündə səhifədə paylaşımlar edirik. O qədər isti, gözəl sözlər yazırlar ki. Çox duyğulanıb, fərəhlənirik. O tam başqa bir hissdir. Bu sevgidir, bu hörmətdir. Bu hər sənətkara nəsib, qismət olmayan sayğıdır. Sağ olsun xalqımız, millətimiz. Nə yaxşı ki, mən atamın-Hamlet Xanızadənin qızıyam” deyə sənətkarın övladı bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru