Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                 

“Haradan biləydik ki, bizi aldadırlar, işlədib, sonra bayıra atacaqlar?” - QALMAQAL
Tarix: 20-01-2024, 08:26 | Çap et
“Haradan biləydik ki, bizi aldadırlar, işlədib, sonra bayıra atacaqlar?”
Teatr və kino rəssamları Nigar və Nəzrin Əliyeva bacıları Azərbaycan Dövlət Opera və Balet Teatrında əməyin istismarına məruz qaldıqlarını, sonra da işdən çıxarıldıqlarını iddia edirlər.

Dediklərinə görə, əvvəllər Nigar geyim üzrə rəssam, bacısı Nəzrin isə onun asistenti kimi bir sıra film layihələrində çalışıblar.

Son bir neçə ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında filmlər çəkilmədiyi üçün onlar işsiz qalıblar.

İş axtarmaq üçün paytaxt teatrlarına üz tutublar.

“İkimiz də ali təhsilliyik. Təəssüf ki, heç bir teatr bizi heç kandarından içəri buraxmadı. Sonradan öyrəndim ki, teatrlar yalnız adamları qohumluq, tanışlıq prinsipi əsasında işə götürür”, – Nigar Əliyeva Meydan TV-yə bildirir.

2023-cü ildə Opera və Balet Teatrında rəhbər dəyişikliyindən, Xalq artisti, opera müğənnisi Yusif Eyvazov teatra direktor təyin olunandan sonra iş üçün ora müraciət ediblər.

Nigar Əliyevanın sözlərinə görə, onları teatrın dərzi sexinin müdiri Yelena Almazova qəbul edib. Əl işləri ilə tanış olduqdan sonra bir aylıq sınaq müddətinə rəssam yox, dərzi işinə götürülüblər:

“Yelena Almazova bir ayın tamamında işə götürüldüyümüzü bildirdi. Kadrlar şöbəsində olanda isə gördük ki, bizə bir aylıq müqavilə imzaladırlar. Səbəbini soruşanda, dedilər ki, narahat olmayın, burada hamını elə işə götürürlər. Biz avtomatik olaraq hər ay müqavilənizi uzadırıq. 2024-cü ilin yanvarına qədər belə olacaq. Yanvardan bizə daimi rəssamlıq ştatı verəcəklər və sizi həmin işə keçirəcəyik. Dərzi ştatında olsanız da, rəssam işləyəcəksiniz”.

Müsahibin dediyinə görə, orada işlədikləri iki ay ərzində birinci ay üçün ayrı-ayrılıqda hərəsinə 595, ikincidə isə 630 manat maaş veriblər.

Nigar Əliyeva bildirir ki, onlara bir neçə iş gördürüblər:

“Yelena Almazova bacımla məni həm dərzi, həm kostyumçu, həm də rəssam kimi işlədirdi. “Məhəbbət əfsanəsi”nin yeni premyerasına görə ikimizi də Heydər Əliyev Sarayına aparırdılar. Orada ağır ütü ilə bütün səhnə geyimlərini, demək olar ki, biz ütülədik. Bizə orada papaqları təzədən tikdirdi. Ağır qutuları yığdırdı, boşaltdırdı. Kostyumer qadınlarla birgə bizi də işlətdi. Halbuki bu, bacımla mənim işim deyildi. Səsimizi çıxarmırdıq ki, nəhayət, daimi işimiz olacaq. Haradan biləydik ki, bizi aldadırlar, işlədib, sonra bayıra atacaqlar?”.

Nigar Əliyeva həmçinin iddia edir ki, Opera və Balet Teatrında bir sıra qanun pozuntularının da şahidi olub:

“Bir dəfə Yelena Almazova iki bacı bizi köhnə kostyumlar olan otağa saldı. Mənə dedi ki, oradan yaxşı kostyumları seç, mənə lazımdır. Mən də seçdim. Köhnələri atdırdı. Bəzilərini saxladı. Əslində, hamısını, istifadə müddəti bitmiş köhnə kostyumları atdırmalı idi. Hansı ki, hökumətə deyiblər ki, kostyumları təzələyirlər”.

“Sonra gördüm ki, mənim seçdiyim həmin köhnə kostyumları təzə adı ilə dərzi sexində verib ki, guya astarını, ora-burasını düzəltsinlər. Bunlar hökuməti belə aldadırlar, “kostyumları dəyişirəm”, – adı ilə pullar alırlar. Əslində isə dəyişmirlər, təzə adı ilə olan kostyumların yarısından çoxu köhnədir”, – şikayətçi iddia edir.

O deyir ki, əlavə gördükləri işlə yanaşı, sex müdirinin danlaq və təhqirlərini eşitməli olurmuşlar:

“Dörd nəfər işçi idik. Onlara heç nə demirdi, ancaq bizə acıqlanır və təhqir edirdi. Yelenanın tapşırığı ilə iki yüzdən çox applikasiya (əl işi) kəsmişdik. Noyabrın 5-də Yelena gəldi, bəzi applikasiyalara baxıb, bəyənmədi. Üstümüzə qışqırıb, bizi təhqir etməyə başladı. Rusca bizə “tupitsı, idiotki, debilki, slepıe”– deyirdi”.

“Biz applikasiyalara baxanda, məlum oldu ki, əslində, heç bir problem yoxdur. Onun bəyənmədiyi applikasiyaları isə digər işçi kəsib. Biz bunu Yelenaya bildirdik və dedik ki, niyə başqa işçinin işinə görə danlanmalıyıq? O, bizə əhəmiyyət vermədi və təhqirlərinə davam edərək, dedi ki, teatrda bizimlə uzun müddətli müqavilə bağlanmasına o, icazə vermir. Əlavə etdi ki, hər ayın axırı gedib, kadrlar şöbəsinə bizi növbəti ay üçün işdə saxlayıb-saxlamayacağımı özü göstəriş verir”, – Nigar Əliyeva deyir.

O bildirir ki, Yelena Almazovanın bacısı ilə onu işdən çıxarmaqla hədələməsinə cavab olaraq, ondan şikayət edəcəyini bildirib:

“Biz məsələ ilə əlaqədar teatrın direktoru Yusif Eyvazova şikayət etmək istədik. Onu yerində tapmadığımız üçün noyabrın 6-da Mədəniyyət Nazirliyinə getdik. Nazirlik əməkdaşlarına bildirdik ki, bizi kimsə qəbul etməsə, məsələni ictimailəşdirəcəyik. Dedilər ki, gözləyin, indi sizinlə danışmağa kimsə düşəcək”.

“Yarım saat keçəndən sonra bir də gördük ki, Yusif Eyvazov əlində hansısa mağazadan aldığı nəyinsə bağlaması ilə nazirliyə gəldi. Hiss olunurdu ki, əlindəki hədiyyəlik bağalamdır. O, bizi görmədi, amma biz onu gördük. Bundan sonra bizimlə danışmağa iki nəfər düşdü. Şikayətimizi dinləyib getdilər”, – vətəndaş deyir.

Nigar Əliyeva söyləyir ki, növbəti gün Yusif Eyvazov onları qəbuluna çağırıb:

“Bizi qəbuluna çağırdı və çox kobud tonda danışmağa başladı. Dedi ki, mənim avtoritetim var, sən kimsən ki, gedirsən, məndən Mədəniyyət Nazirliyinə şikayət edirsən? Mən də dedim ki, sən yerində yox idin, mən kiməsə şikayət etməliyəm ya yox?! Yelena Almazova bizi işdən çıxarır, faktiki olaraq qışın günündə küçədə qoyur. Mənə qayıdasan ki, siz çox böyük səhv edib, məndən Mədəniyyət Nazirliyinə şikayətlənmisiniz. Yelenaya inanıram, sizə yox”.

Şikayətçinin dediyinə görə, baş verənləri Yusif Eyvazova danışıblar, məsələni ictimailəşdirəcəklərini də deyiblər:

“Yusif Eyvazov da dedi ki, iki qadınsız, təksiniz, işə ehtiyacınız var. Narahat olmayın, sizi qrim ştatına keçirərik. Biz bu söhbəti Yusif Eyvazovla edəndə noyabrın 7-i axşam saat 6 radələri idi. Yanımızda da müavini Fərid İbrahimov vardı. Evə qayıtdıq, üzərindən yarım saat keçmədi, kadrlar şöbəsindən bizə zəng vurdular ki, teatra qayıdın, işinizə xitam vermişik, gəlin əmək kitabçalarınızı götürün. Görün, bunlar bizi necə ələ salıblar”.

Nigar və Nəzrin Əliyevalar Əmək Müfəttişliyinə müraciət ediblər:

“Müfəttişlik araşdırdı, belə aydın oldu ki, teatrdakılar işlərini bəri başdan möhkəm tutublar. Bizimlə əslində iki aylıq müqavilə bağlayıblar. Sonra da müqaviləyə xitam veriblər. Müfəttişlikdən bizə Mədəniyyət Nazirliyinə müraciəti tövsiyə etdilər. İki aydır ki, Mədəniyyət Nazirliyinə zəng edirəm, nazirin müavini Murad Hüseynovun qəbuluna düşə bilmirəm. Hər dəfə müxtəlif bəhanələr gətirirlər”.

Nigar Əliyevanın sözlərinə görə, Mədəniyyət Nazirliyinin əməkdaşları ilə görüşən zaman Opera və Balet Teatrında baş verənlərlə bağlı ətraflı danışıblar:

“Bütün bu qanun pozuntuları ilə əlaqədar Mədəniyyət Nazirliyində görüşdə olan zaman məlumat vermişdim.Yəni xəbərləri vardı, amma nədənsə heç bir araşdırma aparılmadı”.

Opera və Balet Teatrının kadrlar şöbəsindən Əfqan Hüseynov Meydan TV-yə bildirib ki, Nigar Əliyevanın iddiaları əsassızdır:

“Onlara deyilmişdi ki, müvəqqəti olaraq işə götürülürlər. Nigar və Nəzrin Əliyevalarla müvəqqəti, müddətli, 2 aylıq əmək müqaviləsi bağlanıb. Onlara 2024-cü ildən rəssamlıq ştatı təklif etməmişik. Onların ixtisası rəssamlıq olub. Ola bilsin ki, özləri öz yanlarından ümid bəsləyiblər ki, gələcəkdə, yanvarda, yaxud da nə zamansa, 2025-ci ildə bunların ixtisası ilə bağlı iş təklifi olar. Teatr daxilində elə bir şifahi və ya yazılı heç bir müzakirə olmayıb. Teatrdakı köhnə kostyumların yeni kimi təqdim olunması faktı da mümkün deyil”.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyindən Meydan TV-yə bildirilib ki, Nigar Əliyeva 2023-cü ilin noyabrında nazirlik əməkdaşları tərəfindən qəbul olunaraq şikayəti dinlənilib.

Nazirliyin əməkdaşından şikayətçinin səsləndirdiyi iddialarla əlaqədar teatrda araşdırma aparılıb-aparılmadığını soruşanda isə belə məlum olub ki, Nigar Əliyevanı qəbul edərək, ancaq şikayətini dinləyiblər.

Məsələ ilə maraqlanmayıblar.

Nigar Əliyeva Meydan TV-yə deyir ki, Mədəniyyət Nazirliyinin əməkdaşları ilə noyabrın 6-da görüşüb, onlara Yelena Almazova tərəfindən işdən çıxarılma ilə hədələndiyini deyib.

Noyabrın 7-də axşam saatlarında isə Opera və Balet Teatrından zəng edib, əmək müqavilələrinə xitam verildiyini bildiriblər.

Nazirlik əməkdaşı Meydan TV-yə deyib ki, hazırda məsələ araşdırılır və geniş məlumat veriləcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru