Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                 

“Onda rejissora təslim olmağı seçirəm...” - Aktrisa Aygün Fətullayeva
Tarix: 19-01-2024, 09:34 | Çap et
“Onda rejissora təslim olmağı seçirəm...”
Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası, ötən ilin sonlarında "Antioqona" faciəsində eyni adlı rolu oynamış Aygün Fətullayeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aygün xanım, bir neçə müsahibənizlə tanış oldum və orda marağıma səbəb olan məqam cavablarda özünüzə verdiyiniz suallar idi. Nigaran və narahat Aygün Fətullayevanı gördüm. Yoxsa yanılıram?

- (Bir az pauza). Məncə, yaradıcı insanlar heç vaxt tam rahat ola bilmirlər. Demək istəmirəm ki, bu, ancaq yaradıcı adamlara məxsus keyfiyyətdir, xeyr, sadəcə bu, onlarda xüsusidir. Beynimə heç vaxt tamamilə rahatlıq hakim olmur.

- Hətta yadımdadır ki, “Kod adı: V.X.A” tamaşasındakı Dilbər obrazı ilə bağlı sizinlə söhbətləşəndə premyeradan öncə danışmaq istəmədiyinizi demişdiniz. Yaratdığınız obrazla bağlı rahatlığı hansı məqamda tapırsınız?

- Təhvil vermədiyim iş haqqında danışa bilmirəm. Biz tamaşaçıların önünə çıxırıq, yekun olaraq onların münasibəti önəmlidir. Deyə bilərsiniz ki, bir obrazı aylarla məşq edirəm, bəli, amma bütün bunlar hamısı tamaşaçıya təqdim etmək üçündür. Premyera olandan sonra mənim üçün bir çox şeylər dəqiqləşir, bütünləşir.

Elə obrazlar var, mən indi də onların üzərində nələrisə yoxlayıram. Obraz oynadıqca açılır. Oynadıqca tanımadığın başqa hislər yaranır. Təbii ki, oynadığın və hakim olduğun rollar başqadır, bir də var yeni tanış olduğun, yeni dünyaya gələnlər... Məsələn, Antiqona ilə mən hələ tanış oluram.

- Sizinlə bərabər tamaşaçı da... Bacınız, aparıcı Aynur Fətullayeva efirdə dedi ki, aylarla evdə Antiqona ilə nəfəs alırsınızmış...

- Hər yerdə, hətta yuxuda da... Oynadığın rol sənin daim fikrindədir. Hazırda yetişdirməyə çalışdığın meyvə, böyütməyə çalışdığın canlı kimidir... Sən ona qulluq etməlisən, diqqətin daim onun üzərində olmalıdır.

- Rejissor Nofəl Vəliyev Antiqonanı oynayacağınızı öncədən sizə demişdimi? Onunla söhbətdə belə başa düşdüm ki, əvvəldən elə sizi düşünüb.

- Özü mənə heç nə deməmişdi. Rəsmi əmr veriləndə adımı o rolda gördüm. Səbirsizliklə məşqləri gözləməyə başladım.

- Bilirəm ki, rejissorla mübahisəniz, fikir ayrılığınız olub...

- Niyə yalan deyim, mübahisələr çox oldu. Amma bu, gedişata ziyan vurmayan, mane olmayan mübahisələr idi. Doğrudur, bəzən əksini də düşünürdüm. Ümumiyyətlə, mən icraçı aktrisa deyiləm. Rejissor desin, mən də icra edim - yox... Öz rolumu işləməkdən savayı səhnədəki mizanlardan tutmuş hansı vəziyyətdə özümü daha orqanik hiss etdiyimlə bağlı rejissorla fikir mübadiləsi aparmağa çalışıram. Söhbət sual verməkdən getmir. Çox sual vermək də rol üzərində işləmək demək deyil.

Sadəcə, mənim razılaşdığım-razılaşmadığım nüanslar olur. Burda bunu nə üçün edirəm, yaxud niyə edirəm - bunun kimi bəzi suallar...

- Hər rejissora bu sualları verirsiniz?

- Artıq, hə. Təcrübə artdıqca və sən müxtəlif rejissorlarla işlədikcə suallar çoxalır. Əvvəllər də suallar olurdu, amma onda rejissorlara daha tez inanırdım. İndi də inanıram, amma özüm də analiz edirəm, fərqinə varıram. Onu da düşünürəm ki, tamaşanı Nofəl Vəliyev, Cənnət Səlimova, Nicat Kazımov, Mehriban Ələkbərzadə qurursa, deməli, bu, onun gördüyü Antiqona, Pırpız Sona, Maşa və Dilbərdir.

Rejissorun dediklərinin çox ziddinə gedəndə və razılaşmayanda bu, rol üzərində işləməyimə mane olur. O anda mən yaxşı mənada inanmağı və rejissora təslim olmağı seçirəm. Antiqonadakı kimi... Yəni Nofəl müəllim deyirsə, qoy elə də olsun. Təbii ki, öz fikrimi deyəndən sonra. Və başlayıram razılaşmadığım nüansları səhnədə doğrultmağa. Doğrultmağa çalışdıqca haqq verirəm. Beləcə, doğmalaşıram, maneələri, baryerləri aşıram və o, artıq mənim üçün icraya çevrilmir...

- Antiqona ona qadağan olunmuşu edir... Qadağalarla sizin aranız necədir?

- Antiqonanın azadlığının əsas qayəsi istəmədiyi şeylərdən qaçmasıdır. Kreon ona “səssiz qal, səsini çıxarma” deyəndə Antiqona razılaşmır. O, artıq lazım olanı etmiş, edə bilmişdi. Mənim üçün də azadlıq istədiyin şeyləri etmək deyil, istəmədiyin nələrisə etməməkdir.

Antiqonanın mübarizəsi yazılmış bəşəri qanunlarla yazılmamış ilahi qanunlar arasında bir mübarizədir. Antiqona yox deməyi, qarşı çıxmağı bacarır. Hər dövrün, hər situasiyanın öz qəhrəmanı olur. Antiqona tarixin ilk qadın şəxsiyyət obrazıdır. Gəlin, biz zamanı və o zamana xidmət edən qanunları unutmayaq.

Təsəvvür edin, balaca qızcığaz gecə vaxtı evdən çıxır, qardaşının meyitini dəfn etməyə gedir. Başına gələcək hər şeyi göz önünə alıb gedir. Onun kimi insanlar üçün borc anlayışı var. Ölüm bahasına olsa da sədaqəti, mübarizəni təmsil edir və bunu bacarır.

- Antiqona “yox” deməyi bacarır. Siz özünüz necə?

- Öyrənirəm. Hələ öyrənməli olduğum çox şey var. Hələ mənə tanış olmayan o qədər hiss var ki... Yavaş-yavaş öyrənirəm.

- Çəkilişlərin birində sizi Antiqona obrazında qısa parikdə görmüşdüm. Təsadüfənmi belə alınmışdı, yoxsa?

- Bəli, elə bir plan var idi. Xeyli məşqi qısa saçla, yəni pariklə etmişdim, hərçənd mənim səhnədə üz ifadəmə çox mane olurdu. Sonda bu nəticəyə gəlindi ki, vizual görüntü ilə cəsarət aşılamaq doğru deyil.

- Deyəsən, axı, teatra yeni gələndə Nicat Kazımov sizi oğlana bənzədib. Niyə onda elə təəssürat yaranmışdı?

- Elədir, teatra gələndə saçım o parikdən də qısa idi. Yəqin Nicat müəllimdə o fikri vizual görüntüm yaradıb...

Mən hər şeyə zamanla öyrəşən biriyəm. Ona görə mənim adaptasiyam daha yavaş, daha səssiz keçdi. Yadıma gəlir, Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri Boris Mancıyev bir gün mənə yaxınlaşıb soruşdu: “Niyə belə düşüncəlisən, nəyi fikirləşirsən bu qədər?” Əslində mən bunun fərqində deyildim. Sən demə, kənardan belə görünürmüş.

Bir qəribə hadisə də olmuşdu. Teatra təzə gəlmişdim, rejissor Vaqif müəllim (Vaqif Əsədov-red.) “Məhv olmuş gündəliklər” tamaşasında Anjelin dublyoru rolunu mənə həvalə etdi. Birinci məşqə gələndə Vaqif müəllim dedi ki, axşam tamaşadı, səhnəyə çıxacaqsan, çox həyəcanlandım.

İlk tərəf müqabilim aktyor Anar Seyfullayev dedi ki, narahat olma, heç nə eləmək lazım deyil, sadəcə situasiyanın içində rahat ol. Çünki oynadığım qız da teatra yenicə gələn və heç nədən xəbəri olmayan biri idi. Tamaşanın səhnə tərtibatı fərqli idi, biz kulisdən çıxanda tamaşaçılar hiss etmirdilər ki, tamaşa başlayır. Mən qaça-qaça, gülə-gülə səhnəyə çıxıram. Bu vaxt bilet nəzarətçiləri, administratorlar bir-birilərinə baxıb deyiblər ki, o oğlan uşağı kimdir, onu səhnədən çıxarın. (Gülür).

Tamaşa bitəndən sonra Vaqif müəllim mənə yaxınlaşdı və dedi ki, Aygün, səni təbrik edirəm, sən səhnədə görünürsən. O zaman bu sözlər mənə xoş gəlmişdi, amma onun mənasını və nə demək istəyini indi başa düşürəm.

- Mədəniyyət və İncəsənət Universitetini bitirəndən iki il sonra teatrda işə başlamısınız. Bildiyim qədər o müddətdə nə çəkilişlərdə olmusuz, nə də tamaşalarda oynamısınız, sanki sənətdən uzaqlaşmaq istəmisiniz.

- Uzaqlaşmaq istəməmişəm, sadəcə belə alındı. Əslində düşünmürdüm ki, teatrda işləyərəm. Universitet vaxtı deyirdilər ki, teatrlar tələbə götürmürlər. Amma indi bizdə tələbələrə də özlərini yoxlamaq şansı verilir. Mənim belə imkanım olmayıb.

Ümumiyyətlə, teatrımızın qapıları gənclərin üzünə açıqdır. Çox qəribədir ki, həmişə də Gənc Tamaşaçılar Teatrını düşünmüşəm. Ağlımda başqa teatr olmayıb. Bəlkə məktəb dönəmindən ən çox tamaşalarını izlədiyim teatr olduğuna görədir, bilmirəm.

Universitet bitdi, teatrda işləyəcəyimə ümidim yox idi, həmin iki il müddətində bədii qiraət müsabiqələrinə qatılırdım, qalib olurdum. Radioda, dublyajda özümü yoxlayırdım, amma hamısı təcrübə fonunda idi.

Teatra gəlməyim isə çox ani oldu. Bir gün zəng gəldi, dedilər, sizi görüşə dəvət edirik. Anamla teatra gəldik, dedilər, gəl-get, sonrasına baxarıq. Bir il demək olar ki, heç bir məvacib almadan çalışdım. Bir ildən sonra yarımştata düşdüm və tamaşalarda əvvəl kütləvi səhnələrdə, sonra ikinci, üçüncü dərəcəli rollarda iştirak etdim. Beləcə, işin içində tamamilə bişdim və bu gün teatrımızın baş rol ifaçılarından biriyəm.

- Oynadığınız hansı qadının taleyi sizi hələ də narahat edir?

- Əslində hamısında bir sual var, amma ən çox “Qağayı”dakı Maşa... Çexovda bir-birinə möhtac qalan insan taleləri çoxdur. Maşa gözəgörünməyən bədbəxtdir.

- Həyatda çox zaman seçim qarşısında qalırıq. Bu seçimlərdən biri ailə, digəri sənət olsa qərarınız nə olar?

- Əgər qarşıma məni seçim qarşısında qoyacaq insan çıxsa, mütləq şəkildə səhnəni seçəcəm. Teatr mənim həyatıma elə bir anda gəlib ki, onu xilaskarım kimi dəyərləndirirəm. Onu sevirəm. Bu, şişildirmiş söz deyil. Mən teatrda xoşbəxtəm, mən o xoşbəxtliyimi əlimdən vermək istəmirəm. Bəli, insan öz həyatını qurmalıdır, bu, təbiidir. Çünki teatrdan kənara çıxanda görürsən ki, orda da həyat var.

Evdə ən böyük dəstəkçim, ən yaxşı tənqidçim anamdır, onunla çox şeyi paylaşıram. Obrazım, səhnə, teatr - ən məhrəm hislərimi onunla bölüşürəm, amma insan sonda yenə öz hisləri ilə baş-başa qalır. Qarşına səni anlayan insan çıxsa belə o tandemi qorumalısan. Gəlin, incə xətt çəkək, bir tərəfdə məişət, qayğılar, digər tərəfdə səhnə. Ailə, övlad hər şeydir. Amma bütün bu qayğılar səni nə qədər əhatə etsə də məişətə düşməməlisən, fikrən və cismən səhnədə, sənətdə qalmağı bacarmalısan. Çünki sonra qayıtmaq çətin olur.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru