Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                 

Aygün Bəylər, Xalq artisti meyarı, təzadlı fikirlər - Qalmaqal davam edir
Tarix: 17-01-2024, 16:50 | Çap et
Aygün Bəylər, Xalq artisti meyarı, təzadlı fikirlər
Əməkdar artist Aygün Bəylərin vəfatından sonra onunla bərabər hələ də Xalq artisti fəxri adı verilməyən bir sıra sənətçilərin adları çəkilir.

Ölkə.Az
Əməkdar artist fəxri adına layiq görülməsinin üzərindən 9-10 və daha çox il ötən bir sıra tanınmış sənətçilərin siyahısını hazırlayıb.

Azərbaycanlı məşhur müğənni və "Bülbüllər" qrupunun yaradıcısı Aybəniz Haşımova 2008-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Həmin dövrdən 16 il ötür.

Sevilən müğənni Firuzə İbadova isə 18 il əvvəl 2006-ciı ildə Əməkdar artist adını alıb.

Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Rita Əmirbəyova isə 1991-ci ildə, yəni düz 33 il əvvəl fəxri ad alıb.

Sevilən müğənni Teymur Əmrah isə 2012-ci ildə, yəni 12 il əvvəl bu ada layiq görülüb.

Hazırda Azərbaycan Dövlət Akademik Filarmoniyasında solist kimi çalışan xanəndə Almaz Orucova da Teymur Əmrahla eyni ildə fəxri ad alıb.

2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasında aparıcı solist kimi çalışan vokal ifaçısı və aktrisa Aygün Zeynalova 12 il əvvəl Əməkdar artist adına layiq görülüb.

Sevilən aktrisa Kəmalə Müzəffər isə 13 il əvvəl Əməkdar artist fəxri adını alıb. O da uzun illərdir, Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.

Azərbaycan teatr, televiziya, kino və dublyaj aktrisası Şəfəq Əliyeva da 11 ildir ki, Əməkdar artistdir.

Sənətçilərə fəxri adların verilməsi ilə bağlı siyahı Mədəniyyət Nazirliyi tərəfindən dövlət başçısına təqdim olunur.

Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona Xalq artisti fəxri adının verilməməsi müzakirələrə səbəb olmasından sonra yerli mətbuata danışan sabiq nazir Əbülfəs Qarayev bunu vaxt məsələsi ilə izah etmişdi:

"Ona Xalq artisti adının verilməsinə gəldikdə, hər şeyin qanunu və vaxtı var. Ona Əməkdar artist adı verilmişdi, Xalq artisti adının verilməsi üçün müəyyən vaxt keçməliydi. Bir ad alandan sonra ikinci ad almaq üçün zaman keçməlidir".

Maraqlıdır ki, Aygün Bəylərə Əməkdar artist fəxri adı verilməsindən (2002) Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən (2006-2020) azad edilənədək bu məsələdən artıq 18 il vaxt ötmüşdü.

Fəxri ad məsələsində isə ən çox adı çəkilən 2 sənətçi isə müğənni Miri Yusif və Röya Ayxan olmuşdu.

Röya Ayxan 2015-ci ildə Əməkdar artist, 2019-cu ildə isə Xalq artisti adına layiq görülüb.
Miri Yusif isə 2018-ci ildə Əməkdar, 2019-cu ildə isə Xalq artisti adını alıb.

Röya Ayxan bu fəxri adları 4, Miri Yusif isə cəmi 1 il fərqlə alıb.

Qeyd edək ki, yuxarıda adı çəkilən sənətçilər hər birinə fəxri adların verilməsi və ya fəaliyyətinin böyük hissəsi məhz sabiq nazir Ə.Qarayevin vaxtına təsadüf edir.
Onun xələfi Anar Kərimov 2 ildən bir qədər az müddət vəzifədə olub. Yeni mədəniyyət naziri Adil Kərimlinin isə vəzifə müddətinin hələ 1 ili tamam olmayıb.

Qanunvericiliyə əsasən, Xalq artisti fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, Azərbaycan incəsənətinin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə əvvəllər Əməkdar artist və ya Əməkdar incəsənət xadimi adına layiq görülmüş teatr, filarmoniya, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına verilir.

Həmçinin qeyd edilir ki, Xalq artisti və Xalq rəssamı fəxri adları, bir qayda olaraq, müvafiq “Əməkdar” Fəxri adının verilməsindən 5 il keçdikdən sonra verilə bilər.

Bu yaxınlarda, daha dəqiq desək, 27 dekabr 2023-cü ildə jurnalist və Milli Məclisin 4-cü çağırış deputatı Etibar Hüseynov hələ Aygün Bəylər vəfat etməzdən əvvəl hazırkı mədəniyyət naziri Adil Kərimliyə müraciət etmişdi. Jurnalist yeni nazirin ədalətinə güvəndiyini deyərək həm A.Bəylərə, həm də Aybəniz Haşımovaya Xalq artisti adlarının verilməsi ilə bağlı xahiş etmişdi.

Son olaraq sənətçilərə "vaxtında qiymək" və ya "dəyər vermək" anlayışlarına gəldikdə isə bu çox mücərrəddir. Bu dəyəri, sadəcə, fəxri adlarla ölçənlərlə yanaşı, maddi olaraq, yəni hədiyyələri meyar bilənlər də var. Amma bununla belə, kifayət qədər sənət adamı var ki, heç kim adını çəkməsə, özü də səsini çıxarmaz, bir kənarda səssizcə fəaliyyəti ilə məşğul olar. Yəni Xalq artisti olmaq üçün uzun müddət gözləyən sənətçilərin siyahısı bizim yazımızda adı çəkilən şəxslərlə məhdudlaşmır. Onların sayı kifayət qədərdir. Və onların heç də hamısı ad davası eləmir. "İncəsənət qurban tələb edir" deyib özünü sənətinə verən və sənətin mütləq fəxri adla qiymətləndirildiyini düşünməyən xeyli sayda sənətçimiz var.
Bu məsələdə cəmiyyətin də mövqeyi birmənalı deyil.

Məsələn, Azərbaycan sevilən müğənnisi Zeynəb Xanlarova Yeni ildən sonra tənqidlərin hədəfinə çevrilmişdi. Uzun illərdir Xalq artisti fəxri adını daşıyan sənətçinin hər il olduğu kimi 2023-cü ilin son günü də AzTV-də konsert proqramında çıxış etməsini "sıxıcı" adlandıranlar olmuşdu.

Fəxri adlara kimin daha çox və ya az layiq olduğunu biz deyə bilmərik. Amma cəmiyyətin dediyi kimi, dəyər verilən sənətçinin qınandığını, "dəyər verilməyən" sənətçilər üçün isə müzakirə açıldığını görürük.

Xalq artisti Afaq Bəşirqızı da 2020-ci ildə yerli mətbuata verdiyi açıqlamasında fəxri adlarla bağlı bu sözü söyləmişdi:

"Fəxri ad aktyora teatrın yükünü çiynində apardığına, teatrın sütunu olduğuna, teatrın kassasına gəlir gətirdiyinə görə və ən əsası da xalq tərəfindən sevildiyinə görə layiq görülür.
Bəziləri düşünür ki, “əgər mən çox rol oynamışamsa, çox mahnı oxumuşamsa, artıq Əməkdar və yaxud Xalq artisti adını almalıyam. Bizim sənətdə həmişə keyfiyyət kəmiyyəti üstələyib".

Xalq artisti Hacı İsmayılov isə açıqlamalarından birində demişdi ki, fəxri adların verilməsi adi hal almamalıdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru