“Amaliya Pənahovaya yalvarsam da məni teatrda saxlamadı...”
Tarix: 16-01-2024, 10:03 | Çap et
 “1995-ci ildən Aztv-də uşaq verilişlərində görünməyə başlamışam. Əlbəttə ki, atamın dəstəyi, köməyi ilə. Verilişin adı “Sehrli güzgü” idi. Bilirsiniz ki, mən məşhur aktyor, əməkdar artist Sadıq Hüseynovun oğluyam. Atama uşaqlar “Savalan baba” deyirdilər. Diktor Ofeliya Sənani atamla birgə həmin verilişdə çalışırdı. Rafiq Səməndər redaktor idi. O vaxt atama dedim ki, “mən də bu verilişdə çıxış etmək istəyirəm”. Mənə dedi ki, “hansı obrazı istəyirsənsə yaz, apar redaktora göstər”. Yazdım, təsdiqləndi. Obrazın adı Tənbəl Əhməd idi. Başladım oynamağa. 1 ildən sonra obrazıma kimlərsə əngəl oldular. Demişdilər ki, “aktyor kimi yaxşısan, amma uşaqlar sənə baxanda tənbəlləşir” Bunu Moderator.az-a açıqlamasında bir zamanların uşaq qəhrəmanı, “Karlson” obrazı ilə balacaların sevgisini qazanan əməkdar artist Arzu Hüseynov deyib. O daha sonra əlavə edib. “Daha sonra Tənbəl Əhməd obrazımın adını Nərbəlaya, Karlsona dəyişdilər. 2006-cı ilə qədər mən Aztv-də çıxış etdim. 2006-cı ildə “Sehrli güzgü” verilişi bağlandı. Aztv-nin o vaxtkı rəhbəri Nizami Xudiyev idi. Bizim redaktorlar, rejissorlar heç nə edə bilmədilər. Bir neçə obraz gəldi, amma o qədər də sevilmədilər. Ən çox sevilən Ovçu Pirim, Sim-Sim Lələ, Savalan baba və mənim oynadığım obrazlar idi. Kollektivimiz də dağıldı. Beləliklə yaradıcılığımda ən çətin günlərim başladı” deyə aktyor bildirib. Əməkdar artist bildirib ki, illərdir ki, heç bir yerdə çəkilmir, film və seriallara dəvətləri yoxdur. “2020-ci ilə qədər seriallarda çəkilirdim. Xalq artisti Vaqif Mustafayev məni 4 filminə çəkdi. 2020-ci ildən sonra məni heç bir filmə çəkən olmadı. Yada salan olmadı. Oturmuşam evdə. Günü bu günə qədər məni heç kim dəvət etmir. Elə-belə verilişlərə dəvət ediblər, amma seriallara, filmlərə yox. Bir neçə dəfə də rejissorlar haqqımda deyib ki, uşaq verilişlərinə çıxır, necə ciddi rol oynaya bilər?! Vaqif Mustafayevdən böyük sənətkarsınız? O məni ciddi filmlərə çəkdi, siz çəkə bilmədiniz?! Bir filmə də çəkildim, heç premyerasına da məni çağırmadılar. Səbəbini soruşanda dedilər ki, uşaqların yadından çıxıb. Yaradıcılığımdan, sənətimdən pul qazanmıram. Sosial şəbəkələrdə çəkib paylaşıram, o da mənə pul qazandırmır. Mən hazırda özüm çəkib, özüm də montaj edirəm. Hanısa bir televiziya olsa, çəkdiklərimi yayımlasa sevinərəm. 5-3 dəqiqə də mənə bəs edər. Yetər ki, hansısa verilişdə qısa səhnəcik kimi bunları yayımlasınlar. Onlardan maddiyat da istəmirəm. 5-10 manat qonorar yazarlarsa nə xoş. Yazmazlarsa onları məcbur etmərəm. Yaradıcı insanın ruhunu öldürməzlər” deyə aktyor bildirib.
Arzu Hüseynov Bakı Bələdiyyə teatrını tərk etmə səbəblərindən də danışıb. “1995-ci ildən 2007-ci ilə qədər xalq artisti Amaliya Pənahovanın Bakı Bələdiyyə Teatrında işləmişəm. Atam 2003-cü ildə dünyasını dəyişəndən sonra teatrdan çıxdım. 2006-cı ildə yenidən teatra qayıtdım. Gözümdə problem var idi. O vaxt da eynək taxırdım. Tarixi tamaşalarda məcbur idim ki, eynəksiz səhnəyə çıxım. Rolumu oynayırdım, qaranlıq səhnələrdə çətinlik çəkirdim. Səhhətim məndə ruh düşkünlüyü yaratmışdı. Amaliya xanım çox tələbkar rəhbər idi. Hədsiz məşqlər edirdik. Hətta səhərdən axşama qədər məşq etdiyimiz vaxtlar olub. Qayğıkeş insan idi. Onun işləmə yolu belə idi. Öz kollektivini əlində saxlaya bilirdi, heç bir kişi rəhbərin etmədiyini etmişdi teatrı üçün. 23 nəfərə fəxri ad verdirmişdi. Mənə də onun tapşırığı ilə “Əməkdar artist” fəxri adını vermişdilər. Yubileyinə hazırlaşırdı. Yubiley tamaşasında yadırğamışdım. Çünki fasilələrlə bu teatra çıxıb qayıtmışdım. Obrazı oynamağım xoşuna gəlmədi. Məndən əsas rolu alıb başqa aktyora verdi. Mənə də dedi ki, epizodik səhnələrə çıxacaqsan. Sözün düzü incidim. Ona görə də yubileyə getmədim. Bu bəlkə də mənim səhvim idi. Yubileyə getmədiyimə görə 2007-ci ildə Amaliya xanım məni işdən çıxartdı. Buna səbəb isə Speys kanalındakı işimə gedib, teatrdakı yubileyə qatılmamağım olmuşdu. Nə qədər yalvarıb-yaxarsam da məni teatra götürmədi. Çox peşman oldum. Sonrakı peşmanlıq fayda vermir. Sonradan məni Speys tv-dən də çıxartdılar. Gözləri götürmədi, yalandan dedilər ki, maliyyə çatışmır. 2007-2009-cu illərdə işlədiyim telekanaldan məni yola saldılar. Başıma gələnlərə görə yalnız özümü günahkar görürəm. Kaş yubileyə gedərdim” deyə aktyor bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36 |
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
| • "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14 |
|
|
|
| • Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11 |
|
|
|
| • Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10 |
|
|
|
| • “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08 |
|
|
|
| • ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58 |
|
|
|
| • Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54 |
|
|
|
| • SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46 |
|
|
|
| • Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34 |
|
|
|
| • Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17 |
|
|
|
| • Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10 |
|
|
|
| • "Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06 |
|
|
|
| • TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53 |
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02 |
|
|
|
|