“40 ildir işləyirəm, fəxri adım yoxdur, amma 3-5 il işləyənlərin fəxri adı, mükafatı var” - ETİRAZ
Tarix: 10-01-2024, 10:30 | Çap et
 “Mingəçevir Dövlət Dram teatrına nə fəxri ad üçün, nə də başqa məqsədlər üçün gəlmişəm. Necə ola bilər ki, mən 1 ilin içində gəlib burada işləyim, mənə fəxri ad versinlər?! Bu teatrın illərdir işləyən aktyorları var. Mənim öz iş yerim var. Gənc Tamaşaçılar teatrından adım dəfələrlə təqdimata gedib, nazirlik də xəbərdardır, amma fəxri ad verməyiblər. Vermirlər heç verməsinlər. Məqsədləri nədir bilmirəm?! 3-5 il teatrda işləyən fəxri ad, mükafat alır. Mən isə 40 ildir işləyirəm. Mən deyəsən ömrümün axırına qədər öz adımla qalacam” Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev deyib. O daha sonra Əməkdar artist İntiqam Soltanın dəvəti ilə Mingəçevir Dövlət Dram teatrına getdiyini bildirib. “Mingəçevir Dövlət Dram teatrından əvvəl bir çox bölgə teatrlarında çalışmışam. Rayondan Bakıya köçmək ərəfəsində olanda ilk müraciət etdiyim sənət ocağı bu teatr oldu. Orada həm dostlarım, həm də həmyerlilərim var idi. Özüm Yevlaxdanam, bu teatr da mənə yaxın ərazidə yerləşir. O zaman Yevlaxda olan rəhbərliyim imkan yaratmadı, icazə vermədi, ona görə də 1988-ci ildə birbaşa Bakıya gəldim. 2013-cü ildə Mingəçevir Dövlət Dram teatrına gəldim, Sərvər Əliyevin quruluş verdiyi uşaq tamaşasında oynadım. Mənim şəkilimi afişaya vurandan, efirdə reklam olunandan sonra dublyorumun olmasına baxmayaraq 7 günə 25 tamaşa oynadım. Dedilər ki, “biletlər sənə görə satılıb”. Teatr gənclik illərimdən mənə əzizdir. Bu gün də İntiqam Soltanın rəhbərliyi altında bu teatrda çalışıram. İntiqam Soltan mənə dedi ki, “mənə dəstəyin bu ola bilər ki, yanımda, teatrda olasan”. Mən də rəsmi qaydada Gənc Tamaşaçılar teatrının direktoru Naidə İsmayılzadənin adına ərizə yazıb, icazə alıb, ikinci bir teatrda çalışmağa başladım. Əsas iş yerimin iş prinsiplərini pozmuram. İşimi elə qururam ki, hər iki teatra uyğunlaşa bilim. Xalq artisti Valeh Kərimov da mənimlə birlikdə bura gəldi. O gələn kimi Əli Əmirlinin “Varlı qadın” tamaşasına quruluş verdi. O tamaşanı mən bir neçə quruluşda oynamışdım. Əli Əmirli bu əsərdəki rolu demək olar ki, mənim üçün yazmışdı. Bu tamaşanı oynayıb, təhvil verdik. İndiyə qədər anşlaqla qarşılanır. Teatrın baş rejissoru Vüsal Mehrəliyevin quruluşunda “Açarını itirənlər” tamaşasını da təhvil verdik. Bu tamaşanı Bakıda da gəlib oynayacağıq. Yeni ildə Arzu Soltanın “Uzaqdakı krallıq” əsəri səhnələşdirildi və orada Kral obrazını mən oynadım. Bu teatrdan böyük doğmalıq görürəm, kollektiv xətrimi çox istəyir. İntiqam Soltan və Vüsal Mehrəliyev teatra gələndən burada böyük inkişaf var. Teatrı sıfırdan yaradıblar. Onlar bu teatrda iki festival keçiriblər. Bir də onu qeyd edim ki, İntiqam sadə insandır. Aktyor olmayan direktor aktyoru nadir hallarda başa düşür, amma İntiqam həm də aktyor olduğu üçün bizi çox gözəl anlayır. Aktyor olmayan direktor məmur olur” deyə Natiq Fərzəliyev bildirib. Aktyor müasir dövrdə çəkilən seriallardan da danışıb. “Bir evdə uşaqlar ayrı, ata-ana ayrı ləhçə ilə danışırlar. Bu necə ola bilər ki?! Bunu çəkən rejissor görmür? Müdaxilə edə bilmir? Belə ailə olur?! Ssenarilərimiz hadisə üstündə qurulmur. Mənasız-mənasız söz oyunları yazırlar. Aktyorlar, rejissorlar, ssenaristlər peşəkar deyillər. Kim pul, sponsor tapırsa film, serial çəkir. Yaxşıları da var. Məsəl üçün Rövşən İsaxı və çəkdiyi serialları misal çəkə bilərəm. Onun çəkdikləri baxımlı olur. Niyə? Çünki peşəkardır, məktəb görüb. Küçədən kimisə gətirib demir ki, gəl bu rolu oyna! Başqa seriallarda aktyorun ağzı söz tutmur ee! Onlara aktyor demək olmaz. “Xalturşiklər” dir. Nə var, nə var ki, aktyora 5-10 manat verəcəklər. Tamaşaçılar yolda görüb soruşurlar ki, niyə çəkilmirsiniz? Çünki mən heç kimdən xahiş etməmişəm ki, sən Allah məni də filminə, serialına çək!. Kimə sərf edibsə mənimlə işləyib” deyə sənətkar bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36 |
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
| • "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14 |
|
|
|
| • Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11 |
|
|
|
| • Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10 |
|
|
|
| • “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08 |
|
|
|
| • ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58 |
|
|
|
| • Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54 |
|
|
|
| • SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46 |
|
|
|
| • Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34 |
|
|
|
| • Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17 |
|
|
|
| • Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10 |
|
|
|
| • "Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06 |
|
|
|
| • TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53 |
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02 |
|
|
|
|