“O gündən direktorun mənimlə ədavəti başladı, haqqımda şər-böhtan yayırlar” - QALMAQAL
Tarix: 29-12-2023, 08:59 | Çap et
 Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət İrəvan Dram Teatrının aktyorları Anar Bulud və Fərid Vəliyev ərizə yazaraq işdən çıxıblar. Aktyorların teatrdan çıxmasına səbəb isə teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyevin işdən çıxarılması ilə bağlı imza toplanması olub. Moderator.az-a açıqlama verən aktyor Fərid Vəliyev bunları bildirib. “Bildiyiniz kimi hadisələr, teatrımızın baş rejissoru Sərvər Əliyevlə və teatrımızın direktoru İftixar müəllim arasında başladı. Və münasibətlər getdikcə daha da pisləşdi. Ayın neçəsi olduğu yadımdan çıxıb, bizi işə çağırdılar. İşdə bildik ki, Sərvər Əliyevi teatrdan uzaqlaşdırmaq üçün imza toplanır. Mən qol çəkməkdən imtina etdim və dedim ki, bu məsələyə qarışa bilmərəm. Çünki, mən aktyoram. Mənim işim yaradıcılıq və səhnədir. Qol çəkmədim. Və bir daha bildirdim ki, bu işə nazirlik baxmalıdır. Çünki, baş rejissoru teatra təyin edən nazirlikdir. Bu məsələ onlara aiddir. Daha sonra yenə iclas oldu. İclasda deyildi ki, Sərvər müəllim prezidentə məktub yazıb. Və yenidən teatrda imza toplanmalı olduğunu dedilər. Mən yenə öz mövqeyimdə qaldım və qol çəkməyəcəyimi bildirdim. Bu zaman teatrımızın direktoru İftixar müəllim, dedi ki, “kim qol çəkməsə işdən azad olunacaq”. Elə o anda yenə də öz mövqeyimdə qaldığımı və məsələyə qarışmayacağımı bildirdim. Bu zaman İftixar müəllim dedi ki, işdən azadsan. Mən də otaqdan çıxıb evə gəldim. Sabahı gün yenə bizi teatra çağırdılar. Mən çağırılan vaxtdan biraz sonra getdim. Ona görə gec getdim ki, gedim sənətlərimi götürüm. İftixar müəllim gələndə ondan sənədlərimi istədim. Soruşdu ki, nə sənəd? Dedim ki, əmək kitabçası və s. Və bildirdim ki, dünən dediniz ki, imza çəkmədiyim üçün işdən azadam. Bu zaman İftixar müəllim dedi ki, mən elə söz deməmişəm. Bir daha soruşdum ki, axı müəllim dünən siz belə dediniz?! Yenə dedi ki, mən elə bir söz deməmişəm. Və məndə bu zaman öz istəyimlə işdən çıxmaq haqqında ərizə yazdım. Çünki, bu cür qalmaqalın bir parçası olmaq istəmirəm. Ona görə də ərizəmi yazdım. Son olaraq onu demək istəyirəm ki, kaş bu söhbətlərin heç biri olmazdı. Mən Sərvər müəllimi də, İftixar müəllimi də çox istəyirəm. Bir böyük kimi, bir sənət adamı kimi ikisinə də hörmətim var. Amma bu ərizə söhbəti məni bulandırdı” deyə aktyor bildirib. Öz ərizəsi ilə işdən çıxan digər aktyor Anar Bulud isə bildirib ki, bu qalmaqallar teatrın yaradıcı mühitinə də təsir edib. “Fəridin dediyi kimi, mən də öz ərizəmi yazıb, işdən ayrılmışam. Səbəb də eynidir, baş rejissor Sərvər Əliyevlə bağlıdır. Bu hadisələr getdikcə böyüdüyü üçün teatrdan çıxdım. Mən aktyoram, qalmaqalda nə işim var? Teatrda yaradıcı mühitdən söhbət belə gedə bilməz. Çünki özünüz də görürsünüz ki, bu qədər qalmaqal var, hansı yaradıcı mühitdən danışa bilərəm?! Bu hadisələr məni çox üzür. Kaş belə olmazdı. Belə bir yerdə qalıb işləmək, mənim psixologiyama təsir edir. Nə vaxt hadisələr öz axarına düşərsə, əvvəlki durumda olarsa, o vaxt da teatra qayıdaram” deyə aktyor bildirib. Teatrın baş rejissoru Sərvər Əliyev isə saytımıza açıqlamasında hələ işdən çıxmadığını bildirib. “Fəridlə Anar mənim əleyhimə toplanılan imzadan imtina etdikləri üçün direktor deyib ki, işdən azadsınız. Səbəb isə odur ki, direktorun dediyini etməlisən. Təəssüf ki, o hər zaman rejissorların işinə qarışır. Bunu ondan soruşmaq lazımdır ki, məndən nə istəyir?! Mən Səmərqənd şəhərində onun pyesini tamaşaya hazırlamışdım. Dəvət etdim, gəldi Səmərqəndə, tamaşanın məşqimə baxdı və bəyəndi. Amma “kütləvi səhnəni artırmaq lazımdır” dedi, mən isə onun bu təklifini rədd etdim. Çünki mən artıq 60 gün idi ki, məşq edirdim. Azərbaycan əsəri, ora əlavə paltar, saqqal, bığ lazım olacaqdı, yəni mümkün deyildi. O gündən mənimlə konfliktə başladı. Təəssüf ki, kollektivi mənim əleyhimə qaldırıb. Onlar da haqqımda şər böhtan yazıb Mədəniyyət Nazirinə müraciət ediblər. Bu işlərin arxasında direktor durur. 3 gün öncə yenə kollektivi toplayıb, hamını bir nəfər kimi mənim əleyhimə imza toplamağa məcbur edib. İki gənc aktyor bundan imtina edəndə direktor onlara ərizə yazıb, işdən getməklərini tələb edib. Məsələ ilə bağlı Mədəniyyət Nazirinə, Nazirliyin Maliyyə və İqtisadiyyat, Daxili nəzarət və Audit şöbəsinə müraciət etmişəm. Araşdırma gedir” deyə rejissor bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07 |
|
|
|
| • 500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36 |
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
| • "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14 |
|
|
|
| • Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11 |
|
|
|
| • Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10 |
|
|
|
| • “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08 |
|
|
|
| • ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58 |
|
|
|
| • Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54 |
|
|
|
| • SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46 |
|
|
|
| • Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34 |
|
|
|
| • Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17 |
|
|
|
| • Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10 |
|
|
|
| • "Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06 |
|
|
|
| • TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53 |
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03 |
|
|
|
|