Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... .....                     Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... .....                     Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? .....                     AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? .....                     Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti? .....                     Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir .....                     “Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır .....                     "Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... .....                     "Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma .....                     İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb .....                     Ermənistanda sükut günü başlayıb .....                     ABŞ İranın radar qurğularına zərbələr endirib .....                     Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə .....                     Abşeronda sahibkarlarla görüş keçirildi .....                     “Sümükləri gec bitişir, çiyni ağrıyır” .....                     Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı .....                     Maaşları bəllidir, bəs milyonları haradan gəlir? .....                     Azərbaycanı kim və nə üçün hədəfə alır? .....                     Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? .....                     Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb .....                     “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” .....                     İran ABŞ gəmilərini atəşə tutub .....                     Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır .....                     Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda .....                     BEYNƏLXALQ HOQQABAZLIQ... .....                     Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır .....                     Kəmaləddin Heydərov öz şirkətini qalib etdi .....                     Azərbaycanda fermerlərlə bağlı yeni tələblər .....                     Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub .....                     Hər kişi məclisinə getməyən NİGAR: .....                     Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? .....                     Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından .....                     Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: .....                     Paşinyandan daha bir ziddiyyətli açıqlama: .....                     Rusiya İrəvan üçün “qollarını çırmalayıb” .....                     Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib .....                     Avropa Ermənistanı Rusiyanın əlindən alır .....                     Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi .....                     Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır .....                     Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil .....                 

"Maaş problemini həll etdik, maliyyə sıxıntıları..." - "Speys"in rəhbəri
Tarix: 6-10-2022, 09:37 | Çap et
 "Maaş problemini həll etdik, maliyyə sıxıntıları..."
"Space" teleradio şirkətinin rəhbəri Müşfiq Hətəmov Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Müşfiq müəllim, "Space" kanalında indi vəziyyət necədir?

- Şükür, yaxşıdır. Telekanalla bağlı nəzərdə tutduğumuz üç mərhələli anti-böhran tədbirinin birinci mərhələsini uğurla başa vurduq. Artıq ikinci mərhələyə qədəm qoymuşuq. Bu mövsümdə hədəf yeni layihələrin həyata keçirilməsi və reklam bazarında dayanıqlılığın təmin edilməsidir.

Üçüncü mərhələdə "Space" kanalının yeni konsepsiyasını elan edib, fərqli formatda efirə çıxacağıq. Çox şey ikinci mərhələni düzgün həll etməkdən asılıdır.

Bilirsiniz ki, bu gün dünyada söz audioviziual təsir vasitəsinindir. Bu da dünyanın inkişaf xətti olaraq insanların görmə və qəbul etmə şərtləri ilə dəyişir. Bunları nəzərə alıb müasir bir televiziya qurmağa çalışacağıq. Qarşımızda duran əsas məqsədlərdən biri budur.

- Yeni televiziya mövsümü başlayır. "Space"in efirində yeni layihələr və simalar görəcəyikmi?

- Bəli, efirdə bir çox yeni simalar görəcəksiniz. Təqribən 10-dan çox yeni, müxtəlif formatlı layihəmiz olacaq. İnanıram ki, bu hesaba əvvəlki illərdə olduğu kimi tamaşaçılarımızı "Space"in ətrafına cəlb edəcək.

- Siz "Space" televiziyasına rəhbər təyin edilərkən bir çox problemlər vardı. Kanalın borcu və işçilərə maaş verilməməsi kimi problemləri həll edə bildiniz?

- Əməkhaqqı problemi həll edildi. Kollektivimiz motivasiya ilə gecə-gündüz çalışır, bu, mənim üçün çox əhəmiyyətlidir. "Space" televiziyasında gözəl kollektiv var. Onlar da problemlərin həll edilməsində əllərindən gələni edirlər. Bizim uğurumuzun əsası budur. İnsanlar bizə dəstək verirlər.

- “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etdiyiniz dövrdə “Yarımçıq xatirələr”, “Nabat”, “Dolu” , “Qisas almadan ölmə, “Çölçü”, “Nar bağı” və ümumilikdə 20-yə yaxın uğurlu filmlə yadda qaldınız. İnanırsınızmı ki, “Space” kanalında da belə uğurlu layihələriniz olacaq?

- İstəyirik ki, Azərbaycanın audioviziual məkanı beynəlxalq platformalarda öz sözünü deyə bilsin. Çalışacağıq ki, "Space" televiziyası yalnız Azərbaycan daxilində deyil, öz layihələri ilə bir çox platformalarda yayımlansın.

"Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etdiyim illərdə buna nail ola bildik. Azərbaycan filmləri 50-dən çox dövlətdə nümayiş olundu və festivallarda iştirak etdi.

İndi isə bunun televiziya formatını həyata keçirəcəyik, ölkəmizi beynəlxalq platformalarda təmsil edəcəyik. Artıq danışıqlar davam edir və çalışacağıq ki, Azərbaycan dəyərlərini, həqiqətlərini dünyaya çatdıraq. Azərbaycan mədəniyyətinin daha çox işıqlandırılmasına yer verəcəyik. Fəaliyyətimizi bu istiqamətlərdə quracağıq.

- "Space" televiziyası yerli kanallarımızla rəqabət aparırmı?

- Hər şeyi zaman göstərər. "Space" televiziyası olaraq elə bir formatda meydana çıxmalıyıq ki, seçilək və rəqabət apara bilək. Bu gün televiziyalarımız arasında keyfiyyət və reklam uğrunda ciddi rəqabət gedir.

- Aparıcı Turan İbrahimov yenidən "Space səhər"lə efirə qayıtdı. Verilişin formatı "Atv səhər" ilə eyni formatdadır, yoxsa fərqlidir?

- Turan İbrahimov tanınmış və peşəkar aparıcıdır. O, sadəcə səhər proqramında aparıcı deyil, həm də peşəkarlığı ilə bizim yanımızdadır.

- İTV-yə Balakişi Qasımovun, AZTV-yə Rövşən Məmmədovun, Xəzər TV-yə Murad Dadaşovun, "Space"ə sizin gəlişiniz Azərbaycan teleməkanında nəyi dəyişdi? Sizin oxşar və fərqli cəhətləriniz nələrdir?

- Biz fərqli dünyagörüşü və həyat təcrübəsinə malik insanlarıq. Səmimiyyətimə inanın. Haqqında danışdığımız həmkarlarımın hər biri bacarıqlı və uğurlu kadrlardır. Balakişi Qasımovun İTV-yə gəlişi ilə televiziyalarda keyfiyyət uğrunda rəqabət başladı. Sonra AzTV-yə Rövşən Məmmədovun, Xəzər TV-yə Murad Dadaşovun gəlişi ilə teleməkanda aparılan uğurlu işlər göz qabağındadır. Mənim gəlişim isə hələ ki "Space" televiziyasının böhrandan çıxarılması ilə yekunlaşır.

Ətraflı
- Hansı Azərbaycan kanallarını izləyirsiniz?

- Vaxt olduqca hər birinə diqqət yetirməyə çalışıram.

- "Space" kanalında reytinq məsələsi hansı vəziyyətdədir?

- Bir müddət kanalın reytinqində yüksəliş oldu. Sonra maddi sıxıntılara görə tədricən bəzi verilişləri bağladıq. Bu da reytinqin düşməsinə səbəb oldu. Yeni mövsümdə başladığımız yeni layihələr onu göstərir ki, reytinqimiz yüksələcək.

- Televiziyanın nüfuzunu qaldıran əsas səbəblər nələrdir?

- Televiziyanın nüfuzunu qaldıran əsas məsələ yaxşı layihələrdir və ona da maliyyə lazımdır.

- Qarşıya üç mərhələ qoyduğunuzu qeyd etdiniz. Bu mərhələnin içində əsas məsələlərdən biri də texniki problemlər idi. Bu problemləri həll edə bildinizmi?

- Hələlik qismən... Bəzi texnikaları hələ də prodakşnlardan icarəyə götürürük.

- "Space" televiziyasında digər kanallardan fərqli nə etməyi düşünürsünüz?

- Onu yaxın gələcəkdə görəcəksiniz. Televiziya elə formatdır ki, orada komponentlər yerində düzgün olmayanda və ölçülməmiş kiçik addımlar atılanda çox ağır fəsadlar verə bilər. Ona görə də tədricən hərəkət etmək lazımdır.

- Yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi ilə "Şuşaya salam" layihəsini təqdim etdiniz. Bu haqda məlumat verməyinizi istərdik.

- Biz bu baxımdan bir çox layihələr həyata keçiririk və bunu davam etdirəcəyik. Bilirsiniz, Prezident İlham Əliyevin Qarabağa hər gedişində yeni bir inkişaf mərhələsi görürük. Məsələn, işğaldan azad edilən torpaqlarımızda məktəblərin, su xətlərinin, gözəl binaların bünövrəsi qoyulub. Qəsəbələr salınır. Biz də bu quruculuq işlərinə dəstək olaraq çalışırıq ki, hər dəfə Qarabağa gedəndə elə bir layihə həyata keçirək, dünya görsün ki, azərbaycanlılar öz doğma yurd-yuvalarına yeni nəfəs, həyat gətirməyə qayıdıblar.

Mədəni irsimizin Qarabağda yenidən bərpası və inkişafı istiqamətində görülən işlərə "Space" kanalının töhfəsi olaraq ilk işlərdən biri martda "Yəhərlənib atlarımız" adlı layihəmizin reallaşması oldu. Bu layihə çərçivəsində Qarabağ atlarının öz doğma torpaqlarında yürüşü keçirildi. Bu layihəmizi TMB-də yayımladı.

Bununla yanaşı, kanalımızda əsgərlərimizin əl yazılarından ibarət sərgi təşkil etdik. Bilirsiniz ki, hazırda Qarabağda böyük quruculuq işləri gedir. Əsgərlərimizin yazdıqları əl yazıları silinə bilərdi. Tarixdən o yazılar silinməsin deyə biz onları toplayıb sərgi keçirdik.

Növbəti layihəmiz isə "Şuşaya salam" oldu. Layihəyə görə Mədəniyyət naziri Anar Kərimova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara və Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğluna dərin təşəkkürümü bildirirəm. Layihənin böyük bir dəyəri var, dünyada siyasətçilərlə yanaşı ziyalıların, yazıçıların da Azərbaycanın haqq işinə münasibəti özünü göstərir. Bu məni çox sevindirdi.

Qarabağla bağlı bir neçə layihəmiz startdadır ki, onları yaxın gələcəkdə həyata keçiriəcəyik. "Space"də milli musiqimizin təbliği məqsədilə yeni musiqi yarışması başlayacaq. Bu da milli dəyərlərimizin, musiqi ənənələrimizin qorunması və təbliğində mühüm yer tutacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... - ETİRAZ VAR!
Bu gün, 06:54
Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... - İTTİHAM VAR...
Bu gün, 06:37
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Bu gün, 06:30
AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti? - İNCƏLƏMƏ
Bu gün, 06:19
Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir - Rusiya XİN
Bu gün, 06:18
“Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır - Həkimlərin “xəstə alveri”...
Bu gün, 05:14
"Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... - Kim qalib gələcək?
Bu gün, 05:11
"Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma - TƏFƏRRÜAT
Bu gün, 05:07
İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb - "Air and Space Forces Magazine" jurnalı
Bu gün, 05:01
Ermənistanda sükut günü başlayıb
Bu gün, 04:59
ABŞ İranın radar qurğularına zərbələr endirib - CENTCON
Bu gün, 04:58
Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə - Reaksiya
Dünən, 23:17
Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar
Dünən, 18:34
“Sümükləri gec bitişir, çiyni ağrıyır” – Flora Kərimovanın səhhətindən danışdı
Dünən, 18:26
Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Dünən, 18:24
Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Dünən, 17:41
Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Dünən, 17:35
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Dünən, 17:28
Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Dünən, 17:25
“Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Dünən, 17:16
İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Dünən, 17:13
Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Dünən, 17:08
Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Dünən, 17:07
BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Dünən, 17:04
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
Dünən, 17:01
Kəmaləddin Heydərov öz şirkətini qalib etdi - AY MAŞALLAH...
Dünən, 16:57
Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
Dünən, 16:50
Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub - FOTO
Dünən, 16:45
Hər kişi məclisinə getməyən NİGAR: - “O şərti efirdə deyə bilmərəm”
Dünən, 16:43
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Dünən, 16:38
Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Dünən, 16:36
Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: - demokratiya adı altında siyasi manipulyasiya
Dünən, 16:35
Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Dünən, 16:31
Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Dünən, 16:30
Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib - "Mehr" agentliyi
Dünən, 16:28
Avropa Ermənistanı Rusiyanın əlindən alır - ŞƏRH
Dünən, 16:25
Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi məhkəməyə göndərildi
Dünən, 16:21
Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır - Peskov
Dünən, 16:19
Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”
Dünən, 16:10
Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı - AKTUAL
Dünən, 16:06
Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir - Aleksandar Vuçiç
Dünən, 16:02
"Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
Dünən, 15:14
Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi
Dünən, 15:12
Stalinin yeganə qorxduğu şəxs: - Azərbaycanlı Məşədi Kazım...
Dünən, 15:05
Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu
Dünən, 15:02
44 günlük müharibənin generallarından birinə yeni ittiham - KİV
Dünən, 14:57
Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ
Dünən, 14:54
Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Dünən, 13:12
Allahın, yoxsa texnikanın ümidinə: - Yollara sürücüsüz avtomobillər çıxır
Dünən, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru