Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                 

"Demək olar ki, hər birimiz rahat, sakit həyatdan məhrum edilmişdik"
Tarix: 8-11-2021, 09:27 | Çap et
"Demək olar ki, hər birimiz rahat, sakit həyatdan məhrum edilmişdik"
“Uzun illərdir Qarabağ problemi Azərbaycan xalqı üçün qanı sızıldayan yara idi. Vətənini sevən hər bir azərbaycanlı torpaqlarımız işğal olunanda sakit yaşayışını itirmişdi. Demək olar ki, hər birimiz rahat, sakit həyatdan məhrum edilmişdik. Bununla heç cür razılaşa bilmirdik, narahat idik. Üstəlik də bu dərdi qəbul etmək belə mümkün deyildi, bizə yaşadılan haqsızlıqdan boğulurduq. Bu haqsızlığı biz sənət adamları çox gözəl hiss edirdik. Çünki xarici ölkələrdə olurduq və çalışırdıq ki, torpaqlarımızın işğalı haqqında dünya ictimaiyyətini məlumatlandıraq. Lakin bu yetərli deyildi. Qarabağ torpaqlarını mən dünyanın ən gözəl güşələrindən də ən gözəli hesab edirəm. Çünki biz o torpaqları görmüşdük, həmin torpaqlarda doğulan, yaşayan, heç olmasa bir dəfə də olsun o torpaqları görən insanların heç biri oraları unutmaz. Təsəvvür edin orada yaşayan insanlar üçün 30 il öz doğma yurdundan didərgin, ayrı düşmək necə böyük bir dərd idi! Hamımız gözləyirdik ki, bir gün gələcək və həqiqət öz yerini tutacaq. Nəhayət, bizim belə bir atalar sözümüz var, “Gec olsun, amma güc olsun”. Belə də oldu, gec oldu amma güc oldu. 30 illik səbr sonda öz sözünü dedi. Biz həqiqətən də qəribə millətik, Azərbaycan xalqı kimi dünyada ikinci belə səbrli millət yoxdur. Biz bunu da bilirdik ki, bu səbr ömürlük olmayacaq. Bir gün səbrimiz də tükəndi. Separatçı erməni rəhbərliyinin Şuşada, Cıdır düzündə əcaib rəqsini-yallısını görəndə bütün xalq ayağa qalxdı. Bu artıq səbr kasasının daşması idi. Bu hadisələrdən sonra Ali Baş Komandan İlham Əliyev sərəncam verdi və xalqımız öz əzəli torpaqlarını düşmən tapdağından azad etmək üçün ayağa qalxdı. Çünki İlham Əliyev ümumi səfərbərlik elan etmişdi. Uşaqdan böyüyə hər bir kəs vətənin azadlığı üçün Qarabağa yola düşdülər. Onların bir çoxu heç hərbçi belə deyildi. 44 gün ərzində biz görürdük ki, övladlarımız canlarını vətən uğrunda qurban verməyə hazırdırlar və bunu edirdilər də. Səfərbərlik elanı bütün xalqı cənab prezidentin yumruğu altında birləşdirdi. Vətən sevgisini, vətən torpağının qoxusunu biz o dönəmlərdə xalqımızda həqiqətən də hiss etdik. Nəticədə bir-bir işğal olunan torpaqlarımızı müzəffər ordumuz işğaldan azad etməyə başladı”

Bunu Moderator.az-a açıqlamasında Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri laureatı, Xalq artisti Xuraman Qasımova bildirib. O daha sonra bütün xalqı zəfər bayramı münasibəti ilə ürəkdən təbrik edib.

“Mən əlbəttə ki, istərdim bu zəfər gününü bizə yaşadan Ali Baş Komandana, müzəffər ordumuzun şücaətli əsgərindən tutmuş yüksək rütbəli zabitlərinə qədər hamıya təşəkkür edim. Eyni zamanda şəhidlərimizə rəhmət diləyib, qazilərimizə can sağlığı arzulayıram. Onların şücayəti nəticəsində bizim torpaqlarımız azad olundu. Azad Şuşa bizim mədəniyyət paytaxtımız elan edildi. Cənab prezident gündəlik işğaldan azad olunmuş ərazilərimizin adını çəkəndə televiziya arxasında onu dinləyən insanlar, eyni zamanda Fidan xanımla mən göz yaşlarımızı saxlaya bilmirdik, sevinc duyğuları yaşayaraq ağlayırdıq. Bunu artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpaqlarıdır. O gün olsun ki, Qarabağ bötüvlüklə Azərbaycanın olsun. Mən inanıram ki, bu günü də tezliklə biz görəcəyik. Cəmi 44 gün müharibədə biz qəhrəmanlığımızı, dözümlü xalq olduğumuzu, möhkəmliyimizi artıq bütün dünyaya sübut etdik. 4 minə yaxın şəhidimiz oldu, mən bu gün onların valideynləri qarşısında baş əyirəm. Onlar həqiqətən də xalqa qəhrəman övladlar yetişdiriblər. Bu günki zəfər şəhid analarının, atalarının, bacı və qardaşlarının, övladlarının zəfəridir. Bu gün artıq rahatlıqla biz Qarabağ torpaqlarına gedirik. Bu torpaq bizə Vaqifi, Natəvanı, Bülbülü, Üzeyir bəyi, Xan Şuşinskini, Vasif Adıgözəlovu, Süleyman Ələsgərovu və bir çox ziyalılarımızı bəxş edib. Biz sənət adamları da çox sevinirik. Müşahidələrim əsasında sizə deyə bilərəm ki, son bir ildə həm xalqımızda, həm ziyalılarımızda, həm də incəsənət adamları arasında vətənpərvərlik hissi çox yüksək olub.

Bu il Üzeyir Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasının da 100 illik yubileyidir. 100 il bundan öncə dahi Üzeyir Hacıbəyov Şərqdə ilk konservatoriyanı yaradıb bizə böyük mədəniyyət müəssisəsini yadigar qoydu. Zəfər bayramı ilə bağlı olaraq Bakı Musiqi Akademiyası da bir çox beynəlxalq festival və konfranslar təşkil edərək, konsertlər keçirir. Bu da bizim zəfərimiz üçün bütün mədəniyyət xadimlərinin, əlxəsus da akademiyamızın güclərini səfərbər etməsinə bir nümunədir. Azərbaycanın zəngin mədəniyyətini bu gün bütün dünya tanıyır, musiqimiz dünyanı fəth edir. Bundan sonra əlbəttə ki, Qarabağın hər bir bölgəsində Azərbaycanın bəstəkar, şairlərinin, sənətkarlarının çıxışlarını biz eşidəcəyik. Mən buna inanıram. Müharibə və pandemiya şəraitində olsaq da cənab prezident məni doğum günümlə əlaqədar olaraq “İstiqlal” ordeni ilə təltif etdi. O çətin günlərdə də mədəniyyətimizi, mədəniyyət xadimlərimizi unutmadı. Hələ ki, biz Şuşada olmamışıq. Çox istərdik ki, Fidan xanımla Şuşaya, o torpaqlara səfər edək. Mən hələ 2003-cü ildə teatrda Vasif Adıgözəlovun “Natəvan” operasında Natəvan obrazını ifa etmişəm. Tamaşanın sonuncu pərdəsində Natəvan səhnəyə çıxıb, belə deyir- “Şuşadan nigaranam, Şuşanı azad edin”. Amma indi tamaşa olsaydı mən bu yerini dəyişərək belə oxuyardım ki, “Qarabağ ürəyimdir, Şuşam göz bəbəyimdir. Ay ellər Şuşadan neçə vaxt idi nigaran idim, igid oğullarımız Şuşanı azad etdi. Onlara ilham verən yumruğa qurban olum. Mənim Şuşam azad, Şuşam azad, ruhum rahat, vətənim şad”. Çox istərdim ki, Fidan xanımla birlikdə Şuşada Natəvan bulağının qarşısında oturub, o bulaqdan su içək. Bu bizim ən böyük arzumuzdur. Mən zəfər günümüzdə qardaş ölkə Türkiyəni də unuda bilmərəm. Biz orada yaşayıb çalışmışıq. Bu 44 günlük müharibədə Türkiyə öz qardaşlığını bizə bir daha göstərdi. Biz bir millət, iki dövlətik. Türkiyə prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan Fizuli hava limanının açılışına gəlməklə bizim milləti öz millətindən ayırmadığını bir daha sübut etdi. Halal olsun Türkiyə və Azərbaycan qardaşlığına. Bu iki ölkə hər zaman bir yumruq halında birləşib, öz qardaşlığını bütün dünyaya göstərirlər. Yaşaşın Türkiyə, yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!” deyə xalq artisti bildirib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı şəhəri yenə yuyuldu - FOTO
Bu gün, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Bu gün, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Bu gün, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Bu gün, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Bu gün, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Bu gün, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Bu gün, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru