Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                 

"15 dığanı verdik, əvəzində minlərlə insanımızın həyatını sığortaladıq"
Tarix: 16-06-2021, 08:09 | Çap et
"15 dığanı verdik, əvəzində minlərlə insanımızın həyatını sığortaladıq"
Telefon zənginə həmişəki səmimi, özünəməxsus zarafatı ilə cavab verdi: “za rulyom...” Yarım saata zəng elə”.
Qarşısındakı incitməyəcək, küsdürməycək tərzdə danışan yazıçı-dramaturq Seyran Səxavətdən başqası ola bilər?!.
Mənim kimi “başıqarışıq” jurnalist səhlənkarlığı ucbatından yarım saatı hesablaya bilmədi, o boyda kişi özü təkrar zəng elədi; yəni “nə oldu, demədim yarım saata zəng elə?!”

Söhbətə körpü saldıq. Yox. Yol desəm, doğru olar. Füzulidən Şuşaya çəkilən yol kimi... Çəkinmədən soruşdum:

- Seyran müəllim, hara gedirdiniz?

- İşdən çıxmışdım. Evə gəlirdim, Mərdəkana... Yazıçılar Birliyinə getmişdim. Baxdım ki, otağımın açarını evdə unutmuşam. Başqa otaqlarda bir az var-gəl eləyib qayıtdım...

- Necəsiniz, kefiniz, əhvalınız?

- Yaxşıyam. Hamımız yaxşıyıq. Salamatıq. Dost-aşna hamısı salamatdı.

- Mərdəkanda havalar necədi?

- Əladı. Ümumiyyətlə, Mərdəkan əla yerdi. Maşını harda istəyirsən saxlayırsan, bir nəfər demir ki, burda saxlama, orda saxla. Adamları da adamla adam kimi danışırlar. Buralara min şükür. 10 ildi burdayam. Mərdəkanlı olmuşam daha.

- Seyran müəllim, siz Füzulidən əl çəkən deyilsiniz...

- Sözsüz. Əlbəttə. Tezliklə minalar təmizlənsin, gedəcəyik. O vaxt 6 sot torpaq götürmüşdüm, daş da tökdürmüşdüm, namərd düşmən aman vermədi. Daşları da yığıb aparıblar, yüz faiz.

- Kəndinizdə 6 sot torpaq almışdınız?

- Yox, şəhərdə - Füzulidə.

- Niyə ki? Sizin kəndiniz vardı, həmişə danışırsınız – Yağlıvənd...

- Hə, elədi. Kənddə evimiz var. Anam şəhərli qızı idi, atamın başını “tovladı”, şəhərə köçməyə razı saldı. Füzuli çox gözəldi. O vaxt da gözəl idi, bundan sonra lap gözəl olacaq. Mənim 6 sot torpağım gölün düz qırağındadır. Kağızı əlimdədir, sənədli-sübutlu torpaqdı. Göl də, nə göl!.. Köndələn göl deyirlər adına. Dağlardan gələn Köndələn çay gölə tökülür. İstəyirsən balıq tut, istəyirsən “lodka”ya min gəz. Səfalı bir yerdi.

- Qayıdanda o torpaqda ev tikəcəksiniz...

- Belə fikrim var. Görək də.

- Bəs kənd?

- Kəndə də gedəcəm. Kəndimiz də çox gözəldi. Bizim kənddən Şuşaya cəmi 40 kilometrdi.

- Seyran müəllim, təxmin edirəm ki, işğaldan azad olunmuş ərazilərdə başlanan tikintiləri, abadlıq işlərindən xəbəriniz var, izləyirsiniz efirdə...

- Bəli. Bunların hamısı ürəyimi açır. Əsas budu ki, Ermənistanın “qalib ordu” əfsanəsini xalqın birliyi, Ali Baş Komandanın qətiyyəti, əsgərlərimizin qəhrəmanlığı ilə darmadağın etdik. İllər əvvəl efirdə dediyim söz yerini aldı. 10-12 il əvvəl televiziyada bir verilişdə aparıcı çox “o yan bu yan elədi”, Qarabağ haqqında niyə yazılmır, filan... Dedim ki, bura bax, sən müəllim deyilsən, biz də uşaq döyülük, qarşına alıb danlayırsan. Qarabağ münaqişəsiylə bağlı “fuflo” bir qurum yaradıblar, ATƏT-in Minsk qrupu, BMT-nin ağzı qatıq kəsmir. Qarabağı əvvəlcə geri almalıyıq, sonra yazı haqqında fikirləşərik. İkincisi də, mən bütün dostlarıma Qarabağ haqqında yazmağı qadağan eləmişəm. Niyə? Çünki mənə kağız üzərində alınan Qarabağ lazım deyil. Yazıya qalsa, az da olsa fərasətim var, “qıra-qıra” gedərəm Qarabağa, ordan da keçərəm İrəvana. Mənə üzümü sürtə biləcəyim, diz çöküb torpağını öpə biləcəyim, gözümün yaşını torpağına tökə biləcəyim Qarabağ lazımdı. Sonra da dedim ki, Qarabağ haqqında ən gözəl yazını Ali Baş Komandan yazmalıdı. Allaha çox şükür ki, sözüm düz çıxdı. Ali Baş Komandan, Prezident İlham Əliyev son 200 ilin ən vacib əsərini “yazdı”. Elə bilirəm, Prezident Qarabağı mənim 75 illiyimə hədiyyə elədi. Bundan böyük hədiyyə ola bilməz. Mənə daha heç nə lazım deyil... 44 günlük müharibə günlərində insanların cəbhəyə gedən maşınlara çörək, ət, hər cür ərzaq yükləmək istədiklərini görürdüm. Əsgərimizin bunlara ehtiyacı yox idi e, amma camaat nəyi vardı, əlindən nə gəlirdi eləmək istəyirdi. Ona görə deyirəm ki, bizə Qarabağı həm də xalqın birliyi qaytardı. Bu Paşinyanın da rolu az olmadı haa!.. O ki sərxoş vəziyyətdə Şuşada yallı getdi e, elə bilirəm, bax, bizim Prezidentin səbrini daşıran o oldu. Heç nə səbəbsiz olmur. Ordumuz güclənmişdi, iqtisadi inkişaf vardı, güclənmişdik. Bunlar hamısı öz yerində, amma nəsə bir təkan olmalıdı həmişə. Bax, o Paşinyanın sərxoş vəziyyətdə rəqsi, səbr kasasını daşdırdı. Prezident deyirdi, çıxışlarında “nə oldu, Paşinyan? Rəqs eləyirdin, Şuşada parlament binası tikirdin?!”. Müharibə davam edən günlərdə məni AzTV-yə çağırmışdılar. Sağımda bir deputat əyləşmişdi, solumda bir deputat, mən orda dedim ki, mənim Prezidentim “blatnoy oğlandı”. Bunu deputatlar deyə bilməz, amma Seyran Səxavət deyə bilər. Bilirəm, mənə çatdırıblar ki, Prezidentin xoşu gəlib bu sözdən.

- Seyran müəllim, 15 erməni terrorçusunun qarşılığında minalanmış ərazilərin xəritəsinin alınmasına nə deyirsiniz?

- Çox düzgün qərardı. 15 terrorçu bizim üçün təhlükə ola bilməz. Heç Ermənistan ordusu bizim qarşımızda dayana bilmədi. 15 terrorçu ruslar demiş, “poqodı ne delayet”. 15 dığanı verdik, əvəzində minlərlə insanımızın həyatını sığortaladıq. Həyatlarını xilas etdik. Nə qədər insan düşə bilərdi o minalara. Görün nə qədər insanımız həlak olub minalanmış ərazilərdə. Bir yerdə deyil, iki yerdə deyil. Hər addımda mina basdırıblar. Mən dövlətin bu addımını alqışlayıram. Bu bizim növbəti diplomatik uğurumuzdu. Siyasi qələbəmizdi. Onları kim məcbur elədi, yenə də prezident. İnşəllah, minalar təmizlənəcək, rahat gedəcəyik kəndimizə, obamıza. Sizi də qonaq çağıracam, Ağdam yolunda özüm qarşılayacam...

- İnşallah, Seyran müəllim. Arzunuz yerinə yetəcək. Füzuliyə qayıdırsız, deməli, Bakı Seyran Səxavəti itirəcək?

- (Bir az duruxdu) ...Niyə itirir?! Bakı məni itirməyəndən sonra mən onu itirmərəm. Gələcəm, gedəcəm, Yazıçılar Birliyi var, dostlar var, işlərim var... Hərdən Mərdəkandakı dostlarımla danışırıq, deyirəm Füzuli belə gözəldi, havası belə təmizdi, tərifləyirəm. Deyirlər ki, (keçir Bakı ləhcəsinə - M.R.) “alə, nöş gəlmisən bes bura? Nə var begəm burda?”. Deyirəm, a kişi, burda televiziya var, Prezident Aparatı var, hökumət binaları var...

- Seyran müəllim daha Qarabağda da “ağııllı şəhər”, “ağıllı kənd” olacaq. Hər yerdə internet şəbəkəsi, “Asan”ın ofisləri... Bakıya gəlməyə bəlkə heç ehtiyac da olmadı...

- “Ağıllı şəhər”, “ağıllı kənd” deyiləndə yadıma İspaniyanın Malaqa əyaləti düşür. Mən orda olmuşam. Əyalət şəhərdi, amma elə bilirsən Parisin küçələrindəsən. Dünyada gedən proseslər var, biz inkişafdan geri qala bilmərik. Ermənistandan deportasiya edilən soydaşlarımızla Qarabağdan köçkün düşənlərimiz hamısı bir yerdə 1 milyon 200 min qaçqın-köçkünümüz vardı. Harda yaşayırdılar? Eləsi vardı, yataqxanada, eləsi vardı, hansısa başqa rayonda məskunlaşdı. Öyrəşmədilər o şəraitə? Öyrəşdilər. Alışdılar. Yeni, müasir qəsəbələrdə, kəndlərdə, şəhərlərdə də alışacaqlar. Bilirəm, bəziləri deyir kəndimizi necə qoyub gəlmişdim, elə istəyirəm. Amma biz istəsək də, balalarımız var. Onlar müasir kənd istəyirlər. O kəndlər 28 il əvvəl dağıdılıb, daşı-daş üstdə qalmayıb. Kəndlə şəhərin birləşməsi layihəsinə 50 il əvvəl sovetlər başladı. Sona çatdıra bilmədilər. İndi bizim dövlətimiz bunu edəcək.

- Amma Seyran müəllim, qoyub gəldiyi kəndi necə vardı, elə görmək istəyənləri də yəqin başa düşmək olar...

- Mən onları çox gözəl başa düşürəm, çünki özüm də o hissləri keçirirəm. Elə bilirsiz, qələbə çaldıq, ərazilərimiz işğaldan azad olundu, rahatlandım? Mənim qırışığım hələ indi, yavaş-yavaş açılır. 28 il çox uzun zamandı. İnsanların hisslərini anlayıram. Bunda heç bir qəbahət də yoxdu. Əksinə, insana lazımlı hisslərdir. Bu, sədaqət, vəfa, torpağa, Vətənə bağlılıq deməkdi və biz bu ölməmiş bu hisslərin sayəsində düşmənə qələbə çaldıq. Amma dünya dəyişir. Rəhmətlik Bəxtiyar Vahabzadə deyirdi, “axı dünya fırlanır”. Biz dəyişən dünyadan geri qalmamaq üçün sürətlə gedən qatara minməliyik. Dünya qatarında, lap ümumi vaqonda olsa da, özümüzə yer eləməliyik. Sonra çalışıb “SV”-yə keçərik. Hələ ümumi vaqona minək, sonrası lap yaxşı olacaq. Mənim dostlarım arasında da nostalji hisslərlə yaşayanlar var. Bir dostumun oğlu Amerikada təhsil alır. Deyirəm, oğlunu görmək istəyəndə skaypla bağlanırsan, görüntülü danışırsan, elə bil, yanında oturub, “ağıllı kənd” istəmirsən, onda get okeanın kənarında dayan, oğlun gəlsin ora, görüşün əyani... Torpağa bağlılıqdan üstün hiss yoxdur. Amma hərdən Seyran babaya da qulaq assınlar.
//sherg.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru