"Gənclərimizə qarşı inamsızlıq var idi, amma indi biz gənclərimizlə fəxr edirik"
Tarix: 10-06-2021, 08:35 | Çap et
 "Şükürlər olsun ki, əhvalımız yaxşıdır, pandemiyanın çətin günlərini artıq arxada qoymuşuq. Qapanmalardan nisbətən xilas olmuşuq, mən inanıram ki, bu müsbətə doğru gedəcək. 44 günlük müharibə müddətində mən repertuarımı sırf vətənpərvərlik mahnıları üzərində qurdum, vətənimizi, bayrağımızı, cəsur əsgərlərimizi təbliğ edən ifalara müraciət etdim. Xəstəliyin ən qızğın vaxtı idi, qorxmadan, çəkinmədən bütün efirlərə də getdim, mahnılar yazdırdım. Bir növ vətənimə, torpağıma dayaq oldum, borcumu sənətimlə vermək istədim. Mənə elə gəlir ki, verdim də"
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Almaz Orucova bildirib. Sənətçi daha sonra doğma diyarı Zəngilandan danışıb. "Bütün torpaqlar mənim üçün çox əzizdir. Əsgərlərimiz hər torpaqlarımızı işğaldan azad edəndə elə bilirdim ki, Zəngilan alınıb. Zəngilan işğaldan azad edilən gün mən İctimai televiziyada qonaq idim, elə orda sevincimizi bölüşdük, qeyd etdik. Zəngilana sözün düzü getməmişəm, onu da deyim ki, tək getməyəcəm, ailəmdəki insanlarla ora üz tutacam. Yəqin ki, 10-15 günə bunu reallaşdıracağıq, çox böyük səbrsizliklə gözləyirik. Bacılarım, qardaşım, əzizlərimiz hər birimiz istəyirik ki, doğma ocağımızı, torpağımızı görək. Düzdü evimizi şəkillərdən görmüşük, o evdən, o yurddan əsər-əlamət belə qalmayıb. Ordumuza, dövlətimizə, dövlət başçımıza minnətdaram ki, uzun illər sonra bu sevinci bizlərə yaşatdı. Gənclərimizə qarşı inamsızlıq var idi, amma indi biz gənclərimizlə fəxr edirik. Allah yaralı qazilərimizə can sağlığı, şəhidlərimizə rəhmət etsin" deyə müğənni bildirib Almaz Orucova minaya düşərək şəhid olan jurnalistlərdən də danışıb.
"İki jurnalist və bir mülki vətəndaşımızın Kəlbəcərin Susuzluq kəndində minaya düşərək şəhid olması hər birimizi sarsıtdı. Uzun illər boyu mənfur qonşumuzun etdiyi bu hərəkətlərdən təngə gəlmişdik. Bərdə, Gəncə hadisələrini törədən insanlardan hər cür hərəkət gözləmək olar. Biz bilirik ki, Kəlbəcərdə, Ağdamda, Zəngilanda, Laçında çox minalar var, hələ yenə də cəhd edirlər ki, sərhədi keçib mina basdırsınlar. Ona görə də biz xalq olaraq, millət olaraq, dövlət olaraq birləşib, biri-birimizi qorumalıyıq. Bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Neyləyək, bu Azərbaycanın taleyidir ki, bu cür şərəfsiz, vicdansız, ləyaqətsiz qonşularımız var. Düşmənin də gərək vicdanı ola da. Bizim düşmənlərimiz kürəkdən, gizlin şəkildə vuranlardandır. Dünyanı da haqqa çağırıram ki, bütün bu vəhşilikləri, terror aktlarını, günahsız insanların ölümlərini görsün. Dünya bizi günahlandırmasın, bunları görsün" deyə əməkdar artist bildirib. Almaz Orucova yeganə övladı olan oğlundan da danışıb. "Oğlum Azərbaycandan kənarda təhsil alır. O da bütün bu hadisələrə öz münasibətini bildirir. Hər şeydən öncə o Azərbaycanlıdır və harada olursa ölkəmizi təmsil edir. Allah bütün gənclərimizi qorusun, mənim övladım da onların içində olmaqla. Onlar bizim gələcəyimizdir" deyə Almaz Orucova bildirib. "Oğlunuzu evləndirib, nənə olmaq arzunuzu nə vaxt reallaşdırmaq istəyirsiz?" sualına isə Almaz Orucovanın cavabı belə olub. "Təbii ki, hər bir valideyn həm nənə, həm də baba olmaq arzusu ilə yaşayır. Həmçinin mən də. Allah hamının arzusunu reallaşdırsın, inşAllah. Təki övladlarımız vətənlərinə, ailələrinə layiq övlad olsunlar. Vaxtı çatanda hər şey olacaq, bunun üçün tələsməyə ehtiyac yoxdur" deyə o bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28 |
|
|
|
| • Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37 |
|
|
|
| • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32 |
|
|
|
| • İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28 |
|
|
|
| • Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24 |
|
|
|
| • Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19 |
|
|
|
| • "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13 |
|
|
|
| • “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
| • Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05 |
|
|
|
| • Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56 |
|
|
|
| • SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53 |
|
|
|
| • Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35 |
|
|
|
| • Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22 |
|
|
|
| • Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10 |
|
|
|
| • AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06 |
|
|
|
| • Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56 |
|
|
|
| • Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
| • ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26 |
|
|
|
| • "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
| • "Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00 |
|
|
|
| • "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51 |
|
|
|
| • Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47 |
|
|
|
| • Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32 |
|
|
|
| • Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26 |
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
| • NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21 |
|
|
|
| • Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17 |
|
|
|
| • ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10 |
|
|
|
| • İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09 |
|
|
|
| • "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07 |
|
|
|
| • Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04 |
|
|
|
| • Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01 |
|
|
|
| • Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47 |
|
|
|
| • Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45 |
|
|
|
| • Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42 |
|
|
|
|