Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                 

Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı? - ARAŞDIRMA
Tarix: 3-06-2021, 18:20 | Çap et
Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı?
“Alyonka” şokoladı... Bu şokoladın adını eşidən, üzərindəki şəkli görənlərin gözü önündə uşaqlıq illəri canlanır. Hə, bu şokolad Sovet dövrünün ən məşhur brendlərindən biri hesab edilirdi.

Bəs, sizə heç maraqlı olubmu ki, bu şokolad kağızının üzərindəki uşaq şəkli kimindir?

Bəlkə də bir çoxlarınız bunun real uşaq olmadığını da düşünmüsünüz. Amma realdır. Elə isə bu fotonun tarixinə bir nəzər salaq.

Bu şokolada adı ilk sovet kosmonavt qadını Valentina Tereşkovanın qızının adından verilib. Amma adın şəkildəki uşaqla heç bir əlaqəsi yoxdur. Şokoladın siması başqa sovet qızına aiddi.

Şokoladın tarixi hələ 60-cı illərin əvvəllərində başlayıb. SSRİ necə deyərlər, hamının əli çatacağı südlü şokoladın hazırlanması barədə müsabiqə elan etdi. Müsabiqənin qalibi isə “Qırmızı oktyabr” ( “Красный октябр”) fabriki oldu.

Hə, şokoladın resepti müzakirələrə səbəb olmuşdu. Həm dadlı, həm də hər kəsin ala biləcəyi bir şokolad olmalı idi. Bu həll olundu. Digər çətinlik isə onun üzərində olacaq şəkil idi. Rəssamlar yüzlərlə şəkillər çəksə də, uyğun olanı yarada bilmirdilər.

Seçim isə rəssam Aleksandr Qerinasın qızı Yelenanın fotosunda dayandı. Qerinasın həyat yoldaşı 1960-cı ildə qızlarının 8 ayı tamam olanda onun şəklini çəkmişdi. 1962-ci ildə şəkil “Zdorovye” jurnalında çap edilmişdi. 1965-ci ildə isə “Veçernaya Moskva” jurnalında şokolad üçün müsabiqə yaradılanda şəkil yenidən yada düşür.

Düzdü, şəkil hazır idi. Amma müəyyən dəyişikliklər lazım olur. Rəssamlar bir neçə xırda dəyişiklik edirlər. Gözləri qəhvəyidən maviyə dəyişirlər. Üzünü isə bir qədər uzadırlar. Yanaqlarını qızardaraq dodaqlarını daha dolğun edirlər. Beləliklə, 1966-cı ildə bütün dünyada tanınan şokolad və onun üzəridəki şəkli meydana gəldi.

Yeri gəlmişkən, onu da qeyd edək ki, şəklin çəkilməsi zamanı edilən dəyişikliklər 2000-ci ildə “Krasnıy oktyabr” fabrikini Yelena Qerinasa 5 milyon təzminat verməkdən xilas etdi. Belə ki, Elena Qerinasın tələbi nəticəsində məhkəmə qərara almışdı ki, şəkil tam olaraq eyni deyil, yığılma şəkildir.

Amma indi bir nüansa diqqət yetirək. Üzərində real insanların fotoları olan təkcə “Alyonka” deyildi axı. Ondan sonra da şəkli elə olduğu kimi, heç bir müdaxilə olunmadan, dəyişdirilmədən şokolad qutuları üzərinə vurulan insanlar var. Həm də onlar sadə insanlar deyil, məşhurlardır. Bütün dünyada olduğu kimi belə məşhurlardan Azərbaycanda da var. Düzdü, hazırda bu ənənə davam etməsə də, bir zamanlar onların şəkilləri şokolad qutularını bəzəyirdi. Bu məşhurlar sırasında Xalq artistləri Nazpəri Dostəliyeva, Məleykə Əsədova, Mələkxanım Əyyubovanın da adı keçir. Bəs, onlar buna görə hər hansı bir təzminat alıblarmı?

Yaxşısı budur bu haqda özləri danışsınlar.

“Əlbəttə. Mənim razılığımla verilirdi şəkillərim. O vaxt vəziyyət elə idi ki, pula da ehtiyacımız var idi. İş adamları da çox deyildi. Tək-tük adını eşidərdik. Bu iş adamı vardı, naxçıvanlı idi. Məndən icazə aldı və şəkillərimi verdi. Buna görə mənə ayda 1000 manat ödəniş edirdi”.

Xalq artisti Mələkxanım Əyyubova Lent.az-a açıqlamasında deyir bu sözləri. Və onu da əlavə edir ki, elə şokolad qutularına şəkli vurulan ilk azərbaycanlı məşhur da özü olub.

“Sonra başqa müğənnilərin də şəkli verilməyə başlandı. Nazpəri xanımın və Məleykə xanımın da şəkilləri var idi. Əslinə qalsa, mən belə şeylərə razı olacaq bir xanım deyiləm. Onda da belə idi. Sonra düşündüm ki, burada pis heç nə yoxdur. Eyni zamanda pula da ehtiyacım var. Ona görə də razılaşdım”.

Xalq artisti onu da bildirir ki, bu işin ona daim köməyi dəyib.

“Bir dəfə mən xaricdə olanda bir az çətinliklə qarşılaşmışdım. Həmin şirkətlə əlaqə saxladım. Onların həmin ölkədə filialı var idi. Məni orada qarşıladılar, otelə yerləşdirdilər. Yəni bu cür xidmətləri də var idi. Hər ay qutularla müxtəlif konfetlər, şokoladlar göndərirdilər. Hətta mən danışmışdım onlarla, hər ay yardımlar da edirdik uşaq evlərinə. Xeyriyyə işləri edirdik. Ona görə də həmin illərlə bağlı xoş xatirələrim çoxdur”.

Xalq artisti Məleykə Əsədova da mediaya açıqlamasında 90-cı illərdə şəklinin şokolad qutularının üzərinə vurulmasından danışıb. Aktrisa həmin şəkillərin müqavilə əsasında qutulara vurulduğunu deyib.

“1997-1998-ci illərdə həmin şokolad qutuları Türkiyədən gətirilirdi. Müqaviləmiz var idi. Qutulara mənim rəsmlərim vurulurdu, amma bir-iki ildən sonra dayandırdım, icazə vermədim. Özü də tapşırırdım ki, mənim şəklim olan qutularda keyfiyyətli şokoladlar olsun. Mələkxanım Əyyubovanın da şəkilləri vurulurdu. Amma sonra şəkillər çoxaldı, biz istəmədik”.

Mövzuyla bağlı Xalq artisti Nazpəri Dostəliyeva ilə də əlaqə saxladıq. Nazpəri xanım Lent.az-a açıqlamasında deyir ki, buna görə ona heç bir təzminat ödənilməyib.

“Mənə heç bir pul ödənməyib. Açığı, buna görə icazə də almayıblar. Amma mən də heç vaxt şikayətçi olmamışam. Həmişə düşünmüşəm ki, əgər kimsə mənim şəkilimdən yararlanaraq evinə bir parça çörək aparırsa, xoş halalı olsun”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru