Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? .....                     Yeni sahibkar kimləri işdən çıxara bilər? .....                     “Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır .....                     Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi .....                     Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə .....                     "Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." .....                     Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya .....                     “Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? .....                     Eldar Əzizov rəisi işdən çıxardı .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq .....                     “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur .....                     Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı .....                     Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir .....                     “Mehdiyev işi”ndə yeni gəlişmə .....                     "Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək .....                     İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır .....                     Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir .....                     Rusiya artıq müharibəni uduzub, çünki Putin... .....                     "İlhamə Novruzova bizi boğaza yığıb..." .....                     ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər .....                     Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi .....                     Naxçıvanda Milyonluq tender təxirə salındı .....                     Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... .....                     Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb .....                     ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib .....                     Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR .....                     Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR .....                     Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam .....                     Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! .....                     86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? .....                     İcra başçısının TAMAHI DAŞ KƏSİR... .....                     “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... .....                     Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                     Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır .....                     APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ .....                     Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ .....                     "Müəllim psixoloqun işini görməməlidir" .....                     İflasdan sonra müəmmalı satışlar .....                 

"Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir" - Xalq artisti
Tarix: 3-10-2020, 08:24 | Çap et
"Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir"
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatları uğurla davam edir. Bu günə qədər ordumuz tərəfindən düşmənin yüzlərlə texnikası məhv edilib. Şəhidlərimiz olsa da, ölkədə böyük qələbə əhval-ruhiyyəsi, sevinci yaşanır. Hər kəs Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına, müqəddəs torpaqlara yenidən qayıda biləcəyinə inanır.

Məsələ ilə bağlı “Yeni Müsavat” məşhur musiqiçilərin əhval-ruhiyyəsini, bu günlərlə bağlı rəylərini öyrənməyə çalışıb.

Xalq artisti, ifaçı İlqar Muradov Azərbaycan Ordusunun rəşadətindən qürur duyduğunu bildirdi: “Sentyabrın 27-də Azərbaycan Ordusunun əks hücumu, əzmkarlıq göstərməsi, illərlə işğal altında olan kəndləri, zirvəlikləri azad etməsi hər birimizdə böyük sevinc və ümidlər yaradıb. Biz inanırıq ki, o torpaqlara yenidən qayıdacağıq. Ermənilər də başa düşməlidirlər ki, artıq torpaqlarımızdan çıxıb, getməlidirlər. Biz hər şeyə hazırıq və qələbəni əldə edəcəyimizə inanıram”.

İlqar Muradov qeyd etdi ki, bu günlərdə xüsusən də gənclərdə böyük vətənpərvərlik ruhu hiss olunmaqdadır:

“Onların hər biri döyüşlərə gedib, vətəni qorumağa hazırdır. Baxmayaraq ki, şəhidlərimiz var. Amma bir tərəfdən də ölkəmizdə bayram əhval ruhiyyəsi yaşanır. İnşallah ki, qələbə də çalacağıq”.

Xalq artisti, bəstəkar, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi: “30 ildən sonra Azərbaycan, nəhayət ki, əks-hücuma keçdi və bu gün artıq bizim işğal olunmuş ərazilərimiz tədricən azad olunmağa başlayıb. Əlbəttə ki, bu işdə bizim ordumuzun böyük əməyi var. Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir”.

Siyavuş Kərimi ölkədə böyük sevinc əhval-ruhiyyəsi yaşandığını da dedi: “Azərbaycan çox böyük birlik nümayiş etdirir. Ölkədə belə bir birliyin olduğunu hələ xatırlamıram. İnsanlar, gənclər cəbhəyə can atır. Hərbi komissarlıqların qarşısında izdiham yaşanır. Analar öz oğullarını sevinclə yola salır, nəinki ağlayaraq. Çünki bilir ki, övladı vətənini azad etməyə gedir. Bu işdə mən əsgərlərimizə uğurlar arzulayıram. Allah hər bir əsgərimizi qorusun. Müharibədə itkilər olur. İtkisiz müharibə olmur. Təbii ki, bizim də şəhidlərimiz var. Amma biz şəhid olmağa deyil, öldürməyə getməli, torpaqlarımızı mənfur qonşularımızdan qorumalıyıq. Və buna da nail olacağıq. Çünki çox şanlı, rəşadətli, cəsur ordumuz var. Düşünürəm ki, qələbə qabaqdadır. İnşallah, böyük ümid edirəm ki, tezliklə yeni müsahibələrimi Xankəndində verəcəm”.

Əslən Şuşadan olan Xalq artisti Fərhad Bədəlbəyli isə bildirdi: “Əlbəttə ki, sevinc, qələbə hissini yaşayırıq. 30 ildir ki, bu günü gözləyirdik. Minsk qrupunun üzvləri ilə danışıqlarda mən də iştirak etmişəm. Gözümüz baxa-baxa bizə yalan deyirdilər. Bildirirdilər ki, bir az da dözün, hər şey yaxşı olacaq, siz tezliklə Şuşaya qayıdacaqsınız. Mən də deyirdim ki, biz hətta razıyıq ki, ermənilərlə birgə yaşayaq, amma torpaqlarımız geri qaytarılsın. Amma gördük ki, ermənilər müqəddəs Şuşamızda ”parlament" qurmaq istəyirlər. İndi də Livandan ailələri köçürüb, Şuşada yerləşdirirlər. Beləliklə, 30 ildir ki, bizi aldadıblar.

Ordumuzun qazandığı qələbələr bizə böyük sevinc bəxş edib. Bu məsələdə Türkiyənin də böyük dayağı, dəstəyini hiss edirik. Onlar bəyanatlar verib, Azərbaycanın yanında olduqlarını bildirirlər. Ermənilər torpaqlarımızdan nə qədər tez rədd olub getsələr, cavan uşaqları həlak olmaz. Axı nə istəyirlər? Nəyin üstündə vuruşurlar? Ay erməni ata-analar, siz niyə öz uşaqlarınızı döyüşə göndərirsiniz? Bu, axı Azərbaycan torpaqlarıdır. Ümid edirəm ki, yenidən müqəddəs Şuşaya gedəcəm və siz məhz orada məndən açıqlama alacaqsınız".

Xalq artisti Niyaməddin Musayev: “30 ildir ki, xalq bu günləri gözləyirdi, gözü yolda idi. Bu günlərdə böyük qürur hissi duyuruq. Küçəyə çıxırıq hər yerdə bayram əhval-ruhiyyəsi var. Prezidentimiz hər zaman deyirdi ki, Şuşada bayrağımızı qaldıracağıq. Bəzi gənclər buna inanmırdı, çünki inam itmişdi. Amma artıq zamanı çatdı, gənclərimiz gördü ki, hər şeyin öz vaxtı var və həmin vaxt gəlib, yetişib. Ordumuz böyük ruh yüksəkliyi ilə döyüşür. Qələbə bizimlədir və tam qələbəni qazanıb, işğal olunmuş torpaqlarımızı azad edəcək, o torpaqlara gedəcəyik. Bu gün görürük ki, bir çox beynəlxalq təşkilatlar danışıqlar aparılması haqda məsləhətlər verirlər. Əgər onlar zamanında öz işlərini görsə idilər, indi qan tökülməzdi. Amma torpağa qan töküləndə o torpaq vətən olur. Eşq olsun ordumuza, prezidentimizə, xalqımıza! Çox ümidliyik. Çünki haqq bizimdir. Bizim heç kəsin torpağında gözümüz yoxdur və eyni zamanda bir qarış torpağımızı kiməsə vermək fikrində deyilik”.

Xalq artisti, məşhur xanəndə, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov: “İllərlə dözdük ki, danışıqla, sülhlə torpaqlarımız geri qaytarılsın. Lakin mənfur qonşumuz hər dəfə danışıqları uzadıb, heç bir torpaq qaytarmadı. Son zamanlar da etdikləri təxribatlar isə özünə baha başa gəldi. Bu, cavabsız qala bilməzdi”.

Xalq artisti qeyd etdi ki, ən böyük arzusu işğaldan azad olunacaq torpaqlarımızda “Qarabağ şikəstəsi”ni oxumaqdır: “Mən Ağdamda doğulmuşam, hərbi xidmətimi də o müqəddəs torpaqda başa vurmuşam. Hər iki aydan bir Ağdama gedirəm. Hər dəfə ad günlərimi orada keçirmişəm. Çünki mən Ağdama çox bağlıyam.

Mənsum İbrahimov bildirdi ki, hazırda cəbhə bölgəsində yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaşanır:

“Qardaşım və yaxınlarım Ağdamda yaşayır. Bu gün cəbhə bölgəsində yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaşanır. Bir nəfər də olsun evini tərk edib getmir. Evinə bomba düşsə də, yaralansa da, təsərrüfatına ziyan dəysə də, ata-baba yurdundan kənara çıxmır. Çünki bilir ki, irəlidə Azərbaycan Ordusu əzmlə döyüşür. Onlar hər gün hərbçilərimizin yanındadır. Qocasından tutmuş uşağına qədər, hər kəs əsgərlərimizin yanına gedir ki, nəyə gücləri çatsa köməklik etsinlər.

Bu gün xalqımızda olan ruh yüksəkliyi, birlik heç bir zaman olmayıb. Allah bunları bizə çox görməsin, ordumuzu müzəffər etsin. Gün o gün olsun ki, müqəddəs torpaqlarımızda bir-birimizi qələbə münasibəti ilə təbrik edək və o gün heç də uzaqda deyil. Bizim xalqımız həqiqətən böyük xalqdır. Bəzən deyirdilər ki, insanlarımız zamanla Qarabağı unudublar. Amma tarix göstərdi ki, heç kəs Qarabağı unutmayıb. Bu gün hər birimiz bir olmalı, prezidentimiz, Ali Baş Komandanımızın ətrafında birləşməliyik. Çünki hər birimiz Ali Baş Komandanın əsgəriyik".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? - ARAŞDIRMA
Bu gün, 10:45
Yeni sahibkar kimləri işdən çıxara bilər? - Ali Məhkəmənin QƏRARI
Bu gün, 10:39
“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır
Bu gün, 10:37
Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi - DETALLAR
Bu gün, 10:29
Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:25
"Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." - "Armtimes"
Bu gün, 10:19
Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya nə qədər cəza verilib?
Bu gün, 10:18
“Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? - GÖZLƏNTİ
Bu gün, 10:12
Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
Bu gün, 10:07
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 10:06
Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq - Melkonyan
Bu gün, 10:00
“Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - SİYAHI
Bu gün, 09:56
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur - MƏQALƏ
Bu gün, 09:53
Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı - ƏMR
Bu gün, 09:49
Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir - GƏLİŞMƏ
Bu gün, 09:41
“Mehdiyev işi”ndə yeni gəlişmə - TƏFƏRRÜAT
Bu gün, 09:40
"Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:29
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:24
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir - MƏQALƏ
Bu gün, 08:21
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Bu gün, 08:06
"İlhamə Novruzova bizi boğaza yığıb..." - ETİRAZ VAR!
Bu gün, 08:00
ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər - KİV
Bu gün, 07:43
Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi
Bu gün, 07:42
Naxçıvanda Milyonluq tender təxirə salındı - SƏBƏB
Bu gün, 07:38
Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39
"Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36
ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru