VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                     Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? .....                     Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... .....                     “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” .....                     Köhnə “müttəfiqlərin” yeni hədələri .....                     "N-Turan" MMC-də böyük vergi şoku .....                     Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir .....                     Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb .....                     ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib .....                     Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                     “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur .....                     Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... .....                     Günay Ağamalıya atasından qalan bu biznes şok etdi .....                     Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi .....                     Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? .....                     Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb .....                 

“Etibar Pirverdiyevin Hikmət adlı qaynı bizə qan uddurur” - Prezidentə şikayət
Tarix: 19-05-2015, 08:47 | Çap et
“Etibar Pirverdiyevin Hikmət adlı qaynı bizə qan uddurur”
Yevlax rayonunun Salahlı kənd sakini Əhmədov Sakit Fəxrəddin oğlu tərəfindən “Təzadlar”a daxil olan şikayət məktubu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, surəti “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri E.Pirverdiyevə və “AZENCO” ASC-nin İdarə Heyətinin sədri V.Şahmuradova ünvanlıdır. Şikayət məktubunda deyilir:
Çox hörmətli cənab Prezident!
Məmur özbaşınalığı nəticəsində pozulmuş Konstitusion mülkiyyət hüququmun bərpası xahişi ilə Sizə müraciət edirəm.
Bildirirəm ki, mən uzun illərdir Mingəçevir şəhərində, Kür çayının sol sahilində özümə məxsus “Şimşək” kafesində sahibkarlıq fəaliyyəti ilə məşğulam. Mülkiyyətimdə 0.20 ha tam özəl torpaq sahəsi, o cumlədən tikinti altında 251.3 m2 torpaq sahəsi və normal fəaliyyəti təmin edən birmərtəbəli tikililər vardır. Bütün bu torpaq və əmlakımın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində qeydiyyatdan keçməsi barədə ÇIXARIŞ almışam. Bundan başqa, Mingəçevir şəhər Bələdiyyəsi ilə müqavilə əsasında 528 kv.m torpaq sahəsini 50 il müddətinə icarəyə götürmüşəm. Fəaliyyət göstərdiyim müddətdə müqavilə öhdəliklərimə, Dövlət Sosial Müdafiə Fonduna ödəmələri, habelə vergi borclarımı vaxtında ödəmişəm. Obyektdə son vaxtlara qədər 10 ailədən 20 nəfər işçi işləmişdir.
Son vaxtlar mənim obyektimlə qonşuluqda dövlət əhəmiyyətli, yeni böyük bir obyektin tikintisinə başlanmış və işlər yüksək sürətlə davam etdirilir. Tikintinin baş podratçısı “AZENCO”ASC-dir. Obyektdə tikinti işlərinə heç bir vəzifəsi və rəsmi statusu olmadığını bildirən Hikmət adlı bir şəxs rəhbərlik edir. Bu şəxs “AzEnerji” ASC İdarə Heyətinin Sədri E.Pirverdiyevin qaynıdır. Hikmət, E.Pirverdiyevin başqa bir qohumu - Əhmədiyyə adlı şəxs və obyektin mühafizə xidmətinin rəisi Həsən müəllim (onlar soyadlarını deməkdən imtina edirlər) 3 ay bundan əvvəl mənimlə görüşərək mənə məxsus obyektin və torpağın dövlət ehtiyacları üçün alınacağını bildirmişdilər. Mövcüd bazar qiymətlərini əsas götürməklə biz razılaşma yolu ilə obyektin və torpaq sahəsinin dəyərini əvvəlcədən ödəmək şərti ilə geri alınması üçün razılaşmışıq və mən bütün tələb olunan mülkiyyət sənədlərini hazırlayaraq həmin şəxslər vasitəsi ilə “AZENCO” ASC-yə təqdim etmişəm. 2 ay əvvəl isə Mingəçevir Elektrik Şəbəkəsi mənim obyektimə elektrik enerjisinin verilməsini tam dayandırmış, su təhcizatı kəsilmiş və obyektin adını göstərən reklam lövhəsi dağıdılmışdır. Mühafizə xidməti tərəfindən mənim öz xüsusi obyektimə girişimə qadağa qoyulmuşdur. Nəticədə mənə və işçilərimə böyük məbləğdə maddi zərər, habelə işgüzar nüfuzuma mənəvi zərbə vurulmuşdur. 28 aprel 2015-ci ildə bilavasitə tikintiyə rəhbərlik edən Hikmət adlı şəxslə yenidən görüşüb razılaşmamızın nəticəsi barədə məlumat almaq istəmişəm. O isə torpaqların geri alınması və kompensasiya ödənilməsi məsələləri ilə bağlı mənə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısına müraciət etməyimi tövsiyə edir.
Kifayət qədər həyat və sahibkarlıq təcrübəsi olan bir ölkə vətəndaşı olaraq məni bir sual düşündürür: - Ölkə qanunlarını və bütün dünyanın qəbul etdiyi sivil qaydaları pozan bu şəxslərə əlahiddə səlahiyyətlər verib mənim mülkiyyətimə, insan hüquqları və azadlıqları kimi müqəddəs hüquqlarıma qəsd edənlərə nəyə görə “DUR” deyən yoxdur?
Onu da diqqətinizə çatdırıram ki, Azərbaycan Respublikası Konstitusiyasının 29.4. maddəsində qeyd edilir ki, “Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.
“Sahibkarlıq fəaliyəti haqqında” Qanunun 6-cı maddəsində qeyd edilir ki, “Sahibkar onun hüquqlarına və qanuni mənafeyinə xələl gətirən dövlət orqanlarının və digər orqanların və fiziki şəxslərin qanunsuz hərəkətlərindən şikayət edə bilər”.

“BMT Təhlükəsizlik Şurasına sədrlik edən, Avropaya inteqrasiya olunan bir ölkədə mənim mülkiyyət hüquqlarıma Etibar
Pirverdiyevin adamları tərəfindən azğıncasına qəsd edilir...”
Mənim xüsusi mülkiyyətimə qanunsuz qəsd edənlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanunun 31-ci (Torpağın satın alınmasına razılıq bildirişi), 34-cü (Təkliflə bağlı danışıqlar), 35-ci( Torpağın satın alınması təklifinin qəbul olunması və müqavilənin bağlanması), 56-cı (Kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı olan amillər) və 58-ci (Bazar qiyməti) maddələrinin tələblərini də kobud surətdə pozmuşlar.
BMT Təhlükəsizlik Şurasına sədrlik edən, Avropaya inteqrasiya olunan bir ölkədə mənim mülkiyyət hüquqlarıma Etibar Pirverdiyevin adamları tərəfindən azğıncasına qəsd edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair PROTOKOLun (Paris, 20 mart 1953-cü il) 1-ci maddəsində qeyd edilir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.
Möhtərəm cənab Prezident!
Yuxarıda göstərdiyim bütün qanunlarda və Konvensiyalarda nəzərdə tutulan hüquqlarım kobud və qəddarcasına pozulmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 26.2. maddəsində qeyd edilir ki, “Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir”. Ona görə də mən Dövlətimə, onun Prezidentinə inanaraq və güvənərək pozulmuş konstitusion mülkiyyət hüququmun bərpası və mənə ədalətli kompensasiya ödənilməsi üçün lazımi göstərişlər verməyinizi xahiş edirəm.
\\ tezadlar.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Dünən, 14:33
Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Dünən, 14:31
“Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Dünən, 14:30
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Dünən, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Dünən, 13:10
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Dünən, 13:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru