"Səhhətim işləməyə imkan vermir, amma təqaüdü də ala bilmirəm" - Qarabağ Qazisi NƏ ETSİN?
Tarix: 20-07-2024, 12:06 | Çap et
 “11 ildir qazi olduğum üçün aldığım pensiyam və müharibə əlilləri üçün verilən Prezident təqaüdüm 4 il öncə dayandırıldı. Səhhətim işləməyə imkan vermir, amma təqaüdü də ala bilmirəm”.
Bu şikayətlə “Qafqazinfo”ya Birinci Qarabağ Müharibəsinin qazisi Şirxan Əliyarov müraciət edib.
Onun sözlərinə görə, sözügedən müharibə nəticəsində kəllə-beyin travması alıb: “Haradasa 2010-cu ildən mənə təqaüd verilirdi. Lakin 2020-ci ildə aldığım pulu kəsdilər. Müraciət etdim, amma dedilər ki, yenidən müayinədən keçməlisiniz. Müalicə aldıqdan sonra müraciətim zamanı iş qabiliyyətimin olduğunu bildirdilər. Mənim 54 yaşım var, səhhətimlə bağlı və uşaqlarıma baxdığım üçün heç yerə çıxa bilmirəm, qaldı ki, işləyim...”
Qazi onu da bildirib ki, himayəsində olan iki azyaşlı uşaq üçün də sosial yardım düzəltdirə bilmir: “İki uşağım var, anaları yoxdur, onları mən böyüdürəm. Buna baxmayaraq, uşaqlarım üçün də sosial yardım ala bilmirəm. Ona görə də çətinliklərlə üzləşirəm”.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu göndərdik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, bununla əlaqədar son 2 ildə heç bir müraciət daxil olmayıb: “Ağdam rayon sakini Əliyarov Şirxan Teymur oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 2 il ərzində heç bir müraciəti olmayıb, həmçinin tibb müəssisəsi tərəfindən də həmin müddətdə onunla bağlı forma-88 göndərişi rəsmiləşdirilməyib.
Əlilliyinin qiymətləndirilməsi üçün Ş.Əliyarov ilk növbədə qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən onunla bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra Ş.Əliyarovun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək. Bu barədə Agentlik tərəfindən onunla əlaqə saxlanılaraq məlumat verilib”.
Şirxan Əliyarovun 2 azyaşlı övladına görə heç bir sosial müavinət almaması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə də əlaqə saxladıq. Qurumdan saytımıza bildirildi ki, vətəndaşa əlillik müddəti ərzində aylıq sosial ödəniş edilib: “Əlilliyə görə aylıq sosial ödəniş əlillik müddətində verilir və əlillik müddəti uzadıldığı halda əlilliyə görə həmin ödəniş də davam edir. Əliyarov Şirxan Teymur oğluna da əlillik müddəti ərzində aylıq sosial ödəniş edilib. O, hazırda müharibə veteranı kimi aylıq təqaüd alır.
Ş.Əliyarov ailəsinin ünvanlı sosial yardımla təminatı üçün bu ilin yanvar ayında elektron sistem üzərindən müraciət edib, lakin maddi-məişət şəraitinin müayinəsi üçün qeyd etdiyi ünvana dəfələrlə gedilsə də, həmin ünvanda heç kəs olmayıb.
Fevral ayındakı müraciətinə baxılarkən isə ərizə-bəyannamədə göstərilməli olan bəzi məlumatları qeyd etmədiyi müəyyən edilib və imtina qərarı verilib.
Sonrakı dövrdə isə onun tərəfindən ünvanlı sosial yardımla bağlı elektron sistem üzərindən müraciəti olmayıb”.
Qeyd edək ki, Ş. Əliyarov müharibə əlilləri üçün aldığı Prezident təqaüdündən 300 manat, qazi olması ilə bağlı 500 manat pensiyası və 60 manat sosial müavinəti ilə birlikdə ümumilikdə, 860 manat alırmış.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12 |
|
|
|
| • “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55 |
|
|
|
| • “Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53 |
|
|
|
| • Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47 |
|
|
|
| • Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45 |
|
|
|
| • Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38 |
|
|
|
| • Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36 |
|
|
|
| • Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33 |
|
|
|
| • Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32 |
|
|
|
| • Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
| • Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29 |
|
|
|
| • “Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27 |
|
|
|
| • Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15 |
|
|
|
| • “Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10 |
|
|
|
| • Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08 |
|
|
|
| • Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58 |
|
|
|
| • Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54 |
|
|
|
| • Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52 |
|
|
|
| • “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49 |
|
|
|
| • "Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48 |
|
|
|
| • "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44 |
|
|
|
| • Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
Bu gün, 10:40 |
|
|
|
| • Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
Bu gün, 10:24 |
|
|
|
| • Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
Bu gün, 10:20 |
|
|
|
| • “Ermənistan da Azərbaycana məhsul satacaq” - AÇIQLAMA
Bu gün, 10:14 |
|
|
|
| • Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… – FOTO
Bu gün, 10:10 |
|
|
|
| • Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57 |
|
|
|
| • Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54 |
|
|
|
| • Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50 |
|
|
|
| • Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39 |
|
|
|
| • 5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
| • Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
| • Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31 |
|
|
|
| • Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28 |
|
|
|
| • Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25 |
|
|
|
| • Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14 |
|
|
|
| • "Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06 |
|
|
|
| • Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00 |
|
|
|
| • "AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53 |
|
|
|
| • Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51 |
|
|
|
| • Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48 |
|
|
|
| • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45 |
|
|
|
| • Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
Bu gün, 07:43 |
|
|
|
| • Elnur Əliyevin layihə imperiyası... - Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
Bu gün, 07:38 |
|
|
|
| • Rusiyada MİQRANT OVU... - 140-a yaxın əcnəbi saxlanılıb...
Bu gün, 07:35 |
|
|
|
| • Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06 |
|
|
|
| • 'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56 |
|
|
|
| • TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46 |
|
|
|
| • Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38 |
|
|
|
|