"11 ildən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ortalığa düşüb ki, bu, şəhid sayılmır..." - GİLEY
Tarix: 27-07-2021, 09:17 | Çap et
 “Oğlum bu ölkənin bütövlüyü, torpağın azad olunması uğrunda döyüşüb, ağır yaralanıb, müalicələri nəticə verməyib, elə müalicələr ala-ala həyatdan köçüb. Ona şəhidlik statusu verilib, ancaq 11 ildən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ortalığa düşüb ki, bu, şəhid sayılmır. Məhkəməyə müraciət edib, oğumun şəhidlik statusunu ləğv etdirib. Həyat yoldaşım məhkəmə yollarında qaldı, axırda ürəyi tab gətirmədi, onu da itirdik”.
Gəncə sakini Qaratel Rəhimova danışır bunları... Qaratel xanımın oğlu Yusif Rəhimov 1991-ci ildə - 19 yaşında Gəncə Şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 3 il Qarabağ və ətraf rayonlarında döyüşüb. 1994-cü ildə Füzulinin Yuxarı Seyidəhmədli kəndində güllə yarası alıb. Uzun illər müalicə alsa da, faydası olmayıb. Nəticədə psixi durumu da pozulub. 1998-ci ildə vəfat edib. Yusifin ailəsi 1999-cu ildə Kəpəz Rayon Məhkəməsinə müraciət edəndən sonra ona şəhid statusu verilib. 10 il sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə Apelyasiya Məhkəməsinə müraciət edib. Qurum məhkəmədən 1999-cu il tarixli həmin qətnamədən apelyasiya şikayəti müddətinin ötürülməsinin üzrlü hesab olunmasını xahiş edib. Ərizə təmin olunub, bundan sonra qurum apelyasiya şikayəti ilə müraciət edərək Yusif Rəhimovun şəhidlik statusunun ləğv edilməsini istəyib. Nazirlik belə əsaslandırıb ki, Yusif Rəhimovun ölümü güllə yarasından deyil, müalicəsi ilə bağlıdır. Döyüş meydanında həlak olmayıb, aldığı yaradan sonradan öldüyü üçün şəhid sayıla bilməz. Nazirliyin apelyasiya şikayəti təmin edilib, Yusif Rəhimova 10 il əvvəl verilmiş şəhidlik statusu ləğv olunub. Buna dözməyən ata İsa Rəhimov az sonra ürək tutmasından vəfat edib.
“Həyat yoldaşım haqsızlığa dözmədi”
Qaratel Rəhimova danışır:
“Oğlum Yusif 19 yaşından odun-alovun içində oldu, 3 ildən sonra yaralı gəldi, həyatdan köçəndə vur-tut 26 yaşı vardı. Ölən günədək həyatı xəstəxana divarları arasında keçdi, başı-beyni pozuldu, axırda şəhid adını da çox gördülər balama... Bir valideyn olaraq balamızın xoş gününü görmədik, ölənədək ağrı-acı çəkdi gözlərimizin qarşısında... 3 il ən qaynar nöqtələrdə döyüş, yaralan, illərlə yataqda ağrı-acı çək, gənc yaşında dünyadan köç, ölümündən 10 il sonra ruhunu belə incitsinlər... Onun şəhidlik statusu ləğv ediləndən sonra həyat yoldaşım haqsızlığa dözmədi, ürəyi partdadı”.
Bitməyən məhkəmələr...
Qaratel Rəhimova 2020-ci ildə məhkəməyə müraciət edib. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı şəhidlik statusu barədə arayışın verilməsinə dair iddia qaldırıb. Məhkəmə hələ 10 il əvvəl Yusif Rəhimovun şəhidlik statusunun ləğv edildiyini əsas gətirərək iddianı təmin etməyib. Bu iş üzrə apelyasişa şiikayəti də təmin olunmayıb.
Qaratel Rəhimova danışır:
“Bir halda ki, bu torpağa görə cavan canını ortaya qoymuş övladımın ruhu incidilir, ona şəhidlik adı çox görülür, mən də bu torpağın vətəndaşlığından imtina edəcəm”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şöbəsindən bildirilib ki, həmin vaxt məhkəmədə qurumu pensiya siyasəti şöbəsinin müdir müavini Ürfət Mürşüdov təmsil edib. Məhkəmənin üzərindən 12 il keçib və işlə tanış olmaq üçün arxivə müraciət etmək lazımdır.



//Mənbə: Meydan.TV//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34 |
|
|
|
| • Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32 |
|
|
|
| • Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23 |
|
|
|
| • Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08 |
|
|
|
| • Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06 |
|
|
|
| • Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03 |
|
|
|
| • Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02 |
|
|
|
| • Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59 |
|
|
|
| • ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56 |
|
|
|
| • Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52 |
|
|
|
| • Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50 |
|
|
|
| • “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35 |
|
|
|
| • "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32 |
|
|
|
| • "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28 |
|
|
|
| • Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26 |
|
|
|
| • “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19 |
|
|
|
| • Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15 |
|
|
|
| • Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01 |
|
|
|
| • Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00 |
|
|
|
| • Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57 |
|
|
|
| • Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53 |
|
|
|
| • İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21 |
|
|
|
| • Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17 |
|
|
|
| • Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13 |
|
|
|
| • 45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07 |
|
|
|
| • “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Dünən, 14:33 |
|
|
|
| • Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Dünən, 14:31 |
|
|
|
| • “Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Dünən, 14:30 |
|
|
|
| • Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Dünən, 13:15 |
|
|
|
| • Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Dünən, 13:10 |
|
|
|
| • İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Dünən, 13:08 |
|
|
|
| • TƏBİB-də kadr dəyişiklikləri davam edir - BU DƏFƏ...
Dünən, 13:06 |
|
|
|
| • Nazir regional idarə rəislərinin yerini dəyişdi - BUNDAN SONRA...
Dünən, 13:03 |
|
|
|
| • Baş həkim öz istəyi ilə işdən çıxarıldı - ƏMR
Dünən, 13:02 |
|
|
|
| • Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR
Dünən, 12:59 |
|
|
|
| • AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib - FOTO
Dünən, 12:57 |
|
|
|
| • Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib - FOTO
Dünən, 12:53 |
|
|
|
| • İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR
Dünən, 12:47 |
|
|
|
| • Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək
Dünən, 12:40 |
|
|
|
| • Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək - Paşinyan
Dünən, 12:37 |
|
|
|
| • Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü
Dünən, 12:28 |
|
|
|
| • Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
Dünən, 12:25 |
|
|
|
| • Ermənistanda hərbçinin meyiti aşkarlanıb - “Armenpress”
Dünən, 12:22 |
|
|
|
| • RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU - Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir
Dünən, 12:21 |
|
|
|
| • Putini Ermənistandan rədd edəcəyik - Babacanyan
Dünən, 12:18 |
|
|
|
| • "CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" - İsa Qəmbər
Dünən, 12:11 |
|
|
|
| • Nazirdən QƏRAR - Yeni qadağalar başladı
Dünən, 12:10 |
|
|
|
|