Göygöldə dörd məmur bir kəndin həyatını zəhərə döndərib - NARAZILIQ!
Tarix: 23-06-2021, 08:40 | Çap et
 Göygölün Mollacəlilli kəndində yerli su-kanal və kanalizasiya idarəsinə məxsus tullantı suların təmizlənməsi qurğusu əhalinin kabusuna çevrilib. Rubrika.Az xəbər verir ki, bu haqda kənd sakini Quliyev İman Qəmbər oğlu müraciətində yazıb.
Onun sözlərinə görə, rayondan axıdılan çirkab sular heç bir filtr qurğusundan keçirilmədən birbaşa kəndin otlaq və örüş sahələrinə axıdılır. Bundan əlavə, hətta kanalizasiya sularından yığılan nəcis belə yenə heyvanların örüş sahəsinə tökülür. İ.Quliyev qeyd edir ki, üfunət qoxu, rəzil və acınacaqlı mənzərə, ağcaqanad hər yanı bürüyüb: “Sözügedən problemlə bağlı dəfələrlə qurğunun rəisi Azər Almədədova, Mollacəlilli kənd bələdiyyə sədri Ramiz Tağıyevə, icra nümayəndəsi Məmməd Məmmədova və xüsusilə Göygöl rayon İcra Hakimiyyətində ərazi idarəetmə şöbəsinin müdiri Vüqar Hüseynova vəziyyətin nə qədər dözülməz olduğunu söyləsəm də, heç bir faydası olmayıb. Artıq epidemik vəziyyət pik həddə çatıb. Adını çəkdiyim məmurların şikayətlərə laqeyd qalmasına görə yüzlərlə narazı insan kütləsi yetişib”. Şikayətçi bildirir ki, kənd sakinlərinin səbri ilə oynayırlar: “Özü də belə bir çətin vaxtda, pandemiyanın hökm sürdüyü zamanda heç bir şikayətə əhəmiyyət vermirlər. İ.Quliyev həm özünün, həm yerli məmurların əlaqə nömrələrini də redaksiyamıza təqdim edib. Onların bu mövzuda mövqeyini öyrənməyə çalışacağıq. Ümumiyyətlə isə bölgələrdə məmurların vətəndaşlara qarşı biganəliyi, saymazlığı adi hala çevrilib. Məmurların borcu öz işini görmək və insanların problemlərini həll etməkdir. Ancaq dövlətin etibar etdiyi, prezidentin təyinatı ilə fəaliyyət göstərən qurumlar, onların nümayəndələri vəzifəsini yerinə yetirmirlər. Nəticədə müraciətlər prezidentə çatır, araşdırma aparılır, ya həbs olunurlar, ya da işdən qovulurlar. Halbuki, təkcə bu kəndin həyatının zəhərə döndərilməsi, çirkab sularının örüş sahələrinə axıdılması ilə bağlı Göygölün icra başçısı və yerli nümayəndəsi tapşırıq verməklə qısa zamanda problemi yoluna qoya bilərdi. Bu zaman həm vətəndaşların rəğbətini qazanmış olacaqdı, həm onlardan təşəkkür alacaqdı. Amma öz sərin kabinetlərində oturan bivec məmurlar əhalinin bu yayın istisində üzləşdiyi məşəqqətlərə əhəmiyyət vermir, sosial gərginlik yaradır, xalqı dövlətdən, prezidentdən narazı salırlar. Əslində təkcə bu fakt kifayət edir ki, qurğunun rəisi Azər Almədədov, Mollacəlilli kənd bələdiyyə sədri Ramiz Tağıyev, icra nümayəndəsi Məmməd Məmmədov və Göygöl rayon İcra Hakimiyyətində ərazi idarəetmə şöbəsinin müdiri Vüqar Hüseynov işdən azad edilsinlər, icra başçısına töhmət verilsin, məsələ isə həllini tapsın. Ancaq vətəndaşın da müraciətindən görünür ki, onun və kənd camaatının həmin məmurlara dəfələrlə dediklərini qulaqardı ediblər. Bəs insanlar ən sadə problemlərini kimə deməlidirlər? Hər məsələyə prezident baxmalı deyil. Dövlət rəhbərliyinin siyasi işlərdə, diplomatiyada, qlobal məsələlərdə mühüm fəaliyyəti var və regionda ciddi proseslər gedir, Azərbaycan bu mübarizədən yenə uğurlu çıxmaq istəyir. Belə məqamda hər bir məmur yerində olmalı, işini görməli, vətəndaşın problemini həll etməklə dövlətə dəstəyini verməli, hökumətin işini asanlaşdırmalı, cəmiyyətin, xalqın hakimiyyətdən narazılığının dərəcəsini azaltmalıdır. Ancaq biz nə görürük? Görürük ki, Göygölün bir kəndində çirkab suların axıdılması məsələsinə də prezident gərək diqqət ayırsın, təlimat versin. Axı belə olmaz. Niyə qurğunun rəisi Azər Almədədov, Mollacəlilli kənd bələdiyyə sədri Ramiz Tağıyev, icra nümayəndəsi Məmməd Məmmədov və Göygöl rayon İcra Hakimiyyətində ərazi idarəetmə şöbəsinin müdiri Vüqar Hüseynov yerində deyillər? Nə üçün insanları incidirlər? Hazırda rayona icra başçısı təyin olunmadığı üçün tamamilə özbaşınalığa yol verirlər. Bəs başçının I müavini postunda olan Turani Əliyev, müavin Kəmalə İbrahimova hara baxırlar? Eyni zamanda, Göygöl İH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri Vüqar İsayev nə işlərlə məşğuldur? Prezident onlara etibar edib, rayonun idarəçiliyi bu şəxslərdədir, onlar isə əhalini ayağa qaldırır, narazı salırlar. Rubrika.Az

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36 |
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
| • "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14 |
|
|
|
| • Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11 |
|
|
|
| • Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10 |
|
|
|
| • “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08 |
|
|
|
| • ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58 |
|
|
|
| • Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54 |
|
|
|
| • SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46 |
|
|
|
| • Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34 |
|
|
|
| • Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17 |
|
|
|
| • Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10 |
|
|
|
| • "Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06 |
|
|
|
| • TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53 |
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02 |
|
|
|
|