Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                 

“Səsimi nə vaxt eşidəcəklər, mən öləndən sonra?” - GİLEY
Tarix: 27-07-2018, 09:49 | Çap et
“Səsimi nə vaxt eşidəcəklər, mən öləndən sonra?”
Cavadov Faiq Məmməd oğlu. Redaksiyamızdan mədəd uman bu şikayətçi deyir ki, 1993-cü ildə Ağdərə uğrunda döyüşlərdə iştirak edib. Amma bugünədək Qarabağ əlili olması haqda sənəd ala bilmir: “93-cü ildə Ağdərə rayonunda gedən döyüşlərdə iştirak eləmişəm. Bir neçə dəfə xəsarət almışam. Amma döyüşlərin birində bədənimin üç yerindən yaralandım. Qolumdan, ayağımdan, başımdan xəsarət aldım. Məni Bərdə rayon xəstəxanasına çatdıranda huşsuz vəziyyətdə idim. Elə bilirdim gözüm çıxıb. Ondan sonra bədənimdə izləri və fəsadları qaldı. Hazırda şəkər xəstəsiyəm, infakt keçirmişəm, böyrəklərimin ikisi də sıradan çıxıb. Üstəlik məhkəmə mənim müharibə əlili olduğumu da təsdiqləyib. Amma Mərkəzi Sosial Tibbi Ekspert Komissiyası bunu qəbul eləmir. Bəs, nə vaxt qəbul edəcək? Mən öləndən sonra?”

Qeyd edək ki, müsahibimiz uzun illər Bərdə rayonunda polis kimi çalışıb. Müharibə zamanı da cəbhəyə polis əməkdaşı kimi qatılıb. Bu səbəbdən də nazirliyin xüsusi həkim komissiyası onun “Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma” alması haqda rəsmi qərar çıxarıb. Amma buna rəğmən qərar hələ də öz həllini tapmayıb: “2003-cü ildə məni ümumi əlilliklə bağlı pensiyaya çıxarıblar. Halbuki mən Qarabağ əlili olmalıyam. Axı bunu haqq eləyirəm. Niyə haqqımı danırlar? Bu haqda Daxili İşlər Nazirliyinin rəsmi sənədi var. Bu sənədi internet vasitəsilə Mərkəzi Tibb Sosial Ekspertiza Komissiyasına göndərmişəm. Amma oranın rəhbəri İlqar Qasımov müraciətimə əhəmiyyət vermir.

“Məmur laqeydliyi Qarabağ savaşını bizə unutdurur…”

Mən orda ona görə güllə qabağında dayanmışdım ki, bu gün mənə belə etinasız, biganə münasibət göstərsinlər? Bütün günü efirlərdə “Qarabağı belə alacağıq” deyirlər. Onlara demək istəyirəm, Qarabağda canını fəda edən insanları görməzdən gəlirlərsə, onların əlilliyini qəbul eləmirlərsə, hansı savaşdan danışırlar? Əvvəlcə içimizdəki, həkim komissiyasındakı laqeyd adamlarla mübarizə aparmaq lazımdır, sonra başqalarıyla”.

Şikayətçi bildirir ki, məsələ ilə bağlı Mərkəzi Tibb Sosial Ekspertiza Komissiyasının rəhbəri İlqar Qasımovla şəxsən görüşüb: “Onunla görüşmək üçün çox cəhd elədim. Dəfələrlə səhər saat 9-dan gedib qapısında gözləmişəm, amma işə gəlməyib. Yalnız bir dəfə görüşə bildim. Onda da dedi ki, mənlik heç nə yoxdur. Dedi sənədləri email ünvana göndər. Göndərdim. Yenə də heç bir nəticəsi olmadı. Mənə cavab yazdı ki, “müalicəyə ehtiyacı var”. Əlbəttə var. Qoy, məni sağaltsın, mən əlilliyimi ona bağışlayıram…

…Anlamıram, onun həmin sənədləri oxumağa savadı çatmır, yoxsa məni ələ salır? Necə ola bilər ki, Daxili İşlər Nazirliyinin polkovniki Samir Quliyevin imzaladığı sənədi heçə saysın? Məhkəmənin qərarına heçə saysın? Hansı ölkədə məhkəmənin qərarını belə münasibət bəsləyirlər?”

“Təqaüdüm ancaq yavan çörəyimə çatır…”

“278 manat təqaüd alıram” deyən müsahibimiz aldığı məbləğin ehtiyaclarının bir qismini belə ödəmədiyini bildirir: “O təqaüd ancaq mənim yavan çörəyimə yetir. Mən dünən Sosial Təminat Nazirliyinə getmişdim. Xahiş elədim ki, məni Sahil Babayevlə görüşdürsünlər. Amma məni qəbul eləmədilər. Dedilər get, ay yarımdan sonra çağırarıq. Onlar anlamır ki, ayağım çürüyür. Yüksək şəkər, xəstə ürək, yaramayan böyrəklə mən gündə Bakıya necə gəlim? Axı məni niyə incidirlər? Dərdimi kimə deyim, heç biri dinləmək istəmir. Bu məsələdə haqlı olduğumu sübut etmək üçün təkcə məhkəmə prosesim 3 ay çəkdi. Bütün sənədləri topladım. Poliklinikada bütün kartalara baxdıqdan sonra, nəhayət, mənim savaşda yaralandığım haqda qərar çıxarıldı. İndi də bu komissiya mənim ömrümü yeyir”.

“Tüpürüm belə yaşamağa!”

Müsahibimiz söhbət əsnasında şəraitsiz evindən və xəstə övladından da danışdı: “Uçuq-yıxıq bir evim var. Orda da rəhmətə gedən qardaşımın iki balası, bacımin ailəsi bir də mənim ailəm birgə yaşayırıq. Üç ailə bir evə sığınmışıq. İki qız övladımdan biri də əlildir. O, mən müharibədə olanda həyat yoldaşım ona boyluydu. Stress və həyəcandan uşaq xəstə doğuldu. Mənim məmurlar kimi evim, bağım, villalarım yoxdur. Aldığım heç özümə yetmir. Xəstə uşağın dava-dərmanını nə ilə alım? Xəcalətimdən onun üzünə baxa bilmirəm. O qədər cana doymuşam ki, o gün dama çıxıb özümü 5-ci mərtəbədən atmaq istəyirdim. Həkimlər nevrapotoloq çağırdılar, iynə vurub güclə özümə gətirdilər. Tüpürüm belə yaşamağa. Bu həyat deyil ki… Sağlam olsam, gedib mən də çörəyimi qazanaram. Heç kimə də möhtac olmaram. Ayağım çürüyüb gedir. Ayağımı amputasiya eləmək istəyirdilər, qoymadım. Niyə belə oldu? Çünki komissiyanın laqeydliyinə, insafsızlığına əsəbiləşdim, stress keçirdim. Şəkərim 520-yə qalxdı. İki gün reanimasiyada huşsuz vəziyyətdə qaldım. İndi indi özümə gəlirəm. Hemodializ şöbəsinə məni qadınlar arabada aparıb gətirirlər. Xəcalətimdən yerə girirəm. Axı niyə məni, bir ailə başçısını, üstəlik vətən üçün savaşan bir adamı bu dərəcədə aciz vəziyyətə salırlar?
Hurriyyet.org

P.S. Şikayətçinin söylədikləri ilə bağlı Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Xidməti ilə əlazə cəhdimiz alınmadı.

“Səsimi nə vaxt eşidəcəklər, mən öləndən sonra?”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru