Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                 

Qida Təhlükəsizliyi Agentliyi: ÖLÜ DOĞULAN KÖRPƏ... - İTTİHAM
Tarix: 12-04-2018, 08:54 | Çap et
Qida Təhlükəsizliyi Agentliyi: ÖLÜ DOĞULAN KÖRPƏ...
Ərzaq təhlükəsizliyi məsələsi hər bir ölkənin istər iqtisadi, istərsə də milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğundan dövlət başçısı sözügedən sahədə uzun illərdən bəri mövcud olan problemlərin aradan qaldırılması məqsədiylə 10 fevral 2017-ci il tarixdə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı müvafiq fərman imzalayıb. Həmin ilin noyabr ayının 13-də imzalanan növbəti fərmanla isə adıçəkilən agentliyin Əsasnaməsi və strukturu təsdiqlənib. Bu ilin yanvar ayının 1-dən etibarən isə Qoşqar Təhməzlinin sədri olduğu Qida Təhlükəsizliyi Agentliyi rəsmi şəkildə fəaliyyətə başlayıb.

Məlumat üçün bildirək ki, Qida Təhlükəsizliyi Agentliyinə qədər istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət işi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilirdi. Lakin buna rəğmən, istehlakçılara təqdim olunan ərzaqların keyfiyyəti ilə bağlı məsələdə ciddi nöqsanlar vardı. Sözün açığı, hələ Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlamazdan öncə, çoxları elə zənn edirdi ki, adıçəkilən qurum işinə start verdikdən sonra qısa müddət ərzində ölkənin ərzaq təhlükəsizliyi sahəsində nəzərəçarpacaq irəliləyişlərə imza atılacaq, mövcud problemlərin heç olmasa bir qismi öz həllini tapacaq. Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Görünən odur ki, fəaliyyətini "tarladan süfrəyədək" prinsipi əsasında quracağına dair vəd verən agentlik yanvarın 1-dən bu yana demək olar ki, hər hansı ciddi bir işin qulpundan tutmayıb və bu gedişlə hələ yaxın bir neçə ay ərzində qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edə bilməyəcək.

Bu arada, Qida Təhlükəsizliyi Agentliyinin sədri ilə bağlı məsələyə gəlincə, nəzərinizə çatdıraq ki, 1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirən, adıçəkilət ali təhsil müəssisəsinin və Qərb Universitetinin Tibb elmləri üzrə fəlsəfə doktoru olan Qoşqar Təhməzli uzun müddət "Medeks" şirkətinə rəhbərlik edib. Qeyd edək ki, sözügedən şirkət müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması, kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması, müvafiq avadanlıqlarla təchiz olunması və müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması ilə məşğuldur. Qida Təhlükəsizliyi Agentliyinin sədri ilə əlaqədar 365info.az-da yer alan informasiyada isə bildirilir ki, Qoşqar Təhməzli vaxtı ilə "Qaçqınkom"da keçmiş deputat Ayaz Orucovun yerinə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru vəzifəsində çalışmış, 2016- cı ildə isə Mənzil İnşaatı Dövlət Agentliyi yanında MIDA MMC-yə direktor təyin olunan Fərhad Təhməzovun qardaşıdır. Həmçinin o da qeyd olunur ki, Fərhad Təhməzov qazandığı milyonlarla qardaşları Atəş və Qoşqar Təhməzovlar vasitəsi ilə səhiyyə sahəsində böyük biznes şəbəkəsi qurmağa nail olub. İddialara görə, Qoşqar Təhməzli məhz qardaşı Fərhad Təhməzovun köməkliyi ilə səhiyyə sahəsində böyük biznes şəbəkəsi quraraq oliqarxa çevrilib.

Qoşqar Təhməzlinin sədri olduğu agentliyin Əsasnaməsinə gəlincə, qeyd edək ki, həmin sənədə görə, qida məhsullarının təhlükəsizliyinə dair tələblər barədə istehlakçıların tam və səhih informasiya ilə təmin edilməsi məqsədi ilə tədbirlər görmək Qida Təhlükəsizliyi Agentliyinin vəzifələrindən biridir. Məhz elə bu səbəbdən də ötən gün sözügedən qurumla əlaqə saxladıq və Azərbaycana idxal olunan, həmçinin ölkəmizdə istehsal olunan, gündəlik qida rasionumuzda istifadə etdiyimiz ərzaq məhsullarının tərkibi və keyfiyyəti ilə bağlı ətraflı məlumat almağa çalışdıq. Ancaq nə qədər qəribə də olsa, qurumdan Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsinin hələ təsdiq olunmadığını və buna görə də istehlak səbətinə daxil olan məhsullarla bağlı hər hansı məlumat verə bilməyəcəklərini qeyd etdilər. Halbuki bir qədər əvvəl də vurğuladığımız kimi, ölkə başçısının 2017-ci il 13 noyabr tarixli fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə təsdiq edilib. Və həmin Əsasnamədə bildirilir ki, Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Agentliyin fəaliyyət istiqamətlərinə gəlincə, Əsasnamədə deyilir ki, adıçəkilən qurum ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alır və reyestrini aparır, qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir.

Agentliyin Əsasnaməsində o da qeyd olunur ki, ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına almaq, reyestrini aparmaq, gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirmək, qanunla müəyyən edilmiş hallarda və qaydada məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida zəncirinin bütün mərhələlərində yoxlamalar aparmaq, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək, o cümlədən qida məhsullarının təhlükəsizliyinə dair tələblər barədə istehlakçıların tam və səhih informasiya ilə təmin edilməsi məqsədi ilə tədbirlər görmək, qida məhsulları istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlamaq və həyata keçirmək, ölkəyə idxal olunan qida mənşəli genetik məhsulların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığını yoxlamaq Qida Təhlükəsizliyi Agentliyinin vəzifələrinə daxildir.

Gördüyünüz kimi, Qoşqar Təhməzlinin sədri olduğu agentliyin Əsasnaməsi hələ ötən ilin noyabr ayında təsdiq olunsa da, qarşı tərəf ciddi cəhdlə bunun əksini iddia edir. Həqiqətən də maraqlı mənzərədir. Ortada konkret Əsasnamə var, lakin Qida Təhlükəsizliyi Agentliyi bizi hələ onun təsdiq olunmadığına inandırmağa çalışır. Kim bilir, bəlkə də belə bir sənədin varlığından belə, xəbərsizdirlər...

Yeri gəlmişkən, onu da bildirməliyik ki, agentliklə əlaqə saxladığımız zaman hələ də qurumun nəzdində laboratoriyanın olmadığını və buna görə də hər hansı ərzaq məhsulu ilə bağlı analizlərin aparılmadığını qeyd etdilər. Halbuki dövlət başçısı bu ilin yanvar ayının 26-da Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncamda qeyd olunur ki, sözügedən qurumun maddi-texniki bazasını gücləndirmək, qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə İqtisadiyyat, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin balansında olan laboratoriyalardan, o cümlədən onların yerləşdiyi inzibati binalardan və maddi-texniki bazalarından ibarət dövlət əmlakı Qida Təhlükəsizliyi Agentliyinin balansına verilsin. Beləliklə, düz 3 ay bundan əvvəl Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Bakı şəhərində yerləşən Qidalanma Gigiyenası Laboratoriyası, Bakı şəhəri, S.S.Axundov küçəsi 73c ünvanında yerləşən Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti üzrə Bakı şəhəri, 8-ci mikrorayon, 3123-cü məhəllədə yerləşən Respublika Baytarlıq Laboratoriyası, Sabirabad, Göygöl, Bərdə, Quba və Qax rayonlarında yerləşən və hazırda fəaliyyətdə olan zona baytarlıq laboratoriyaları, Abşeron, Salyan, Ucar, Şəki, Lənkəran, Tovuz, Şamaxı və Beyləqan rayonlarında tikilməkdə olan zona baytarlıq laboratoriyaları, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti üzrə Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin Bakı şəhərində yerləşən laboratoriyası, Respublika Karantin Ekspertiza Mərkəzinin Bakı şəhərində yerləşən laboratoriyası, Abşeron, Salyan, Sabirabad, Ucar, Göygöl, Şəki, Bərdə, Quba, Lənkəran, Tovuz və Şamaxı rayonlarında yerləşən toksikologiya-nəzarət laboratoriyaları, Abşeron, Salyan, Sabirabad, Ucar, Göygöl, Şəki, Bərdə, Quba, Lənkəran, Tovuz və Şamaxı rayonlarında yerləşən karantin ekspertizası laboratoriyaları, İstehlak Mallarının Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən Qida və Qeyri-Ərzaq Mallarının Mərkəzi Sınaq Laboratoriyası və Cəlilabad rayonunda yerləşən Lənkəran Regional Qida Sınaq Laboratoriyası Qoşqar Təhməzlinin sədri olduğu agentliyin balansına verilib. Buna baxmayaraq, Qida Təhlükəsizliyi Agentliyindən israrla bildirirlər ki, qurumun balansında bir dənə belə, laboratoriya yoxdur. Məgər, geridə qoyduğumuz 3 aylıq bir müddət bir neçə laboratoriyanın təhvil-təslimi üçün yetərli deyil? Təbii ki, yetərlidir. Hətta bu müddət ərzində istefaya göndərilən Nazirlər Kabineti belə, təhvil-təslim işlərini yekunlaşdıra, yeni hökumət formalaşdırıla bilər.



Məsələnin maraqlı tərəfi ondadır ki, Qida Təhlükəsizliyi Agentliyi nəzdində laboratoriyanın olmadığını qeyd etsə də, bu yaxınlarda yaydığı məlumatda Böyük Britaniyanın "Mars İrlandiya" şirkətinə məxsus "Galaxy Smooth milk" və "Maltesers Fun Size" şirniyyat məhsullarında ölümcül bakteriyanın aşkarlandığını bəyan edib. Qurum aprelin 3-də, əhalinin çox istifadə etdiyi qida məhsullarından biri olan dönərlə bağlı yaydığı informasiyada isə qeyd edib ki, bununla əlaqədar Qida Təhlükəsizliyi Agentliyinə rəsmi şikayət daxil olmayıb: "Təəssüf hissi ilə bildirmək istəyirik ki, faktlara əsaslanmayan bu tipli məsuliyyətsiz iddialar əhalidə təşviş və çaşqınlıq yaradır. Özlərini istehlakçıların hüquqlarının müdafiəçisi adlandıran, sahibkarları yoxlamalar aparmaqla təhdid edən bəzi şəxslər verdikləri məsuliyyətsiz müsahibələrdə hətta dönərin ölü insan ətindən hazırlandığı haqqında cinayət xarakterli açıqlamalar verməkdən belə çəkinmirlər. Fürsətdən istifadə edərək, bir daha nəzərinizə çatdırırıq ki, tək dönərlə deyil, ümumiyyətlə, qida məhsulları ilə bağlı hər hansı bir şübhəli halla rastlaşdıqda, dərhal həmin qida məhsulunun istehsal olunduğu müəssisənin hüquqi ünvanı və ya qida məhsulunun satışının həyata keçirildiyi satış nöqtəsi barədə Qida Təhlükəsizliyi Agentliyinin telefon nömrəsinə zəng vuraraq, yaxud rəsmi müraciət edərək məlumat verə bilərsiniz". Fikir verin, Qida Təhlükəsizliyi Agentliyi hələ də nəzdində laboratoriyanın olmadığını bildirdiyi halda, hansısa şirkətin şirniyyat məhsullarında ölümcül bakteriyanın aşkarlandığını, eləcə də dönərin tərkibində mənşəyi bəlli olmayan ətin olmadığını bəyan edib. Əgər qurumun laboratoriyası yoxdursa və bu səbəbdən də hər hansı analiz apara bilmirsə, o zaman istehlakçılar yaydığınız məlumatların doğruluğuna necə və nəyə görə inanmalıdır?..

Xülasə, bütün bunlar onu deməyə əsas verir ki, fəaliyyətini "tarladan süfrəyədək" prinsipi əsasında quracağına dair vəd verən, ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına almağa və reyestrini aparmağa, qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirməyə borclu olan Qida Təhlükəsizliyi Agentliyi ana bətnindən ölü doğulan körpəyə bənzəyir.

Mövzu ilə bağlı qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.
Hurriyyet.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru