"Cahan" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergi borcu yaranıb.
32gun.az-ın məlumatına görə, şirkətin hazırda 25 867.50 AZN vergi borcu mövcuddur.
Bu MMC "Cahan Holdinq"ə daxildir. "Cahan Şirkətlər Qrupu"nun təsisçisi Vüqar Abbasovdur.
Uzun illər mediada bu holdinqin Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu barədə məlumatlar dərc edilib.
Mediada yayılan məlumatlara görə, "Cahan” Holding Naxçıvanın Sabiq rəhbəri Vasif Talıbovun vəzifə tutduğu dövürdə təsis olunub. Belə ki, Vasif Talıbov da 1995-ci ildə Ali Məclisin sədri seçilmişdi , "Cahan” Holding də elə həmin il təsis olunub.
Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən "Cahan Holdinq" avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir.
Mediada gedən digər iddialara görə, Vüqar Abbasov bir zamanlar köhnə bazarda səyyar siqaret satmaqla məşğul olub.
Rəsmi olan məlumatlara görə V.Abbasov 1995-ci ildən “Cahan Holdinq”in qurucusu və prezidentidir. 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədridir.















