"Əvvəlcə qeyd edim ki, Səlahiyyətli nümayəndəmiz Ceyhun Cəlilovu müdafiə edib məni tənqid edən şəxsləri qınamıram. Çünki onlar inanırlar ki, Naxçıvan üçün gecəsini gündüzünə qataraq çalışan bir idarəçi var və bu ümidə sahibdirlər.
AMMA ÇOX AZ ADAM BİLİR Kİ, PAYTAXTDAN BÖYÜK BİR DƏSTƏK ALARAQ SON İKİ İLDƏ İDARƏÇİLİKDƏ DAHA YÜKSƏK POSTLARA SAHİB OLMAQ NAMİNƏ HANSI OYUNLAR GEDİB. ÖLKƏ RƏHBƏRİNİN QƏBUL ETDİYİ NAXÇIVANIN SOSİAL-İQTİSADİ İNKİŞAFI İLƏ BAĞLI DÖVLƏT PROQRAMLARINDA NƏZƏRDƏ TUTULAN LAYİHƏLƏRİN HƏYATA KEÇİRİLMƏMƏSİNİN ƏSL SƏBƏBKARI KİMDİR?
Hamı soruşur: “Nə dəyişdi?” Dəyişən geriləmədir. Ürəkdağlayan məsələ odur ki, Sədr Vasif Talıbovun zamanında qurulanlar da dağıdılır.
2026-cı ilin ilk yarısını başa vurmuşuq.
İnsanların gündəlik həyatına təsir edən hansı böyük layihə həyata keçirilib?
Çünki iki il ərzində qurulan oyunlar sonda öz ayaqlarına dolaşıb. Həmin oyunların qurbanına çevrilərək həbsdə olanlar da var.
Bu gün qurumlarda yersiz arayışlar, müxtəlif işçi qrupları və nəticəsiz iclaslar vəziyyəti daha da mürəkkəbləşdirib.
Naxçıvana quru yol açılacaq. Lakin Naxçıvan sosial-iqtisadi bazası, idarəçilik sistemi və hazırlıq səviyyəsi baxımından bu proseslərə hazır vəziyyətdə deyil.
Artıq bəzi sahibkarlar Naxçıvana yatırım etməkdə tərəddüd edirlər. Bunun əsas səbəblərindən biri idarəçiliyin insanlara xidmət edən, ədalətli və şəffaf bir sistemə çevrilməsinə olan ehtiyacdır. Biz isə bəzən əsas məsələlərdən uzaqlaşıb bir-birimizə daş atmaqla məşğul oluruq.
Ən böyük arzumuz budur ki, ölkə rəhbərliyinə Naxçıvan haqqında yalnız problemlər deyil, həm də uğurlu layihələr, inkişaf nümunələri və müsbət dəyişikliklər barədə daha çox məlumat çatdırılsın.
Bir zamanlar bütün bölgələrə nümunə göstərilən Naxçıvanın yenidən inkişaf yoluna qayıtması hamımızın istəyidir..."








