Ədliyyə naziri Fərid Əhmədovun Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovu devirmək cəhdləri buna qədər də müşahidə olunub. İndi isə yeni çalar alıb. Bu barədə "DİA-AZ"a daxil olan məlumatlardan aydın olur ki, görəvə gəldiyi ilk günlərdə kadr islahatları aparmağa maraqlı kimi görünən Fərid Əhmədov həmin dönəmdə Mirsaleh Seyidovla bacarmadı.
Bu barədə danışan mənbə deyir: "Elə həmin dönəmdə də qeyd olunurdu ki, "döyüşün" ikinci raundu da olacaq. Və deyə biləri ki, bu yöndə ilkin addımlar atılmaqdadır. Konkret olaraq Fərid Əhmədov cinahı məlum planla bağlı zəmin hazırlamaqdadır. Hər halda, bunu hazırda ədliyyə sistemi ilə az-çox əlaqəsi olanlar sezə bilər.
Mirsaleh Seyidov nə qədər yaxşı kadr hesab olunsa da, onunla bağlı mənfi rəyin formalaşdırılması iki vur ikidir. Çünki hələ də həbsxanalarda ciddi problemlər var və bunu Fərid Əhmədov məhz Seyidovun yarıtmazlığı kimi təqdim etməkdədir".
Yaxın günlərdə konkret addımların atıla bilıəcəyini deyən mənbə eyni zamanda Seyidovun maliyyə məsələsi ilə bağlı da ilişdiriləcəyini istisna etməyib: "Söhbət ciddi vəsaitin mənimsənilməsindən gedir... Yaxın günlərdə məlumatı veriləcək..."
Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...









