Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib .....                     İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: .....                     Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır .....                     Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi .....                     Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi .....                     Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq .....                     ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək .....                     Talehin reklamındakı aktrisa danışdı .....                     Beyləqanda “pambıqla baş kəsirlər” .....                     Səfirlikdə işə düzəlmək istədi, .....                     Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq .....                     Apteklərdə diazolin TAPILMIR .....                     Elm və təhsil nazirinə 5 sual... .....                     Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı .....                     14 il şiddət görən qadının əri saxlanıldı .....                     Ukraynanın adı dəyişdirilib Rus olacaq? .....                     "Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" .....                     Mariana Vasileva yeni vəzifəyə təyin olundu .....                     Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib .....                     Azərbaycandakı keçmiş səfir İranın planını açdı .....                     Təhsildə Keyfiyyət Təminat Agentliyində yeni təyinat .....                     Expressbankda yeni təyinat .....                     Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi .....                     Azərbaycan–Slovakiya münasibətlərinin inkişafı və Qarabağın bərpasında əməkdaşlıq .....                     "Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü .....                     Bir vəkil pozuntuya görə kollegiyadan xaric edildi .....                     Prokurorluq şirkət rəhbərinin iddialarına .....                     Trampın “enerji zərbəsi” Kremli orta əsrlərə qaytaracaq: .....                     Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri .....                     CENTCOM İrana zərbələrin bərpa olunduğunu bəyan edib .....                     Tehranda elektrik enerjisi istehlakına məhdudiyyətlər tətbiq olunur .....                     Aİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb .....                     “Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub .....                     “Əksər ibtidai sinif müəllimləri riyaziyyatı YAXŞI BİLMİR” .....                     Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış .....                     Hüseyndən Zaur Kamala: .....                     Zaur Kamaldan dələduzluq xəbərdarlığı .....                     Ermənistan hökuməti ABŞ-la TRIPP üzrə sazişin ratifikasiyasını .....                     Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib .....                     Qaqauz Yerində gərginlik böyüyür: .....                 

TƏBİB-in kadr siyasətində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR
Tarix: 5-12-2025, 10:03 | Çap et

"DogruXeber.tv" xatırladır ki, 2023-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Sumqayıt Tibb Mərkəzi ilə bağlı apardığı araşdırma ölkənin səhiyyə sistemində illərlə formalaşmış struktur problemləri yenidən gündəmə gətirdi. Hesablama Palatasından daxil olan material əsasında başlanmış araşdırmada dövlət təyinatlı vəsaitlərin xərclənməsi ilə bağlı ciddi uyğunsuzluqlar, xüsusilə də Sumqayıt ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrinin cari təmir işləri üçün ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işinin başlanması faktı araşdırmanın miqyasının kifayət qədər böyük olduğunu və aşkar edilən pozuntuların təsadüfi deyil, sistematik xarakter daşıdığını göstərir. Araşdırmanın detallarından da məlum olur ki, həmin dövrdə Sumqayıt Tibbi Ərazi İdarəetmə Birliyinə rəhbərlik edən Səkinə Sadıxovanın fəaliyyəti də qiymətləndirilmiş və müxtəlif maliyyə əməliyyatlarında təyinatdan kənar xərcləmə şübhələri formalaşmışdır. Maraqlı məqam ondadır ki, qeyri-rəsmi mənbələr həmin dövrdə barəsində aparılan araşdırmanın Səkinə Sadıxovanın karyerasına təsir etmədiyini, əksinə, müəyyən yüksək səviyyəli himayələrin köməyi ilə məsuliyyətdən yayına bildiyini iddia edir. Rəsmi təsdiqi olmayan bu iddialar bu gün də ictimaiyyətdə haqlı suallar doğurur.

Daha diqqətçəkən məqam isə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tərəfindən Səkinə Sadıxovanın yenidən məsul bir vəzifəyə – Abşeron Mərkəzi Xəstəxanasının direktoru postuna təyin edilməsidir. Bu təyinat araşdırmanın nəticələri fonunda kadr idarəçiliyində bir sıra ciddi suallar yaradır.

Əgər rəsmi araşdırmada sözügedən şəxsin fəaliyyətində nöqsanların olduğu təsbit edilirdisə, o zaman bu təyinat hansı meyarlar əsasında həyata keçirilib? Kadr seçimi zamanı peşəkarlıq, şəffaflıq, reputasiya və məsuliyyət prinsipləri nəzərə alınıbmı?

Əgər nəzərə alınmayıbsa, bunun səbəbi nədir?

Bu kimi sualların cavabsız qalması TƏBİB-də kadr siyasətinin obyektiv meyarlarla deyil, daha çox şəxsi əlaqələr əsasında formalaşdığı barədə ictimai narahatlığı gücləndirir. Redaksiyamıza daxil olan digər məlumatlar da göstərir ki, oxşar hallar əvvəllər də təkrarlanmış, hətta keçmişdə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin belə müəyyən bölgələrdə rəhbər vəzifələrə təyin edilməsi ilə bağlı iddialar mövcud olmuşdur. Bu cür təyinatların sistem xarakteri alması artıq təkcə bir nəfərin fəaliyyəti ilə bağlı məsələ deyil; bu, səhiyyə sistemində institusional nəzarət mexanizmlərinin qeyri-effektiv olduğunu, kadr auditinin aparılmadığını, risk analizi konsepsiyasının tətbiq edilmədiyini göstərən çoxsaylı siqnallardan biridir. Problem ondadır ki, araşdırma nəticələri nəzərə alınmadan verilən hər bir kadr təyinatı yalnız bir tibb müəssisəsinin deyil, bütövlükdə səhiyyə sisteminin reputasiyasına və idarəetmə keyfiyyətinə ciddi zərbə vurur. Belə olan halda ortaya çıxan əsas sual budur: hansı səbəbdən araşdırma nəticələri qərarvermə prosesinə təsir etmir və niyə kadr siyasətində reputasiya amili önəmli kriteriya kimi çıxış etmir?

Məsuliyyətin selektiv tətbiqi, kadrların eyni idarəetmə çevrələri daxilində rotasiya olunması və araşdırmaların nəticələrinin nəzərə alınmaması kimi hallar davam etdiyi müddətdə səhiyyədə islahatların effektiv nəticə verməsi mümkün görünmür. Mövcud informasiya və faktlara əsaslanaraq demək olar ki, şəffaflıq mexanizmlərinin gücləndirilməsi, kadr təyinatlarında audit və reputasiya yoxlamasının institusionallaşdırılması, araşdırmaların nəticələrinin hüquqi və idarəetmə qərarlarında birbaşa nəzərə alınması dövlət idarəçiliyində zəruri həlqələrdən biridir. Əks təqdirdə, bu gün Sumqayıt və Abşeron xətti üzrə müşahidə olunan uyğunsuzluqlar sabah digər bölgələrdə də təkrarlana bilər ki, bu da sistemə uzunmüddətli etimadın bərpasını daha da çətinləşdirəcək.

P.S: Araşdırmalarımız davam edir.
Qeyd edək ki, məlumatla bağlı "DogruXeber.tv" olaraq tərəfimizdən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) rəsmi sorğu göndərilib. Qarşıdakı günlərdə araşdırmamızın nəticələrini və TƏBİB-nin mövqeyini də oxucularımıza təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.tv









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib
Bu gün, 18:03
İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: -Azərbaycan nə qazanacaq?
Bu gün, 18:01
Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır - MÜSAHİBƏ
Bu gün, 17:55
Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi - ƏMR
Bu gün, 17:52
Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi – Bakıdakı şəbəkə üzvləri görün kimlərdir
Bu gün, 17:46
Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq - Təhsil ekspertindən İZAH
Bu gün, 17:44
ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək
Bu gün, 17:38
Talehin reklamındakı aktrisa danışdı - "Rahat olun"
Bu gün, 17:32
Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə
Bu gün, 17:12
Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun QURBANI OLDU
Bu gün, 17:10
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq - KİV
Bu gün, 17:08
Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?
Bu gün, 17:06
Elm və təhsil nazirinə 5 sual... -Yəqin ki, cavab verilməyəcək...
Bu gün, 17:03
Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı QƏRAR
Bu gün, 17:01
14 il şiddət görən qadının əri saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:59
Ukraynanın adı dəyişdirilib Rus olacaq? - Moskvadan ironik reaksiya
Bu gün, 16:57
"Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" - “Caspian Global Auto”dan narazılıq
Bu gün, 16:50
Mariana Vasileva yeni vəzifəyə təyin olundu - Cavid Qurbanov SAHİBLƏNDİ
Bu gün, 16:44
Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Bu gün, 16:12
Azərbaycandakı keçmiş səfir İranın planını açdı
Bu gün, 16:10
Təhsildə Keyfiyyət Təminat Agentliyində yeni təyinat - ƏMR
Bu gün, 16:04
Expressbankda yeni təyinat - DOSYE
Bu gün, 16:03
Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi - AKTUAL
Bu gün, 15:58
Azərbaycan–Slovakiya münasibətlərinin inkişafı və Qarabağın bərpasında əməkdaşlıq - MƏQALƏ
Bu gün, 15:53
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - 3 il müddətinə...
Bu gün, 15:45
Bir vəkil pozuntuya görə kollegiyadan xaric edildi
Bu gün, 15:34
Prokurorluq şirkət rəhbərinin iddialarına - Cavab verdi
Bu gün, 15:26
Trampın “enerji zərbəsi” Kremli orta əsrlərə qaytaracaq: - ABŞ-ın yeni “iqtisadi mühasirə planı” Rusiyanı iflasa aparır
Bu gün, 15:18
Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri AÇIQLANDI
Bu gün, 15:15
CENTCOM İrana zərbələrin bərpa olunduğunu bəyan edib - Bakı vaxtı ilə...
Bu gün, 15:04
Tehranda elektrik enerjisi istehlakına məhdudiyyətlər tətbiq olunur - KİV
Bu gün, 15:02
Aİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb
Bu gün, 14:30
“Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub - HESABAT
Bu gün, 14:26
“Əksər ibtidai sinif müəllimləri riyaziyyatı YAXŞI BİLMİR” - Şəmil Sadiqdən qalmaqallı açıqlama
Bu gün, 14:23
Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış - TƏFƏRRÜAT
Bu gün, 14:19
Hüseyndən Zaur Kamala: - "Pulumu qaytar, 1500 manat..."
Bu gün, 14:09
Zaur Kamaldan dələduzluq xəbərdarlığı - "Oğlumun adından..."
Bu gün, 14:08
Ermənistan hökuməti ABŞ-la TRIPP üzrə sazişin ratifikasiyasını MÜZAKİRƏ EDƏCƏK
Bu gün, 14:05
Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 14:03
Qaqauz Yerində gərginlik böyüyür: - Türk Dünyası Gənclər Birliyindən Moldovaya sərt ittihamlar
Bu gün, 13:14
AZAL brendinin yeni vizual manifesti təqdim edilib
Bu gün, 13:12
Qadağa aradan qaldırıldı: - Azərbaycan millisinin üzvü 37 gün sonra Albaniyaya yollandı
Bu gün, 12:19
Netanyahu həftənin sonunda ABŞ-yə səfər edəcək
Bu gün, 12:11
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
Bu gün, 12:10
214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət
Bu gün, 11:55
"Svobodnaya pressa" tariximizə HƏQARƏT ETDİ... - Ruslar köhnə ampluada...
Bu gün, 11:54
“Sabah” 12 milyona stadion aldı, Masazırdan köçür - AÇIQLAMA
Bu gün, 11:49
Şahbuzun icra başçısı BİR OYUN EYLƏR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:41
"Ay haray, qoymayın, Paşinyan zindanda rusiyapərəst oliqarxlara işgəncə verdirir!.." - Görəcək günlərimiz var imiş...
Bu gün, 11:26
"Şəki Sukanal" ləğv olunur - RƏSMİ
Bu gün, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru