ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir .....                     AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi .....                     Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? .....                     Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... .....                     Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     Azərbaycanda 3,5 milyona yeni film çəkilir .....                     35 min manatlıq həkim, yalnız morqda işləyə bilər .....                     Bu klinika təzminat ödəyəcək .....                     Brüsselin Bakı kursu dəyişir: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" .....                     Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm .....                     Özümü Paşinyansız düşünə bilmirəm .....                     İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək .....                     Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq .....                     Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb .....                     Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb .....                     “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib .....                     Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi .....                     “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... .....                     Rusiya Xerson vilayətinə zərbə endirib, .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... .....                     Paşinyan Putindən qorxaraq geri çəkildi: .....                     Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi .....                     Putin Paşinyanın telefonunu niyə götürmədi? .....                     2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik .....                     Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək .....                     İsrail Müctəba Xameneini ölümə məhkum edib .....                     "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." .....                     ASTANA NƏ EDƏCƏK? .....                     Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu .....                     "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib .....                     Çatışmazlıqların acı dadı: .....                     Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? .....                     Azərbaycanda 786 min ailənin “evi yoxdur” .....                     Paşinyan Ursula Fon der Lyayenlə görüşüb .....                     "BAX, BU AYRI `LEVEL`DİR..." .....                     Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir .....                     Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər .....                     "Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." .....                 

Nazir Prezidentə ünvanlanan müraciətə belə cavab verirsə... - BU NƏDİ BELƏ?
Tarix: 26-10-2025, 18:44 | Çap et

"Hörmətli Emin müəllim, Sizə bir neçə sualım var. Bunu zəruri edən məzunu olduğum Boradigah (Masallı) Nizami Gəncəvi adına 1 saylı orta məktəbin acınacaqlı durumu ilə bağlı bir qrup müəllim və valideynin cənab prezidentə və Sizə ünvanladığı müraciət, daha doğrusu, tabeçiliyinizdə olanların bu müraciətə verdikləri rəsmi cavabdır. Sözün açığı, prezidentə və nazirə ünvanlanan müraciətə belə səthi cavab məni xeyli təəccübləndirdi". "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində tanınmış jurnalist Sücəddin Şərifov qeyd edib.

Müraciətdə daha sonra deyilir: "Səbəbini suallarımda yazacam.

Öncə Sizi müraciətin yığcam mətni ilə tanış edim. Müraciət iki hissədən ibarətdir. Müəlliflər öncə məktəbin qəzalı, acınacaqlı durumuna diqqət çəkərək, yazırlar ki, bu təhsil ocağı qəzalı, istliksiz və xəstəlik mənbəyidir. Artıq bir hissəsi uçurulan məktəbdə vəhşi heyvanlar yuva qurub. İkinci hissədəki narazılıq direktor təyinatı ilə bağlıdır. Müəlliflər kollektivdə imtahan nəticələri yüksək olan bir neçə müəllimin və təcrübəli direktor müavinləri olduğu halda məktəbin rəhbərliyinin qonşu kəndin məktəbinin direktoruna həvalə edilməsinə etiraz edirlər. Müraciət kifayət qədər haqlıdır. Çünki şərəfli, fəxr ediləsi tarixi olan məktəb belə qeyri- ciddi münasibəti haqq etmir.

Hörmətli Emin müəllim, 100 ildən artıq yaşı olan Boradigah məktəbi təkcə bir qəsəbənin yox, bütün bölgənin təhsil həyatında böyük rol oynayıb. Hələ 1932-ci ildə keçirilən müsabiqədə ölkədə nümunə sayılan məktəblər sırasında olub. 1936-cı ildə Mirzə Ələkbər Sabirin ölümünün 25 illiyini yüksək səviyyədə keçirdiyinə görə rəsmi qaydada ölkə məktəblərinə nümunə göstərilib. 1938-ci ildə 830 şagirdi olan bu məktəb dövrünə görə ən müasir tələblərə cavab verən 3 orta məktəbdən biri olub. 1944-cü ildə Boradigah məktəbi yanında 100 kimsəsiz uşağa təhsil verən internat məktəbi yaradılıb. Hələ 1958-ci ildə bu pedaqoji kollektivdə “Əməkdar müəllim” (Qayda Məmməfova) , SSRi Ali Sovetinin fəxri fərmanına layiq görülən ( Xanəli Zülfüqarov, Saleh Zeynalov), “Qabaqcıl maarif xadimi” (Əliniyaz Məmmədov) pedaqoqlar çalışıb. 1947-ci ildə Nizami Gəncəvinin 800 illiyini yüksək səviyyədə keçirdiyinə görə həmin ildən bu məktəb böyük şairin adını daşımaqla şərəfləndirilib. 1959-cu ildə şəraiti və kadr potensialına görə bu məktəbə istehsalat təhsili verən politexnik məktəb statusu verilib.

Ölkədə təhsilin və elmin inkişafında böyük xidmətləri olan AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Fizika -riyaziyyat elmlər doktoru Bahadur Tağıyev, əməkdar elm xadimi, əməkdar həkim Əli Bağırov, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Nəsir, orta məktəblərdə tədris edilən ingilis dili dərsliyinin müəllifi Sahib Məcidov və dövlət qarşısında böyük xidmətlərdən dolayı xeyli elmi, fəxri adlar daşıyan insanlar Boradigah məktəbinin məzunlarıdır.

Hörmətli nazir, bunları ona görə xatırlatdım ki, tabeliyinizdə olan Lənkəran-Astara regionlal təhsil idarəsinin cənab prezidentə və sizə ünvanlanan müraciətə qeyri- ciddi münasibət göstərməsinə Siz də əmin olasınız.

İndi keçək, müracətə verilən cavablara və Sizə ünvanladığım sualllara. Tabeçiliyinizdəki işçilər müraciətə cavablarında məktəbin qəzalı olduğunu təsdiqləyir və növbəlilik əsasında nə vaxtsa təmir olunacağını qeyd edərək, gözləməyi məsləhət bilirlər. Ancaq bu qəzalı vəziyyət, göbələk xəstəliyi mənbəyi olan kifli divarlar, məktəbdə yuva salan heyvanlar nə vaxta qədər zərərsiz olacaq, ciddi problemlər yaratmayacaq, bunu heç kim bilmir. 1974-cü ildə ən müasir istilik sistemi ilə təchiz olunan məktəb 50 il sonra odunla, hər an yanğın təhlükəsi olan qızdırıcılarla isidilir. Bundan xəbəriniz varmı?

İşçilərinizin direktor təyinatına verdikləri cavab da çox gülüncdür. Çünki bu cavab təhsil sahəsində mövcud qaydaları və regionlarda təhsilin və pedaqoji kadrların səviyyəsi ilə bağlı vermiş olduğunuz raportları çox böyük sual altına alır.

Təhsil idarəsi yazır: “ Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru 27 avqust 2025-ci il tarixindən etibarən başqa işə keçməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən öz istəyi ilə azad olunub. Sözügedən məktəbin idarə olunmasında fasiləsizliyin təmin olunması məqsədilə direktor vəzifəsinin icrası müvəqqəti olaraq Hişkədərə kənd tam orta məktəbinin direktoru, təcrübəli pedaqoq və uzun illər idarəçilik təcrübəsi olan İlham Ağayevə həvalə edilib. Qeyd olunan dəyişiklik təhsil prosesinin daha səmərəli təşkili və məktəbdə idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır”.

Hörmətli Emin müəllim, işçiləriniz qaş düzəltdikləri yerdə gözü də çıxarıblar. Mənim İlham Ağayevin pedaqoji biliyinə, bacarığına şübhəm yoxdur. Bunu dartışmaq niyyətindən də uzağam. Qiyabi də olsa, onu təcrübəli müəllim kimi tanıyıram. Fəqət, son illər tətbiq olunan qaydalar işçilərinizin mövcud qanunların sərhəddini xeyli pozduğunu göstərir.

Sualım belədir, cənab nazir: Necə olur ki, bir başqasının yaşı 65-i ötdüyündə, təqaüdə göndərilməsi vacib olur, digəri eyni zamanda bir- birindən kilometrlərlə aralıdakı iki məktəbə rəhbərlik edir?

Burada “səmərəlilik, təkmilləşdirmə” meyarı nədir? Nə ilə ölçülür? Ortada bir narazılıq və budan doğan şikayət var. Ancaq Sizin regionun təhsilini etibar etdiyiniz məmurlar onları çağırıb dinləmək, araşdırmaq yerinə kollektivin qürurunu aşağılayacaq səviyyədə başdansovdu bir cavab yazmaqla kifayətlənirlər? Əgər bir kollektivdə direktoru müvəqqəti əvəz edəcək biri yoxdursa, yaxud, işçiləriniz onu tanımırsa, demək, səmərəli işləməyən, yerində olmayan onlardır, məktəb kollektivi yox. Səhv edirəmsə, bu məktəbdən hər il ali məktəblərə yüksək balla qəbul olunanları kimlər hazırlayır?

Hörmətli Emin müəllim, Sizdən bu müracətə yenidən baxmağı və göndərildiyi ünvanlara layiq səviyyədə müdaxilə etmənizi xahiş edirəm".












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Bu gün, 16:43
AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Bu gün, 16:39
Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Bu gün, 16:37
Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 16:33
Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 16:33
Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Bu gün, 16:28
35 min manatlıq həkim, yalnız morqda işləyə bilər – REPLİKA
Bu gün, 16:26
Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
Bu gün, 16:21
Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Bu gün, 16:13
Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Bu gün, 14:01
"UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Bu gün, 13:55
Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Bu gün, 13:50
Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Bu gün, 13:49
İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Bu gün, 13:45
Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Bu gün, 13:42
Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Bu gün, 13:11
Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Bu gün, 13:07
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:04
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Bu gün, 13:02
“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Bu gün, 13:01
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Bu gün, 12:59
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Bu gün, 12:57
Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Bu gün, 12:53
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Bu gün, 12:50
Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Bu gün, 12:47
2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Bu gün, 12:46
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Bu gün, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Bu gün, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Bu gün, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Bu gün, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Bu gün, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Bu gün, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:20
Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Bu gün, 11:11
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Bu gün, 11:10
"BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Bu gün, 11:03
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 10:57
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:55
"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Bu gün, 10:52
Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Bu gün, 10:45
Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Bu gün, 10:42
Bloger “Space TV”də yeni veriliş aparacaq
Bu gün, 10:38
Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Bu gün, 10:37
Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”
Bu gün, 10:34
Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... - SƏDR KİMİ...
Bu gün, 10:12
Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... -FOTO
Bu gün, 10:09
Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:05
Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR - KİV
Bu gün, 10:01
"Yanan maşınlardan biri mənə məxsusdur" - FOTO
Bu gün, 09:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru