Şəhidlərin adlarını orada görmək məyus etdi .....                     Paşinyan sülhə görə nə qədər pul alıb... .....                     30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? .....                     Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır .....                     Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz .....                     Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... .....                     Vuçiç belə asanlıqla gedənə bənzəmir... .....                     Belə pis gündə meydançada heç domino da oynamazlar... .....                     "Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" .....                     ""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" .....                     Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... .....                     Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı .....                     Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... .....                     Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ .....                     Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... .....                     “Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR .....                     Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! .....                     Hümbətov ailəsi necə milyonlar qazanır .....                     "Budaqov bunu sizin üçün həll etməyəcək axı..." .....                     "Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." .....                     Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib .....                     "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." .....                     Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? .....                     "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" .....                     "Heç kim sizi işdən azad edə bilməz!" .....                     "Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." .....                     Trampın gerçək Rusiya siyasəti... .....                     Hər yandan bir təhlükə gəlir... .....                     Pentaqon rəhbəri İranı hədələdi .....                     "Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." .....                     Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi .....                     Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub .....                     “Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” .....                     Universitetlər bu rayonlara köçürülə bilər .....                     Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü .....                     Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik .....                     "Süni şəkildə düşmənçilik yaradılır" .....                     "Edənlər nə qazandı ki, sən də qazanasan..." .....                     Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib .....                     Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi .....                 

"Hicran Əyyubova ancaq öz qohum-əqrəbasını, yaxınlarını kollecə yerləşdirir" - NARAZILIQ VAR...
Tarix: 10-10-2025, 15:15 | Çap et

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin dəftərxana müdiri Nigar Haşımlının təzyiqlərə məruz qalması ilə bağlı şikayətindən sonra redaksiyamıza kollec rəhbərliyi ilə bağlı daha bir neçə müraciət daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə kollecin müəllimləri heç bir əsaslı səbəb olmadan kütləvi şəkildə işdən çıxarıldıqlarını deyirlər.

Həmin kollecdə iqtisadiyyat fənnini tədris edən Kəmalə Nəsirovanın sözlərinə görə, ümumilikdə 5-dən çox işçi heç bir xəbərdarlıq olunmadan işdən azad olunub: “Saat azlığı bəhanəsi ilə işdən çıxarılmağımıza baxmayaraq, yeni müəllimlər işə götürür. Kim haqqını tələb edirsə, hədə-qorxu gəlinir, təhdid olunurlar. Ümumilikdə 50-dən çox işçi yeni rəhbərlik tərəfindən işdən çıxarılıb. Buna heç bir əsaslı səbəb də göstərmilər. Mən 2024-cü ildən kollecdə çalışmışam. Müddətli müqaviləmin vaxtının bitməsinə 1 gün qalmış mənə işdən azad olunduğum bildirilib. Halbuki qanunla 10 gün əvvəldən mənə bildiriş göndərilməli və xəbərdarlıq olunmalı idim. Mən 2027-ci ilə qədər analıq məzuniyyətində olan müəllimi əvəz edirdim və hələ davam edə bilərdim. Kollecdə dərs saatları qeyri-bərabər şəkildə bölünüb, müəllimlər arasında komanda yaradılıb, hüquq pozuntusu baş alıb gedir və şikayətlərə baxılmır. Bəzi müəllimlərə 750 saat, bəzilərinə isə 250 saat dərs verilir. Dəfələrlə direktor Hicran Əyyubovaya müraciət etmişəm, amma şikayətimə baxılmayıb. Sanki yeni direktor çalışır ki, əvvəlki rəhbərliyin dövründən bir nəfər də qalmasın. Kollecdə kim ona yaltaqlanmır, öz sözünü deyir, işdən azad olunur”.

K.Nəsirova müvafiq qurumlara şikayət ərizəsi ilə müraciət etdiyini əlavə edib.

Digər şikayətçi Sura Muradova isə 1991-ci ildən bu kollecdə işlədiyini və heç bir xəbərdarlıq olunmadan işdən çıxarıldığını söyləyib: “Pensiya vaxtım çatdığı üçün müqavilə ilə çalışırdım. Kollecə bu ilin iyulunda Hicran Əyyubova direktor, Gülnar Kərimova isə müavin təyin olundu. Direktor gəldikdən sonra 1 ay işləyib məzuniyyətə çıxdım. Məzuniyyətdən cəmi 8 gün idi ki qayıtmışdım, direktor məni çağırıb işdən azad olunduğumu dedi. Mənə heç bir bildiriş göndərilməyib, xəbərdarlıq edilməyib. Bu, özbaşınalıqdır. Hicran Əyyubova ancaq öz qohum-əqrəbasını, yaxınlarını kollecə yerləşdirir. Öz qanunsuz əməllərini müavini Gülnar Kərimova vasitəsilə həyata keçirir. İşçilər təhdid olunurlar. Bəzi işcilərə ərizə yazıb işdən çıxmaq deyilir. Etiraz edənlərin maaşa əlavəsi kəsilir, məzuniyyət verilmir, saxta aktlar tərtib olunur və maddə ilə çıxarılmaqla təhdid olunurlar. Çox xahiş edirəm, aidiyyəti qurumlar bu məsələni araşdırsınlar və bu haqsızlıqlara son qoyulsun”.

Növbəti şikayətlərlə bağlı İqtisadiyyat və Humanitar Kolleci ilə yenidən əlaqə saxladıq. Orta ixtisas məktəbindən sorğumuza cavab olaraq bildirildi ki, müəllimlər K.Nəsirova və S.Muradova tərəfindən irəli sürülən iddialar həqiqətə uyğun deyil: “Kollecdə əmək münasibətləri mövcud qanunvericiliyin tələblərinə əsasən tənzimlənir. İşçilərin kütləvi şəkildə işdən azad edilməsi, hər hansı bəhanə ilə işçinin işdən azad edilməsi, kollecin rəhbərliyi tərəfindən işçilərə qarşı hər hansı təzyiq, təhdid edilməsi, məzuniyyət hüququnun pozulması, saxta aktların tərtib olunması, işçilərin maaşına əlavənin kəsilməsi kimi hallar yoxdur.

Hər hansı işçi işdən azad edilərkən Əmək Məcəlləsinin tələblərinə əməl olunub. O cümlədən, müddətlə işə qəbul edilmiş Kəmalə Nəsirova və Sura Muradova ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədər əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri gözlənilib. İşçilərin işə qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun aparılır. İşə qəbul edilərkən qeyri-qanuni meyarlar əsas götürülmür.

Qeyd edirik ki, kollecin maliyyə vəsaitlərinin düzgün idarə edilməsi, israfçılığın qarşısının alınması məqsədilə kollecdə müvafiq tədbirlər görülür və həmin tədbirlər konkret işçiyə deyil, bütovlükdə kollecin işçilərinə şamil olunur. Kollecdə hər bir əməkdaşın hüquqları qorunur, onların əmək haqqı qanunvericiliyə uyğun olaraq ödənilir, məzuniyyət hüquqları və digər hüquqları təmin olunur. Kollec şəffaf və ədalətli idarəetmə prinsipləri ilə idarə olunur. Kəmalə Nəsirova və Sura Muradovanın şikayəti qərəzlidir, onlar bitmiş əmək müqaviləsinin müddəti uzadılmadığına görə kollec rəhbərliyi barəsində bu cür əsassız, iddialarla çıxış edirlər. Həmin məlumatlar qeyd etdiyimiz kimi həqiqəti əks etdirmir və ictimaiyyətdə yanlış təəssürat yaratmaq məqsədi daşıyır”.

Xatırladaq ki, daha əvvəl redaksiyamıza müraciət edən kollecin dəftərxana müdiri N.Haşımlı də rəhbərlik tərəfindən işdən çıxmasının tələb olunduğunu, təzyiqlərə məruz qaldığını iddia edirdi. Rəhbərliyin dəyişməsindən sonra maaşa olan əlavəsinin kəsildiyini, əmək hüququnun pozulduğunu bildirirdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhidlərin adlarını orada görmək məyus etdi – Yolverilməzdir!
Bu gün, 08:25
Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50
30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Bu gün, 07:47
Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
Bu gün, 07:44
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bu gün, 07:41
Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... - REAKSİYA
Bu gün, 07:33
Vuçiç belə asanlıqla gedənə bənzəmir... - GƏLİŞMƏ
Bu gün, 07:29
Belə pis gündə meydançada heç domino da oynamazlar... - REPLİKA
Bu gün, 07:27
"Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" - partiya sədri
Bu gün, 07:21
""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" - ETİRAZ
Bu gün, 06:49
Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... - TƏFƏRRÜAT
Bu gün, 06:45
Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı - AKTUAL
Bu gün, 06:37
Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... - FAKT BUDUR!
Bu gün, 06:33
Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ - "Dini bilən insan..."
Bu gün, 06:28
Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... - şəhidlərinin adının əbədiləşdirilməsini!
Bu gün, 06:23
“Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR - Oğurluğu ifşa edirsən, gəlib yerdə qalanı da aparırlar...
Bu gün, 06:19
Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02
Hümbətov ailəsi necə milyonlar qazanır - İLGİNC FAKTLAR
Bu gün, 05:59
"Budaqov bunu sizin üçün həll etməyəcək axı..." - ÇÜNKİ...
Bu gün, 05:45
"Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." - Nura Suri
Bu gün, 05:39
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Dünən, 09:37
"Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Dünən, 09:31
Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Dünən, 09:13
"Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Dünən, 09:03
"Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Dünən, 08:50
"Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Dünən, 08:42
Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Dünən, 08:34
Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Dünən, 08:22
Pentaqon rəhbəri İranı hədələdi
Dünən, 08:17
"Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Dünən, 07:53
Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Dünən, 07:49
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Dünən, 07:45
“Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Dünən, 07:42
Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Dünən, 07:39
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
5-09-2026, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
5-09-2026, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
5-09-2026, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
5-09-2026, 16:17
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
5-09-2026, 16:13
Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
5-09-2026, 13:23
Yenicag.az saytının 19 yaşı tamam olur
5-09-2026, 13:21
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
5-09-2026, 13:15
Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
5-09-2026, 13:06
Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
5-09-2026, 13:03
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
5-09-2026, 13:01
Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
5-09-2026, 12:56
"Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
5-09-2026, 12:55
Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
5-09-2026, 12:52
Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
5-09-2026, 12:39
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
5-09-2026, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru