“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                     Starmer könüllü olaraq istefa verə bilər .....                     Məqsədimiz bu idi və Putin bacarmadı .....                     Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... .....                     "Bizi adam yerinə qoymurlar..." .....                     Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                     Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir .....                     İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb .....                     Formatın süqutu: Rusiya nəyə ümid edir? .....                     Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır .....                     “ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” .....                 

BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... - MALƏSƏF, BU FAKTDIR...
Tarix: 10-10-2025, 09:59 | Çap et

«Təzadlar» qəzeti redaksiyasına daxil olan şikayəti aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron ünvanına göndərərək münasibət bildirilməsini xahiş etmişik. Lakin hələ də cavab olmadıbından aşağıda kiçik ixtisarla təqdim edirik:

«Hörmətli redaksiya!

“Bayırşəhəri qoruyaq” təşəbbüs qrupunun rəhbəri kimi Sizə mütəmadi olaraq mədəni irsimizin incilərindən olan İçərişəhərin davamı olan Bayırşəhərin məhv edilməsinə qarşı faktlarla yazılar dərc etdiyiniz üçün təçəkürümü bildirirəm.

Xatırladırıq ki, Bayırşəhər məhəlləsi Azərbaycan prospekti ilə M.Fətəli küçəsi ilə M.Əliyev və Nizami küçələrinin sərhəd əhatəsində yerləşən ərazini əhatə edir. Bu ərazi 150-dən çox tarixi abidələr olmaqla, tarixi abidələrin fonunda XIX əsrin sonlarında tikilən tarixi əhəmiyyətli binararla zəngindir. Bildirirəm ki, bu ərazidə bir dənədə olsun qəzalı vəziyyətdə olan bina yoxdur. Bunu əminliklə bildirirəm.

Baş plan (Bakı-2040) işlənən zaman alman memarlar cəlb edilmişdir. Həmin memarlar ərazidə olan hər bir binanın videoçəkilişini aparmışlar. Məhz buna görə də, bu ərazi Baş planda Xüsusi Müfafizə Zonası kimi göstərilmişdir. Baş planda həmin ərazidə söküntü işləri aparılması nəzərdə tutulmamışdır.

Baş plan Prezidentin imzası və Nazirlər kabinetinin 30 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmişdir. Bu möhtəşəm ərazi indi kimlərinsə maraqlarına qurban verilərək vəhşicəsinə dağıdılır. Hətta tarixi abidə kimi Nazirlər Kabinetində siyahıya alınan bir çox evlər siyahıdan çıxarılaraq, məhv edilir.

Bildirirəm ki, dövlət büdcəsindən 2019-cu ildə bu ərazidə miyonlar xərclənərək, təmir bərpa işləri aparılmışdır. İndi həmin evlərin əksəriyyəti «qəzalı vəziyyət» damğası ilə məhv edilir. Sual yaranır: yaxşı, bəs təmir zamanı qəzalı olmasına niyə göz yumulurdu? Yaxud da, ərazi maraqlara qurban veriləndə 2019-cu ildən sonra qəzalı vəziyyətə düşdü? Bu ərazinin sökülməsi üçün isə hal-hazırda Nazirlər Kabinetinin qərarı yoxdur.

Nazirlər Kabinetinin 2018-ci ildə verdiyi 572 saylı qərarının icrasının davamı kimi, Abdulla Şaiq, Nabatxanım Aşurbəyova və Süleyman Tağızadə küçələrinin parka bitişik hissəsində söküntü aparılması üçün 38 milyon pul ayrılmışdır. Bundan istifadə edərək, Bayırşəhəri Sovetski adlandıraraq, kimlərsə nəfslərinə qurban verirlər.

«Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət və Təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovun rəhbərliyi ilə evlər şəxsi adlara satın alınır…»

Bayırşəhərdən, sanki qisas alırlar. Bayırşəhərdə daşnaqlarla yerli əhalinin şiddətli döyüşləri olmuşdur. Ərazidə tarixi binalarda çoxsaylı gullə yerləri bu gün də gözlə görünür və bu biz sakinlərin hər görəndə yaddaşını təzələyir. Ulularımızla qurur duyuruq. Nə yazıq ki, Bayırşəhərlə bağlı əfşanələr olmasına baxmayaraq, düşməncəsinə tarixi yaddaşımız kimlərinsə tapşırığı ilə məhv edilir.

Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət və Təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovun rəhbərliyi ilə evlər şəxsi adlara satın alınır. Əhaliyə psixoloji təsir edirlər ki, dövlətlə dövlətçilik etməyin, qaz, su, işiq olmayacaq, və s. Hətta ərazidə dəfələrlə biz sakinlər günlərlə qazsız, işiqsız, susuz qalmışıq. Zülfəyi İsmayılova evlərini satmaq istəməyən sakinlərə isə divan tutulur, satın aldıqları az sayda evləri də sonradan quldurcasına dağıdaraq, ərazidə toz-duman yaradır, qazı, işiği və suyu kəsərək sakinləri Zülfəli İsmayılova evlərini satmağa təhrik edirlər. Evlər dövlət ehtiyacı adı ilə alınır deyilsə də, alqı-satqı şəxsi adamların adına alınır.

Açıqlamalarında bildirirlər ki, bu küçik bir ərazidə 150 Tarixi abidə var və ərazidə park olacaq. Ərazidə isə iki göydələn var. Parkda göydələn olması hansı tikinti standartlarına uğundur?

Biz məcburən “Bayır şəhəri qoruyaq” təçəbbüs qrupu yaratmışıq. Sakinlərdən ibarət vatsap qrupu yaradılıb. Vatsap qrupu vasitəsilə ərazidə yaşayan sakinləri marifləndiririk ki, ərazinin sökülməsi Baş planda (Bakı 2040) nəzərdə tutulmayıb. “Bayırşəhər” adlanan ərazinin Xüsusi Mühafizə Zonası olması, Nazirlər Kabinetinin ərazidə söküntü aparılması barədə qərarının olmaması, cənab Prezidentimizin imzaladığı, Nazirlər Kabinetinin təsdiqlədiyi Baş planın əleyhinə olaraq ərazidə vətəndaşların evlərinin dövlət ehtiyacları adı ilə satın alınması və ərazidə qanuna zidd olaraq söküntü işlərinin aparılması birmənalı yolverilməzdir! Eyni zamanda, “Bayırşəhər məhəlləsi tariximizdir, onu məhv etməyin!!!”- kimi vətənpərvərliyə səsləyən şuarlar ilə ərazidə müraciətlər yaymaqda davam edirik.

Hörmətli «Təzadlar» qəzetinin redaksiyası! Çoxsaylı imzalarla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, cənab Baş Nazir Əli Əsədova, Milli Elmlər Akademiyasının Prezidenti cənab İsa Həbibbəyliyə, OMBUDSMAN xanım Səbinə Əliyevaya, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi xanım Səbinə Hacıyevaya, Memarlar İttifaqının Rəyasət Heyətinin sədri cənab E.Qasımzadəyə, Mədəniyyət naziri cənab Adil Kərimliyə, Dövlət Turizm Agentliyinin sədri cənab Fuad Nağıyevə, Milli Məclisin 17 saylı Yasamal üçüncü Seçki dairəsinin deputatı cənab G.Qəhrəmanova, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruca, Prezidentin köməkşisi Şahmar Mövsümova və Baş Nazirin müavini Çahin Müstafayev cənablarına müraciətlər etmişik.

Tarixi abidələrin siyahıdan çıxarılmasına və sanki açıq muzey olan mədəni irsimiz Bayırşəhərin məhvinə memarlarla yanaşı, Respublikanın ziyalıları 264 imza ilə, ictimaiyyət nümayəndələri və sakinlər olmaqla, 2082 imzaları ilə müraciətlər edərək, etirazlarını bildiriblər.

Onu da deyək ki, aidiyyatı qurumlara edilən çoxsaylı kollektiv müraciətlərimizə cavablar verilmişdir ki, həmin ərazidə söküntü yox, təmir-bərpa işləri aparılacaqdır. Eyni zamanda, müraciətlərimizə ziddiyyətli cavablar da verilmişdir. Aidiyyatı qrumlardan Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan çoxsaylı imzalarla müraciətlərimiz Yasamal Rayon İcra Hakimiyyətinə göndərilib. Hətta ölkə ziyalılarının 264 imzası ilə Prezident Adminitrasıyasının rəhbəri cənab Samir Nuriyevə göndərilən müraciət Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Mənzil-Kommunal Təsərrüfatı Departamentinə göndərilmişdir. Departament sədrinin birinci müavini, Baş mühəndis tərəfindən verilən 08 may 2025-ci il tarixli cavabda göstərilir: «Bakı şəhər İcra Hakimiyyətindən Departamentə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirirk ki, müraciətdə qeyd edilən ərazidə Departament tərəfindən söküntü işləri aparılmır».

13.03.2023-cü il tarixli Bakı şəhər İcra Hakimiyyətindən daxil olan cavabda isə belə yazılıb: «Bildiririk ki, müraciərtinizdə qaldırılan məsələyə aidiyyatı üzrə baxılması və nəticəsi barədə Sizə məlumat verilməsi üçün tərəfimizdən Yasamal rayon İcra hakimiyyətinə məktub göndərilmişdir».

13.03.2023-cü il tarixli Yasamal rayon İcra Başçısının birinci müavini Hüseyn Əfəndiyev tərəfindən verilən cavabda göstərilir: «Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2028-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda ”Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunukasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacı üçün satın alınır. Bildirirk ki, Bakının Yasamal rayonu, Azərbaycan prospekti ilə M.Fətəli Axundov küçələri və M.Əliyev küçəsi ilə Nizami küçələrinin arasında yerləşən yaşayış sahələri QEYD EDİLƏN QƏRARIN TƏSİRİ DAİRƏSİNƏ DÜŞMÜR. Həmin ünvanların dövlət ehtiyacları üçün alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarından sonra həyata keçiriləcəkdir. Gələcəkdə həmin ünvanlar söküntü mərhələsinə düşərsə, qanunvericiliyin tələblərinə uyğun olaraq orada yaşayan sakinlərə bildiriş göndəriləcək, eyni zamanda həmin binaların yerli əhəmiyyətli memarlıq abidələri siyahısından çıxarılması üçün müvafiq tədbirlər görüləcəkdir».

31.03.2023-cü il tarixində Yasamal rayon İcra Hakimiyyətinin Başçısının müavini Xalid Möhbaliyev tərəfindən verilən cavab da eynidir. 29. 05 2025-ci il tarixli Yasamal rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Hüseyn Əfəndiyev tərəfindən verilən cavabda göstərilir: «Sizin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən daxil olmuş müraciətinizə Yasamal rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirik ki, Bakı şəhər Yasamal rayonu, B.Səfəroğlu küçəsi-84 ünvanının yaxınlığında və ətrafında yaşayış və qeyri-yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınmasına başlanılmışdır. Söküntü mərhələsinə düşən binaların memarlıq abidələri siyahısında olub-olmaması dəqiqləşdirilir».

14.07.2025-cü il tarixli Yasamal rayon İcra Başçısının Birinci müavini Hüseyn Əfəndiyev tərəfindən verilən cavabda isə belə deyilir: «Bildirirk ki, Bakı şəhər,Yasamal rayon ərazisində yeni parkın salınması məqsədilə istismar müddəti bitmiş qəzalı olan binaların sökülməsi və həmin istismar müddətini başa vurmuş binalarda yaşayan daima köçürülmələri barədə kollektiv müraciətlər edən sakinlərin köçürülməsi istiqamətində müraciətləri nəzərə alınaraq qeyd olunan ərazidə yaşayan vətəndaşlarla bu günki bazar qiymətinə, əmlakın dəyərinə və təmir xərcinə uyğun kompensasiya ödənilməsi barədə danışıqlar aparılır. Eyni zamanda bildiririk ki, həmin ərazidə istismar müddətini başa vurmuş qəzalı və bərpa olunması mümkün olmayan bəzi binaların yerli əhəmiyyətli memarlıq abidələri siyahısından çıxarılması üçün müvafiq tədbirlər görülür».

Budur, söküntüyə könül vermişlərin niyyəti burda açılır: tarixi abidələrin siyahıdan çıxarılması üçün işlər gördüklərini eiraf edirlər. Əsas kimi də bildirirlər ki, sakinlər guya xahiş edirlər ki, evləri sökülsün. Sakinlər “Qız qalası”nın sökülməsini istəsələr sökəcəklər??? Bəs Baş plan niyə hazırlanıb? Sakinlər öz evləri barədə müraciət edə bilərlər, “Bayışəhər” barədə yox. Mən belə bir müraciətin olmasına inanmıram.

Bakı şəhər İcra Hakimiyyəti müraciətlərimizə cavab vermək əvəzinə, məktubumuzu Mənzil Kommunal Təsərrüfatı Departamentinə və Yasamal rayon İcra Hakimiyyətinə göndərərək, qanunsuz əməllərindən yayındığını gördükdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət edərək araşdırmasını xahiş etmişik. 07 iyul 2025-ci il tarixli Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Bakı şəhər İcra Hakimiyyətinə sorğu vermişdir. Sorğuda göstərilmişdir: «Şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə bizə məlumat verməyinizi xahiş edirik».

2025-ci ilin 21 iyul tarixində OMBUDSMANIN biz sakinlərə cavabında göstərilir: «Sorğuya cavab olaraq göstərilənlərdən bilinir ki, ərazidə Bakı şəhər İcra Hakimyyətinin müvafiq sərəncamı ilə aidiyyatı qurumların nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Qiymətləndirmə bu sahədə ixtisaslaşdırılmış, lisenziyası olan müstəqil qiymətləndirmə şirkəti tərəfindən müəyyən edilir».

10 mart 2023-cü il tarixli Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən cavabda isə yazılır: «Bildirirk ki, sözügedən ərazi ilə əlaqədar tikintiyə icazə icraatı çərçivəsində Komitəyə hər hansı müraciət daxil olmamışdır».

28.07.2025-ci il tarixli Memarlar İttifaqının Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova ünvanladığı məktubda bildirilir: «…və əgər ərazinin yenidən qurulması layihəsi varsa, onları bu layihə ilə tanış etmək… vacibdir» və s.

Bu isə ərazidinin layihəsinin olmamasını təsdiq edir. Baş plana nəzarət edən qrumlardan biri kimi Memarlar İttifaqında layihə olması barədə məlumatın olmaması bir daha Tarixi irsimizin incilərindən olan Bayırşəhərin kimlərinsə marağı naminə məhf edilməsini təsdiq edir.

Sonda onu da bildirirəm ki, Baş planın icrasına nəzarət edilməsində İcra hakimiyyətlərinin iştirakı nəzərdə tutulmamışdır. Dörd qrum- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Memarlar İttifaqı Baş planın icrasına nəzarət etməsi göstərilmişdir. Bayırşəhər İçərişəhərin davamı kimi maqnatlar tərəfindən salınmışdır. Və biri-biri ilə harmioniya təşkil edir. Hal-hazlrda tariximizi sevənlər tərəfindən “Bayırşəhər”ə turlar təşkil edilir, hər bir Azərbaycanlının kimliyi turistlərə təqdim edilir. 30-31 iyul 2025-ci il tarxində Milli Elmlər Akademiyasında «Tarixi yerlər və abidələr 5-ci Beynəlxalq Bakı “Bayırşəhər”» simpoziumu keçirilmişdir. Simpozium “Bayırşəhər”in qorunması üçün qərar qəbul etmişdir.

Cənab Prezidentin imzasına və Nazirlər Komitəsinin qərarına əhəmiyyət verməyən söküntü dəstəsi isə ərazidə meydan sulayır. Baş plan Prezidentim imzası və Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib. Mədəni İrsimizin incilərindən olan Bayırşəhər və burada olan abidələrin aqibəti isə hazırda sual altındadır. Nə qədər ki, gec deyil, ciddi və sərt tədbirlər görülməlidir.

Zahidə Əzizova,

«Bayırşəhəri qoruyaq» təşəbbüs qrupunun rəhbəri











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - "The New York Times"
Bu gün, 04:19
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru