"Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                     “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi .....                     Aktrisaya HAQSIZLIQ: .....                     “AccessBank”da şirkət əmanətləri .....                     "Qarabağ" Dani Boltla yolları ayırıb .....                     Kremldə böyük təşviş: .....                     “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” .....                     Ermənistan susuz qala bilər: .....                     Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: .....                     “Leobank” GİLEY... .....                     Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... .....                     “Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! .....                     Vətəndaş “Expargo”dan şikayət etdi: .....                     Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi .....                     Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik .....                     Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... .....                     Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil .....                     Azərbaycanda 5 şirkət ləğv olunur .....                     Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb .....                     Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı .....                     ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə .....                     Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. .....                     Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib .....                     Naxçıvanda SU KORRUPSİYASI .....                     Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi .....                     Bakıda yayın son konserti keçirilib .....                     Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür .....                     Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları .....                     Kreml Qafqaz uğrunda savaşı uduzdu? .....                 

Əmrullayevin QURBANLIQ DİREKTORLARI... - NƏ BAŞ VERİR?
Tarix: 31-05-2025, 09:48 | Çap et

“Direktorların kütləvi işdən çıxarılması Elm və Təhsil Nazirliyinin – illərlə formalaşdırdığı sistemin nəticəsidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

O, son vaxtlar orta ümumtəhsil məktəblərində direktorların kütləvi işdən çıxarılması və bu hadisələrə Elm və Təhsil Nazirliyinin şablon reaksiyasını şərh edib:

“Azərbaycanda orta ümumtəhsil məktəblərində direktorların kütləvi şəkildə işdən çıxarılması və ya intizam məsuliyyətinə cəlb olunması son illərdə təhsil sahəsində ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə 2023 və 2024-cü illərdə müşahidə olunan bu tendensiya ictimaiyyətdə “təmizləmə əməliyyatı”, “kadr islahatı” kimi təqdim olunsa da, əslində, bu prosesin arxasında daha dərin struktur problemlər dayanır. Əgər bu gün onlarla direktor rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, fond pulu toplamaq və ya qeyri-qanuni ödənişlər səbəbilə vəzifədən uzaqlaşdırılırsa, bu təkcə fərdi məsuliyyətsizlik deyil, həm də idarəedici strukturların, xüsusilə Elm və Təhsil Nazirliyinin illərlə formalaşdırdığı sistemin nəticəsidir”.

Onun sözlərinə görə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 19.3-cü maddəsində təhsil müəssisəsinin rəhbərinin, yəni direktorun təhsilin keyfiyyətinə, şagirdlərin həyat və sağlamlığına görə məsuliyyət daşıdığı qeyd olunur:

“Bu, direktorun məsuliyyətini müəyyən etsə də, həmin direktorun hansı mexanizm və mühitdə fəaliyyət göstərdiyini nəzərə almadan yalnız onu cəzalandırmaq, sistemin öz məsuliyyətini pərdələmək deməkdir. Direktorların təyinatı, monitorinqi və fəaliyyətinə nəzarət bilavasitə nazirliyin və onun struktur bölmələrinin səlahiyyətindədir. Əgər məktəblərdə bu qədər qanun pozuntusu baş verirsə, bu, həmin nəzarət və idarəetmənin effektiv olmadığını sübut edir”.

Ekspert qeyd edib ki, 2024-cü ildə 70-ə yaxın direktorun işdən çıxarılması halına rast gəlinib:

“2024-cü ilin rəsmi statistik göstəricilərinə əsasən, Bakı, Gəncə və Sumqayıt şəhərləri üzrə ümumilikdə 70-ə yaxın məktəb direktoru ya vəzifədən azad edilib, ya da intizam məsuliyyətinə cəlb olunub. Bu, bütövlükdə məktəb rəhbərlərinin təxminən 6-7%-ni təşkil edir ki, bu da, əslində, çox yüksək göstəricidir. Əgər sistemli nəzarət və şəffaf idarəetmə mühiti mövcud olsaydı, bu qədər pozuntu mümkün olmazdı. Ən təəssüf doğuran məqam isə ondan ibarətdir ki, bu prosesdə ictimaiyyətə heç bir əsaslandırılmış hesabat təqdim olunmur. Elm və Təhsil Nazirliyi yalnız qısa press-relizlər yaymaqla kifayətlənir, konkret təhlil, səbəblər və struktur cavabdehlik barədə məlumat vermir”.

K. Əsədov sözügedən hadisələrlə bağlı nazir Emin Əmrullayevin açıqlamalarına da şərh verib:

“Bu vəziyyətdə nazirliyin rəhbəri Emin Əmrullayevin açıqlamaları bəzən daha da ziddiyyətli görünür. O, bir neçə çıxışında təhsildə problemlərin səbəbini direktorların bacarıqsızlığı, bəzən isə valideynlərin təzyiqi ilə izah edib. Bu isə idarəedici qurumun öz məsuliyyətindən yayınmaq cəhdidir. Halbuki həmin direktorları təyin edən, onların fəaliyyətinə nəzarət etməli olan da məhz Nazirliyin özüdür. Əgər seçdiyin kadrın fəaliyyətində bu qədər ciddi problem varsa, bu, ilk növbədə, sənin seçim və nəzarət mexanizminin qüsurlu olması deməkdir. Müsbət tərəfdən baxsaq, bəzi hallarda korrupsiyaya qarşı bu cür cəza tədbirləri təhsil sisteminə qorxu və məsuliyyət hissi gətirir. Direktorların qeyri-rəsmi fond yığımına son qoyulması, qeyri-formal ödənişlərin qarşısının alınması, hesabatlılıq və şəffaflığın artırılması baxımından bu addımlar faydalı ola bilər. Amma bu tədbirlər yalnız fərdi deyil, sistemli şəkildə və hüquqi çərçivədə tətbiq olunmalıdır. Əks halda, bu, yalnız “sadiq olmayanların cəzalandırılması”, “yerini dəyişmək məqsədilə aparılan kampaniya” təsiri bağışlayır. Müxtəlif bölgələrdə direktorların yerinə gətirilən yeni şəxslərin çoxunun eyni mərkəzdən seçilməsi, “loyallığa” əsaslanan təyinatların çoxalması bu prosesi islahat deyil, sadəcə klanik strukturlarla yer dəyişməsi kimi təqdim edir”.

Müsahibimiz əlavə edib ki, dünya təcrübəsinə baxdıqda, Almaniya, Estoniya, Sinqapur və Koreya kimi ölkələrdə məktəb direktorlarının təyinatı açıq müsabiqə yolu ilə aparılır və prosesdə yerli təhsil şuraları, ictimaiyyət nümayəndələri və təhsil ekspertləri iştirak edir:

“Məsələn, Estoniyada məktəb direktoru yalnız peşəkar menecer deyil, eyni zamanda, icmanın təmsilçisi kimi dəyərləndirilir və vəzifəyə başlamazdan əvvəl 6 ay müddətində idarəetmə üzrə praktiki hazırlıqdan keçir. Bu yanaşma həm idarəetmədə effektivliyi, həm də ictimai etimadı gücləndirir. Azərbaycanda isə direktor vəzifəsinə təyin prosesi çox hallarda qeyri-şəffaf, formallığa əsaslanan və fərdi təsirlərə açıq şəkildə həyata keçirilir. 2021-ci ildən tətbiq olunan müsabiqə sistemi müəyyən müsbət addım sayılsa da, müsahibə mərhələsinin nəticələri, komissiyaların tərkibi və qiymətləndirmə meyarları çox zaman ictimai əsaslandırmadan kənar qalır. Bütün bunlar nəticəsində direktor vəzifəsi ya idarəedici yükün daşıyıcısı deyil, sadəcə icraçı və formal rəhbər statusu daşıyan bir fiqura çevrilir”.

“Nəticə etibarilə, bu gün baş verən “kütləvi azadetmələr” təhsildə islahat kimi deyil, idarəetmə sistemindəki xaosun və məsuliyyət böhranının nəticəsi kimi dəyərləndirilməlidir. Əgər doğrudan da islahat niyyəti varsa, ilk növbədə direktorların fəaliyyəti üçün şəffaf mühit, sabit qanunvericilik çərçivəsi və real peşəkar dəstək mexanizmləri yaradılmalıdır. Təhsildə korrupsiyanın əsas səbəbi təkcə rüşvət alan direktor deyil, bu rüşvəti doğuran maaş sistemləri, qeyri-rəsmi fondlar, infrastruktur çatışmazlıqları və valideyn təzyiqləridir. Bunları aradan qaldırmadan direktorları kütləvi şəkildə dəyişmək, sadəcə simvolları dəyişməkdən ibarət olacaq. Əgər təhsildə inamı bərpa etmək istəyiriksə, mübarizə şəxslərlə deyil, sistemin özü ilə aparılmalı, islahatlar isə şəxslərin yox, strukturun dəyişməsinə yönəlməlidir. Əks halda, bu gün çıxarılan direktorların yerinə sabah onların eynisi gələcək və problem dövri olaraq təkrarlanacaq. Bu isə nə dövlətin, nə də cəmiyyətin maraqlarına cavab verir”, – deyə o, fikirlərini tamamlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Bu gün, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Bu gün, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Bu gün, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 11:25
Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik - ÇƏRƏNÇİLİK DAVAM EDİR...
Bu gün, 11:24
Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... - "Mən nə edim? Çox pisəm..."
Bu gün, 11:19
Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Azərbaycanda 5 şirkət ləğv olunur
Bu gün, 11:06
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Bu gün, 11:04
Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - SİYAHI
Bu gün, 11:03
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
Bu gün, 11:02
ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə 130 milyon xərc planlaşdırıb
Bu gün, 11:00
Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib - DETALLAR
Bu gün, 10:53
Naxçıvanda SU KORRUPSİYASI - NARAZILIQ VAR...
Bu gün, 10:47
Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 10:41
Bakıda yayın son konserti keçirilib - FOTO
Bu gün, 10:37
Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür - GƏLİŞMƏ
Bu gün, 10:29
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13
Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18
Rusiya onların "ovuna" çıxa bilər - Xəbərdarlıq
Bu gün, 08:14
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Bu gün, 08:13
Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... - AKTUAL
Bu gün, 08:04
"Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:58
Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53
Sifarişi ləğv edib, qiyməti qaldırdılar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:41
"Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 07:33
Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... - AXI NECƏ...
Bu gün, 07:27
ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək - “Reuters”
Bu gün, 07:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru