Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                     Pensiya yaşı 70-ə çatdırılacaq? .....                     "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" .....                     Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu .....                     “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” .....                     Ermənistanın yeni prezidenti o olacaq: .....                     Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi .....                     Şvabe kimin “sifarişini” yerinə yetirir? .....                     Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək .....                     Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər .....                     Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar .....                     Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək .....                     "Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" .....                     Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir .....                     "Oyun başladı, xoş seyirlər!" .....                     Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi .....                     “VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” .....                     Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb .....                     Robert Köçəryan məhkəmədə parlament sədrinə .....                     “Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” .....                     Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? .....                     Bu addım Azərbaycan-İsrail münasibətlərini də .....                     Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək .....                     Ruhani rejim böhran içində: .....                     “Yaltaqlığın başqa yollarını axtarın!” .....                     Köçəryan cəzalandırılmalıdır .....                     “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” .....                     Paşinyandan Simonyana ağır zərbə .....                     İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik .....                     Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: .....                     "Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " .....                     ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı .....                     "Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." .....                     Tramp onları İrana göndərmək istədi: .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" .....                 

Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Tarix: 7-02-2025, 11:25 | Çap et
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ
İctimaiyyətin də yaxından izlədiyi məhkəmə prosesi nəticələnib: “Thales” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, türk iş adamı Mehmet Şahan külli miqdarda mənimsəmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Türkiyəli iş adamının saxlanılması və həbs edilməsi prosesi boyunca Azərbaycan mətbuatı məsələni daim diqqət mərkəzində saxlayıb, onun həbsi ilə bağlı maraqlı detallar üzə çıxarıb.

Həbsə məhkum edildiyi ilk gündən etibarən Azərbaycan nümayəndəliyi vəzifəsini icra etdiyi şirkətdə ermənilərin rəhbərliyə gətirilməsi, həmçinin şirkətin mərkəzi ofisinin Fransada yerləşməsi, üstəlik, Şahanın Azərbaycan və Türkiyənin Fransa ilə münasibətlərinin kəskinləşdiyi dövrdə ittihamlarla üzləşməsi sual doğuran məqamlardan olub.

Prosesin gedişatına qısa nəzər

Mehmet Şahan 2021-ci ildə səbəbsiz yerə işdən çıxarılır. Şirkət buna səbəb kimi onun rəhbərliyə məlumat vermədən xarici ölkələrə səfər etməsinı göstərir. Bura qədər hər şey normal görünə bilər, lakin Mehmet Şahanı İspaniyaya dəvət edərək onunla görüş təşkil edən rəhbərlik iş adamının şəxsi telefonu ilə kompüterini zorla əlindən alaraq onu binadan çıxarıb. Ona qarşı edilən bu davranışın səbəbini anlamaqda çətinlik çəkən Mehmet Şahan yaşanan hadisə ilə bağlı öz haqqını aramaq üçün məhkəməyə müraciət edib. Qarşı tərəfə bununla bağlı bildiriş getdikdən sonra şirkət Şahanın 10 il azadlıqdan məhrum edilməsi ilə nəticələnən iddianı nədənsə məhz Azərbaycanda ortaya atıb.

Məhkəmə prosesi başladıqdan sonra isə Mehmet Şahanla çəkişməsi olan şəxslər şahidlik ediblər. Qəribəsi odur ki, ittiham olunan tərəf şahidlərin iş adamı ilə mübahisəsinin olduğunu bildirsə də, məhkəmə bu etirazı diqqətə almayıb və şahid ifadələri işə daxil edilib.

Maraqlıdır ki, şahidlər müxtəlif vaxtlarda nağdlaşdırılmış pul vəsaitlərini Mehmet Şahana verdiklərini bildiriblər, lakin müvafiq dövlət orqanının sənədlərinə əsasən, Şahanın qeyd edilən tarixlərdə Azərbaycanda olmadığı təsdiqlənib. Həmçinin ifadələrdə anlaşılan odur ki, şahid qismində dindirilən şəxslər iddia olunan vəsaiti heç bir halda Şahana birbaşa şəkildə çatdırmayıblar. Bununla belə, özləri nağdlaşdırıb, özləri pulları bankdan çəkən şahidlər “təkidlə” pul vəsaitlərinin Mehmet Şahana verildiyini bildiriblər. Şahid ifadələrində ziddiyyətli məqamların çoxluğu, onların yalan ifadə verdiklərinin başqa bir sübutudur. Həmçinin onların iddia etdikləri kimi, Mehmet Şahana vəsaitləri mənimsəmədə “yardımçı” olmaları halında həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi zərurəti ortaya çıxır ki, məhkəmə nədənsə bunun “üzərindən keçib”.

Bundan başqa, mənimsənildiyi iddia edilən vəsaitlərlə bağlı ittiham olunan tərəfin məhkəməyə təqdim etdiyi xərc sənədləri ekspertə təqdim edilməyərək işin gedişatının dəyişdirilməsinə şərait yaradılıb.

Üstəlik, məhkəmə ekspertizasının rəyi, hətta Baş Prokurorluğun öz ekspertlərinin rəyi ilə Mehmet Şahanın nümayəndəliyə rəhbərlik etdiyi dövrdə xərclənən vəsaitin sənədlərlə təsdiqləndiyi sübuta yetirilib və hər hansı mənimsəmə faktının olmadığı üzə çıxıb.

Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müdafiə tərəfi olaraq Mehmet Şahanın işlədiyi dövr üçün “Thales” şirkətinin illik daxili audit rəylərinin tələb olunmasına rəğmən, həmin rəylər məhkəməyə təqdim olunmayıb. Şirkət rəhbərliyində təmsil olunan Herve Damman çağırılmasına baxmayaraq, hər bir vəchlə məhkəməyə gəlməkdən imtina edib. İstintaq zamanı müstəntiq tərəfindən onlayn ifadəsi alınan Dammanın mütləq şahid qismində ifadəsini zəruri hesab edən məhkəmə sədri Kamran Muxtarov aylarla məhkəmə prosesini uzadıb. Vəkilləri tərəfindən yazılı ərizə ilə “vaxtı olmadığı” bildirilən və bu prossesdə iştirak etmək istəmədiyini qeyd edən Damman isə bu müddət ərzində Ermənistanda səfərdə olub və bədnam qonşumuza silah-sursat hədiyyə edib. Məhkəmə isə sanki onun təsirindəymiş kimi Damman üçün uyğun vaxtın gəlib yetişməsini gözləyib.

Əslində, Mehmet Şahan heç bir halda Herve Dammana tabe deyildi və onun birbaşa nəzarətində işləmirdi. Bununla yanaşı, Damman onlayn ifadəsi zamanı iddia edilən mənimsəmə hallarından xəbərsiz olduğunu vurğulayıb və hətta ifadə verərkən qarşısındakı sənədləri oxuyaraq danışdığı açıq şəkildə hiss olunurdu. Onun məhkəmə prosesi ilə qeyri-ciddi yanaşdığı, üz ifadəsində və jestlərində prosesi sanki bir tamaşa kimi izlədiyi aydın görünürdü.

Sədr tərəfindən böyük ehtiram göstərilən ermənipərəst Herve Damman məhkəmədə bir daha onlayn şəkildə ifadə verib. Şirkət tərəfindən Şahanın işdən çıxarılması və onun elektronik əşyalarının ələ keçirilməsi fonunda ofisə daxil olmasına qadağa qoyulmasından sonra iş adamının günahsızlığını daha da möhkəmləndiriləcək bir sıra sənədlərin “yoxa çıxması” “Thales” rəhbərliyinin dəlilləri məhkməyə təqdim etməkdən yayınması kimi dəyərləndirilməlidir. Belə bir beynəlxalq şirkətin mühasibatlıq sənədləri necə yoxa çıxa bilər? Cavablandırılmaıs vacib suallardan biri də budur.

Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ

Məhkəmədə ifadə verən şahidlərin anlatdıqları arasındakı ziddiyyətlər, “Thales”in istintaq və məhkəmədən bütün rəsmi sənədlərin orijinallarını gizlətməsi, həmçinin mühasibat sənədlərinin məhv edilməsi, işlə əlaqədar maliyyə sənədləri ilə bağlı verilmiş ekspert rəylərinin Mehmet Şahanın lehinə olması fonunda o nə üçün 10 il azadlıqdan məhrum edildi?

Ermənilərlə sıx əməkdaşlıqda olduğu artıq təsdiqlənən, Emrənistanın eks-prezidenti Serj Sarkisyanla yaxın dostluq münasibətləri olan Pier Matyu Mehmetin Şahanı etnik kimliyinə görə “aradan götürmə” niyyəti bu məqamda üzə çıxır. Burada təəssüflə qeyd edilməlidir ki, Matyu bunu “sapı özümüzdən olan baltalar”la həyata keçirib. Belə ki, sözügedən işdə şahid kimi dindirilən və Mehmet Şahanla mübahisəsi olan Oyrat Tağıyev və Arif Quliyev ermənipərəsət fransızların yanında yer alaraq Şahanın həbsə göndərilməsində xüsusi rol oynayıblar.

Buradan aydın olur ki, erməni lobbiçilərinin və dostlarının təsiri ilə türk iş adamını ləkələyən fransızların əli Azərbaycanın məhkəmə orqanlarına qədər uzanıb.

Hakimlərdən ikisinin Mehmet Şahanın həbs edilməsi ilə bağlı fikir birliyinə varması fonunda digər hakimin xüsusi rəy verərək, ona bəraət verilə biləcəyi qənaətində olduğunu bildirməsi dəqiq müddəalara əsaslanan hüquq sistemində bir-birinə tamamilə zidd iki ayrı qərarın verilə bilmə ehtimalını sıfırlayır.

Xüsusilə də prosesə sədrlik edən hakim Kamran Muxtarovun qərarları və mövqeyi açıq şəkildə qərəzli olub və onun ermənipərəst dairələrlə əlaqəsinin olması şübhə yaradır. O, məhkəmə prosesi zamanı müdafiə tərəfinin təqdim etdiyi sübutlara laqeyd yanaşıb, lakin ittiham tərəfinin zəif və qeyri-müəyyən dəlillərini heç bir əsas olmadan qəbul edib. Məhz Muxtarovun təkidi ilə müdafiə tərəfinin sübutlarının əksəriyyəti nəzərə alınmayıb.

Hakimin qərarlarında göstərdiyi tərəfkeşlik və konkret olaraq fransız və erməni maraqlarına xidmət edən şəxslərə verdiyi dəstək ehtimalı görünürdü. Hətta prosesin gedişində bəzi şahidlərin ifadələrində uyğunsuzluqlar ortaya çıxdığı halda, Muxtarov bunları araşdırmaq əvəzinə, onları qəbul edərək Mehmet Şahan əleyhinə istifadə etməyə üstünlük verib.

Qarşı tərəfin vəkilinin işdən çəkilməsi də ayrı bir mövzudur.

Yuxarıda qeyd edilənlərlə birlikdə bu faktın özü belə Mehmet Şahanın şərə qurban getdiyini və bu iftiranın müvafiq instansiyalar tərəfindən təsdiqləndiyini və işin yenidən hərtərəfli şəkildə araşdırılmalı olduğunu deməyə əsas verir.

Bu prosesdə ədalət prinsipinin pozulması və məhkəmənin konkret siyasi və xarici maraqlara uyğun hərəkət etməsi Azərbaycanda hüquqi sistemin müstəqilliyinə ciddi kölgə salır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Bu gün, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Bu gün, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Bu gün, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Bu gün, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Bu gün, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Bu gün, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Bu gün, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Bu gün, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Bu gün, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Bu gün, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Bu gün, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Bu gün, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Bu gün, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Bu gün, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Bu gün, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Bu gün, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Bu gün, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Bu gün, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:03
“VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Bu gün, 12:59
Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Bu gün, 12:58
Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Bu gün, 12:47
“Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Bu gün, 12:45
Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Bu gün, 12:35
Bu addım Azərbaycan-İsrail münasibətlərini də KORLAYA BİLƏR
Bu gün, 12:30
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək - KİV
Bu gün, 12:27
Ruhani rejim böhran içində: - mollakratiyanın "İslam nizamı"nın əsl siması
Bu gün, 12:17
“Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçıdan deputata sərt reaksiya
Bu gün, 11:57
Köçəryan cəzalandırılmalıdır - Manvazyan
Bu gün, 11:54
“Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Bu gün, 11:52
Paşinyandan Simonyana ağır zərbə – Yerinə başqasını gətirir…
Bu gün, 11:48
İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik - Vatikan nümayəndələri şoka düşdü
Bu gün, 11:42
Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: - azərbaycanlı qadın həbs olundu
Bu gün, 11:36
"Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Bu gün, 11:22
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Bu gün, 11:18
"Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Bu gün, 11:16
Tramp onları İrana göndərmək istədi: - Kimsə əl qaldırmadı
Bu gün, 11:00
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
"Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" - NARAZILIQ VAR...
Bu gün, 10:51
Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla
Bu gün, 10:47
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO
Bu gün, 10:26
Milli Ordumuzun şərəfli inkişaf yolu - MƏQALƏ
Bu gün, 10:20
“Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” - deputat
Bu gün, 10:16
Rusiya üçün çox pis xəbər: - Ukrayna və Almaniya yeni “raket qalxanı” hazırlayır
Bu gün, 10:09
Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı - GƏLİŞMƏ
Bu gün, 10:06
Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər – XƏBƏRDARLIQ
Bu gün, 10:01
İrəvan iki ildir KTMT-yə pul ödəmir - Vasilyev deyir ki...
Bu gün, 09:51
Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil - Türkiyəli generaldan ŞƏRH
Bu gün, 09:46
Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib - Rusiya FTX
Bu gün, 09:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru