Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                     Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı .....                     Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? .....                     "Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                     Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi .....                     Nikol Paşinyandan yeni təyinat .....                     Simonyan "rusları qəbul edə bilərik" dedi .....                     Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? .....                     Gəncədə ürək əməliyyatı olunan qadın öldü .....                     Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb .....                     Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi .....                     “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” .....                     Ermənilərlə... .....                     ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... .....                     Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                 

`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Tarix: 18-11-2024, 09:18 | Çap et
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar...
Tezadlar.az-a Ağcabədi şəhəri, N.Abdullayev küçəsi, ev 63b ünvanında yaşayan Əliyeva Gülər Məzahir qızının Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Nazim Rəcəbova ünvanlı şikayət ərizəsi daxil olub.

Şikayətçi ərizəsində illərdir başlarına gətirilən müsibətlərdən bəhs edir. Vətəndaş G.Əliyeva şikayətinin diqqətdə saxlanılmaqla, mövcud vəziyyətlə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi nəticəsində cəmiyyətimizdə sosial ədalətin bərpasına və sağlam mühitin formalaşması prosesinə öz müsbət töhfə verəcəyinə ümid edərək yazır:

"Hörmətli Nazim müəllim!

Bildirirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 28.06.2007-ci tarixli 301 saylı Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 94 ünvanında inşa edilən 3 girişli, 12 mərtəbəli binanın 3-cü mərtəbəsində 55 kv.m sahəsi olan 1 otaqlı mənzili 2007-ci ildə ailəcə yaxın dostumuz olan Elxan adlı şəxsin vasitəsi və iştirakı ilə "R.İ.S.K" Mənzil-Tikinti Kooperativinin təsisçisi Samir adlı şəxsin qardaşı Seymura 25000 ABŞ dolları ödəməklə aldıq. Amma bir müddət sonra bizə məlum oldu ki, mənə məxsus olan və ümumi sahəsi 55 kv.m təşkil edən mənzil ilə bərabər, Elxanın da 1 otaqdan ibarət olan mənzili xəbərimiz olmadan diğər şəxslərə satılıb. Bundan sonra "R.İ.S.K" MTK- nın təsisçisi kimi tanınan Samir adlı şəxsin dayısı oğlu Talehin iştirakı ilə mənə və Elxana həmin binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,2 kv.m olan mənzil aramızda bölünərək verildi. Beləliklə, əlavə 15 kv.m sahəyə hər kvadrat metrin dəyəri 1100 manat qiymətləndirilməklə, tərəfimizdən 16400 manat ödənilməklə, qeyd edilən 81 saylı, 3 otaqlı mənzilin ümumi sahəsindən 69,6 kvadrat metr sahə bölünərək, ayrıca olaraq bizə verildi. Daha sonra bizə verilən mənzil sahəsi 81, Elxana məxsus olan mənzil isə 81a nömrəsi ilə müqavilə əsasında qeydiyyata alındı.

Artıq 10 ilə yaxındır ki, qeyd etdiyim yaşayış binası istifadəyə verilsə də, biz hələ də hüquqlarımızı həmin əmlakın üzərində dövlət qeydiyyatına alınmasına nail ola bilməmişik. Belə ki, uzun illərdir fərqli-fərqli dona girməyi böyük ustalıqla bacaran, özünü həmin yaşayış binasında məzlum komendant kimi təqdim edən, əslində "R.İ.S.K" MTK-nın baş direktoru olan Elməddin İdrisovun və Samir adlı təsisçinin yaratdığı süni maneələrin və bürokratik əngəllərin qarşısında çıxılmaz vəziyyətdə qalmışıq. İki ildən çoxdur ki, Samir adlı şəxs mənə məxsus olan mənzilə Çıxarış-ın veriləcəyini desə də, bu günə qədər həmin öhdəliyi yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınır və həmin Çıxarış-ın verilməsi üçün əsassız olaraq məndən 5500 manat tələb edir. Ən dəhşətlisi isə odur ki, Samir adlı şəxsin əsassız varlanma, gəlir əldə etmək məqsədilə, mənzil-tikinti kooperativi ilə mənim aramda bağlanmış olan müqaviləni 18 mart 2024- cü il tarixdə qardaşım - Əliyev Rəcəb Məzahir oğlunun adına dəyişdirilməsini məqsədli şəkildə həyata keçirməsidir ki, tərəfimdən buna görə, 300 manatın ödənilmədiyinə görə 8 ayıdır ki, qəsdən və qərəzli şəkildə bizi yenə də süründürməçiliyə məruz qoyur. Utancverici məqamlardan biri də budur ki, müqaviləni qardaşımın adına dəyişdirilməsinin səbəbini onunla əsaslandırır ki, 2023-cü ildə tərəfimdən qeyd edilən mənzilin dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə edilən rəsmi müraciətə imtina cavabı gəlib və mənim bir daha adıçəkilən quruma müraciət etmək hüququmun itirildiyi ilə bərabər, bu istiqamətdə limitim də bitmiş hesab olunur.

Hörmətli Nazim müəllim!

Bu məqama istintaqın gedişi zamanı xüsusi olaraq toxunmağınızı və açıq-aşkar aldadılmagımla bağlı prosesə ayrıca hüquqi qiymətin verilməsini Sizdən xahiş edirəm. Qeyd etmək istəyirəm ki, imtina məktubunda açıq-aydın göstəririlir ki, ərizədə göstərdiyim 81 saylı mənzilə idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman həmin mənzilin 1 otaqdan ibarət olması müəyyən olunmuşdur. Əslində bu, onu göstərir ki, tərəfimdən aidiyyəti üzrə edilən ilk müraciət zamanı Samir adlı şəxs bölgü ilə bağlı olan müvafiq sənədi - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti parametrləri və onların uyğunluğu barədə rəyini mənə qəsdən təqdim etməməklə, işi qərəzli şəkildə yubadır. Bundan sonra, təbii ki, Samir adlı şəxsin ağ yalanlarına inanmayaraq, məcbur qalıb, yenidən 18.09.2024-cü il tarixdə həmin 81 saylı mənzilin qardaşıma aid olan hissəsində (69,6 kv.m) mövcud ziddiyyətin aradan qaldırılması məqsədilə ümumi sahəsi 139,2 kv.m olan mənzilin hansı əsaslarla bölünməsinə dair müvafiq arayışın təqdim edilməsini rəsmi qaydada xahiş etdik ki, həmin sənədin əsasında qardaşım - Əliyev Rəcəb Məzahir oğlu öz hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması istiqamətində yaradılan süni əngəllərə son qoya bilsin. Lakin bu dəfə də öz maraqlarını həyata keçirməkdən əl çəkməyən MTK-nın direktoru Elməddin İdrisov və Samir adlı təsisçisi süni maneələr yaratmaqla həmin məktubu bizə verməkdən yenə də yayınırlar. Etdiyimiz rəsmi müraciətin üzərindən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, "Hüquqşunaslar cavab məktubunun üzərində çalışırlar, daha 1-2 həftə gözləməlisiniz" deyib, yenə də günü-günə satmağa davam edirlər. Ərizəyə əlavə etdiyim maliyyə arayışından da göründüyü kimi, 81 saylı mənzildən bölünmüş, 1 otaqdan ibarət olan, ümumi sahəsi 69.6 kv.m təşkil edən mənzilin dəyəri qardaşım Əliyev Rəcəb Məzahir oğlu tərəfindən tam şəkildə ödənildiyi və "R.İ.S.K" MTK-ya hər hansı bir borcumuzun olmadığı qeyd olunur. Bundan əlavə, baş verənlərlə bağlı bütün faktları, qarşı tərəflə aramızda aparılan telefon danışıqları zamanı qeydə alınan səs yazılarını, yazışmaları zərurət yarandığı halda istintaqın gedişinə kömək məqsədilə maddi sübut növü kimi təqdim etməyə hazıram. Hesab edirəm ki, yuxarıda sadaladığım bir çox qanunsuz hərəkətlərə yol verən, başqalarının azad və sərbəst yaşamaq hüququnu pozan şəxslər haqqında mövcud qanunvericiliyin tələblərinə uyğun olan tədbirlər görülməli və hər birinin əməlinə ayrı-ayrılıqda hüquqi qiymət verilməklə, ciddi şəkildə cəzalandırılmalıdlrlar.

Hörmətli Nazim müəllim!

Bir məqamı xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirəm ki, bildiyim qədər son illər bəzi mənzil-tikinti kooperativləri tərəfindən inşa edilən yaşayış binalarında mənzillərə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələrin (“kupça”) alınmasına məqsədyönlü şəkildə MTK-lar özləri mane olur və burada başlıca məqsədləri alıcılarla müqavilə əsasında alqı-satqı prosesini həyata keçirməklə vergidən yayınmaq və mənzil sahiblərinin hissləri ilə oynayıb onları bu istiqamətdə uzun illər süründürməçiliyə məruz qoymaqla, mənzilləri illər əvvəlki dəyəri ilə geri qaytarmaq və bugünkü bazar qiyməti ilə daha baha qiymətə satıb varlanmaqdır. Hesab edirəm ki, bu, sosial ədalətin pozulması ilə yanaşı, cəmiyyətdə hərc-mərclik, ölkədə cəzasızlıq mühiti yarada bilər. Qeyd etmək istəyirəm ki, Sizə etdiyim bu rəsmi müraciəti eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin sədri Əli Nağıyevə və Daxili İşlər naziri Vilayət Eyvazova göndərmək məcburiyyətində qalıram ki, göstəriləcək diqqət və qayğı nəticəsində baş verən xoşagəlməz hallara tez bir zamanda son qoyulsun və problem öz müsbət həllini tapsın. İnanıram ki, bununla bağlı tərəfinizdən yaradılacaq xüsusi komissiyanın əməkdaşları tərəfindən Bakının “Gənclik” metrostansiyası yaxınlığında yerləşən adıçəkilən MTK-nın yerləşdiyi inzibati binanın daxilinə yoxlama məqsədilə tədbirlər həyata keçirilərsə, hər gün baş verənlərə, narazı insanların fəryadına şahid olmağınız şirkət daxilində xidmət göstərən işçi kollektivinin ifşa olunmasına gətirib çıxaracaq və gələcəkdə insanlarımızın ziyan görməməsi üçün böyük təminat yaranacaq. Bütün bunlardan əlavə, Samir adlı şəxsin yaşadıqları Şəmkir rayonunun Düyərli kəndində xüsusi öyrədilmiş insanların vasitəsilə cəmiyyət içində güc strukturlarının adından manipulyasiya edərək, camaat arasında qorxu hissi yaratmaq özü ayrıca bir cinayət faktıdır. Kənardan, kənd camaatı içərisindən o da deyilir ki, onlarla har hansı bir polemikaya daxil olmaq olduqca təhlükəlidir və yalnız xoş münasibət yaratmaqla mənzilin şəhadətnaməsininin əldə edilməsinə nail ola bilərik. Deyilənlərlə razılaşmadığımızı və məsələ ilə əlaqədar dövlətimizin ali rəhbərliyinə və aidiyyəti üzrə dövlət qurumlarına şikayət verəcəyimizi bildirdikdə isə son 1 ay ərzində Samir adlı şəxsin məsələnin nə qədər ciddi olduğunu anlamağa başlaması nəticəsində Çıxarış-ın yaxın 2 həftə ərzində verəcəyi öhdəliyini öz üzərinə götürsə də, yenə də vədinə əməl etməkdən müxtəlif bəhanələrlə yayınır, müvafiq şəhadətnamənin hazırlanması üçün yenə də bizdən 3000 manat ödəməyimizi tələb edir. Onun bu təklifi ilə də razılaşmadığımızı bildikdə, yenidən votsap vasitəsilə səs göndərək bir daha onun qapısını döyməməyimizi açıq şəkildə bildirir.

Hörmətli Nazim müəllim!

Özüm ali təhsilliyəm, Rusiyanın Moskva şəhərində Moskva İqtisadiyyat və Hüquq Akademiyasının məzunuyam. İnsanlarla diplomatik əlaqələr qurmağı yaxşı bacarsam da, son iki ildir, mən Samir, Taleh və Elməddin adlı şəxsləri anlamaqda çətinlik çəkirəm və demək olar ki, onların mənəvi təziqinə məruz qalmışam. Nə qədər çətin olsa da, bunu da deməliyəm ki, uzun illərdir "Uşaq serebral iflici" xəstəliyindən əziyyət çəkirəm və üzərimdə ümumi say hesabı ilə 11 dəfə cərrahiyyə əməliyyatı həyata keçirilib. Bu gün də əməliyyata ciddi ehtiyac olsa da, müəyyən maddi sıxıntılar səbəbindən vaxtlı-vaxtında müalicə oluna bilmirəm. Həssas əhali qrupuna daxil olan bir Azərbaycan xanımı kimi bu gün mənim Sizin hüquqi və mənəvi dəstəyinizə böyük ehtiyacım var. Sizdən çox xahiş edirəm, əvvəllər mənə məxsus olan, sonradan Samir adlı şəxsin təkidi və şirnikləndirici vədləri ilə qardaşım - Əliyev Rəcəb Məzahir oğlunun adına yeni müqavilə əsasında rəsmiləşən Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 94 ünvanında yerləşən 3 girişli, 12 mərtəbəli binanın 2-ci mərtəbəsindəki 69,6 kv.m təşkil edən 81 saylı mənzilə dair Çıxarış-ın verilməsinin yerinə yetirilməsi öhdəliyini qanun çərçivəsində "R.İ.S.K" MTK-nın rəhbərliyinə izah etmək istiqamətində öz köməkliyinizi əsirgəməyəsiniz.

Yuxarıda qeyd etdiyim bütün məqamları və diqqətəlayiq halları nəzərə alaraq, Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"-nın təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində görülən müsbət işləri rəhbər tutaraq bizə edilən haqsızlıqlara, ciddi hüquqpozmalara görə müvafiq araşdırmalar aparıb, hər üç şəxsin - Samir, Taleh və Elməddin adlı şəxslərin əməllərinə hüquqi qiymət verərək, onların məsuliyyətə cəlb edilmələri barədə cinayət işi başladasınız.

İnanıram ki, həmişə olduğu kimi, bu istiqamətdə də ədalət prinsiplərini və hüququn aliliyini rəhbər tutaraq, müstəqil və demokratik ölkəmizin vətəndaşlarının yüksək rifahı naminə əlinizdən gələn köməkliyi əsirgəməyəcəksiniz.

Sizə əvvəlcədən bütün ailə üzvlərimiz adından öz dərin minnətdarlığımı bildirirəm".

Şikayət ərizəsində toxunulan və iddia edilən məsələlər barədə "R.İ.S.K" MTK-nın rəhbərliyinin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Dünən, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Dünən, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Dünən, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Dünən, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Dünən, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Dünən, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Dünən, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Dünən, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Dünən, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Dünən, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Dünən, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Dünən, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Dünən, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Dünən, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Dünən, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Dünən, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Dünən, 09:03
Təhsil haqqını artıran universitetlər:
Dünən, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Dünən, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Dünən, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Dünən, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Dünən, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Dünən, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Dünən, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Dünən, 08:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru