Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                     Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu .....                     Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı .....                     Medvedev Ermənistan Baş nazirini aşağıladı .....                     Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb .....                     “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” .....                     Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi .....                     Qalibaf yenidən İran parlamentinin sədri seçilib .....                     Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi .....                     “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                 

“Padişah xalı” görün müştəriləri necə aldadır - AXI NİYƏ?..
Tarix: 5-11-2024, 15:05 | Çap et
“Padişah xalı” görün müştəriləri necə aldadır
“Padişah xalı” təmizlik şirkəti barəsində redaksiyamıza şikayət daxil olub.

"DİA-AZ" Publika.az-a istinadla xəbər verir ki, Həlimə Ələkbərova adlı xanım saytımıza ünvanlandığı şikayət məktubunda qeyd edib ki, şirkət, yuyulması üçün verdiyi pərdələri yararsız hala salıb və üstəlik də ondan 55 manat pul alıb:

“Padişah xalı” təmizlik şirkətinə pərdələrimin yuyulması üçün müraciət etdim. Geri qaytarıldıqda isə gözlərimə inanmadım. Pərdələrim cırıq-cırıq, bərbad vəziyyətdə idi. 180 manatlıq dəyəri olan pərdələrimi şəkildə gördüyünüz vəziyyətə salıb, bu azmış kimi xidməthaqqı olaraq 55 manat da əlavə pul alıblar. Şirkətə iradımı bildirsəm də, nəticəsi olmadı. İsrar etdilər ki, pərdələri belə qəbul ediblər.

Mən şirkətin nümayəndələrini başa sala bilmədim ki, bir halda ki, pərdələr yarasız olub, onda hansı məntiqlə onların yuyulması üçün 55 manat ödəmişəm. Kim yarasız pərdənin yuyulmasına 55 manat verər?

Onlara dedim ki, pərdə yarasız idisə, bunu qəbul etməli deyildilər, ya da protokol tərtib etməli və orada qeyd etməliydilər ki, pərdələrdə bu zədələr var. Amma bunun heç birini etməyə-etməyə müştərini ittiham edirlər. Bu məsələnin ona görə ictimailəşdirilməsini istəyirəm ki, bu şirkət digər müştəriləri də aldatmasın".

Oxucunun şikayətini araşdırmaq üçün “Padişah xalı” təmizlik şirkəti ilə əlaqə saxladıq.

Şirkətdən zəngimizə cavab verən Samir adlı şəxs bildirdi ki, pərdənin yuyulmamışdan əvvəl çəkdikləri görüntülər onun əlindədir:

“Əvvəllər biz təhvil aldığımız əşyaları çəkmirdik, müştəriyə sözdə olaraq deyirdik. Eləsi olurdu başa düşürdü, eləsi olurdu deyirdi ki , mən bu dərəcədə bilmirdim. İndi isə video şəklində çəkirik ki, sonra problem olmasın. Mən müştəri şikayətini haqlı qəbul edirəm. Əgər müştərinin narahatlığı varsa, bizim borcumuzdur onu dinləmək. Bu xanım sadəcə bizdən pulunu geri istədi, dedi ki, mənim pulumu qaytar. Mən də izah etdim ki, biz də əziyyət çəkmişik, biz eyni şəkildə eyni dərman, eyni şampundan istifadə etmişik. Sizin pərdəni yuyub, ütüləyib təhvil vermişik. Pərdəni bizə təhvil verəndə də bizə özü zənbildə verib. Yəni biz nə pərdəni sökmüşük, nə götürmüşük. Özü çıxarıb zənbildə təhvil verib ki, özünüz ölçüb, yazarsınız. Biz əslində pərdəni açıq şəkildə, belə deyək, pəncərədən asılmış vəziyyətdə görsəydik, götürməyəcəkdik. Amma bizə sökülmüş, bağlı vəziyyətdə verib, biz də aparıb onu yuyulma yerində çəkib atmışıq özünə.

Bizim bunu kimi bir neçə müştərimiz olub. Biz onlara izah etmişik ki, bu xalçanı yusaq, cırılacaq, verməyin yuyulmağa. Deyirlər ki, siz yuyun, nə olar, olar. Belə çıxır ki, yoxlanış məqsədlə verirlər. Cırılsa pulunu vermərəm, cırılmasa malımı istifadə edərəm. Amma dərk etmirlər ki, bunun üçün bizim bir qrup işçi qüvvəmiz cəlb olunur. Yuyur, ütüləyir, aparıb qaytarırıq, vaxtımız gedir, sən də bəyənmirsən və deyirsən ki, xoşlamadıq, pulumuzu qaytarın. Belə çıxır ki, xoşlasa, götürəcək, xoşlamasa pulunu qaytaraq. Bura sınaq yeri deyil”.

Şirkət rəhbəri özü etiraf edir ki, pərdəni qəbul edərkən, ona baxmayıblar və zədələri qeyd etməyiblər. Yəni burada müştəri tam haqlıdır. Şirkətin borcu idi ki, pərdəni yerində təhvil alsın, hər hansı zədə varsa, onu protokollaşdırsın.

Bəs məsələ ilə bağlı ekspert nə deyir?

Məsələyə aydınlıq gətirmək üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da fikirlərini öyrəndik.

E. Hüseynov bildirdi ki, kimyəvi təmizləmə və bu cür çamaşır şirkətlərindən daima Azad İstehlakçılar Birliyinə şikayətlər daxil olur:

“Biz, adətən istehlakçıların bu cür şikayətlərini İqtisadiyyat Nazirliyinə yönəldirik. Belə halda çox mürəkkəb vəziyyət əmələ gəlir. Ona görə də, malları bu cür şirkətlərə verən adamlar öncədən diqqətlə təhvil verməlidirlər. Yəni bu zaman təhvil-təslim aktı olsa, heç də pis olmaz. Bu zaman bütün qüsurları, harada nə varsa hamısı görünməlidir. Bahalı paltarların, xalçaların təmizlənməsində çox vaxt mübahisələr baş verir. Əgər vəziyyət deyilən kimidirsə, onda əlbəttə həmin o yuyucu şirkət bu məsələdə məsuliyyət daşıyır. İstehlakçı 195 qaynar xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçı hüquqlarının pozulması barədə şikayət edə bilər”.

“Padişah xalı” görün müştəriləri necə aldadır
“Padişah xalı” görün müştəriləri necə aldadır
“Padişah xalı” görün müştəriləri necə aldadır
“Padişah xalı” görün müştəriləri necə aldadır












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru