Rusiya milyarderləri kapitallarını xilas etməyə tələsirlər .....                     Paşinyanın Ermənistanı dəyişmək planı: “Qarabağ” ideologiyasından “real Ermənistan”a .....                     Sakinlər başçıdan kömək istədilər .....                     Təqaüd yaşını müzakirə etməkdənsə... .....                     Naxçıvanda şəhid ailələrinə qayğı... YENƏ ARXA PLANDA! .....                     SOCAR-da fəhlənin MÜƏMMALI ÖLÜMÜ .....                     Qoz-fındıq hökumətin indi yadına düşdü? .....                     Sevgi xəstəlikdir? .....                     Rusiyada savaşa qarşı çıxan tək siyasi partiya... .....                     Bunlara bir nəzarət edən olsaydı... .....                     Elektron sistemin nə mənası var? .....                     Abunəçiləri rəsmən ələ salırlar... .....                     Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq .....                     Düşmənlə mübarizədə onun qələmi çox iş görmüşdü... .....                     "Klipin təqdimatında bütün suallara aydınlıq gətirəcəm" .....                     100 min manatdan çox vergi borcu yarandı .....                     Rusiyada yaşayan azərbaycanlılar Ukrayna müharibəsinə məcbur edilərsə... .....                     Dənizdə boğulduğu deyilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub .....                     Bakılı general Ermənistan müxalifətini kurasiya edir .....                     Yerli, yoxsa xaricdən gətirilən əti alırıq? .....                     “Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında tək duruş gətirmək mümkündür” .....                     Ermənistan və Ukrayna: Cənubi Qafqazın dəyişən memarlığında yeni vektor .....                     Ötən il təyin olunmuşdu, bir il sonra işdən çıxarıldı .....                     Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" .....                     Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir: .....                     Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb .....                     “IV Ermənistan Respublikası=Qərbi Azərbaycan” .....                     Ermənistan sülhə yox, müharibəyə hazırlaşır? .....                     Azərbaycanda bu şirkətin 7 milyon manat vergi borcu var .....                     Dövlət qurumundan “Azərmaş Park”a 750 minlik .....                     Generalın adı “Aqro Park” qalmaqalında .....                     “Anklavları Bakıya verməmək müharibə deməkdir” .....                     Naxçıvanla bağlı Bakıdan verilən qərar .....                     Azərbaycan neftinin qiyməti 97 dolları ötdü .....                     Şahnaz Haşımova Aybəniz Haşımovadan danışdı: .....                     "Yol dağılıb, birgünlük ərzaq var" .....                     “Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” .....                     Bakıda maşın sürmək lüksə çevriləcək? .....                     “Gözü götürmür, imkanları olsaydı ayağından elə dartardılar ki...” .....                     Qarajda meyiti aşkarlanan Qiyas futbolçu imiş .....                 

Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub - 8 nəfər təqsirləndirilir
Tarix: 15-08-2026, 07:52 | Çap et

Rusiyada qətl və xüsusilə külli miqdarda dələduzluqla bağlı aparılan cinayət işi üzrə 8 nəfər məsuliyyətə cəlb olunub. İşin fiqurantları arasında biznesmenlər, şirkət rəhbərləri, işsiz şəxslər, taksi sürücüsü, eləcə də aktyor Mixail Yefremovun keçmiş vəkili Elman Paşayevin oğlu Elvin Paşayev də var.

Teleqraf xəbər verir ki, bu barədə TASS-ın əldə etdiyi cinayət işi materiallarında bildirilir.

Sənədlərə əsasən, Elvin Paşayev xüsusilə külli miqdarda dələduzluğun iki epizodunda ittiham olunur. O, ittihamları qəbul etmir və cinayətlərdə iştirakının olmadığını bildirir.

İş üzrə digər fiqurantlar arasında fərdi sahibkar Dmitri Vlasov, özünüməşğul Nazeli Xaçatryan, “True Crime” şirkətinin baş direktoru Anton Prokopoviç, taksi sürücüsü Bulat Abdullayev və digər şəxslər var.

İstintaq materiallarına görə, Vlasov, Paşayev, Prokopoviç və digər şəxslərə Rusiya Cinayət Məcəlləsinin dələduzluq və dələduzluğa cəhd maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işinin əsasını Moskva sakinlərinə məxsus mənzillərin qanunsuz ələ keçirilməsi ilə bağlı epizodlar təşkil edir.

İstintaqın versiyasına əsasən, cinayətkar sxemin iştirakçıları öldürülmüş şəxslərdən birinə məxsus mənzili satmağa və əldə olunan pulları mənimsəməyə cəhd ediblər.

İş materiallarında bildirilir ki, taksi sürücüsü Bulat Abdullayev və onun tanışı satılmış mənzilin pulunun köçürüldüyü bank hesabından vəsaiti çıxarmalı olublar.

Abdullayev istintaq zamanı təqsirini etiraf edib və peşman olduğunu bildirib.

“Mən təqsirimi etiraf etmişəm, peşmanam və istintaqdan gizlənmək niyyətində deyiləm”, – onun ifadəsində qeyd olunub.

Bununla yanaşı, Abdullayev məhkəmədə cinayət törətmək məqsədinin olmadığını deyib. Müdafiə tərəfi isə bildirib ki, o, daha əvvəl – 2025-ci ilin mayında polis tərəfindən saxlanılıb, lakin sonradan sərbəst buraxılıb və Moskvaya qayıdaraq taksi sürücüsü kimi işləməyə davam edib.

Meyit parkda tapılmışdı

Cinayət işi ilə bağlı ən diqqətçəkən epizodlardan biri 2024-cü ilin oktyabrında baş verib.

Həmin vaxt Moskvanın şimal-qərbində, Svoboda küçəsi yaxınlığındakı parkda qara sellofan torbaya bükülmüş insan qalıqları aşkarlanıb.

Moskva İstintaq Komitəsi həmin faktla bağlı məlumat yaymış, şəhər prokurorluğu isə araşdırmanı xüsusi nəzarətə götürmüşdü.

Sonrakı istintaq zamanı bu hadisənin mənzil dələduzluğu ilə bağlı cinayət işi ilə əlaqəsi araşdırılmağa başlanıb.

İş materiallarına əsasən, 2025-ci il oktyabrın 22-də Moskva sakinlərindən birinin itkin düşməsi faktı üzrə qətl işi başlanıb.

2026-cı il yanvarın 30-da mənzil üzərində mülkiyyət hüququnun qanunsuz əldə edilməsi ilə bağlı daha bir cinayət işi açılıb. Fevralın 12-də isə dələduzluq üzrə növbəti iş başlanıb.

Elvin Paşayev və digər şəxslərlə bağlı ayrıca iş 2026-cı il fevralın 27-də qətl işi üzrə toplanmış materiallardan ayrılıb.

Meyit eksqumasiya edilib

İstintaq çərçivəsində ölən şəxslərdən birinin meyiti eksqumasiya olunub.

Cinayət işi üzrə müqayisəli molekulyar-genetik ekspertiza, tibbi-kriminalistik ekspertiza və məhkəmə-xətşünaslıq ekspertizası keçirilib.

Bundan başqa, təqsirləndirilən şəxslərin psixoloji-psixiatrik müayinələrinin keçirilməsi, onların telefon danışıqları və əlaqələri barədə məlumatların araşdırılması nəzərdə tutulub.

İstintaq orqanları bildiriblər ki, iş üzrə səkkiz nəfərin ittiham olunması, çoxsaylı istintaq hərəkətlərinin aparılması və böyük həcmdə sübutların toplanması araşdırmanı mürəkkəbləşdirir.

Məhkəmə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirlərinin müddətini bir neçə ay uzadıb.

Fiqurantlardan biri ev dustaqlığına buraxılıb, digərləri isə istintaq təcridxanasında saxlanılır.

Elvin Paşayev ittihamları qəbul etmir

Cinayət işinin əsas fiqurantlarından biri Elvin Paşayevdir. O, “Elman Group” beynəlxalq hüquq şirkətinin baş direktoru Elman Paşayevin oğludur.

İstintaq Elvin Paşayevi xüsusilə külli miqdarda dələduzluğun iki epizodunda ittiham edir.

Paşayev özünü təqsirli bilmir.

İş üzrə digər təqsirləndirilən Dmitri Vlasov da ittihamları qəbul etməyib və cinayətlərə aidiyyəti olmadığını bildirib.

Elman Paşayev də həbs olunub

Elvin Paşayevin atası, keçmiş vəkil Elman Paşayev də hazırda ayrıca cinayət işi üzrə təqsirləndirilir.

Rusiya İstintaq Komitəsinin hərbi istintaq orqanları onun barəsində xüsusilə külli miqdarda dələduzluq və dələduzluğa cəhd maddələri üzrə istintaqı başa çatdırıb.

Elman Paşayev daha əvvəl 46 milyon rubldan çox məbləğdə dələduzluqda ittiham olunaraq hərbi məhkəmənin qərarı ilə həbs edilmişdi.

İstintaqın versiyasına görə, Paşayev bloqer Yelena Blinovskayanın həyat yoldaşı Aleksey Blinovskiyə onu və həyat yoldaşını vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad etdirməyə kömək edəcəyini vəd edib.

Bunun müqabilində ondan böyük məbləğdə pul aldığı iddia olunur.

Cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Aleksey Blinovski üzləşmə zamanı Paşayevə 100 min dollar verdiyini bildirib.

Elman Paşayev geniş ictimaiyyətə aktyor Mixail Yefremovun vəkili kimi tanınıb. O, ölümcül yol qəzasına görə mühakimə olunan Yefremovu məhkəmə prosesində müdafiə edib.

Hazırda Elvin Paşayev və digər yeddi fiqurantla bağlı cinayət işi üzrə istintaq davam edir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya milyarderləri kapitallarını xilas etməyə tələsirlər - GƏLİŞMƏ
Bu gün, 03:08
Paşinyanın Ermənistanı dəyişmək planı: “Qarabağ” ideologiyasından “real Ermənistan”a - NƏ BAŞ VERİR?
Bu gün, 03:05
Sakinlər başçıdan kömək istədilər - BUNA GÖRƏ...
Dünən, 08:38
Təqaüd yaşını müzakirə etməkdənsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:30
Naxçıvanda şəhid ailələrinə qayğı... YENƏ ARXA PLANDA! - ETİRAZ VAR!
Dünən, 07:42
SOCAR-da fəhlənin MÜƏMMALI ÖLÜMÜ - RƏSMİ SUSQUNLUQ nə deməkdir?
Dünən, 07:37
Qoz-fındıq hökumətin indi yadına düşdü? - tanınmış hüquq müdafiəçisindən İRONİYA
Dünən, 07:25
Sevgi xəstəlikdir? - Nura Suri
Dünən, 07:19
Rusiyada savaşa qarşı çıxan tək siyasi partiya... - CƏZA KƏSİLDİ
Dünən, 07:16
Bunlara bir nəzarət edən olsaydı... - BU NƏDİ BELƏ?
Dünən, 07:12
Elektron sistemin nə mənası var? - GİLEY
Dünən, 07:05
Abunəçiləri rəsmən ələ salırlar... - AXI NİYƏ?..
Dünən, 06:56
Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq - Rusiya XİN
22-08-2026, 18:11
Düşmənlə mübarizədə onun qələmi çox iş görmüşdü... - ANIM
22-08-2026, 18:10
"Klipin təqdimatında bütün suallara aydınlıq gətirəcəm" - Xalq artisti
22-08-2026, 17:56
100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu
22-08-2026, 17:50
Rusiyada yaşayan azərbaycanlılar Ukrayna müharibəsinə məcbur edilərsə... – Deputatdan AÇIQLAMA
22-08-2026, 17:46
Dənizdə boğulduğu deyilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
22-08-2026, 17:40
Bakılı general Ermənistan müxalifətini kurasiya edir - Ermənistan KİV
22-08-2026, 17:31
Yerli, yoxsa xaricdən gətirilən əti alırıq? - AKTUAL
22-08-2026, 17:22
“Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında tək duruş gətirmək mümkündür” - ONA GÖRƏ DƏ...
22-08-2026, 17:20
Ermənistan və Ukrayna: Cənubi Qafqazın dəyişən memarlığında yeni vektor - İNCƏLƏMƏ
22-08-2026, 17:18
Ötən il təyin olunmuşdu, bir il sonra işdən çıxarıldı - FOTO
22-08-2026, 17:13
Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU
22-08-2026, 17:06
Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir: - Ermənistan Rusiyadan Qərbə "Belarusun çiynində" qaçır
22-08-2026, 17:02
Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb – Eldar Əzizov
22-08-2026, 16:55
“IV Ermənistan Respublikası=Qərbi Azərbaycan” - Tevanyan
22-08-2026, 15:32
Ermənistan sülhə yox, müharibəyə hazırlaşır? - TƏFƏRRÜAT
22-08-2026, 15:30
Azərbaycanda bu şirkətin 7 milyon manat vergi borcu var
22-08-2026, 15:28
Dövlət qurumundan “Azərmaş Park”a 750 minlik – SİFARİŞ
22-08-2026, 15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
22-08-2026, 13:45
“Anklavları Bakıya verməmək müharibə deməkdir” - Ekspert
22-08-2026, 13:37
Naxçıvanla bağlı Bakıdan verilən qərar – Mühüm dəyişikliklər olacaq
22-08-2026, 13:33
Azərbaycan neftinin qiyməti 97 dolları ötdü
22-08-2026, 13:27
Şahnaz Haşımova Aybəniz Haşımovadan danışdı: - "Elə bilirəm öz balamdır"
22-08-2026, 12:59
"Yol dağılıb, birgünlük ərzaq var" - Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı
22-08-2026, 12:57
“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
22-08-2026, 12:53
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
22-08-2026, 12:52
“Gözü götürmür, imkanları olsaydı ayağından elə dartardılar ki...” - Səməd Səmədovun xanımından Rozaya
22-08-2026, 12:50
Qarajda meyiti aşkarlanan Qiyas futbolçu imiş - TƏFƏRRÜAT
22-08-2026, 12:46
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
22-08-2026, 12:27
Qağaməli Seyfullayev idarəsində 44 milyonluq YEYİNTİ ŞÜBHƏSİ... - İDDİA
22-08-2026, 12:14
Vardanyanın arvadı Bakıya gələ biləcəkmi? - AKTUAL
22-08-2026, 12:03
Zəngəzur dəhlizinə məsul şəxs məzuniyyətə çıxır
22-08-2026, 11:58
İrəvanda Rusiya skandalı - Paşinyan “xain”ə qəzəbləndi, 5 gün əvvəl…
22-08-2026, 11:55
Kanadada yaşayan azərbaycanlı loteriyada 1 milyon uddu - FOTO
22-08-2026, 11:52
Taxıl, ət, qarğıdalı bahalaşır – Dünya ərzaq böhranına gedir
22-08-2026, 11:49
"Sonuncu dəfə 11 il əvvəl tamaşaçılarımla görüşmüşdüm"
22-08-2026, 11:48
Xaricdə işləməyə meyil: Axını dayandırmaq üçün nə edək? - AKTUAL
22-08-2026, 11:44
Sərnişinlər marşrut çatışmazlığından şikayətçidir — “Azadlıq Prospekti”, “Nərimanov”, “20 Yanvar”...
22-08-2026, 11:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru