Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı .....                     Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     Rəsulzadənin irsi və Heyətin memarlığı: .....                     Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib .....                     Elgiz Əkbərin ailəsinə ağır itki üz verib .....                     QDTİB AZAL ilə müqavilə imzalayıb .....                     16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                     Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır .....                     Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? .....                     Hafiz Paşayevdən nazirə: .....                     Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal .....                     Media niyə süni intellektə üz tutur? .....                     "BakıKart"ın satış qiyməti .....                     Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... .....                     Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi .....                     Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib .....                     Kremlin İrəvana sərt ultimatumu .....                     Paşinyandan komandasını heyrətə gətirən həmlə .....                     ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı .....                     “TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu .....                     Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır .....                     Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb .....                     Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır .....                     "Əl çəkin, mən müsəlman deyiləm!.." .....                     Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı .....                     Şəkidə QOÇULUQ edən məmur kimdir? .....                     100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? .....                     "Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..." .....                     “Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... .....                     Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb .....                     Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı .....                     Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı .....                     Xaçmaz təhsilində OYUNBAZLIQ... .....                     Bəlkə bu postlar LƏĞV OLUNSUN... .....                     200 minə yaxın Qırğız rusların qara siyahısında... .....                     "Bir həftədir süründürürlər məni..." .....                     Günün fotosu... .....                 

Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Tarix: Bu gün, 09:59 | Çap et

Ötən həftəsonu baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan hökumətinin iclasında verilən bəyanatlar İrəvanın geosiyasi kursunda növbəti dönüşün siqnalı kimi qiymətləndirilir. Erməni mediası yazır ki, rəsmi İrəvan faktiki olaraq Avrasiya İqtisadi İttifaqından (Aİİ) uzaqlaşma ssenarisini işə salıb. Bu proses Ermənistanın daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərini mərhələli şəkildə dondurmasına bənzəyir. Baş nazir bildirib ki, Ermənistan Aİİ-ni tərk etmir, əksinə, ittifaqın özü Ermənistandan uzaqlaşır.

“Partnyorlarımızın mənim iştirak etmədiyim vaxt qəbul etdikləri bəyanatla bağlı suallarım var və bunun praktikada nə demək olduğunu anlamalıyıq. Avrasiya İqtisadi İttifaqının istənilən üzvü digər üzvə münasibətdə belə qərarlar qəbul edib bir günün içində onları tətbiq edə bilərmi? Qiymətləndirməmə görə, əgər cavab "bəli"dirsə, deməli, Aİİ özünü ləğv etdiyini elan edir", - deyə Paşinyan bildirib.

Rusiya mediası isə yazır ki, Moskva postsovet məkanında itirdiyi nüfuzu, xüsusilə Ermənistanın Avropa İttifaqına üz tutması Kremli yeni planların reallaşmasına sövq edir. “Nezavisimaya qazeta” bu mövzuda yazır ki, Moskva indi Özbəkistanın Aİİ-yə mümkün qoşulması ilə bağlı müzakirələri ön plana çıxarıb. “Niyə Özbəkistanın AİB-ə tamhüquqlu üzv kimi qoşulması məsələsi hazırda fəal şəkildə qaldırılır” sualı haqda nəşr belə yazır: "Bu, Moskva və Daşkənd arasındakı münasibətlərin hazırkı təbiətindən irəli gəlir. Son 10 ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 13 milyard dollara çatıb. Digər tərəfdən, Özbəkistanın birliyin daimi üzvü kimi inteqrasiyası məsələsinin qaldırılması və mediada aktiv iştirakı postsovet məkanında Rusiya üçün ümumilikdə müsbət olmayan tendensiyalara cavabdır. Ermənistanla bağlı son hadisələr və onun Avropaya inteqrasiya istəkləri təkcə təsir məsələsini deyil, həm də Rusiyanın regiondakı hərbi, siyasi və iqtisadi proseslərə ənənəvi olaraq aparıcı təsir göstərən bir oyunçu kimi imicini ortaya qoyur". Nəşrin təhlilində deyilir ki, Özbəkistanın Aİİ-yə tam inteqrasiyası sadəcə Rusiyanın ən böyük tərəfdaşlarından birini öz təsir dairəsində saxlamaq cəhdi deyil, həm də imic məsələsidir. Lakin Özbəkistan müşahidəçi statusundan ittifaqda tam üzvlüyə keçməyə tələsmir.

Bu arada Azərbaycan-Aİİ münasibətləri də son günlər tez-tez gündəmə gətirilir. Yada salaq ki, Rusiya bir neçə dəfə Azərbaycanın ittifaqa qoşulmasının arzuolunan olduğunu bəyan etsə də, rəsmi Bakı bu çağırışlara qəti müsbət və ya mənfi cavab verməyərək məsafəli davranıb. Prezident İlham Əliyev müxtəlif çıxışlarında Azərbaycanın bir çox ölkələrlə ikitərəfli formatda səmərəli iqtisadi əməkdaşlıq qurduğunu və mövcud modeldən razılığını qeyd edib. Bu yaxınlarda Rusiyanın Azərbaycanın Aİİ ilə yaxınlaşmasına hərtərəfli dəstək verməyə hazır olduğunu bəyan edən xarici işlər nazirinin müavini Mixail Qaluzin hesab edib ki, bu, ümumi Avrasiya məkanında artıq formalaşmış iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edər. Onun fikrincə, belə bir yaxınlaşma Azərbaycan iqtisadiyyatı üçün də müsbət nəticələr verər. Çünki ölkə vahid mal bazarının üstünlüklərindən yararlanmaq imkanı əldə edər, həmçinin nəqliyyat, xidmətlər və investisiyalar sahəsində əməkdaşlığını genişləndirmək imkanı qazanar. Belə görünür ki, Rusiya Aİİ-ni gücləndirmək naminə yeni üzvlər cəlb etmək üçün ən müxtəlif variantlardan istifadə etməyə hazırdır. Rusiyanın dövlət telekanalı səviyyəsində “erməni kartı”nı yenidən Azərbaycana qarşı işə salması da bu kontekstdə diqqət çəkir.

Bəs Bakının belə bir dilemması varmı? Biz niyə Aİİ-də olmalıyıq?

“Yeni Müsavat”a baş verənləri şərh edən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Azərbaycanın Aİİ-yə qoşulmasının gündəmdə olmadığını düşünür. Onun sözlərinə görə, Rusiyanın ürəyindən bu istək keçə bilər, lakin Bakı belə bir iqtisadi profil tutmaq həvəsində deyil.

Hüquqşünas hesab edir ki, əksinə, Azərbaycan Avropa İttifaqı ilə iqtisadi sahədə əməkdaşlığını genişləndirməyi hədəfləyib: “Elə Avropa Komissiyası prezidentinin ölkəmizə səfəri də bu məqsədi daşıyır. Azərbaycan Qərblə enerji sahəsində əlaqələri dərinləşdirmək niyyətindədir. Belə vaxtda Avrasiya İqtisadi İttifaqı qətiyyən cəlbedici görünmür. Ümumiyyətlə, bu təşkilata indi qoşulmaq Azərbaycanın seçim etməsi kimi dəyərləndirilə bilər. Çünki müharibə şəraitində və sanksiyalar altında olan dövlətin dominant olduğu bir təşkilata məhz indi üzv olmaq Azərbaycanın prestijinə uyğun deyil. Rusiyada Bakının seçimini hörmətlə qarşılamalıdırlar. Eyni zamanda bizi üzvlüyə məcbur edə bilməzlər. Sadəcə, Azərbaycan təşkilata üzv ölkələrlə ayrı-ayrılıqda iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanın uzaqlaşmaq istədiyi platformaya Azərbaycanın yaxınlaşması məntiqli görünmür: “Dediyim kimi, Avrasiya İqtisadi İttifaqı cəlbedici deyil. Bu, həm də Rusiyanın çətiri altında olmaq deməkdir. Əgər ermənilər gələcəkdə bu təşkilatla yolları ayırmaq niyyətindədirsə, biz nə üçün Moskvadan vaxtaşırı eşidilən çağırışlara müsbət reaksiya verməliyik?! Yəni Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini artırmaqda maraqlıdır, amma bu təşkilat indi perspektivli görünmür. Başqa tərəfdən, Rusiya Avrasiya İqtisadi Birliyindən təzyiq aləti kimi istifadə etməyə çalışır, nəinki iqtisadi maraqlarını təmin etmək üçün. Halbuki Azərbaycanın siyasəti bərabərhüquqlu əməkdaşlığa söykənir. Bizimlə istər siyasi, istər iqtisadi məsələlərdə şərt və diktə dilində danışmaq qəbulolunmazdır. Ona görə də Rusiya götür-qoy etməlidir ki, Ermənistan kimi keçmiş vassalı belə ondan niyə uzaqlaşır və nə üçün yeni üzvlər cəlb etmək haqda düşünmək məcburiyyətində qalıb. Deməli, yanaşmada fərq var. Avropa İttifaqı görünür ki, cəlbedici təsir bağışlayır. Hərçənd Ermənistanın tezliklə bu təşkilatdan o ittifaqa keçidini də gözləmirəm”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56
Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22
Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14
Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13
ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06
“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Bu gün, 10:04
Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Bu gün, 09:59
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53
Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44
"Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bu gün, 08:16
Şəkidə QOÇULUQ edən məmur kimdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:04
100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? - AKTUAL
Bu gün, 07:57
"Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."
Bu gün, 07:55
“Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... - Çünki ora casus yığnağıdır...”
Bu gün, 07:53
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO
Bu gün, 07:50
Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı - Türkiyə və Rusiya da dəstəkləyir
Bu gün, 07:43
Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:40
Bəlkə bu postlar LƏĞV OLUNSUN... - ÇAĞIRIŞ
Bu gün, 07:31
200 minə yaxın Qırğız rusların qara siyahısında... - KİV
Bu gün, 07:26
"Bir həftədir süründürürlər məni..." - GİLEY
Bu gün, 07:21
Günün fotosu... - Rusiyadan...
Bu gün, 07:11
Faiq Ələkbərliyə xatirə döş nişanı verilib
Bu gün, 07:03
"Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." - REAKSİYA
Bu gün, 06:59
AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... - ETİRAZ
Bu gün, 06:55
Müştəri məmnuniyyəti anlayışı SIFIR! - durduğun yerdə borclanırsan...
Bu gün, 06:48
Saleh Məmmədov hələ də həbs olunmayıbsa... - DEMƏLİ...
Bu gün, 06:37
Deputatın şirkəti vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 06:31
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - "Bizdə qayda belədir..."
Bu gün, 06:25
Ukrayna İran dronlarının çəmini tapdı - 340 km-ə qədər sürət yığır...
Bu gün, 06:16
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Dünən, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Dünən, 17:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru