"Azərbaycan Mikro-Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 60 %-nə nəzarət edən Elmar Məmmədov payını satıb.
"Report" xəbər verir ki, onun payını digər təsisçilər-Kazım Hüseynov və Səbuhi Əzizov alıblar.
Bununla da, onların hər birinin BOKT-dakı payı 20 %-dən 50 %-ə yüksəlib.
Xatırladaq ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,722 milyon manatdır.








