"Rəşid Mahmudov deyir ki, "Allaha and olsun indi tibb universitetində bir manat da olsun, rüşvət yoxdur, əvvəllər var idi, bazarıydı"..
Əvvəllər Tibb Universitetin rektorları qısa müddət ərzində hətta dövləti idarə etmiş Yaqub Məmmədov və indi Milli Məclisin Səhiyyə Komitəsinin sədri olan Əhliman Əmiraslanovdur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Siz əvvəl heç eşitdinizmi Rəşid müəllim bu haqda, habelə səhiyyə sahəsində baş verən neqativ hallardan danışsın.
Mənə görə Rəşid müəllim desəydi ki, iyun ayının birindən normal həcmdə Uşaq Pulları veriləcək bəlkə də çoxsayda insanlar buna inanacaqdı, nəinki məşhur "medinstitut" haqda dediklərinə.
İndi cəmiyyətdə belə bir fikir formalaşıb: Mənim dediyimə inanmırsan bunu Rəşid müəllim deyib e, televiziyada eşitməmişəm.....
Qeyd edim ki, Tibb Universitetinin müəllimlərinin ən azı 80 faizi "əvvəlki"müəllimlərdi
Mənim isə adıçəkilən Universitetin məzunu olaraq Hörmətli Rəşid müəllimə bir sualım var: Sizlərin yazdığınız tibbi dərsliklərlə peşəkar və müasir tələblərə cavab verən həkim olmaq mümkündümü, yoxsa uzaqbaşı ucqar bir dağ kəndində yalnız "davleniye" ölçmək olar...
***
Görəsən Rəşid Mahmudov özünə sual veribmi, tələbələr niyə onun yazdığı kitabı yox, Sudakovun "Normal fiziologiyasını" oxuyurlar? Eləcə də digər tibbi dərslikləri
indi kimə deyirsən televiziyada belə dedilər, inanmır, deyirsən Rəşid Mahmudov dedi, inanır.
Rəşid müəllimin bu elmi cəmiyyətdə ən böyük faydası bir mükəmməl "İnsanın normal fiziologiyası" dərsliyini yazması olardı. Yaza bildimi? Yox, elə ona görə də araqdan, budaqdan, buluddan danışa bilir, səhiyyədən isə yox.. üstəlik vicdanına and içir ki, Tibb Universitetində qram rüşvət yoxdur!!!... Nə deyim, vallah..."








