Rusiyanın Rumıniyadakı konsulu "arzuolunmaz şəxs" elan edilib .....                     Keçmiş İsrail casusundan Türkiyə açıqlaması: .....                     Ermənilər indi də Dərbəndi qarışdırır .....                     "Azərbaycan Mikro-Kredit" BOKT-un xalis mənfəəti 4 dəfəyə yaxın azalıb .....                     Tamaşaçılar onun üçün darıxmışdı .....                     “Mənə demədin ki, iynə vururam?” .....                     Azərbaycan BOKT-unun təsisçilərindən biri payını satıb .....                     Bura bir gələn... BİR DAHA GƏLMƏK İSTƏMƏZ! .....                     Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib .....                     Gərək o xarab olmuş ət payını başçıya yedirəydilər... .....                     Ermənistandan pomidor qadağası ilə bağlı hər hansı reaksiya gəlməyib .....                     Paşinyan Rusiyanın iqtisadi təhdidlərinə cavab verdi .....                     “Hər uşağa 500 manat verilsə...” .....                     Baş nazirin QARA KASSASI... narazılıq yaradır... .....                     Yumurtanın maya dəyəri 12% ucuzlaşıb, satış qiyməti isə 30% bahalanıb .....                     Lavrov Ermənistana görə istefaya göndərilə bilər .....                     Putinin SSRİ planının Avropa hissəsi... .....                     AYNA Bakıda dayanacaqlara yarım milyon pul xərcləyir? .....                     Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri şoka salan qərar .....                     Kremlin Ermənistan seçkilərinə müdaxilə planı İFŞA OLDU .....                     Rumıniya Prezidenti Müdafiə Şurasının təcili iclasını çağırıb .....                     “Çox danışanda da deyirlər ki, “otur oturduğun yerdə, sənə bu lazımdır?” .....                     Rusiyada erməni mineral suyunun milyonlarla şüşəsi satışdan yığışdırılır .....                     Beynəlxalq konvensiyaların süqutu: imzalar artıq bombalardan qorumur .....                     Öküz Trampa bənzədiyi üçün kəsilməsinə icazə verilməyib .....                     ABŞ Ermənistana HƏRBÇİLƏR YERLƏŞDİRİR .....                     Bakı neftinin qiyməti belə dəyişdi .....                     "Deyirlər ki, 100 xəstəmiz var, nazirlik cəmi 25 insulin verib..." .....                     Bakının mərkəzində ANTİTÜRK ÜNVAN... .....                     “Əgər mənim seçicilərim azərbaycanlılar olarsa, o halda Ermənistan parlamentinin deputatı olaram” .....                     İranın siyasəti qonşularla əməkdaşlığın genişləndirilməsinə yönəlib .....                     Rumıniya Rusiya PUA-sı ilə bağlı hadisəni "ciddi və məsuliyyətsiz hərəkət" adlandırıb, .....                     Zay məhsulu satmaları bir yana... .....                     Sərxan Babaşov Qaz İxrac İdarəsində BAZAR AÇIB... .....                     Prezidentin tarixi Böyük Qaladərəsi mesajları .....                     Suraxanı rayonunda bu tikintiyə hansı şərtlərlə icazə verilib? .....                     Rusiya-Ukrayna savaşı Rumıniya ərazisinə KEÇİR?.. .....                     Rüzigar Qədirovdan müstəqilliyə həsr olunan qürur ekranı .....                     Avropa Ukrayna danışıqlarında vasitəçi olmamalıdır .....                     ABŞ Raul Kastronu mühakimə etmək istəyir .....                 

Ermənistanda seçki öncəsi gərginlik: Paşinyan nədən narahatdır? - Görünəni odur ki...
Tarix: Bu gün, 07:49 | Çap et

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında Rusiya Prezidenti və Baş naziri ilə etibarlı münasibətlər saxladığını deyib.

“Aydınlıq gətirilməli olan sualların ortaya çıxması birinci dəfə deyil. Kreml aydınlaşdırmalı olan məsələlərə rəsmi münasibət bildirib. Bəli, bu məsələlərə aydınlıq gətiriləcək”, - deyə Paşinyan qeyd edib.

Baş nazir son vaxtlar Ermənistan-Rusiya münasibətlərində yaranmış gərginliyə də münasibət bildirib:

“Mən əvvəllər də demişdim ki, Ermənistan-Rusiya münasibətləri transformasiya mərhələsindədir və mən bu transformasiyanı müsbət hesab edirəm”.

O, Ermənistanın münasibətlərini şaxələndirəcəyini bildirib. “Biz Rusiyanın Ermənistandakı maraqlarına xələl gətirməyəcəyik”, - deyə Baş nazir əlavə edib.

Nikol Paşinyanın bu açıqlaması onun Rusiyanı narahat edən və son vaxtlar Moskvadan Ermənistanın ünvanına hədələrin səslənməsi ilə müşahidə olunan məsələləri danışıqlar yolu ilə müzakirə etmək niyyətində olduğunu göstərir.

Yəni Paşinyan Rusiyanın ünvanına sərt ritorikadan yayınmaqla qarşıdurmada maraqlı olmadığını və ikitərəfli münasibətlərdə yaranmış gərginliyin diplomatik qaydada həllinə üstünlük verdiyini nümayiş etdirir.

Xüsusilə də Rusiyanın Ermənistana satılan təbii qazın qiymətini qaldırmaqla təhdid etməsindən sonra Paşinyan Kremllə ehtiyatlı davranır.

Doğrudur, Ermənistanla imzalanmış müqaviləyə əsasən Rusiya qiymətləri qaldıra bilməz və təbii qazın 1000 kubmetrini 177,5 dollara satmaqda davam edəcək. Lakin Ermənistan Avropa İttifaqına üzvlük statusu qazanmaq üçün Avrasiya İqtisadi Birliyindən çıxmaq qərarı versə, o halda sözügedən müqavilə qüvvədən düşəcək. Nəticədə, Rusiya Ermənistana “mavi yanacağın” qiymətini istədiyi qədər artıra bilər.

Ona görə də Paşinyan “Bu məsələlərə aydınlıq gətiriləcək” - deməklə Avrasiya İqtisadi Birliyi ilə bağlı Ermənistanın mövqeyini Rusiya ilə müzakirə etməyə hazır olduğuna işarə edir. Lakin seçkilərə qədər Paşinyanın Rusiyaya səfər edəcəyi inandırıcı görünmür.

Əgər o seçkilərdə qalib gələrsə, Rusiyanın dəstəklədiyi revanşsit müxalifət üzərində qalib gələrək legitimlik qazanmış olacaq. Bu da onun siyasi cəhətdən əli gücləndirəcək. Kreml də öz növbəsində onunla işləməyə üstünlük verəcək.

Paşinyan Prezident Putinlə danışıqlar üçün məhz həmin məqamı gözləyir. Hazırda baş verənlər isə daha çox Rusiyanın seçkiqabağı təzyiq taktikasıdır. Yəni bu proses seçkilər başa çatana qədər davam edəcək və sonra münasibətlərdə yeni mərhələ başlaya bilər.

Paşinyanın da seçkilər ərəfəsində Qərblə strateji yaxınlıq nümayiş etdirməsi Rusiyaya təzyiq məqsədi daşıyır və Moskvanı müxalifətə dəstəkdən çəkindirməyə hesablanmış siyasi manipulyasiyadır. Lakin Paşinyan seçkilərdən sonra Ermənistanı Rusiyanın geosiyasi peykinə çevirmək niyyətində də görünmür.

Onun Ermənistanın münasibətlərini şaxələndircəyi barədə dedikləri seçkidən sonra da çoxvektorlu xarici siyasət kursunu davam etdirəcəyi kimi başa düşülməlidir. Yəni Paşinyan Rusiyanın təzyiqlərinə rəğmən Avropa İttifaqı ilə yaxınlaşma siyasətindən də imtina etməyəcəyinə dair mesaj verir.

Sadəcə olaraq, Moskvanın sərt təhdidləri və sanksiyalarını neytrallaşdırmaq üçün Ermənistanın baş naziri Kremllə razılaşma əldə etməyə çalışa bilər. Belə ki, Paşinyan Avrasiya İqtisadi Birliyində qalmaq müddətini, eləcə də Rusiya və Qərblə münasibətlərdə balanslaşdırılmış diplomatik tarazlığı hələ bir müddət saxlamağa məcbur olacaq.

Bu təqdirdə, Paşinyan rəsmi Bakı ilə sülh müqaviləsinin imzalanması, Türkiyə ilə sərhədlərin açılması və perspektivdə alternativ mənbə kimi Azərbaycandan Ermənistana təbii qaz idxalı başlanılana qədər Rusiyadan enerji sahəsində əməkdaşlığı qoruyub saxlamağa çalışacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Rumıniyadakı konsulu "arzuolunmaz şəxs" elan edilib , konsulluq bağlanacaq
Bu gün, 16:09
Keçmiş İsrail casusundan Türkiyə açıqlaması: - “Fırtına yaxınlaşır”
Bu gün, 13:00
Ermənilər indi də Dərbəndi qarışdırır - TƏFƏRRÜAT
Bu gün, 12:55
"Azərbaycan Mikro-Kredit" BOKT-un xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
Bu gün, 12:53
Tamaşaçılar onun üçün darıxmışdı - Xalq artisti 15 ildən sonra səhnəyə qayıdır...
Bu gün, 12:48
“Mənə demədin ki, iynə vururam?” - Tolik müğənnini ifşa etdi (Foto)
Bu gün, 12:44
Azərbaycan BOKT-unun təsisçilərindən biri payını satıb
Bu gün, 12:37
Bura bir gələn... BİR DAHA GƏLMƏK İSTƏMƏZ! - ÇÜNKİ...
Bu gün, 12:36
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 12:28
Gərək o xarab olmuş ət payını başçıya yedirəydilər... - DİQQƏTLİ OLMAĞA MƏHKUMDUR!
Bu gün, 12:21
Ermənistandan pomidor qadağası ilə bağlı hər hansı reaksiya gəlməyib - Peskov
Bu gün, 12:12
Paşinyan Rusiyanın iqtisadi təhdidlərinə cavab verdi - Lavrov isə ona istehza etdi
Bu gün, 12:10
“Hər uşağa 500 manat verilsə...” - deputat
Bu gün, 12:03
Baş nazirin QARA KASSASI... narazılıq yaradır... - Yağış suları da bir yandan...
Bu gün, 11:54
Yumurtanın maya dəyəri 12% ucuzlaşıb, satış qiyməti isə 30% bahalanıb - BU NECƏ OLUR AXI?..
Bu gün, 11:43
Lavrov Ermənistana görə istefaya göndərilə bilər - DETALLAR
Bu gün, 11:40
Putinin SSRİ planının Avropa hissəsi... - DETALLAR
Bu gün, 11:38
AYNA Bakıda dayanacaqlara yarım milyon pul xərcləyir? - TƏFƏRRÜAT
Bu gün, 11:36
Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri şoka salan qərar - "Sputnik Ermənistan"
Bu gün, 11:32
Kremlin Ermənistan seçkilərinə müdaxilə planı İFŞA OLDU – “Hibrid hücum” sxeminin SENSASİON DETALLARI
Bu gün, 11:31
Rumıniya Prezidenti Müdafiə Şurasının təcili iclasını çağırıb
Bu gün, 11:29
“Çox danışanda da deyirlər ki, “otur oturduğun yerdə, sənə bu lazımdır?”
Bu gün, 11:04
Rusiyada erməni mineral suyunun milyonlarla şüşəsi satışdan yığışdırılır - KİV
Bu gün, 10:59
Beynəlxalq konvensiyaların süqutu: imzalar artıq bombalardan qorumur - ONA GÖRƏ DƏ...
Bu gün, 10:46
Öküz Trampa bənzədiyi üçün kəsilməsinə icazə verilməyib - TƏFƏRRÜAT
Bu gün, 10:43
ABŞ Ermənistana HƏRBÇİLƏR YERLƏŞDİRİR - GƏLİŞMƏ
Bu gün, 10:42
Bakı neftinin qiyməti belə dəyişdi - SON RƏQƏMLƏR
Bu gün, 10:41
"Deyirlər ki, 100 xəstəmiz var, nazirlik cəmi 25 insulin verib..." - NARAZILIQ VAR...
Bu gün, 10:37
Bakının mərkəzində ANTİTÜRK ÜNVAN... - BU NƏDİ BELƏ?
Bu gün, 10:28
“Əgər mənim seçicilərim azərbaycanlılar olarsa, o halda Ermənistan parlamentinin deputatı olaram” - Azay Quliyev
Bu gün, 10:06
İranın siyasəti qonşularla əməkdaşlığın genişləndirilməsinə yönəlib - Məsud Pezeşkian BELƏ DEYİR...
Bu gün, 10:03
Rumıniya Rusiya PUA-sı ilə bağlı hadisəni "ciddi və məsuliyyətsiz hərəkət" adlandırıb, NATO müttəfiqləri məlumatlandırılıb
Bu gün, 09:50
Zay məhsulu satmaları bir yana... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:47
Sərxan Babaşov Qaz İxrac İdarəsində BAZAR AÇIB... - İLGİNC İDDİALAR...
Bu gün, 09:41
Prezidentin tarixi Böyük Qaladərəsi mesajları - İNCƏLƏMƏ
Bu gün, 09:19
Suraxanı rayonunda bu tikintiyə hansı şərtlərlə icazə verilib? - VİDEO
Bu gün, 09:17
Rusiya-Ukrayna savaşı Rumıniya ərazisinə KEÇİR?.. - Artıq ilk qurbanlar var...
Bu gün, 09:10
Rüzigar Qədirovdan müstəqilliyə həsr olunan qürur ekranı - VİDEO
Bu gün, 09:05
Avropa Ukrayna danışıqlarında vasitəçi olmamalıdır - Eyde
Bu gün, 08:17
ABŞ Raul Kastronu mühakimə etmək istəyir - “Fox News”
Bu gün, 08:14
Ermənistanda seçki öncəsi gərginlik: Paşinyan nədən narahatdır? - Görünəni odur ki...
Bu gün, 07:49
İranın “Məcid” sistemi ABŞ-nin dəstəyini azalda bilərmi? - GƏLİŞMƏ
Bu gün, 07:36
"Bəzən onlardan yeni nələrsə də öyrənirik..."
Bu gün, 07:20
Separatçılar Paşinyana hədiyyə ediləcəkmi? - AKTUAL
Bu gün, 07:18
Ermənistan ordusunda sovet dövrü bitdi – məşhur rus sözü paradda yığışdırıldı
Bu gün, 07:15
ABŞ-də sınaq zamanı “New Glenn” raketi partlayıb
Bu gün, 07:13
İrəvan uğrunda müharibə başlayır – Cənubi Qafqazda “ikinci Ukrayna” ssenarisi
Bu gün, 07:12
ABŞ İran neftinin satışına görə yeni sanksiyalar tətbiq edib - KİV
Bu gün, 07:10
Burda adamı rəsmən qarət edirlər... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:08
Müştəri məmnuniyyəti nə olan nəsnədir... - GİLEY
Bu gün, 06:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru