Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                     Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır .....                     Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                 

Paşinyanın iqtisadi uğurları: Kağız üzərində hər şey gözəldir... - AMMA REALLIQDA...
Tarix: 22-12-2025, 11:02 | Çap et

“Noyabrın əvvəlində rəsmi statistika 2024-cü il üzrə yoxsulluqla bağlı qısa hesabat dərc etdi və bu, hakimiyyətin təbliğatçıları tərəfindən manipulyasiya predmetinə çevrildi”.

"DİA-AZ" ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hakimiyyəti hətta metodologiya da xilas etmədi, cin şüşədən çıxacaq” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Ermənistan hakimiyyətinin nümayəndələri əvvəlki illərlə müqayisədə Ermənistanda yoxsulluğun kəskin şəkildə azaldığı təəssüratı yaratmağa çalışıblar.

“Halbuki, rəsmi statistika hesabatın qeydlər hissəsində xüsusi olaraq vurğulamışdı ki, yoxsulluğun hesablanma metodologiyası dəyişdirilib və açıqlanan göstəricilər əvvəlki illərin məlumatları ilə müqayisə edilə bilməz. Müqayisə imkanı yaratmaq üçün əvvəlki illərin göstəricilərinin də eyni metodologiya ilə yenidən qiymətləndiriləcəyi vəd olunmuşdu.

“2024-cü il üzrə tədqiqatda məlumatların aktuallığını təmin etmək məqsədilə seçmə çəkiləri 2022-ci il əhali siyahıyaalınmasının nəticələri əsasında aparılan daimi əhali uçotu məlumatları nəzərə alınmaqla dəqiqləşdirilib. Bununla əlaqədar olaraq, 2024-cü il üzrə yoxsulluq göstəriciləri əvvəlki illərin müvafiq göstəriciləri ilə müqayisə edilə bilməz.

Bu səbəbdən qeyd olunan çəkilərin tətbiqi ilə 2022 və 2023-cü illər üzrə yoxsulluq göstəriciləri də yenidən nəzərdən keçiriləcək və nəticələr “Ermənistanın sosial mənzərəsi və yoxsulluq 2025” statistik-analitik hesabatında dərc olunacaq”, - deyə Statistika Komitəsi qeyd etmişdi.

Lakin yaxın vaxtlarda dərc olunan “Ermənistanın sosial mənzərəsi və yoxsulluq 2025” statistik-analitik hesabatında 2022 və 2023-cü illər üzrə yoxsulluq göstəricilərinin yeni metodologiya ilə yenidən qiymətləndirilib dərc edildiyi yer almayıb”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, üstəlik, belə bir yenidən qiymətləndirmədən tamamilə imtina edildiyi açıqlanıb.

“Hesabatda açıq şəkildə deyilir: “2022 və 2023-cü illər üzrə yoxsulluq göstəricilərinin yenidən nəzərdən keçirilməsi aparılmır”.

Halbuki əvvəlki illərin göstəricilərinin yenidən qiymətləndirilməsi olduqca vacib idi, çünki bu, Ermənistanda yoxsulluq mənzərəsinin necə dəyişdiyini anlamağa imkan verirdi. Bu olmadan yoxsulluğun dəyişməsi barədə hər hansı nəticə çıxarmaq mümkün deyil.

Əvvəlki illərin göstəricilərinin niyə yenidən qiymətləndirilmədiyini, halbuki bunun əvvəl həmişə edildiyini yalnız ehtimal etmək olar. Ola bilsin ki, bu halda yoxsulluğun azalmadığı, əksinə, daha da dərinləşdiyi üzə çıxardı. Bu isə təbii ki, beşillik fəaliyyət proqramının sonuna yaxınlaşan və Ermənistanda yoxsulluğu yarıbayarı azaltmağı, ifrat yoxsulluğu isə tamamilə aradan qaldırmağı vəd etmiş indiki hakimiyyətin maraqlarına uyğun olmazdı.

Nəticədə isə hər iki vəd yerinə yetirilməyib. Yoxsulluq yarıbayarı azaldılmaqdan çox uzaqdır, ifrat yoxsulluq isə aradan qalxmayıb. Metodologiyada son dəyişikliklərdən sonra Ermənistanda yoxsulluq səviyyəsi 21,7 faiz, ifrat yoxsulluq isə 0,6 faiz təşkil edib.

2018-ci ildə Ermənistanda ifrat yoxsulluq 1 faiz idi, son açıqlanan məlumatlara görə isə, hesablamanın metodologiyası dəyişdirildikdən sonra bu göstərici 0,6 faizə düşüb”, - deyə məqalədə qeyd edilib.

KİV vurğulayıb ki, yoxsulluq göstəricisi də bu müddət ərzində ciddi dəyişiklik keçirməyib.

“Xüsusilə də onun yarıbayarı azaldılmasından danışmaq gülüncdür. Belə bir təəssürat yaranır ki, metodologiyanın vaxtaşırı dəyişdirilməsi məqsədli şəkildə aparılır ki, yoxsulluq göstəricilərində baş verən real dəyişiklikləri qiymətləndirmək mümkün olmasın. Lakin bu, əlbəttə ki, adi vətəndaşın və ya yoxsulun bu illər ərzində həyatının necə dəyişdiyini bilmədiyi anlamına gəlmir.

Nikol Paşinyan və hakim partiyanın rəsmiləri reallığı nə qədər təhrif etməyə çalışsalar da, Ermənistanda yüz minlərlə insan yoxsulluq şəraitində yaşayır və əgər ümumiyyətlə daha da kasıblaşmayıblarsa, onların həyatında son illərdə heç nə dəyişməyib. Üstəlik, bütün bunlar tez-tez səsləndirilən “dünya səviyyəli” yüksək iqtisadi artım şəraitində baş verib”, - deyə məqalədə bildirilib.

Nəşrin yazdığına görə, bu yaxınlarda Ermənistan hakimiyyətinin siyasi təbliğatçılarından biri, iqtisadiyyat naziri fəxrlə bəyan edirdi ki, Ermənistanda adambaşına düşən ÜDM-i iki dəfədən çox artırıblar.

“Bu isə o deməkdir ki, ən azı buna yaxın səviyyədə vətəndaşların gəlirləri də artmalı idi. Amma artmayıb, ölkədə yaradılan iqtisadi nəticənin bölüşdürülməsi ilə bağlı Nikol Paşinyan nə desə də, fakt dəyişmir.

“Cini əmsalı ölkədə yaradılan gəlirlərin əhali arasında nə dərəcədə bərabər bölüşdürüldüyünü göstərir. Son göstəricilərə görə, Ermənistan bu baxımdan ciddi irəliləyiş əldə edib və əvvəlki dövrlə müqayisədə kifayət qədər yaxşı artımlar var. Bu da o deməkdir ki, ölkədə yaradılan vəsaitin və nəticənin bölüşdürülməsi mümkün qədər bərabər və ədalətli şəkildə həyata keçirilir”, - deyə Nikol Paşinyan parlamentdə yoxsulluqdan danışarkən fəxrlə bildirirdi. O isə unudurdu ki, əgər iqtisadi nəticə bu qədər ədalətli və bərabər bölüşdürülürsə, adambaşına düşən ÜDM-in ikiqat artımı şəraitində niyə Ermənistanda yoxsulluq nəzərəçarpacaq dərəcədə dəyişmir və sosial qütbləşmə getdikcə dərinləşir?

Nəticə isə sadə və aydındır, çünki qeydə alınan iqtisadi artımlar şişirdilmiş göstəricilərdir. Daha da önəmlisi isə yaradılan iqtisadi nəticə son dərəcə qeyri-bərabər bölüşdürülür. Buna əmin olmaq üçün dağ-daş gəzməyə ehtiyac yoxdur. Sadəcə olaraq, hakim partiyaya mənsub məmurların maaş və digər gəlirlərinin bu müddət ərzində neçə dəfə artdığını, pensiyaçıların və aztəminatlı ailələrin gəlirlərinin isə nə qədər yüksəldiyini müqayisə etmək kifayətdir.

Bundan sonra hər şey yerli-yerinə düşəcək və nə yoxsulluq göstəricilərinin qiymətləndirilməsinə, nə yenidən hesablanmasına, nə də metodologiyaların dəyişdirilməsinə ehtiyac qalacaq. Bu gün Ermənistanda 660 mindən çox yalnız pensiyaçı və müavinət alan var və onların gəlirləri bu illər ərzində hətta inflyasiyanın tempinə belə çata bilməyib”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, təkcə bu faktın özü Ermənistanda yoxsulluğun azalmasının mümkün olmaması üçün kifayət idi.

“Hələ cəmiyyətin böyük hissəsini təşkil edən digər sosial həssas qrupları demirik ki, onların da gəlirləri həm son bir neçə ildə, həm də ötən il ərzində ciddi dəyişiklik keçirməyib.

Belə şəraitdə Ermənistanda yoxsulluğun azalması, hətta rəsmi statistikanın metodologiya dəyişdirildikdən sonra daha aşağı göstərici qeydə almasına baxmayaraq, son dərəcə şübhəlidir”, - deyə nəşr bildirib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru