Türkiyədə ERMƏNİBAZLIQ... .....                     Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR .....                     Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                     Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır .....                     Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                 

Piramida şirkətlər əhalini necə ALDADIR? - Pula satılmış 20 “professor” kifayətdir ki...
Tarix: 20-12-2025, 12:16 | Çap et

Son dövrlərdə uzun müddət ictimai müzakirələrdən kənarda qalmış bəzi kommersiya şirkətlərinin yenidən fəallaşması diqqət çəkir. Vaxtilə fərqli sahədə fəaliyyət göstərmiş, fəaliyyəti ilə bağlı müxtəlif narazılıqlar və iddialar səsləndirilmiş bu şirkətlər indi yeni təqdimat formaları və məhsul xətti ilə bazarda mövqelərini bərpa etməyə çalışırlar. Bu proses fonunda istehlakçıların sağlamlığı, məhsulların keyfiyyəti və onların dövriyyəsinin hüquqi əsasları xüsusi aktuallıq kəsb edir.

Özünü “təbii məhsullar” istehsalçısı kimi təqdim edən, lakin istehsal və mənşə məsələləri ilə bağlı ziddiyyətli məlumatlar dolaşan Tiens və ona bağlı strukturlar da bu kontekstdə maraq doğurur. Bununla belə, şirkətin təklif etdiyi məhsulların tərkibi, sertifikatlaşdırma mexanizmləri, nəzarət və yoxlama prosesləri, eləcə də bu məhsulların ölkə ərazisində satış və istifadəsinin mövcud qanunvericiliyə uyğunluğu araşdırılmağa ehtiyac yaradan məsələlər sırasındadır.

Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, illər boyu Azərbaycanda bu tip çoxsaylı şirkətlər fəaliyyət göstərib.

“İlk olaraq Herbalife, daha sonra Dr. Nona, Sibirskaya Zdorovya (Siberian Welness), Tiens və sair müxtəlif adlar altında fəaliyyət göstərən şirkətlər meydana çıxıb. Biz bunların bir çoxunu ifşa etmişik. Əhalinin sağlamlığında kütləvi problemlər yarandığından bəzən belə şirkətlər parlaq, cəlbedici, radikal və insan beyninə təsir edən reklamlarla insanları inandırır və onları bu yerlərə cəlb edirlər”.

O eyni zamanda qeyd edib ki, bu fonda guya insanlara xeyir verən arı ilə müalicə, zəli ilə müalicə, eşşək südüylə müalicə, qurbağa ilə müalicə və sair kimi üsullar da ortaya çıxır:

“Əlbəttə, xalq təbabəti akademik təbabətdən daha əvvəl mövcud olub. Lakin illər, əsrlər boyu akademik tibb xalq təbabətində mümkün olan, elmi əsaslandırıla bilən hər şeyi götürüb, araşdırıb və akademik təbabətə çevirib.

Mən belə adamlara sual verirəm: arı ilə, zəli ilə və ya başqa üsullarla müalicə etdiklərini iddia edirlərsə, akademik tibbdə nə çatışmır ki, bunları dərman formasına salmaq mümkün olmasın? Akademik tibbin arxasında laboratoriyalar, tədqiqatçılar, alimlər, istehsalçılar və dərmanların hazırlanması və istehsalı ilə bağlı şirkətlər dayanır. Onlara nə çatmır ki, məsələn, qurbağa ilə müalicə və ya Tiens-in təklif etdiyi məhsullar akademik tibbdə tətbiq olunmasın?”

E.Hüseynov sözügedən kontekstdə insanları akademik həkimlərə və akademik təbabətə inanmağa çağırıb:

“Tiens-lə bağlı mənə illər boyu şikayətlər olub və biz vətəndaşların aldıqları məhsulları geri qaytara bilmişik.

Üstəlik, Tiens-də qəribə məsələlərdən bir digəri də piramidal marketinq sisteminin mövcudluğu ilə bağlıdır. İnsanları cəlb edirlər, sonra məhsul verirlər, “sat, sənə buradan bonus gələcək” kimi vədlər verirlər. Düzdür, qanun bunu birbaşa qadağan etmir, lakin insanlar bilməlidir ki, harada piramidal marketinq varsa, orada problem var.

İnsanlar bilməlidir ki, xalq təbabəti artıq elmi, akademik tibbin çərçivəsində araşdırılıb və tətbiq olunur. Buna görə də insanları bir daha akademik təbabətə üstünlük verməyə çağırıram”,- deyə o söyləyib.

AİB sədri həmçinin Tiens və digər bu tip şirkətlərin nümayəndələrinin dəfələrlə onların ofislərində olduqlarına da diqqət çəkib:

“Onlar çox gözəl, poliqrafik baxımdan keyfiyyətli çap olunmuş broşürlər, bukletlər, jurnallar göstərirlər. Orada dünyanın məşhur professorlarının şəkilləri, fikirləri yer alır.

Lakin bilmək lazımdır ki, bütün dünya istehlakçılarını aldatmaq üçün 20 nəfər pula satılmış “professor” tapmaq kifayətdir. Mənim yanıma gəlib “biz yaxşıyıq, niyə bizi tənqid edirsiniz?” deyəndə demişəm ki, bu gözəl çap olunmuş jurnalların əvəzinə mənə akademik bir nəşr gətirin. Məsələn, hansısa ölkənin Elmlər Akademiyasının rəsmi nəşrində dərc olunsun ki, bu məhsul insanlara xeyir verir. Bunu isə heç vaxt gətirə bilməyiblər.

Yalnız cəlbedici şəkillər, saqqallı “professorlar” və onların sitatları təqdim olunur. Bir daha deyirəm: dünyanı aldatmaq üçün 20 nəfər pula satılmış adam kifayətdir və belə insanlar təəssüf ki, mövcuddur”.

1486612

E.Hüseynov onu da əlavə edib ki, Tiens-in satdığı bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qeydiyyatdan keçirilməlidir:

“İstehlakçılar bu məhsulları istifadə etmək istəyirlərsə, mütləq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində qeydiyyata dair sənədlərlə tanış olsunlar. Əgər bu sənədlər mövcuddursa, seçimlərini özləri etsinlər. Problemlə üzləşənlər isə 1003 qaynar xətti vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər”,- deyə sədr qeyd edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru