Azərbaycanda 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş məşhur “Dəyirman” hip-hop qrupunu replə maraqlananlar yaxşı xatırlayırlar. Qrupun tərkibinə tanınmış reperlər Miri Yusif, Malik Kələntərli, Elmir Məhərrəmov və Anar Abdullayev daxil idi.
"Dəyirman" 1996-cı ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdı. Bu populyar mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.![]()
Təəssüf ki, qrup 2010-cu ildə dağıldı.
“Dəyirman” dağılanda qrup üzvlərinin hərəsi öz yolunu seçib.
Fəaliyyəti dayansa da, məşhur "Dəyiman" hələ də öz mahnıları ilə yaşayır - köhnə pleylistlərdə, xatirələrdə və o dövrü unutmayan yaddaşlarda. Xüsusilə də "Ya Qarabağ, Ya Ölüm" mahnısı heç yaddan çıxmayıb.
Modern.az-ın məlumatına görə, “Dəyirman” qrupunun keçmiş üzvlərindən biri - Anar Abdullayev dostlarından fərqli olaraq karyerasını musiqi sahəsində davam etdirməyib.
Anar Abdullayev Azərbaycan Dövlət Neft və Sənayə Universitetində Neft-qaz mühəndisi ixtisası üzrə bakalavr, Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində MBA proqramı üzrə magistr təhsili alıb.![]()
O, ali təhsil aldığı ixtisas üzrə bir müddət xaricdə çalışıb. Belə ki, Qərbi Sibirdə “BK Sever” qazma şirkətində qazmaçı köməkçisi, daha sonra maili qazma mühəndisi kimi, o cümlədən, “Nijnevartovskneftegeofizika” müəssisəsində Geofizika partiyasının rəisi vəzifəsində işləyib.
A.Abdullayev Rusiyadakı fəaliyyətini Moskva şəhərində yerləşən “Smit Avrasiya” şirkətində qazma üzrə mühəndis olaraq davam etdirib.
Daha sonra o, Səudiyyə Ərəbistanının Ras-əl-Zour şəhərindəki “Maaden Mining Company” şirkətinin "PAP 301" layihəsində Əməyin mühafizəsi üzrə mühəndis işləyib.![]()
Vətənə qayıdandan sonra o, 2011-2023-cü illərdə “SOCAR – Integrated drilling” trestində "Ümid", "Bulla-dəniz" qazma istehsalat idarəsinin rəhbəri, qazma işləri üzrə müşavir vəzifələrində çalışıb.
Keçmiş reper Anar Abdullayev hazırda fəaliyyətini “AzerGold” QSC-də yüksək vəzifədə davam etdirir. Belə ki, o, 2023-cü ildən “AzerGold” QSC-də müşavir vəzifəsini tutur.










