Bir yandan danışıq... bir yandan HƏDƏ.. .....                     Türkiyədə ERMƏNİBAZLIQ... .....                     Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR .....                     Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                     Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır .....                     Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                 

Müharibədən çıxmış bir ölkənin Ermənistana benzin satması... - GƏLİŞMƏ
Tarix: 20-12-2025, 10:14 | Çap et

Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan özünün "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Azərbaycan mənşəli, 1300 ton tutumlu Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqonluq qatar Ermənistan-Gürcüstan sərhədindən keçərək Ermənistana çatıb: "Bəlkə də bu, təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra yox, həm də ümumiyyətlə müstəqillikdən sonra Ermənistan və Azərbaycan arasında ilk ticarət və iqtisadi sövdələşmədir”. Qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən ötən gün Bakıdan yola salınıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq. Ekspertlərin sözlərinə görə, bu, sülh gündəliyinin təkcə deklarativ xarakter daşımadığını, eyni zamanda, praktiki müstəvidə gerçəkləşdirildiyini əyani şəkildə göstərir. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi olmadan neft və yanacaq tədarükü ilə bağlı razılaşma ilk növbədə siyasi proseslərdən irəli gəlir. Ekspert vurğulayıb ki, Ermənistan Rusiyadan neft məhsullarının alışını azaldır: "Bununla da, Rusiyanın seçkilərdə təzyiqlərini neytrallaşdırmış olur. Ölkəyə alternativ neft tədarükü seçkilər ərəfəsində Nikol Paşinyanın əlini gücləndirir. Paşinyan bu qərar sayəsində Azərbaycanla sülhün təmin olunduğunu əyani şəkildə təqdim edəcək. Azərbaycanın Ermənistana neft məhsullarını göndərməsi Moskva və Tehranda "yanğına" səbəb olacaq. Ermənistana neft məhsullarının ixracının reallaşması İranın da mövqeyini zəiflətmək istiqamətində mühüm addımdır".

Analitikin sözlərinə görə, Azərbaycan Ermənistanı Rusiya və İranın buxovundan çıxarır: "İndi real və müstəqil Ermənistanın formalaşması məhz Azərbaycanın hesabına olacaq. Ermənilərin bunu qiymətləndirməməsi mümkün deyil. Nikol Paşinyan real və praktiki addımlar atır. Azərbaycan və Türkiyə Rusiyanın Ermənistanda təxribat törətməsinin qarşısını alır. Çünki Bakı çalışır ki, Paşinyan hakimiyyətdə qalsın. Türkiyə ilə Ermənistan arasında yaxın aylarda sərhədlərin açılması da gözlənilir".

Politoloq Turan Rzayev də "Şərq"ə bildirib ki, SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzə başlamasına cavab olaraq rəsmi Bakı benzin və digər neft məhsullarının, o cümlədən təbii qazın satışını tam dayandırmışdı. Ekspert qeyd edib ki, 1992-ci ildən etibarən tədarüklər faktiki olaraq dayandırılıb, 1993-cü ildə isə neft və qaz satışı tamamilə kəsilib: "O vaxtdan bu günə qədər Azərbaycan Ermənistana rəsmi şəkildə nə neft, nə də qaz satıb. Ermənistan isə uzun illər enerji tələbatını əsasən Rusiya və İranın hesabına ödəyib.

İndiki məqamda, xüsusilə də Bakı və İrəvan arasında sülh gündəliyinin formalaşdığı bir mərhələdə enerji məhsullarının ixracı prosesin gələcəyi və məntiqi yekunu baxımından müsbət məna daşıyır. Hər nə qədər Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterli olsa da, tərəflər arasında birbaşa iqtisadi münasibətlərin yaranması etimadın tədricən qurulmasına xidmət edəcək. Çünki enerji kimi strateji bir sahədə əməkdaşlıq, istər-istəməz siyasi dialoqun praktik nəticəyə çevrildiyini göstərir. Bu, sülh danışıqlarının yalnız kağız üzərində deyil, real iqtisadi davranışlarda da əks olunduğu mesajını verir. SOCAR-ın istehsal etdiyi Aİ-95 markalı benzin beynəlxalq bazar qiymətləri ilə satılır. Yəni ilkin mərhələdə güzəşt, humanitar jest və ya birtərəfli addım yoxdur. Azərbaycan öz məhsulunu bazar prinsiplərinə uyğun satır. Əslində, bu, ölkəmiz üçün yeni bazar deməkdir. Ermənistanın enerji baxımından məhdud imkanlara malik olması fonunda Azərbaycan üçün sözügedən satış həm iqtisadi gəlir, həm də regionda enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirmək imkanıdır".

Analitik bəyan edib ki, Ermənistan uzun illər enerji tələbatını əsasən Rusiya və İranın hesabına ödəyib: "İndiki mərhələdə Bakının satış şərtləri bu ölkələrdən ciddi şəkildə fərqlənməsə də, gələcəkdə vəziyyətin dəyişməsi istisna deyil. Xüsusilə Ermənistana gələcəkdə satışların daha güzəştli edilməsi həm Bakının Ermənistan bazarındakı yerini möhkəmləndirə, həm yeni layihələrin icrası üçün etimad yarada, həm də İrəvanın enerji alışında xərcləri azaltmaqla Zəngəzur dəhlizinin Ermənistan hissəsində işlərin daha sürətlənməsinə xidmət edə bilər. Bu ixrac asılılıq elementini artırır. Enerji təhlükəsizliyi müasir siyasətdə əsas rıçaqlardan biridir. Ermənistanın Azərbaycan istehsalı olan neft məhsullarına ehtiyac duyması gələcəkdə siyasi qərarlarında daha ölçülü davranmasına təsir göstərə bilər. Bu mənada proses birtərəfli risk yox, əksinə, Azərbaycanın əlində əlavə təsir mexanizmi yaradan bir faktordur. Satış Gürcüstan ərazisi vasitəsilə həyata keçirilir. Bakı, beləliklə, uzun müddətdir Tbilisinin narahatlıqlarına konstruktiv cavab verir. Yəni Gürcüstan heç bir halda Azərbaycanın enerji siyasətində kənarda qalmır, əksinə, əvvəlkindən daha önəmli missiyanı üzərinə götürür. Əlbəttə, bu hadisə tarixi olduğu qədər həssas bir məsələdir. Xüsusilə də cəmiyyətdə emosional narahatlıqlar yarada bilər. Müharibədən çıxmış bir ölkənin Ermənistana benzin satması bir qisim insanlar üçün psixoloji olaraq qəbuledilməz görünə bilər. Lakin dövlətlər emosiyalarla deyil, maraqlarla hərəkət edir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru