"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? .....                     Bir yandan danışıq... bir yandan HƏDƏ.. .....                     Türkiyədə ERMƏNİBAZLIQ... .....                     Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR .....                     Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                     Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır .....                     Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                 

İrəvanda Bakı yanacağı - Tiflisə xəbərdarlıq, Moskva və Tehrana isə...
Tarix: 20-12-2025, 09:17 | Çap et

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq dekabrın 18-də ölkəmizdən Ermənistana neft məhsullarının ixracına başlanıb. Ötən ay Qəbələdə Baş nazirin müavini Şahin Mustafayev və onun erməni həmkarı Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin yola salınıb.

Neft məhsullarımızın Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq. Baş nazir Nikol Paşinyan Bakıdan ilk benzin tədarükünü alqışlayıb. O həmçinin Gürcüstana xəbərdarlıq edib ki, normal tranzit tarifləri tətbiq edilməzsə, Bakı və İrəvan alternativ marşrutlar tapacaq. “Ümid edirəm ki, ya bu məsələlər həll olunacaq, ya da iqtisadi qurumlar alternativ idxal və ixrac marşrutları tapacaqlar”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, Gürcüstan tərəfi neft məhsullarının tranzitinə görə fantastik rüsum (hər ton üçün 92 dollar) tələb eləmişdi. Hərçənd dekabrın 8-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı açıqlamada bildirilirdi ki, baş nazir İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, yüklərin dəmiryolu ilə ilk dəfə tamamilə pulsuz daşınması həyata keçiriləcək. Bəs sonrakı yüklər hansı qiymətə daşınacaq?

Bütün hallarda son olaylar Bakı ilə İrəvanın sülh gündəliyinin deklarativ xarakter daşımadığını, eyni zamanda, praktiki müstəvidə gerçəkləşdirildiyini əyani şəkildə göstərir. O sırada Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addımdır. Bu həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.

Məlumdur ki, Ermənistan Rusiya və İrandan enerji məhsulları alan ölkədir. Elə isə neft məhsullarımızın İrəvana göndərilməsinə Moskva və Tehranın cavab reaksiyası necə ola bilər? Buna əngəl olmaq cəhdləri, yaxud hansısa təxribatlar mümkündürmü?

Professor Qabil Hüseynli Azərbaycan və Ermənistanın kənar təhlükələrə qarşı birgə hərəkət etməli olduğunu zəruri sayır. Rusiya və İranın həmişə sülhə qarşı çıxdığını deyən professorun fikrincə, səbəb regionda hakimi - mütləq olmaq ambisiyasından irəli gəlir. “Cənubi Qafqazda köklü dəyişikliklər bölgənin iki böyük dövlətinin tarixi planlarını pozub. İndi onlardan asılı olmayan hadisələr baş verir. Bu da Rusiya və İranı narahat edir. Onlardan biri də münaqişənin başa çatmasıdır. İkinci səbəb isə Türkiyənin regionda güclənməsidir. Türkiyə isə NATO-nun cənub cinahına nəzarət edən deməkdir. Xüsusən də Rusiya təkhakimliyi itirdiyi üçün qəzəblidir. Amma günahı özündə axtarması lazımdır”, - Qabil Hüseynli qeyd edib. Bunun səbəbinin ilk növbədə Ukraynaya hərbi təcavüz olduğunu bildirən politoloq, digər faktorun Kremlin Azərbaycana və Ermənistana münasibətində görür: “Əsasən də Ermənistana təbəəsi kimi baxması nəticə etibarı ilə Rusiyadan uzaqlaşmağa səbəb oldu. Rusiya həmişə keçmiş münaqişənin qalmasında maraqlı olub. Dünənə qədər də Qarabağın statusunu gələcək nəsillərə saxlamaq istəyirdilər. Pyotrdan qalan vəsiyyəti sona çatdıra bilmədilər. Sözümün canı budur ki, indi yaranan sülh çox kövrəkdir, yeni etimad mühiti yaranır. Ona görə də bunu pozmaq istəyənlərə Bakı və İrəvan birlikdə cavab verməli, həmişə həssas olmalıdırlar ki, istənilən kiçik təxribat cəhdi beşikdə boğulsun”.

Professor sonda əlavə edib ki, İran Rusiyanın müttəfiqi olaraq bu prosesi pozmaq istərdi, xüsusən də Zəngəzur dəhlizinə görə, amma buna müvəfəqq olmaq indi çətindir, təsir rıçaqları əldən çıxıb: “Amma neft məhsullarının getməsi iqtisadi yanaşma cəhətdən Moskva və Tehranı bir o qədər narahat etməyəcək. Azərbaycan Ermənistanın enerji təminatında böyük rol ala bilməz, amma onun şimal və cənub qonşularımızdan asılılığını qismən azalda bilər. İstənilən halda neft və qaz, eləcə də enerji bu ölkələrdən gəlir, bir də Metsamor AES rol oynayır. Bakı neftinin nəqli iqtisadi deyil, daha çox siyasi əhəmiyyət kəsb edir”.

Siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, bu, sülh prosesində xüsusi əhəmiyyət kəsb edir: “Birincisi, Azərbaycan və Ermənistan arasında neft məhsullarının ixracı ilə bağlı razılaşma sülh prosesinin praktiki müstəviyə daşınmasıdır. İkincisi, bu addım Azərbaycan və Ermənistan arasına etimad quruculuğuna mühüm töhfə verir. Sülhün davamlı və dayanıqlı olmasını şərtləndirən əsas amil iki xalq arasında etimad mühitinin yaradılmasıdır. 30 illik müharibə dövrü və düşmənçilik bu məsələdə ciddi çətinliklər yaradıb və belə görünür ki, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulması üçün kifayət etməyə bilər. Bu kontekstdə neft məhsullarının ixracı - Azərbaycan və Ermənistan arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması düşmənçiliyin arxa fona keçməsində əhəmiyyətli rol oynayacaq, çünki dövlətlər arasında iqtisadi əlaqələr həm də cəmiyyətlərin yaxınlaşması, qarşılıqlı ticarətin yaranması deməkdir. Üçüncüsü, burada Azərbaycan və Ermənistanın iqtisadi-ticarət əlaqələrinin hər iki ölkəyə və regiona verəcəyi siyasi-iqtisadi divident önəmlidir”.

Onun fikrincə, Azərbaycan Ermənistanın timsalında yeni bazar qazanır: “Nəzərə almaq lazımdır ki, neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq. Bu, Azərbaycan üçün iqtisadi gəlir gətirəcək. Eyni zamanda, ikitərəfli ticarət əlaqələrinin qurulması ilə siyasi yaxınlaşma güclənəcək ki, sülh prosesinin tamamlanması üçün bu, vacib elementdir. Azərbaycandan neft məhsullarını idxal etmək Ermənistana ilk növbədə enerji təhlükəsizliyini şaxələndirmək imkanı verir və məhdud mənbələrdən asılılığını azaldır. Və bu, həm də rəsmi İrəvanın daha müstəqil siyasət yürütmək perspektivlərini gücləndirir”.

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru