Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... .....                     Paşinyandan SON həmlə .....                     Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi .....                     "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." .....                     Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? .....                     Bir yandan danışıq... bir yandan HƏDƏ.. .....                     Türkiyədə ERMƏNİBAZLIQ... .....                     Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR .....                     Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                     Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır .....                     Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                 

Kremlin “İrəvan qapısı” bağlanmaq ərəfəsində - GƏLİŞMƏ
Tarix: 19-12-2025, 09:29 | Çap et

Rusiya baş nazirinin müavini Aleksey Overçukun qəfil Ermənistana getməsi xəbəri diqqət çəkir. Təsadüfi deyil ki, son iki həftədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə ardıcıl səfərlər edib.

Dekabrın 2-də Brüsseldə “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd imzalanıb. Növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəd Rusiyanın bu ölkədə təsirlərin azaldılması üçün maddi yardımları da nəzərdə tutur. Xüsusilə gələn il keçiriləcək kritik parlament seçkilərinə Rusiyanın müdaxilə edəcəyi bəyan edilib və Moskvaya qarşı planlar müəyyən edilib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib ki, Ermənistana sülh və möhkəmliyin yaradılması üçün 15 milyon avro ayrılacaq. “Rusiya və onun müvəkkilləri Ermənistanda seçkilər ərəfəsində informasiya kampaniyaları aparır. Xarici müdaxiləyə müqavimət göstərmək bütün cəmiyyətin iştirakını tələb edir. Fəal vətəndaş cəmiyyəti və müstəqil media çox vacibdir. Siz bu çətinliklərlə üzləşməkdə tək deyilsiniz; biz sizə fəal dəstək verməyə hazırıq”, - Kallas əlavə edib.

Daha mühümü - Kaya Kallas Ermənistanı Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına qoşulmağa çağırıb. “Dünya nizamı dəyişir və strateji mövqelərin AB-nin ortaq xarici siyasəti ilə uyğunlaşdırılması tərəfdaşlarımız, o cümlədən Ermənistan üçün çox vacibdir. Ermənistanın xarici siyasətinin AB qərarları ilə uyğunlaşma səviyyəsi hazırda 37%-dir. Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalar AB üçün sərtdir, lakin buna baxmayaraq, tərəfdaşlarımızdan da bunu istəyirik”, - deyə o bildirib.

Bu həftə isə yenidən Aİ-nin tədbirə dəvət olunan Mirzoyan Avropa Birliyi və quruma üzv dövlətlərin Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib. Mirzoyan Ermənistan-AB münasibətlərində son inkişaflara toxunaraq bildirib ki, təxminən 10 gün əvvəl Brüsseldə Ermənistan-AB tərəfdaşlığının yeni strateji gündəliyi qəbul olunub. Onun sözlərinə görə, bu sənəd ikitərəfli münasibətlərdə əldə edilmiş nailiyyətləri təsbit etməklə yanaşı, gələcəkdə əməkdaşlığın daha da dərinləşdiriləcəyi əsas istiqamətləri müəyyənləşdirir.

Aleksey Overçuk Ermənistanla iqtisadi əlaqələri kurasiya edən məmurdur. Məhz “Ermənistan Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməlidir” xəbərdarlığı da Overçuk edib. Onun sözlərinə görə, İrəvanın eyni zamanda hər iki inteqrasiya ittifaqında iştirakı mümkün deyil. “Biz dəfələrlə vurğulamışıq ki, Avropa İttifaqına üzvlük Avrasiya İqtisadi İttifaqı ilə uyğun gəlmir. Müəyyən bir mərhələdə Ermənistan xalqı seçim etməlidir. Amma bu seçim məhz Ermənistan xalqının seçimi olacaq”, - deyə o bildirib.

İrəvanın isə Aİ ilə yaxınlaşmaya dair imzaladığı sənədin ardınca Overçukun Ermənistana getməsi məhz bu dilemmanı yenidən xatırlatmaq məqsədi daşıya bilər. Yəni Ermənistan strateji seçimini etməlidir - ya Avropa İttifaqı, ya da Avrasiya...

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Ermənistandan Aİİ-yə ixrac 1 milyard 788 milyon ABŞ dolları təşkil edib. Bu da 2024-cü ilin müvafiq göstəricisindən 42 milyon ABŞ dolları və ya 2,4% çoxdur. Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi isə 12 milyarddır. Bu baxımdan, həmin dövriyyədən imtina etmək Ermənistan üçün asan deyil. Bu ölkənin hələ də Rusiyadan və Aİİ-dən iqtisadi asılılığı qalmaqdadır.

Bəs Paşinyan Ermənistanı seçim qarşısında hansı manevri edə bilər?

ReAl Partiyasının sədri, iqtisadçı Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, seçim o vaxt olar ki, Ermənistan Avropa Birliyinə üzvlüyün bir addımlığında olsun: “Düşünmürəm ki, Ermənistan bu inteqrasiyanın o dərəcədə yaxınlığındadır. Buna illər lazımdır və çox uzaq görünən prosesdir. Təkcə coğrafi mövqeyinə görə Ermənistanın Avropa Birliyinə üzvlüyü mümkün görünmür, çünki dənizə çıxışı belə yoxdur. Yəni siyasi tərəflərini bir kənara qoyuram”. Onun fikrincə, Ermənistan üçün bunun yolu Türkiyə və Gürcüstandan keçir: “Gərək bu ölkələrdən biri Avropa Birliyinə üzv olsun ki, dənizə çıxışı olan həmin dövlətlərin vasitəsi ilə inteqrasiya etsin. İndiki halda Ermənistanın Avropa Birliyi ilə sıx əlaqələri olacaq, böyük layihələr həyata keçiriləcək, Ermənistan mallarının daha rahat rejimlə Avropa bazarına çıxarılması, vizasız gediş-gəliş kimi üstünlüklər mümkündür. Amma Ermənistan Rusiya və MDB ölkələrindən o dərəcədə asılıdır ki, bunu tezliklə aradan qaldırmaq olmaz. Məsələ budur ki, bu rəqəmləri Avropa Birliyi Ermənistana verə bilməz. Ona görə də Ermənistan Avrasiya İttifaqında işini davam etdirəcək. Çünki kifayət qədər dividentlər var. Məsələn, Rusiyada erməni nömrəsi olan maşınlar çoxalıb. Bunun da səbəbi Avropa maşınlarının Ermənistana girib, sonra erməni nömrəsi ilə Rusiyada rahat gəzməyə imkanı olmasıdır. Həmçinin qızıl-brilyant bazarında ciddi gəlirlər götürülür. O baxımdan Ermənistan Avrasiya İqtisadi Birliyində fəaliyyətinə son qoymayacaq. Ola bilsin ki. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı addım atsın. Ermənistan xeyli zamandır ki, bu təşkilatda işini dayandırıb və narazılıq edir”.

Xatırladaq ki, Avrasiya İqtisadi Birliyi 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb. Müqavilənin sonuncu - 118-ci maddəsində deyilir ki, ittifaqdan çıxmaq üçün dövlət müraciət edə bilər və onun ittifaqdan çıxması müraciət etdiyi gündən başlayaraq 12 ay ərzində gerçəkləşir. Bu müddətdə həmin dövlət “Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə”dən irəli gələn bütün öhdəliklərini yerinə yetirib qurtarmalıdır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27
Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru