“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” .....                     2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? .....                     Təhsil eksperti ilə bağlı qərar verildi .....                     "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” .....                     Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı .....                     İkiüzlü siyasət və... .....                     Normadan artıq yağış... .....                     Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... .....                     Paşinyandan SON həmlə .....                     Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi .....                     "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." .....                     Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? .....                     Bir yandan danışıq... bir yandan HƏDƏ.. .....                     Türkiyədə ERMƏNİBAZLIQ... .....                     Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR .....                     Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                     Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır .....                     Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                 

İran və Rusiya Güney Qafqazda SÜLHƏ QARŞI... - NƏ ETMƏLİ?
Tarix: 18-12-2025, 08:29 | Çap et

Artıq tarixin arxivinə verilmiş Minsk Qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano “Azad Avropa/Azadlıq” radiosunun gürcü xidmətinə müsahibə verib. Vaxtilə Dağlıq Qarabağ ixtilafı ilə bağlı “ərazi mübadiləsi” planı üzrə danışıqlarda, həmçinin Azərbaycan və Ermənistan prezidentləri arasında Ki-Uestdəki müzakirələrdə iştirak etmiş diplomat müsahibədə Azərbaycan və Ermənistan arasında sülh prosesi, ABŞ-nin Cənubi Qafqazdakı rolu ilə bağlı da fikirlərini bölüşüb.

Kavano hazırkı vəziyyəti “ümid əlaməti” adlandırıb, lakin Ermənistan Konstitusiyasına düzəlişlər edilmədən sülh müqaviləsinin mümkün olmadığını vurğulayıb. Eyni zamanda xəbərdarlıq edib ki, Rusiya və İran kimi xarici aktorlar əldə edilən irəliləyişi bloklamağa və ya pozmağa cəhd edə bilər (Haqqin.az).

Onun sözlərinə görə, ABŞ-nin regiondakı təsiri müxtəlif dövrlərdə artıb və azalıb: “Ancaq Vaşinqton hazırda Qafqaz gündəliyində fəal şəkildə iştirak edir, innovativ, "kreativ" həll yolları axtarır".

Kavano hesab edir ki, avqustun 8-də Vaşinqtonda əldə edilən Ermənistan-Azərbaycan razılaşmaları ABŞ-nin bu prosesdə daha mühüm rol oynaması üçün fürsət yaradır. Eyni zamanda o, Ermənistan cəmiyyətinin konstitusiya referendumunda necə səs verəcəyini proqnozlaşdırmağın çox çətin olduğunu bildirir və növbəti seçkilərdə sülh gündəliyinin Paşinyana uğur qazandıracağına şübhə edir.

“Təəssüf ki, aqressiv ritorika və qarşıdurma vədləri seçkilərdə sülhə yönəlmiş səylərdən daha çox rezonans doğurur. Ümid edirəm ki, Vaşinqtonda atılan addımlar hər iki tərəfə bu münaqişəyə nöqtə qoymaq ehtiyacını nümayiş etdirməyə kömək edəcək” , - deyə amerikalı diplomat qeyd edib.

Kavano habelə Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı əldə edilən razılaşmaların perspektivlərinə də şübhə ilə yanaşdığını söyləyib. O, ABŞ-nin bu nəqliyyat marşrutunun təhlükəsizliyini təmin etmək üçün ərazidə qüvvə yerləşdirmək öhdəliyi götürmədiyini, yəni Rusiya və ya İranın hərbi əməliyyatlarının istisna edilə bilməyəcəyini söyləyib.

Amerikalı sabiq həmsədr öz pessimist gözləntilərində nə dərəcədə haqlıdır? Şimal və cənub qonşularımız gerçəkdənmi sülh müqaviləsini və Zəngəzur dəhlizini əngəlləyə bilər və niyə? Belə perspektivdən necə yayınmalı?

Deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, bölgəyə sülh gəlib və silahlar susub. Bunun dayanıqlı olmasını arzulayan millət vəkili qeyd etdi ki, Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülh yolunda irəliləyib, buna mane olan istənilən qüvvə düşmən olaraq qiymətləndirilməlidir: “Əgər regionda sülhü istəməyən hansısa güc varsa, deməli, müharibə tərəfdarıdır. Bunlar Ermənistanın içindəki revanşistlər, kilsədəki qüvvələr və Kremldən himayə olunan keçmiş "Qarabağ klanı"na aid elektoratdır. Həmçinin Ermənistanda İrandan qidalanan bəzi destruktiv qruplar da sülh əleyhinə təbliğat aparırlar. Deməli, Moskva və Tehranda olan dairələr koordinasiyalı hərəkət edirlər. Bu baxımdan, Azərbaycan və Ermənistan rəhbərliyi bu təxribat cəhdlərinə, sülhə qarşı təbliğata cavab olaraq normallaşma prosesini sürətləndirməlidir. Xüsusən də Paşinyan administrasiyası tələsməlidir. İlk növbədə ərazi iddiaları konstitusiyadan çıxarılmalıdır. Bunu nə qədər tez reallaşdırsalar, yekun sülh sazişi bir o qədər erkən imzalanar. Çünki Ermənistanda seçkilər yaxınlaşır və özəlliklə Rusiya vəziyyəti gərginləşdirməyə çalışacaq".

Deputat vurğuladı ki, amerikalı siyasətçinin proqnozlarına baxmayaraq, Bakı və İrəvan sülh yolunda böyük məsafə qət edib, etimad mühiti möhkəmlənir, qarşılıqlı səfərlər, təmaslar var: “Rusiya və İranla yanaşı, Avropa İttifaqının da sülh prosesinə xələl gətirdiyini qeyd etmək lazımdır. Avropa İttifaqının Ermənistanla imzalanan sənədində sülh əleyhinə ifadələr yer alır. Bu mənada, biz sülhə mane olan bütün elementləri və təzyiq vasitələrini dəf etməli, tezliklə regiona dayanıqlı sülhün gəlməsinə nail olmalıyıq. Eləcə də Zəngəzur dəhlizinə nəzarət üçün Rusiya dəridən-qabıqdan çıxır, amma hər hansı müqavimət göstərə bilmir”.

Professor Elxan Mirzəyev Rusiya və İranın “mismarı eyni yerə vurduğunu” bildirdi. Onun ehtimalına görə, müttəfiq ölkələr regiona nəzarəti itirmək istəmir və bu niyyətlə sülhə əngəl olmağa çalışırlar: “Hazırda bölgədə proseslər elə cərəyan edir ki, müdaxilə imkanı qalmayıb. Azərbaycan və Ermənistan etimad mühitini gücləndirir ki, üçüncü tərəfin təsiri olmasın. Artıq bu yola çıxmışıq və sülh quruculuğuna əngəl olmaq mümkün görünmür. Əgər Rusiya və ya İran qarışmaq istəsə, dərhal etirazla qarşılanacaq. Ona görə aşkar və kobud müdaxilə edə bilmirlər”.

Onun sözlərinə görə, Rusiya 10 noyabr sənədinə qayıtmağı xəyal edir, İran isə Zəngəzur dəhlizinin açılmasının əleyhinədir: “Lakin hər iki tərəfin pozuculuq xarakteri daşıyan səyləri iflasa uğrayıb. Buna da səbəb bölgədə yeni formalaşan nizamdır. Azərbaycan hərb meydanında qələbədən sonra diplomatik cəbhədə də uğur qazanmaqdadır. Əvvəlcə vasitəçilərdən imtina olundu, ikitərəfli danışıqlarla sülh mətni hazırlandı, ardınca Vaşinqtonda paraflandı. Bu gün də delimitasiya işi gedir, yekun sülh sənədi üçün iş aparılır. Dəhliz də Trampın adını daşıyacaq deyə Rusiyanın nəzarət fürsəti əlindən çıxıb. Yəni Tehran və Moskva ciddi strateji itkilərlə üzləşib. Bu, Ukrayna, Suriya və Cənubi Qafqazda nəticələrini göstərməkdədir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11
Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
"44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50
Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47
İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35
Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31
Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27
Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru