“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                     Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? .....                     Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                     Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan .....                     “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” .....                     “Azure Residence”də BÖYÜK QALMAQAL... .....                     Şöbədə mühəndis var, seçim başqa yerdən edilir .....                     Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum .....                     Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır .....                     Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib .....                     Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                 

Mehdiyevi saymayan iki nazirin aqibəti - türmə və sürgün
Tarix: 14-12-2025, 11:14 | Çap et

Keçmiş maliyyə naziri (1999-2006) Əvəz Ələkbərovun Modern.az saytına verdiyi, sonradan bir çox saytlarda təkrar dərc olunan müsahibəsində maraqlı məqamlar var.

Əvvəla, onu qeyd edək ki, bu şəxsin adı odioz, oliqarx nazirlərdən biri kimi çıxmayıb. Hər halda bir çox həmkarlarından fərqli olaraq barəsində təsdiqlənmiş və ya təsdiqlənməmiş ifşaedici materiallar, söz-söhbətlər yoxdur. Özlüyündə bu xırda məsələ deyil.

İkincisi, Əvəz Ələkbərov ondan Ramiz Mehdiyevlə bağlı soruşan jurnalistin sualına cavab olaraq kəmfürsətlik etmir, artıq “cümlə xəyanətlərə bais” obrazı qazanmış akademikə zərbə endirmir, özünün vəzifədən uzaqlaşdırılmasının baiskarının Eldar Mahmudov olduğunu deyir. Halbuki o da vaxtilə R.Mehdiyev tərəfindən xor görüldüyünü deyə bilərdi.

Üçüncü maraqlı məqam Ə.Ələkbərovun E.Mahmudov barədə dedikləridir. Ləğv edilmiş MTN-nin vəzifəsindən gecəylə götürülmüş rəhbəri vəzifəyə dünən təyin olunsa da, 6 ildən bəri dövlətin maliyyə siyasətini yürüdən veteran naziri təqib və təhdid edirmiş.

Bu, onu göstərir ki, keçmişdə DİN-də sosialist əmlakını dağıdanlarla mübarizə aparan, el arasında “Oboxeyis” (ruscada – OBXSS, ana dilimizdə SƏDM idarəsi) adlanan qurumda çalışmış Mahmudov yeni vəzifəsində köhnə meyarları tətbiq edir, dövlətin mühüm strukturunu bir zamanlar Lavrenti Beriyanın tətbiq etdiyi metodla işlədirmiş. Bu, ölkədə bütün vəzifələrin fövqündə durmaq, hər kəsə nəzarət etmək və onları sözsüz itaətdə saxlamaq metodudur. Sadəcə, Mahmudov bunu dövlətin sütunlarını, möhkəmliyimi qorumaq üçün etməyib, öz şəxsi hakimiyyətimi və digər ambisiyalarını təmin etmək məqsədilə edib.

Ə.Ələkbərovun müsahibəsindəki ən maraqlı məqam isə iki nazirin R.Mehdiyevdən çəkinmədiyini, necə deyərlər, onu saymadığını, əksinə, R.Mehdiyevin onlardan çəkindiyini deməsidir. Sabiq maliyyə naziri həmin şəxslərin adını da çəkir – keçmiş (1993-2005) səhiyyə naziri Əli İnsanov və sabiq (1996-2006) əmək və sosial təminat naziri Əli Nağıyev.

Əvəz müəllimin sözlərinə şübhə etmək üçün əsas yoxdur. O illərdə fəaliyyət göstərən siyasətçilər və jurnalistlər də təsdiq edərlər ki, bu iki şəxs doğrudan da ötkəm idilər.

Bu imtiyaz onların keçmiş xidmətlərinə görəydi. Hər ikisi mərhum Heydər Əliyevin hakimiyyətə gəlməsində və postunda möhkəmlənməsində xüsusi rol oynamışdılar. Onların gələcək karyeraları ilə bağlı ambisiyaları da vardı – parlamentin sədri və ya baş nazir olmaq istəyir, Əliyevdən sonra dövlət başçısı olmaq niyyəti daşıyırdılar, hətta öz aralarında çəkişirdilər. Onlar üçün R.Mehdiyev, təbii ki, sözəbaxan icraçıdan başqa bir şey deyildi. Bəlkə də onlar düşübürdülər ki, özləri hakimiyyətə gəlsələr, R.Mehdiyevi dəftərxana işlərini, kadr kastinqini yaxşı bildiyi üçün vəzifəsində saxlasınlar.

Əli İnsanov və Əli Nağıyevin hakimiyyətin, eləcə də hakim Yeni Azərbaycan Partiyasının favoritlərindən biri olduğu dövrdə R.Mehdiyev sönük obraza malik idi. Heç kəs onu həmin vaxt tutduğu vəzifədən daha böyük vəzifəyə layiq görmürdü.

Əslində R.Mehdiyevin nüfuz dairəsi 2003-cü ildən sonra yavaş-yavaş genişlənməyə başladı. O zamandan sonra “köhnə qvardiya”nın üzvləri bir-biri vəzifələrindən götürüldükcə, R.Mehdiyevlə hesablaşanlar, ona biət edənlər artmağa başladı.

Bu baxımdan Əvəz Ələkbərov düz deyir, adları çəkilən nazirlər R.Mehdiyevi özlərinə rəhbər saymırdılar.

Bəs bu işin axırı nə oldu? Bu saymazlığın, qorxmazlığın axırı o oldu ki, R.Mehdiyev ikisinin də “torba”sini tikdi, Əli İnsanov 2005-ci ildən başlayaraq, ömrünün ən yaxşı illərini 13,5 il boyunca həbsxanada keçirdi. Əli Nağıyev isə 2006-cı ildə Azərbaycanın Belarusda səfiri təyin edilərək, fəxri sürgünə göndərildi.

Hazırda onların hər ikisi aktiv siyasətdən uzaqlaşmış, bir növ guşənişin həyat keçirirlər. R.Mhediyev isə bu gün 2 aydır ki, ölkə gündəminin baş personajıdır.

Onun “hansısa zavodun kadrlar şöbəsinin rəisi” vəzifəsindən artıq vəzifəyə yaramadığını deyənlər də yanılır. Fakt budur ki, bu şəxs 20 il ölkədə yüzlərlə kadrın yerbəyer edilməsi ilə məşğul olub və onları itaətdə saxlamağı bacarıb.

Bəstə boyuna baxmayın, R.Mehdiyev balaca adam deyildi.

Xalid Kazımlı - musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Dünən, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Dünən, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Dünən, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Dünən, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Dünən, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Dünən, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Dünən, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Dünən, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Dünən, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Dünən, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Dünən, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Dünən, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Dünən, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Dünən, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Dünən, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru