Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                     “Qarabağ”a Elvinə görə təklif gəldi .....                     Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: .....                     Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ .....                 

İrəvan İsrailə yaxınlaşır: Azərbaycan və İran faktoru necə dəyişir? - AKTUAL
Tarix: 3-12-2025, 06:31 | Çap et

“Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan regional təşəbbüsləri inkişaf etdirmək üçün İsrailə səfər edib. Lakin danışıqlara baxmayaraq, iki ölkə arasındakı münasibətlərə təsir edən fikir ayrılıqları qalmaqda davam edir”. Bu barədə “Israel National News” yazır.

Kostanyan iki ölkə arasında münasibətlərdə yeni səhifəsinin açılmasının mümkünlüyünü araşdırmağa yönəlmiş bir sıra görüşlər keçirmək üçün İsrailə gedib. Əsas təşəbbüslərdən biri Mərkəzi Asiya ölkələrini Azərbaycan və Ermənistan vasitəsilə Avropa ilə birləşdirməyi nəzərdə tutan TRIPP layihəsidir.

Diplomatik mənbə İsraillə Ermənistan arasında münasibətləri yaxşılaşdırmaq cəhdləri ilə bağlı gərginliyə diqqət çəkib: “Keçən il prezident Tramp bu layihəyə diplomatik dəstək verib və İsrail bunu regional əməkdaşlığı araşdırmaq, həmçinin İranla strateji əlaqələri olan Ermənistana tədricən yaxınlaşmaq imkanı kimi qiymətləndirir”.

Amma mənbənin sözlərinə görə, “birgə layihələri təşviq etmək istəyinə baxmayaraq, tərəflər arasında bir neçə əsas məsələ hələ də həll olunmamış qalır”.

Son illərdə İrəvanda Yəhudi Mərkəzi və sinaqoqa qarşı vandalizm aktları (yandırma cəhdləri və təhqiredici rəsmlər çəkilməsi) barədə məlumatların artdığı müşahidə olunur”, – o bildirib.

Ermənistandakı yəhudi icması mənbələrinin məlumatına görə, vandalizm aktlarının bəzi iştirakçıları öz hərəkətlərini İsrailin Azərbaycana silah satışına etiraz kimi izah ediblər. Bununla belə, yerli icma nümayəndələri vurğulayırlar ki, Ermənistanda yəhudilərin dini inanclarına müdaxilə yoxdur və hakimiyyət onlara qarşı düşmənçilik siyasəti yürütmür.

Mənbənin bildirdiyinə görə, digər həssas məsələ Qüdsdəki erməni məhəlləsində mülkiyyətlə bağlı mübahisədir: “Bir neçə il əvvəl Erməni Patriarxlığı İsrail sahibkarı ilə otel tikintisi üçün icarə müqaviləsi imzalamışdı, lakin ötən ilin sentyabrında müqavilənin tam ləğv olunduğunu elan etdi”.

Münaqişə etirazlar, sosial şəbəkələrdə kəskin çıxışlar və dünyanın müxtəlif ölkələrindəki erməni qrupları ilə bağlı təşkilatların fəallığı ilə müşayiət olunan açıq qarşıdurmaya çevrilib. Ermənilər bəzi hallarda mülkiyyət mübahisəsini təsvir etmək üçün “etnik təmizləmə” kimi ifadələrdən istifadə ediblər. İsrail isə bu iddiaları tamamilə rədd edib və problemi hökumətin iştirakı olmadan kilsə ilə özəl şirkət arasında mülki çəkişmə kimi qiymətləndirib. Lakin ictimai diqqət bu məsələni iki ölkə arasındakı münasibətlərdə həssas mövzuya çevirib.

Regional səviyyədə Ermənistanın İranla əlaqələri İrəvanla Yerusəlim arasındakı münasibətlərin əsas amili olaraq qalır.

Coğrafi təcrid səbəbindən Ermənistan enerji, logistika və ticarət sahələrində Tehranla müntəzəm əməkdaşlıq edir. “Qaza müqabilində elektrik” sazişi uzun illərdir qüvvədədir və 2030-cu ilə qədər uzadılıb. İllik ikitərəfli ticarət dövriyyəsi təxminən 700 milyon dollara çatıb və Ermənistan onu 3 milyard dollara qədər artırmağa çalışır”, – mənbə izah edib.

Qərb mənbələri, o cümlədən ABŞ Maliyyə Nazirliyinin OFAC idarəsinin hesabatları bildirir ki, İran sanksiyalardan yan keçmək üçün Ermənistan ərazisindən tranzit dəhlizi kimi istifadə edir. Ermənistan hökuməti isə iki ölkə arasında silah tədarükünə dair iddiaları təkzib edir. Tehranla münasibətlərin həssaslığı İsrail–Ermənistan münasibətlərində mühüm faktor olaraq qalır.

Bu arada uzun illər boyu ABŞ xarici siyasətinə təsir göstərən erməni lobbisi bu yaxınlarda İsrail və Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlığını tənqid edib. İsrail və Azərbaycanda bu addımlar iki ölkə arasındakı strateji münasibətləri zəiflətmək cəhdi kimi qiymətləndirilir.

Əslində, İsrail daha geniş iqtisadi və regional layihələri inkişaf imkanlarını araşdırmaqda maraqlıdır. Lakin anlayır ki, hər hansı irəliləyiş üçün bir sıra həssas məsələlərin həll edilməsi vacibdir:
— Ermənistandakı yəhudi icmasının təhlükəsizliyi,
— Qüdsdəki Erməni məhəlləsi ilə bağlı mübahisə,
— Ermənistanın İranla münasibətləri,
— Ermənistanın beynəlxalq arenada İsrailə dair mövqeyi.

Əgər tərəflər gərginliyi azalda və davamlı dialoq üçün baza yarada bilsələr, səfər münasibətlərdə dəyişikliklərin başlanğıcı ola bilər. Əks halda, o, illərdir yığılıb qalmış dərin fikir ayrılıqlarını aradan qaldıra bilməyən əhəmiyyətli, lakin nəticəsiz addım olaraq qala bilər”, – mənbə bildirib.

Maraqlıdır: Ermənistandakı hazırkı hökumətin dövründə İsrail–Ermənistan münasibətlərinin yaxşılaşdırılması mümkündürmü? Paşinyan hökuməti ABŞ-la yaxınlaşmağa meyllidir, ABŞ isə İsrailin ən yaxın tərəfdaşıdır. Gələcəkdə bu əməkdaşlıq İsrailə və Ermənistana hansı dividentlər gətirə bilər?

Müstəqil analitik Rəşad Rzaquliyev Pressklub.az-a açıqlamasında bildirib ki, böyük ehtimalla, Ermənistan XİN-in yüksək rütbəli nümayəndəsinin İsrailə səfəri informasiya-kəşfiyyat xarakteri daşıyır.

Ümumən görmək olur ki, erməni diplomatiyası Azərbaycan və Türkiyənin Yaxın Şərq və Mərkəzi Asiyadakı müttəfiqləri olan ölkələrlə münasibətlərdə yeni mərhələyə qədəm qoyur. Bu ilin avqustunda Vaşinqtonda Azərbaycanla imzalanmış sülh memorandumu Ermənistan üçün dünənə qədər erməni cəmiyyətinin düşmən prizmasından baxdığı tərəflərlə səmərəli əməkdaşlıq yolu açır.

İsrail və Ermənistanın mürəkkəb münasibətlər tarixi var. Bu qaranlıq məsələlərin dərinliyinə varmayaq. Lakin biz bilirik ki, ABŞ, eləcə də təkcə ABŞ-da deyil, yəhudi və erməni diaspor-lobbi strukturları arasında onilliklərdir davam edən gizli, lakin kifayət qədər kəskin rəqabət və qarşıdurma mövcuddur. Yəhudi və erməni icmaları arasında etno-konfessional mübahisələr və ziddiyyətlər də məlumdur. Eyni zamanda bu ölkələr arasında geosiyasi və geo-iqtisadi ziddiyyətlərin olduğu da hamıya bəllidir”, – analitik bildirib.

Onun sözlərinə görə, Vaan Kostanyanın İsrailə nə ilə gəldiyi, əslində, aydındır.

Rəsmi İrəvan faktiki olaraq dünyadakı erməni diasporu, habelə klerikal Eçmiədzinlə soyuq müharibə vəziyyətindədir. Bu isə hazırkı Ermənistan hakimiyyətinin yuxarıda qeyd olunan strukturların maraqlarının lobbiçiliyindən və onların mübahisələrində iştirakdan müəyyən dərəcədə ayrıldığını göstərir. Digər tərəfdən, Ermənistanın Yaxın Şərqin İsrail kimi aktiv geopolitik mərkəzlərindən biri ilə ticarət-iqtisadi, investisiya və hərbi-siyasi əlaqələri gücləndirməkdə maraqlı olduğu açıq görünür.

İsrail isə böyük ehtimalla, Ermənistanla əməkdaşlıqda onun başlıca “dostu” – İran İslam Respublikası ilə coğrafi yaxınlığını nəzərə alacaq. Buradan isə müxtəlif ticarət, siyasi, kəşfiyyat və digər mümkün ssenarilər və nəticələr ortaya çıxa bilər.

Ermənistan xarici işlər nazirinin müavininin İsrailə səfəri məhz bu tip danışıqların başlanğıcını rəsmiləşdirir”, – Rzaquliyev hesab edir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru