“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                 

SENSASİYA! Putin Ermənistanı SİLAHLANMAĞA çağırdı - GƏLİŞMƏ
Tarix: 29-11-2025, 09:45 | Çap et

Rusiya Prezidenti Vladimir Putin KTMT ölkələrinə silahlı qüvvələrinin Rusiya silahları ilə silahlanmasını təklif edib. O bu barədə təşkilatın Bişkekdə keçirilən iclasında bildirib.
“Kollektiv qüvvələrin hərbi əməliyyatlarda effektivliyini sübut edən müasir Rusiya silahları və texnikası ilə təchiz etmək üçün genişmiqyaslı proqrama başlamağı təklif edirik”, - Rusiya lideri bildirib.

Onun sözlərinə görə, Rusiya KTMT-nin hərbi potensialının gücləndirilməsi ilə bağlı bütün məsələlərdə müttəfiqləri ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır: “Hazırda prioritet inkişaf istiqamətləri milli kontingentlərin döyüş hazırlığının yüksəldilməsi, kollektiv qüvvələrin komandanlığı və nəzarətinin təkmilləşdirilməsidir”.

KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Ermənistan Bişkek toplantısına qatılmayıb.

İrəvan Rusiyadan son illər silah alışını azaldıb. İndi Fransa, Yunanıstan, Cənubi Kipr və Hindistan kimi ölkələr onu silahlandırır. 44 günlük müharibədən sonra Ermənistan hökumətinin nümayəndələri, o cümlədən baş nazir Nikol Paşinyan mütəmadi olaraq Rusiyanın silah tədarük etməməsindən narazılıqlarını ifadə ediblər. Hətta Paşinyan rus silahlarının 44 günlük müharibədə yararsız olduğunu iddia edib.

Ümumiyyətlə, Putin niyə bu ölkələri rus silahı ilə təchiz olunmağa çağırır, axı özündən başqa heç biri müharibə şəraitində deyil? Üstəlik, Ukrayna ordusu rus silahlarının reputasiyasına zərər vurub. Maraqlıdır, Kreml liderinin bu çağırışına KTMT-yə üzv ölkələr necə reaksiya verəcək? Konkret olaraq Ermənistan rus silahları alacaqmı?

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Vladimir Putinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrə silah və hərbi texnika təklif etməsi bir neçə məqamla bağlı ola bilər: “Bu məqamlar arasında diqqətçəkən odur ki, Putin göstərmək istəyir: Rusiyanın Ukraynada müharibəyə başının qarışmasına baxmayaraq, o, öz döyüş qabiliyyətini, hərbi gücünü və yüksək keyfiyyətli hərbi texnika istehsalı ilə ixrac imkanlarını qoruyub saxlayır və bunları müttəfiqlərinə təqdim edə bilir.

Bununla o, həm də hərbi texnikanın satış bazarlarını genişləndirməyə, yeni bazarlar əldə etməyə, həmçinin köhnə bazarlardakı mövqelərini gücləndirməyə çalışır. Eyni zamanda Putin bu addımı ilə blok daxilində münasibətləri sıxlaşdırmaq, KTMT-ni birləşdirmək və onun hərbi gücünü artırmaq niyyətini də nümayiş etdirir. Bundan başqa, bu davranış Moskvanın blok üzvləri arasında öz təsirini və hegemonluğunu yenidən göstərmək və qorumaq cəhdi kimi də qiymətləndirilə bilər.

Rusiya, qeyd etdiyim kimi, öz silah sənayesinin işlədiyini, effektivliyini qoruduğunu və müttəfiqlərini unutmadığını göstərməyə çalışır. Bu mesaj həm daxili auditoriyaya, həm də xarici - geosiyasi auditoriyaya ünvanlanıb".

M.Göyüşlünün sözlərinə görə, KTMT daxilində müttəfiqlərin bu təklifə nə dərəcədə maraq göstərəcəyi isə açıq sual olaraq qalır: “Bu ölkələr hazırda müharibə vəziyyətində deyillər və silah almaq əlavə xərcdir. Bu xərclərin nə dərəcədə ehtiyac olduğu da mübahisəlidir. Düzdür, Rusiyanın təzyiqləri fonunda müəyyən addımlar ata bilərlər, lakin yüksək həvəsli olacaqları inandırıcı görünmür.

Həm də rus silahlarının Ukrayna müharibəsində gözlənilən qədər uğurlu nəticə göstərməməsi onların reputasiyasını zəiflədib. Bu da müttəfiqlərin tərəddüd etməsinə səbəb ola bilər".

Siyasi şərhçi qeyd edib ki, 2020-ci ildən sonra İrəvanın Rusiyaya olan etimadı xeyli azalıb: “Ermənistan rəsmiləri silah tədarükündə gecikmələr olduğunu və Rusiyanın öz öhdəliklərini yerinə yetirmədiyini dəfələrlə vurğulayıblar. Buna görə də Ermənistanın yenidən Rusiyadan silah alması real görünmür. Ermənistan artıq Hindistan, Fransa, Yunanıstan kimi yeni tərəfdaşlara üstünlük verir.

Digər KTMT ölkələri - Qazaxıstan, Qırğızıstan və Tacikistan isə müəyyən maraq göstərə bilərlər. Lakin bu maraq daha çox Rusiyanın təsirindən ehtiyatlanmaları ilə bağlı ola bilər.

Putinin bu çağırışı Rusiyanın həm dünyada, həm də KTMT daxilində nüfuzunu qorumaq, müttəfiqlərini Rusiya orbitində saxlamaq strategiyasının bir hissəsidir".

Hərbi ekspert Səxavət Məmməd KTMT ölkələrindən Ermənistanın Rusiyadan silah almasında bir qədər müəmmalar görür: “Putin KTMT üzvlərinin Rusiya silahları və texnikası ilə təchiz etmək üçün genişmiqyaslı proqrama başlamağı təklif edib. Onsuzda KTMT özlərindən Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus Rusiya silahının daimi alıcılarıdır. Ermənistan da silahlanmasını həmişə Rusiya vasitəsi ilə həyata keçirirdi. Ancaq son illərdə, daha dəqiq desək, Paşinyanın hakimiyyətə gəlişi və 44 günlük müharibədən sonra Ermənistan Rusiyadan yox, Fransa, daha çox isə Hindistandan silah almağa başladı. Əslində Ermənistanın silah alışı üçün başqa ölkələrə üz tutmasının səbəblərindən biri də Rusiyanın Ukrayna müharibəsinə başlaması və silahları, döyüş sursatlarını satmamaq qərarı alması oldu. Rusiya hətta müqavilə öhtəliklərini belə yerinə yetirmirdi. Düzdür, bunun arxasında daha çox siyasi amillər də var idi.

Hazırkı dünyada silah alışı bir qədər xərac kimidir. Yəni böyük dövlətlər ehtiyac oldu-olmadı ölkələri məcbur edir ki, ondan silah alsınlar. Biz bunu ABŞ-nin timsalında görürük. Hər il dünyada ən çox silah alan ölkələr ərəb ölkələri olur. Misal üçün Səudiyyə Ərəbistanı illərdir ki, ən çox və ən müasir silah alan ölkədir. Ancaq Husilərlə bacarmır. Çin də bu cür davranır. Rusiyanın da bu cür davranacağında qeyri-adi bir şey görmürəm. Əvvəllər nikah diplomatiyası idisə, indi də strateji ortaqlıqlar silah diplomatiyası ilə həyata keçirilir.

Siyasi baxımdan Ermənistanın Rusiyadan silah alacağı bir qədər müəmmalıdır. Buna səbəb kimi Ermənistanın baş naziri Nikol Paşinyanın açıq şəkildə Rusiya ilə strateji münasibətləri zəiflətməsini göstərə bilərik. Ermənistan artıq Qərbə meyllənir və Rusiyanı “təhlükəsizlik zəmanətini yerinə yetirməməkdə” ittiham edir. Bu fonda Rusiya ilə yeni silah müqavilələri imzalaması çətin görünür. Məsələ ondadır ki, Ermənistan hələ də KTMT üzvüdür. Ona görə də, Ermənistanın Rusiyadan tam şəkildə qopduğunu da deyə bilmərik. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistana təsir imkanları hələ də qalır. Ona görə də, Rusiya Ermənistana təzyiq edərək silahlar sata bilər".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Bu gün, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Bu gün, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Bu gün, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Bu gün, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Bu gün, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru