“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                 

Paşinyanın seçki rəqibindən şok hədə - Bakının B planı
Tarix: 29-11-2025, 09:32 | Çap et

Ermənistanın keçmiş ombudsmanı, az öncə “Birliyin qanadları” adlı siyasi hərəkat yaradan Arman Tatoyan Azərbaycanla bağlı avantürist açıqlama verib. Qarşıdakı parlament seçkilərində qələbə iddiasında olan Tatoyan deyib ki, “Bakı ilə sülh sənədi imzalamağa hazırdır, amma yalnız İlham Əliyevdən sonra”.

Bunu o, İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

“Gəlin baxaq görək, bu müqavilə bizə nə verir? ABŞ prezidenti ilə görüşdən dərhal sonra Əliyev ”Ermənistan konstitusiyanı dəyişdirməlidir" deyə bəyan edib. Halbuki sazişdə “tərəflər bir-birinin işlərinə qarışmamalıdırlar” qeydi var. Mən Azərbaycanın tələbi ilə konstitusiyanı dəyişdirməyəcəyəm", - deyən Tatoyan Bakının guya paraflanmış sənədə əməl etmədiyini iddia edərək sarsaqlayıb.

Onun sözlərinə görə, “Tramp yolu” layihəsi sənədin özündən daha çox sülh müqaviləsidir. “Biz ABŞ kimi güclü bir dövlətin iştirakından öz xeyrimizə istifadə etməliyik. Amma Bakının tələblərinə cavab olaraq, Paşinyan ABŞ vasitəçiliyini tamamilə dağıdır. Amerikalı həmkarlarımız bilməlidirlər ki, Paşinyan onların vasitəçilik səylərini puça çıxarır”, - deyə ölkəmizə vaxtaşırı şər-böhtan atması ilə tanınan keçmiş omdusman əlavə edib.

Belə bir sərsəm açıqlama əslində elə o anlama gəlir ki, Tatoyan ya vəlvələdən, ya zəlzələdən baş nazir olarsa, sülh müqaviləsi imzalanmayacaq. Yaxud qeyri-müəyyən müddətə təxirə salınacaq. Deməli, Azərbaycanla yeni konfrontasiya riski qalacaq və artacaq. Çünki Rusiya da bunda maraqlı olacaq.

Təəssüf ki, qonşu ölkədə Tatoyan düşüncəsində olanlar az deyil. Hərçənd bu zat özünün və yaratdığı siyasi hərəkatın həm hakimiyyətə, həm də ənənəvi müxalifətə qarşı olduğunu bəyan edib. Həmçinin deyib ki, Paşinyanla keçmiş prezidentlər arasındakı qarşıdurmaya əsaslanan hazırkı siyasi sistemi dağıtmaq lazımdır. Bunun üçün o, eks-prezidentləri “hökumətin alətinə çevrilməmək üçün seçkilərdə iştirakdan çəkinməyə” çağırıb. O, habelə 5 ilə “düşmənlə” (Azərbaycanı nəzərdə tutur - red.) tarazlığa nail olacağına söz verib. “Yalnız güclü ölkə sülhü və ədaləti təmin edə bilər” bildirib.

Göründüyü kimi, onun Azərbaycanla bağlı mövqeyi radikal-revanşistlərinkindən ciddi fərqlənmir. Tatoyanın gözündə “ədalətin” və “tarazlığın” nədən ibarət olduğunu anlamaq üçün isə dərin savad yiyəsi olmağa lüzum yoxdur.

Bu qəbildən iddiaçıların seçkilərdə uğur qazanmaq şansı varmı? “Şər deməsən, xeyir gəlməz”, Bakının fors-major vəziyyətlər üçün hansısa “B planı” mövcuddurmu?

Professor Qabil Hüseynli hesab edir ki, Tatoyan 44 günlük müharibədən hamıya “tanışdır” və onun kimi qorxaqların indi yekəxanalığı ikrah hissi doğurur. Q. Hüseynli Ermənistanda bu qüvvələrin hakimiyyətə qayıdışını gözləmir: “Eçmiədzin seçkiləri göstərdi ki, Paşinyan kilsənin təsiri olan yerdə belə qalib gəlməyi bacardı. Tatoyan isə Paşinyan hakimiyyəti dövründə qısa müddət vəzifə tutub və revanşistlər də onu qəbul etmirlər. Ona görə bu qəbildən sərsəm çıxışlar onların əsl simasını bir daha üzə çıxarır. Yəni onların özlərini rüsvay etməsindən başqa heç bir təsiri yoxdur. Sadəcə, bu mövqedən çıxış edənlər ifşa olunurlar. Erməni cəmiyyəti də şahiddir ki, bu adamlar iqtidarda olsa, ölkəni uçuruma aparacaq. Hazırda sülh prosesi gedir, sərhəddə toqquşmalar yoxdur, erməni anaları görür ki, övladları münaqişə zamanı həlak olmurlar, bundan daha yaxşı nə ola bilər? Tatoyan kimi səviyyəsiz adamlar isə xalqı müharibəyə çağırır. Halbuki insan haqlarının guya müdafiəçisi olub, amma insanlıq və sülh əleyhinə danışır”.

Q.Hüseynli bildirib ki, Tatoyan və digərləri bundan sonra hakimiyyət görməyəcək və pafos dolu bəyanatları da cəmiyyətdə hörmət qazandırmır.

Siyasi təhlilçi Ramiyə Məmmədova isə Ermənistanda Paşinyan əleyhdarlarının gücünün olmadığını müşahidə edir: “Seçki yaxınlaşdıqca xalqa belə xitablar çox olacaq. Bu qruplar iqtidarın devrilməsi üçün revanşist fikirlər səsləndirir. Amma anlamırlar ki, Ermənistanı Azərbaycanla müharibəyə hazırlaya bilməzlər. Onlar hansı ordu və silahla döyüşəcək? Ona görə də belə bəyanatlar cəmiyyəti tərpətməyə hesablanıb, amma ermənilərin 44 gündə aldığı zərbə onlara dərs olub. Təbii ki, seçki ərəfəsində gərginlik artacaq və Paşinyana qarşı ciddi təzyiqlər olacaq. Amma kritik seçkidən qalib çıxan tərəf hazırkı iqtidar olacaq. Tatoyan isə siyasi meyitdir və onun fəaliyyəti ermənilərin diqqətini cəlb etmir. Fikrimcə, bu qüvvələrin vahid şəkildə mübarizəsi də mümkün deyil. Müxalifət bölünmüş vəziyyətdədir və xalq ruspərəst qüvvələri hakimiyyətə qaytarmaq istəmir. Çünki onlar sülh prosesini pozacaqlar. Azərbaycan isə bütün ssenarilərə hazırdır. Əgər revanşistlər hakimiyyətə gələrsə, sülh danışıqlarında pauza yaranacaq. Biz isə ərazi bütövlüyümüzü bərpa etmişik və qoy erməni tərəf hansının daha faydalı olduğuna qərar versin. Onlar sülh düşmənlərini hakimiyyətə gətirməklə Ermənistana qəbir qazmış olacaqlar. Paşinyan isə xalqına sülh və qonşularla normal münasibət təklif edir”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Bu gün, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Bu gün, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Bu gün, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Bu gün, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Bu gün, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru